Gördüyü işlərdən söhbət açılır



Yüklə 4,29 Kb.
Pdf görüntüsü
səhifə2/18
tarix17.11.2017
ölçüsü4,29 Kb.
#11012
1   2   3   4   5   6   7   8   9   ...   18

Qərib məzarlar
7


Qərib məzarlar
8


Qərib məzarlar
9
Və Paris Sülh Konfransındakı nümayəndələr 
müstəqilliyin bərpa olunacağını uzun müddət 
ümidlə gözlədilər, bunun üçün əllərindən gələ-
ni etdilər, mübarizə apardılar, məhrumiyyətlərə 
dözdülər...
Avropanın paytaxt şəhərlərində söz savaşı-
na çıxdılar, qapılar döydülər, soyuq münasibət, 
laqeydlik, xəyanət gördülər. Amma Azərbaycanın 
müstəqilliyinin bərpa olunduğu günü görmə-
dilər... 
 Paris Sülh Konfransında Azərbaycanı təmsil 
edən heyətin sonuncu üzvü 1982-ci ildə dünya-
dan köçdü... 
Azərbaycan bundan cəmi 9 il sonra dövlət 
müstəqilliyini bərpa etdi...
Və Azərbaycan dövləti bərpa-quruculuq işləri 
aparılan həmin keçid dövründə də bu dövlətin 
müstəqilliyi uğrunda həyatını qurban verənlərin 
xidmətlərini unutmadı.  
1993-cü ilin dekabrında ümummilli lider 
Heydər Əliyev müstəqil Azərbaycan Respublika-
sının Prezidenti kimi Fransaya ilk rəsmi səfəri 
zamanı Paris yaxınlığındakı Sen-Klu qəbiris-
tanlığına gedərək burada uyuyan azadlıq müca-
hidlərinin – Paris Sülh Konfransının iştirakçısı 
olmuş Əlimərdan bəy Topçubaşının və Ceyhun 
bəy Hacıbəylinin qərib məzarlarını ziyarət etdi.
Bundan sonra Azərbaycan Respublikası Fran-
sadakı istiqlal mücahidlərinin qərib məzarlarına 
sahib çıxdı. Heydər Əliyev Fondu illərdən bəri 
baxımsız qalan, itib-batmaqda olan bu qəbirlərin 
icarə haqqını ödəməklə onların ləğv olunma-
sının, yerlə-yeksan edilməsinin qarşısını aldı. 
Qərib məzarlar səliqəyə salındı, yeni qəbirüstü 
abidələr ucaldıldı. 
Burada əbədi uyuyan fədakar insanların, 
azadlıq aşiqlərinin nigaran ruhu bəlkə də yalnız 
bundan sonra rahatlıq tapdı...
Ulu öndər Heydər Əliyev 
Sen-Klu məzarlığında 
Əlimərdan bəy Topçubaşının 
və Ceyhun bəy Hacıbəylinin 
qəbirlərini ziyarət edərkən. 
Dekabr, 1993-cü il.
(Foto: R.Bağırov)


Qərib məzarlar
10
Sovet hakimiyyəti illərində Fransada mü-
hacir həyatı yaşayan soydaşlarımızın taleyi ilə 
maraqlanmaq təhlükəli iş olduğundan çox nadir 
adamlar belə axtarışa cəhd göstərib. Çünki onda 
axtaranlar da qorxurdu, axtarılanlar da... 
Uzun illər Fransada mühacir həyatı yaşamış 
və bu kitabda taleyindən söhbət açılacaq soyda-
şımız mərhum Qədir Süleymanovun sonralar 
danışdığı bir xatirə o illərin “KGB” xofu barədə 
aydın təsəvvür yaradır: “1960-cı illərin ortaları 
idi. O vaxt mən Parisdə aşpaz işləyirdim. Axşam 
işdən qayıdanda gördüm ki, dostum Məmməd 
bizdədi, yanında da bir qadınla bir kişi. Azərbay-
candan gəlmişdilər. Kişinin yaxasındakı depu-
tat nişanını – sovet bayrağını görəndə rəngim 
ağardı, dilim tutuldu... Dostum Məmməd də, ya-
nındakı kişiylə qadın da bunu görüb məni sakit-
ləşdirməyə başladılar. Məlum oldu ki, qonağım 
maestro Niyazi və həyat yoldaşı Həcər xanımdı. 
Niyazi öz əmisi - Parisdə mühacir həyatı yaşa-
mış və 1961-ci ildə vəfat eləmiş Ceyhun Hacıbəyli 
haqqında ətraflı məlumat almaq istəyirdi...”
Parisdə diplomat kimi fəaliyyətə başla-
yarkən ən böyük arzularından biri Fransada 
yaşayan Azərbaycan mühacirləri ilə əlaqə ya-
ratmaq, görüşmək olan Ramiz Abutalıbov isə o 
illəri belə xatırlayır: “Bakıdan çıxanda maestro 
Niyazi mənə bir telefon nömrəsi vermişdi. De-
mişdi ki, əmim Ceyhun bəy Hacıbəylinin oğlu  
Timuçin bəy Parisdə yaşayır, ona zəng vurarsan. 
Professor Abbas Zamanov isə mənə Məmməd  
Məhərrəmovun telefon nömrəsini vermişdi. De-
mişdi ki, imkan olsa, əlaqə saxla.
O vaxt sovet diplomatının antisovet fəaliy-
yətlə məşğul olmuş adamlarla görüşməsi təh-
lükəli idi. Buna görə də, sözün düzü, bir müddət 
kiməsə zəng vurmağa cürət eləmədim. Amma 
vaxtilə Paris Sülh Konfransına gedib qayıtma-
Mühacirlərlə görüşlər və...
“KGB” xofu


Qərib məzarlar
11
yan həmvətənlərimizin taleyi məni həmişə dü-
şündürürdü. 1973-cü il martın 14-də nümayəndə 
heyətinin yeganə sağ qalan üzvü ilə - Məmməd 
Məhərrəmovla görüşdüm...
Sonralar dostlaşdıq, aramızda səmimi mü-
nasibət yarandı. İlk dəfə onunla görüşməyə ge-
dəndə, açığı, bir az çəkinirdim ki, məni izləyər-
lər. Sən demə, Məmməd Məhərrəmov da ehtiyat 
edirmiş. Sonralar danışırmış ki, həmin görüşdə 
hər ehtimala qarşı stolun siyirməsinə tapança 
qoymuşdum...
Parisdə Əlimərdan bəy Topçubaşının oğlu 
Ələkbər bəylə də 1973-cü ildə tanış oldum. 
 
O, məni Əlimərdan bəyin dəfn olunduğu qəbiris-
tanlığa apardı və ilk dəfə bu böyük insanın qərib 
məzarını ziyarət etdim...”
...Bakıya növbəti məzuniyyətə gələndə Ramiz 
Abutalıbov Parisdəki mühacir soydaşlarımızla 
görüşdüyünü atasına bildirir və ondan məsləhət 
istəyir. Atası da ona həmin vaxt Azərbaycan Na-
zirlər Soveti sədrinin birinci müavini vəzifəsində 
işləyən İsmayıl İbrahimovla görüşməyi tövsiyə 
edir və deyir: “Görünür, bu məsələlər barədə 
Heydər Əliyevə məlumat vermək lazım gələcək”.
Həqiqətən belə olur: İsmayıl İbrahimov Ra-
miz Abutalıbovu qəbul edib dinlədikdən sonra 
Paris, Monparnas 
qəbiristanlığı.


Qərib məzarlar
12


Qərib məzarlar
13
ona dərhal respublikanın rəhbəri Heydər Əliyevə 
təqdim etmək üçün qısa arayış yazmağı tapşırır. 
Aradan iki gün keçməmiş Ulu Öndər onu qəbul 
edir və Paris görüşlərinin təfərrüatları barədə 
çoxlu suallar verəndən sonra bu xeyirxah işi da-
vam etdirməyin vacibliyini bildirir, öz tövsiyələ-
rini verir. Ramiz Abutalıbov deyir: “Sanki üstüm-
dən ağır bir yük götürüldü. Başa düşdüm ki, mən 
doğru yoldayam və arxamda dövlətim dayanır...”
Söhbət əsnasında Ramiz Abutalıbov Əlimər-
dan bəyin oğlu Ələkbər bəyin Azərbaycana gəl-
mək istəyini də Heydər Əliyevə çatdırır. Res-
publika rəhbərinin göstərişi ilə Ələkbər bəy 
Topçubaşının tarixi Vətəninə dəvət edilməsi 
barədə rəsmi məktub hazırlanır. Lakin bu rəsmi 
dəvəti aldığı 1975-ci ildə ağır xəstəlikdən əziyyət 
çəkən Ələkbər bəyin Azərbaycana gəlmək arzusu 
reallaşmır. İki il sonra isə o, dünyasını dəyişir və 
Ramiz Abutalıbov onun dəfn mərasimində işti-
rak etməli olur... 
Elə həmin illərdə Fransa kommunistlərinə 
məxsus “Humanite” qəzetinin yubiley tədbirlə-
rinə Azərbaycandan da nümayəndə heyəti gön-
dərilir. Heydər Əliyev heyətə başçılıq edən Həsən 
Həsənova Parisdəki mühacir soydaşlarımızla 
bağlı xüsusi tapşırıq da verir: “Mənə şəxsən 
Həsən bəy Zərdabinin nəvələri ilə görüşmək 
tapşırığı verilmişdi... Hətta sözarası onların o 
vaxtlar “tanınmış burjua ideoloqu” kimi qələmə 
verilən Əlimərdan bəy Topçubaşovun övladları 
olduğuna eyham da vurulmuşdu”.
Bu bir sovet reallığı idi: siyasi hakimiyyətin 
qəbul və təbliğ etdiyi maarifpərvər Həsən bəy 
Zərdabinin kapitalist ölkəsində yaşayan nəvələri 
ilə (Əlimərdan bəy Zərdabinin qızı Pəri xanımla 
ailə qurmuşdu) görüşmək olardı. Onların atası-
nın “burjua ideoloqu” olmasına göz yummaqla... 
Amma Həsən Həsənovun bu görüşü baş tutmur. 
Məlum olur ki, Fransadakı sovet səfirliyi ilə razı-
laşma əldə edilsə də, bu məsələ SSRİ Xarici İşlər 
Nazirliyi səviyyəsində razılaşdırılmayıb...
Beləcə illər keçir... və Fransadakı mühacir 
soydaşlarımızla əlaqələr davam edir. Azərbayca-
nın dövlət müstəqilliyinin bərpasından sonra 
isə bu əlaqələr daha da dərinləşir, xüsusən Paris 
Sülh Konfransında iştirak edən Azərbaycan nü-
mayəndə heyətinin üzvləri barədə tədqiqatlar 
aparılır, kitablar yazılır.
Araşdırmalar nəticəsində dəqiqləşdirilir ki, 
Paris Sülh Konfransında Azərbaycanı təmsil et-
miş yeddi nəfərlik heyətdən ən tez həyatla vida-
laşanı Məmmədhəsən Hacınskidir... O, 1931-ci 
ildə sovet həbsxana divarları arasında intihar 
etməli olub...
Miryaqub Mirmehdiyev sonralar Türkiyəyə
Abbas bəy Atamalıbəyov isə Çiliyə köçüb...
Nümayəndə heyətinin qalan dörd üzvü – 
Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Ha-
cıbəyov, Əkbər ağa Şeyxülislamov və Məmməd 
Məhərrəmov isə ömürlərinin sonuna qədər 
Fransada yaşayıblar və burada torpağa tapşı-
rılıblar...
Bu insanların, eləcə də digər soydaşlarımı-
zın mühacir həyatı və Fransada dəfn edildiyi 
qərib məzarlar barədə bir qədər sonra ətraflı 
söhbət açılacaq. Bundan əvvəl isə Azərbaycanın 
müstəqillik və milli dövlətçilik tarixində xüsusi 
rolu olmuş nümayəndə heyətinin Parisdəki fəa-
liyyəti və keşməkeşli taleyi barədə yığcam məlu-
mat təqdim etməyi zəruri sayırıq.


Yüklə 4,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə