Gördüyü işlərdən söhbət açılır



Yüklə 4,29 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix17.11.2017
ölçüsü4,29 Kb.
#11012
1   ...   10   11   12   13   14   15   16   17   18

Qərib məzarlar
78
Onun sözlərinə görə, Allahyar bəyin iki arvaddan 
on bir övladı olub. Birinci arvadından olan Məmməd 
bəy 1918-ci ildə elə atası ilə birlikdə atışma zamanı 
həlak olub. 
O, ikinci dəfə əslən Misirdən olan imkanlı bir 
tacirin Telli xanım adlı soydaşımızla izdivacından 
doğulan Seyidnisə xanımla evlənib və onların dörd 
oğlu, altı qızı olub. 
Qeyd olunduğu kimi, Allahyar bəyin qızı Nəzakət 
xanım Bəşir bəy Aşurbəyovla ailə qurub. İkinci qızı 
Şövkət xanım Bakının məşhur memarı Zivər bəy 
Əhmədbəyovun arvadı olub və Firəngiz adlı yeganə 
qızları dünyaya gələndən sonra onlar ayrılıblar. 
Şövkət xanım ikinci dəfə bibisi, daha doğrusu, Al-
lahyar bəyin bacısı Nilufər xanımın oğlu Zilli bəy 
Şamxorskiyə ərə gedib. Onların Elxan və Mələk adlı 
iki övladı dünyaya gəlib. 
Allahyar bəyin üçüncü qızı Sücaət xanım Bakıda 
Nobel şirkətində İran nefti üzrə rəis vəzifəsində çalı-
şan Rəhim Xəlili ilə ailə qurub. Ənvər, Orxan və Pər-
viz adlı üç övladın dünyaya gəldiyi bu ailə Tehranda, 
sonra isə Fransada yaşayıb. 
Nəzakət xanımın sözlərinə görə, Azərbaycanda 
bolşeviklər hakimiyyətə gələndən sonra Allahyar bə-
yin övladları Türkiyəyə, oradan isə İrana köçüblər. 
Onun dördüncü qızı Dilarə xanım ixtisasca müha-
sib olan Kərim bəy Sadıqovla ailə qurub və onlar 25 
il İranda yaşayıblar. Kərim bəyin vəfatından sonra 
Dilarə xanım iki oğlu – Xosrov bəy və Sirus bəylə bir-
likdə ABŞ-ın Kaliforniya ştatına köçüb. Xosrov bəy ilk 
dəfə 1993-cü ildə Azərbaycana gəlib və qohumları ilə 
görüşüb. Dilarə xanım və Xosrov bəy Amerikada dün-
yalarını dəyişiblər. Hazırda Xosrov bəyin iki oğlu və 
bir qızı Kaliforniya ştatında, Sirus bəy isə Minnesota 
ştatında yaşayır, bir oğlu var.
Allahyar bəy Zülqədərov qızları ilə


Qərib məzarlar
79
Allahyar bəyin ixtisasca rəssam olan Leyla adlı beşinci 
qızı Almaniya vətəndaşı ilə ailə qurub, uzun illər Almaniya-
da yaşayıb və 2000-ci illərin əvvəllərində vəfat edib, Diter 
adlı bir oğlu var.
Allahyar bəyin kiçik qızı Şahbanu xanım isə 1918-ci ildə 
atası ilə birlikdə qətlə yetirilib.
Allahyar bəyin dörd oğlu da 1920-ci ildən sonra Türkiyə-
də və İranda yaşayıblar. Sonralar onlardan ikisi - Əli bəy 
və Nuşu bəy (Anüşirəvan Zülqədərov) Fransaya köçüblər. 
Allahyar bəyin üçüncü oğlu Qəzənfər bəy Almaniyada tibb 
təhsili aldıqdan sonra İranda həkim kimi fəaliyyət göstərib 
və cavan yaşlarında xəstəlikdən vəfat edib. Oğlanlarının ən 
balacası olan Rüxnəddin bəy (rus-yapon müharibəsi illərin-
də doğulduğu üçün ona “Yapon” deyiblər) kiçik yaşlarında 
dünyasını dəyişib.
Tanınmış tədqiqatçı Ədalət Tahirzadənin araşdırmaları-
na görə, 1884-cü ildə doğulan Əli bəy Zülqədərov 1903-1906-cı 
illərdə Novorossiysk Universitetinin hüquq fakültəsində, 1906-
1908-ci illərdə isə Peterbuqr Universitetinin hüquq fakültəsin-
də təhsili alıb. Azərbaycanda bolşevik hakimiyyəti qurulduqdan 
sonra İrana, oradan isə Fransaya köçüb, sonrakı taleyi barə-
də məlumat azdır. Lakin Allahyar bəyin vaxtilə ölkəmizin, 
necə deyərlər, at oynatdığı qərb bölgəsində onun barəsində 
müxtəlif əfsanələr və həqiqətlər dolaşır. Deyilənə görə, İkin-
ci Dünya müharibəsi illərində Azərbaycan legionunun tər-
kibində vuruşmuş döyüşçülərdən biri çox sonralar Əli bəyi 
gördüyünü danışıb. Onun sözlərinə görə Əli bəy Zülqədərov 
öz arvadı ilə müharibə illərində Fransanın Lodz şəhərində 
olan legionerlərin görüşünə gəlib, özünün məşhur Allahyar 
bəyin oğlu olduğunu bildirb və legionerlərə qayğı göstərib. 
Novruz bayramı ərəfəsinə təsadüf edən bu görüş zamanı 
Əli bəy bir neçə gün legionerlərə qonaqlıq verib, onlar üçün 
Novruz şirmiyyatları hazırlatdırıb. Onun legionerlərlə Vətən 
və torpaq haqqında maraqlı söhbətlər apardığı, legionerlərə 
mənəvi dayaq durmaq istəyi barədə çoxlu xatirələr gəzir. 
Amma bunların həqiqətə nə dərəcədə uyğun olduğunu indi 
demək çətindir.  
Əli bəy Zülqədərovun həyat yoldaşı Mahrux xanımın 
Fransada yaşadığı və orada dəfn edildiyi isə dəqiqdir. Mah-
rux xanım 1949-cu ildə vəfat edib və Bobinyi qəbiristanlığın-
da dəfn olunub. Onun qəbrinin üstündə bu barədə müvafiq 
qeyd var: “Mahrux xanım Zülqədər: 1884-1949”. 
Nəzakət xanımın dediyinə görə, Əli bəy və Mahrux xa-
nım Zülqədərlərin “Zorka” kimi tanınan Sürəyya adlı qızları 
dünyaya gəlib. Ramiz Abutalıbovun sözlərinə görə, Sürəyya 
Ə.M.Çermoyevin qohumu olan Səid Tukayevlə ailə qurub və 
onlar sonralar ayrılıblar. 
Sürəyya (Zorka Tukayeva), eləcə də Əli bəyin ikinci arvadı 
Yuliya Zülqədər (qızlıq familiyası Brandt) və onun bacısı, ge-
neral Hüseyn xan Naxçıvanskinin nəvəsi Nikita Naxçıvans-
kinin arvadı Nadejda Brandt da Paris yaxınlığındakı rus qə-
biristanlığında dəfn olunublar. 
Zülqədərovlardan biri – Sücaət xanım isə uzun illər Cey-
hun bəy Hacıbəylinin Parisdəki ailəsində yaşayıb, ötən əsrin 
60-cı illərində övladları ilə birlikdə ABŞ-a köçüb...
Mahrux xanımdan başqa onun bacısı Xavər xanım da 
Parisdə yaşayıb. Ramiz Abutalıbovun sözlərinə görə, qız-
lıq familiyaları İbrahimbəyov olan bu bacılar əslən Cənubi 
Azərbaycandan olublar. 
Dağlılar Respublikasının Paris Sülh Konfransındakı rəh-
bərlərindən olan Əbdülməcid Çermoyevlə ailə quran Xavər 
xanım 1953-cü ildə Lozannada vəfat etsə də, öz vəsiyyətinə 
əsasən, Bobinyi qəbiristanlığında dəfn edilib. Başdaşı üzə-
rinə bu qeyd həkk olunub: “Xavər xanım İbrahimbəyo-
va-Çermoyeva: 1886-1953”...
Nuşu bəy (Nəzakət xanım “Nuş dayı” deyir – M.H.) kimi 
tanınan Anuşirəvan bəy də Paris yaxınlığındakı Bobinyi 
məzarlığında uyuyur. Köhnə qəbirüstü yazı güclə oxunur: 
“Anuşirəvan bəy Zülqədər”. Doğum tarixi oxunmasa da, və-
fat etdiyi tarix aydın görünür - 1952. 


Yüklə 4,29 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə