Gördüyü işlərdən söhbət açılır



Yüklə 4,29 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix17.11.2017
ölçüsü4,29 Kb.
#11012
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

Qərib məzarlar
54
Miryaqub Mirmehdiyev
1891-ci ildə anadan olub.
 Peterburq Politexnik İnstitutunda, sonralar Al-
maniyada təhsil alıb. “İttihad” partiyasının yaradı-
cılarından biri olub, Zaqafqaziya Seyminin üzvü se-
çilib. Müstəqil Azərbaycanın ilk parlamentinin üzvü 
kimi fəaliyyət göstərib.  
1919-cu ilin yanvarında müşavir statusunda 
Paris Sülh Konfransına gedən nümayəndə heyətinin 
tərkibinə daxil edilib. 1920-ci ilin aprelində Azər-
baycanda baş verən çevrilişdən sonra mühacir həyatı 
yaşamalı olub.
“Prometey” hərəkatının əsas liderlərindən sayılıb. 
İkinci Dünya müharibəsi illərində Türkiyəyə köçüb, 
1949-cu ildə orda vəfat edib və orda da dəfn olunub...
Ömrünün sonuna qədər Azərbaycanın dövlət 
müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb.
Tale Abbas bəy Atamalıbəyovu Parisdən uzaq 
Çiliyə aparıb çıxardı. Belə ki, onun oğlu kimya-
çı-mühəndis Qalib Atamalıbəyov bir müddət bu 
Latın Amerikası ölkəsində yaşamalı olmuş və 
1947-ci ildə valideynlərini də yanına aparmışdı. 
Abbas bəy Atamalıbəyov
1895-ci ildə doğulub. 
Sankt-Peterburq Politexnik İnstitutunda 
hərbi dəniz mühəndisliyi ixtisasına yiyələnib. 
Zaqafqaziya Seyminin üzvü olub. 1918-ci ildə so-
sialist blokunun təmsilçisi kimi Azərbaycan par-
lamentinin üzvü seçilib.
1919-cu ilin sentyabrında Parisə ezam edilib 
və Sülh konfransına göndərilən nümayəndə heyə-
tinin tərkibində katib funksiyasını yerinə yetirib. 


Qərib məzarlar
55
Azərbaycanda dövlət çevrilişindən sonra mü-
hacirətdə qalmağa məcbur olub. 
1923-cü ildə Paris Siyasi Elmlər İnstitutunu 
bitirib.”Prometey” hərəkatının fəallarından olub.
1941-1945-ci illərdə Almaniyada yaşayıb, Bey-
nəlxalq Qırmızı Xaç Cəmiyyətinin xətti ilə alman 
əsirliyində olan azərbaycanlıların saxlanma şə-
raitinin yaxşılaşdırılması, müharibədən sonra 
isə onların yaşamaq üçün Türkiyəyə göndərilməsi 
sahəsində xidmətləri ilə fərqlənib.
1971-ci ildə ABŞ-ın Klivlend şəhərində vəfat edib.
Ömrünün sonuna qədər Azərbaycanın dövlət 
müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb.
Tanınmış araşdırmaçı-jurnalist İsmayıl 
Umudlu 2002-ci ildə Abbas bəyin ABŞ-da yaşa-
yan oğlu Qalib Atamalıbəyovla görüşərək, onun 
bioqrafiyası ilə bağlı bəzi faktları dəqiqləşdirib. 
Məlum olub ki, Abbas bəy 1948-ci ildə Çiliyə köçüb 
və 1966-cı ilə qədər orada yaşayıb, bir müddət Tür-
kiyə səfirliyində katib funksiyasını yerinə yetirib. 
1966-cı ildə həyat yoldaşı Reyhan xanımın Çilidə 
vəfatından sonra Misirin İsgəndəriyyə şəhərində 
beynəlxalq şirkətdə çalışan oğlunun yanına, 1967-
ci ildə isə ABŞ-ın Klivlend şəhərinə köçüb. 
Kitab çapa hazırlanarkən Abbas bəyin Mosk-
vada yaşayan nəticəsi Rauf Atamalıbəyov da ulu 
babasının bioqrafiyası ilə bağlı bəzi məlumatların 
dəqiqləşdirilməsinə yardım göstərdi, onun indiyə-
dək məlum olmayan fotolarını təqdim etdi. Bil-
dirdi ki, Abbas bəyin oğlu Qalib və nəvələri ABŞ-
da yaşayır. Atamalıbəyovlar nəslinin bir qolu isə 
Moskvadadır...
Abbas bəy Atamalıbəyovun
 
qəbri
Abbas bəy Atamalıbəyov. 
Çili.


Qərib məzarlar
56
Nümayəndə heyətinin qalan dörd üzvünün 
son mənzili isə Parisdədir...
Paris Sülh Konfransında iştirak edən Azərbay-
can nümayəndə heyətinin üzvləri, qeyd edildiyi 
kimi, bir müddət Fransa paytaxtının mərkəzin-
dəki “Klarij” otelində yaşayıblar. Bu otel Parisin 
mərkəzində indi də fəaliyyət göstərir. 
Sonralar onlar şəhərin müxtəlif yerlərində 
kirayə mənzillərdə qalmalı olublar. Əlimərdan 
bəy 1920-1921-ci illərdə 16-cı Paris Dekamps 
küçəsindəki 37 nömrəli evdə yaşayıb, 1922-ci 
ilin sentyabrından Spontini küçəsindəki 59 
nömrəli evə köçüb. 1924-cü ildən isə Parisin 
qərb səmtində, təxminən 10 kilometrlik mə-
safədə yerləşən Sen-Klu (fr. Saint-Cloud) qəsəbə-
sində məskunlaşıb. 
Həmin dövrdə Qərb dövlətlərinin bir-birinin 
ardınca SSRİ-ni tanımağa başlaması keçmiş 
Rusiya imperiyası ərazisindən mühacirət edən-
lərə ciddi mənəvi-psixoloji təsir göstərirdi. Bir-
cə faktı xatırlatmaq kifayətdir ki, Gürcüstanın 
Paris Sülh Konfransına göndərdiyi nümayəndə 
heyətinin rəhbəri Nikolay Çxeidze bütün bu 
çətinlik və iztirablara dözməyərək 1926-cı ildə 
intihara əl atmalı oldu. Amma Əlimərdan bəy 
və Azərbaycan nümayəndə heyətinin digər üzv-
ləri bütün maddi-mənəvi çətinliklərə dəyanətlə 
dözərək mübarizəni davam etdirdilər...
Sen-Klu qəbiristanlığı. 
Sentyabr, 2015-ci il.


Qərib məzarlar
57


Qərib məzarlar
58
1926-cı ildə Əlimərdan bəyin 26 yaşlı oğlu Rə-
şid Sen-Kluda vəfat edir və bu şəhərdəki qəbiris-
tanlıqda dəfn olunur...
Əlimərdan bəy özü isə 1934-cü il noyabrın 
5-də, bazar ertəsi günü saat 12-də öz evində ağır 
iflic keçirir və 69 yaşında gözlərini əbədi yumur. 
Onun vəfatı barədə məlumat Parisdə rus 
mühacirlərinin nəşr etdirdiyi «Последнıя 
новости» qəzetində dərc edilmişdi. Qəzetin 
son səhifəsində yerləşdirilmiş həmin məlu-
matda deyilirdi: “Pəri xanım Topçubaşı, uşaq-
ları, kürəkəni, nəvələri, qohumları və dostları 
Milli Parlamentin və Azərbaycan Respublika-
sı nümayəndə heyətinin sədri Əlimərdan bəy 
Topçubaşının qəflətən vəfat etdiyini dostların 
və tanışların nəzərinə çatdırırlar. Mərhumun 
cənazəsi Sen-Klunun Ernest-Tissot küçəsindəki 
28-ci mənzildən qaldırılacaq və dəfn mərasi-
mi cümə axşamı, noyabrın 8-ində gündüz saat 
1.30-da Sen-Klu məzarlığında olacaq”.
Noyabr ayının 8-ində Paris müsəlman məs-
cidinin imamı dini ayinləri icra etdikdən sonra 
Əlimərdan bəyin cənazəsi olan katafalk Parisin 
mərkəzindəki məşhur Zəfər Tağının altından 
keçirilir. Bu, Azərbaycan nümayəndə heyətinin 
rəhbərinə və sabiq parlament sədrinə dövlət xa-
dimi kimi ehtiram nümunəsi idi.
Rus mühacir qəzetində 
Ə.Topçubaşının vəfatı 
haqqında məlumat. 
Noyabr, 1934-cü il.


Yüklə 4,29 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə