Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix



Yüklə 11,73 Mb.
səhifə1/55
tarix31.12.2021
ölçüsü11,73 Mb.
#81606
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   55
C fakepathMühazir l r Struktur geologiya


Struktur geologiya və aerofotoplanalma

Mövzulara aid yeni və geniş məlumat aşağıda göstərilən saytlardan əldə etmək olar.

Mühazirə 1

Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri

Tarix: 30.09.2021

Plan: 1. Struktur geologiyanın tədqiqat prinsipləri

2. Geoloji xəritəalma haqqında

1.https://en.wikipedia.org/wiki/Structural_geology

http://www.geosci.usyd.edu.au/users/prey/Patrice_Intro_to_SG.pdf

https://www.elsevier.com/books/structural-geology/hobbs/978-0-12-407820-8

Struktur geologiya geotektonika elminin tərkib hissəsi olaraq yer qabığının quruluşunu, onda baş verən hərəkətləri, onu əmələ gətirən qatların yatım formalarını, həmin formaların mənşəyini öyrənməklə məşğul olan bir elmdir. Struktur geologiya öz problem və məsələlərinin həllində əsasən iki üsuldan (prinsipdən) istifadə edir. Bunlardan biri tarixi müqayisə, digəri isə aktualizm üsuludur.

Tarixi müqayisə üsulu (prinsipi) ilk dəfə rus alimi К.F.Rulye (1854) tərəfindən irəli sürülüb əsaslandırılmış və dialektik materializm qanunlarına əsaslanır. Hər hansı bir geoloji proses, geoloji hadisə və ya geoloji cismin tədqiqinə muqayisə yolu ilə yanaşılır. Yəni, cisimin yanaşı olan cisimlərlə müqayisəsi muəyyən geoloji zaman ərzində aparılır. Bu üsulla hər hansı bir geoloji proses, geoloji cisim, geoloji obyekt müəyyən geoloji zaman ərzində digər geoloji proses, geoloji cisim, geoloji obyektlə qarşılıqlı müqayisə şəklində öyrənilir. Nəticədə onların oxşar və fərqli morfogenetik xüsusiyyətləri araşdırılır. Bu üsulla müəyyən edilir ki, süxurların əmələ gəlməsi təsadüfi deyil və müəyyən qanunauyğun proseslərin nəticəsidir. Bu isə yer qabığının, eləcə də bütövlükdə planetimizin qanunauyğun inkişafını müəyyənləşdirən başlıca əlamətdir.

Struktur geologiyada istifadə olunan 2-ci prinsip aktualizm prinsipidir. Bu üsul 1866-cı ildə Ç. Layel tərəfindən təklif olunmuşdur. Aktualizm üsulu keçmişdə baş verən prosesləri izah etmək üçün müasir proseslərin öyrənilməsinə əsaslanır. Yəni hal-hazırda baş verən geoloji prosesləri öyrənməklə həmin geoloji proseslərin keçmiş geoloji zamanda da eyni qaydada baş verməsini ehtimal etmək olar və bu ehtimal əsasında da bu proseslərin hal-hazırda nə ilə nəticələnəcəyini аraşdırmaq mümkündür.

Tarixi müqayisə üsulundan fərqli olaraq aktualizm üsulunun tətbiqi bir qədər məhduddur. Sonrakı illərdə bu üsul mühüm dəyişikliklərə məruz qаlmışdır. Bu üsulun tətbiqi ilə Yer qabığının və planetimizin inkişafında müəyyən proseslərin dönməzliyi aşkar edilmişdir. Məsələn,Yer qabığında müxtəlif növ deformasiyaların baş verməsi, çöküntü, qranit-qneys, bazalt qatlarının, Yer qabığının, Yerin nüvəsinin əmələ gəlməsi və inkişafı dönməz xüsusiyyət daşıyır. Bu o deməkdir ki, müasir geoloji prosesləri keçmişə mexaniki şəkildə tətbiq etmək olmaz. Aktualizm üsulu tarixi müqayisə üsuluna əsaslandıqda yaxşı nəticə verir.

Məlumdur ki, laylar əvvəlcə üfüqi halda yatır, sonradan isə tektonik hərəkətlərin təsiri ilə vəziyyətini dəyişərək, dislokasiyaya uğrayır, ilkin yatım pozulur və qırışıqlar əmələ gəlir. Belə layları öyrənərkən qırışıqların zamana görə inkişafında və əmələgəlmə mexanizmində müəyyən ardıcıllığı müşahidə etmək olur.

Çökmə süxurların mənşəyi və fiziki – coğrafi şəraiti paleocoğrafi paleofasial üsullarla , eləcə də tarixi müqayisə və aktualizm üsulları ilə izah edilir.

Beləliklə, Yer qabığında yayılmış çökmə, maqmatik və metamorfik süxurların yatım şəraiti haqqında əldə edilmiş həqiqi elmi anlayış onlarda yerləşən faydalı qazıntıların düzgün müəyyənləşdirilməsinə kömək edir.

Struktur geologiya neft və qaz yataqlarının geologiyası və neft və qaz yataqlarının axtarış və kəşfiyyatının nəzəri əsasını təşkil edir. Daha dəqiq desək, struktur geologiya təbiətdə rast gələn bütün növ faydalı qazıntıların axtarış və kəşfiyyatının nəinki nəzəri əsasını, həm də onların istismarının struktur əsasını təşkil edir. Məhz bu səbəbdən də struktur geologiya geoloji elmlər sırasında fundamental elm sayılır. Bu da ondan irəli gəlir ki, təbiətdə rast gələn müxtəlif faydalı qazıntılar bu və ya digər növ süxurlarla və onların müəyyən yatım formaları ilə bağlıdır. Məsələn, məlum olduğu kimi, neft və qaz yataqlarının 70-80%-i layların antiklinal yatım formaları ilə əlaqədardır.



Azəri neft-qaz yatağı

Qalan 20-30% və bəzən 40% neft və qaz yataqları yenə də süxurların müəyyən yatım formalarında əmələ gəlir. Yeraltı suların yataqları bir qayda olaraq əksər hallarda layların mənfi işarəli yatım formalarında əmələ gəlir. Bundan başqa, sular, neft və qaz kimi, süxurlarda olan çatlar sistemində də rast gəlinir. Bununla əlaqədar olaraq kristallik süxurlarda su, neft və qaz yığımlarının formalaşmasına həmin süxurların yatım formaları yox, xırda amplitudlu qırılmalar və çatlılıq şəbəkəsinin yaranması sayəsində yaranan törəmə kollektorluq xüsusiyyəti nəzarət edir.

Almaz yataqları kimberlit borularında, qızıl yataqları peqmatit, kvars damarlarında və ya səpinti halında rast gəlinir. Daş kömür, daş duz yataqları əksər hallarda müxtəlif qalınlığa malik qatlar şəklində formalaşırlar, bəzi hallarda isə linza şəklində olurlar.




Daş kömür yataqları

Bütün deyilənlərdən göründüyü kimi, müxtəlif növ faydalı qazıntı yataqları müxtəlif süxurların bu və ya digər yatım formaları ilə əlaqədardır. Sonuncuların mənşəyini və morfologiyasını, ümumiyyətlə Yer qabığının quruluşunu, onun əsas geostruktur elementlərini, onların yaranması və inkişafına səbəb olan tektonik hərəkətlərin öyrənilməsi struktur geologiyanın qarşısında duran əsas məsələ və problemlərdir.

Struktur geologiyanın geoloji xəritəalma hissəsi tətbiqi xüsusiyyət daşımaqla onun əsas tərkib hissələrindən biridir. Geoloji xəritəalma struktur geologiyanın üsulları və nəzəri əsaslarına istinadən yer qabığının hər hansı bir hissəsinin geoloji quruluşunu planda və kəsilişdə qrafiki şəkildə təsvir etməyə və orada olan faydalı qazıntılar haqqında məlumat əldə etməyə иmkan verir. Geoloji xəritəalmanın əsas məqsədi çöl müşahidələri əsasında öyrənilən ərazinin geoloji quruluşunda iştirak edən süxur komplekslərinin normal kəsilişi, müqayisə sxemi, geoloji profillər, geoloji xəritə və s. qrafikləri quraraq, ərazinin geoloji quruluşu və faydalı qazıntıları haqqında daha dolğun məlumat əldə etməkdir. Geoloji xəritə bir qayda olaraq topoqrafik əsas üzərində qurulur.


Topoqrafik xəritə (Topoqrafik əsas)

Topoqrafik əsası olmayan geoloji xəritənin oxunması qeyri mümkündür. Geoloji xəritəalma əsasında tərtib olunan hesabatda hər bir bölmə özünəməxsus qrafiklərlə müşayiət olunur. Geoloji xəritəalma zamanı normal litoloji-stratiqrafik кəsiliş, korrelyasiya (müqayisə) sxemləri, geoloji profillər,
Geoloji profil. Çeyilaxtarma qalxımı

geoloji xəritə, faydalı qazıntılar xəritəsi, marşrutlar xəritəsi və s. qrafiklər qurulur. Geoloji xəritəalma işləri miqyasından və qarşıya qoyulan məsələlərdən asılı olaraq müvafik üsullarla həyata keçirilir. Tədqiq olunmamış ərazilərdə geoloji xəritəalma işləri bir qayda olaraq əvvəlcə kiçik miqyasda, ikinci dəfə orada həmin işlər artıq əvvəlkindən böyük miqyasda aparılır. Beləliklə, eyni ərazidə geoloji xəritəalma işləri bir neçə dəfə aparıla bilər ki, hər dəfə də əvvəlkindən daha böyük miqyasla.

Geoloji xəritəalma işləri miqyasından asılı olaraq aşağıdakı üsullarla yerinə yetirilir:


  1. Kiçik miqyaslı xəritəalma bir qayda olaraq layların eni istiqamətində cəhətlənmiş marşrutlаr üzrə yerinə yetirilir.

  2. Böyük və mükəmməl miqyaslı geoloji xəritəalma işləri, süxurların аçıqlıq dərəcəsindən, yəni müxtəlif yaşlı süxur çıxışlarının miqdarından və xüsusiyyətindən asılı olaraq aşağıdakı üsullarla yerinə yetirilir.

a) Əgər ərazidə çoxlu sayda müxtəlif yaşa malik süxur qatlarının təbii çıxışları varsa, onda xəritəalma işləri həmin çıxışların təsviri üzrə aparılır.

b) Əgər ərazidə müxtəlif yaşa malik süxur komplekslərinin geoloji sərhədləri aydın izlənilirsə, bu zaman geoloji xəritəalma həmin geoloji sərhədlərin izləniлmə­si üzrə aparılır.

Geoloji xəritəalma işləri müvafik hesabatın tərtibi və müdafiəsi ilə tamamlanır.

Geoloji xəritəalmanın hesabatı giriş və nəticədən başqa aşağıdakı bölmələrdən ibarət olmaqla bərabər, onların hər biri, çöl müşahidələri əsasında qurulmuş, təsvir və təhlil edilmiş qrafiklərlə müşayiət edilir. Hesabat aşağıdakı bölmələrdən ibarətdur.

1. Ərazinin orohidroqrafiyası, yəni, fiziki-coğrafi xüsusiyyətləri.

2. Ərazinin geoloji- geofiziki öyrənilmə tarixi.

3. Stratiqrafiya.

4. Tektonika və maqmatizm.

5. Ərazinin bəzi geomorfoloji xüsusiyyətləri.

6. Ərazinin geoloji inkişaf tarixi.



    1. Ərazidə çöküntülərin formalaşmasının paleocoğrafi şəraiti.

    2. Qırışıq və qırılma əmələ gəlmənin paleotektonik şəraiti.

7. Ərazinin faydalı qazıntıları və neft-qaz perspektivliyi.


Yüklə 11,73 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə