Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR)
“Neftqaztikinti” tresti
Qaynaq aparatlarına olan tələbatını təmin etmək məqsədi ilə
açıq satınalma müsabiqəsi (25013-17) elan edir.
-
|
Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:
Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 05.06.2017-ci il, Bakı vaxtı ilə saat: 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.
Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.
| -
|
Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:
-
Müsabiqə təklifi bir əsli və 2 surəti olmaqla 12.06.2017-ci il, Bakı vaxtı ilə saat: 10:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.
-
Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
| -
|
İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:
-
Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan,rus və ya ingilis dilində əldə etmək istəyənlər 118 manat (ƏDV-ilə) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.
-
Hesab nömrəsi:
Azərbaycan Beynəlxalq Bankı ASC,
AZ38IBAZ38010019449306332120,
VÖEN: 9900003871,
Müştəri xidməti Departamenti,
Kod: 805250,
Müxbir hesab: AZ03NABZ01350100000000002944,
VÖEN: 9900001881,
SWIFT BIK: İBAZAZ2Х.
-
İştirak haqqı heç bir halda geri qaytarılmır.
| -
|
Müqavilənin icra müddəti:
Satınalma müqaviləsinin 60 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.
Bank təminatı:
Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.
| -
|
Satınalan təşkilatın ünvanı:
AZ1018 (indeks), Xətai rayonu, 2922 məhəllə, Zığ yolu küçəsi 41C, “Neftqaztikinti” trestinin inzibati binasının 3-cü mərtəbəsi, Bakı şəhəri, Azərbaycan Respublikası.
Əlaqələndirici şəxs:
Sadıqov Samir.
Maddi Texniki Təchizat və Marketinq şöbəsinin böyük mühəndisi
Telefon nömrəsi: +994 12 521-00-00 (dax:25-120)
Faks nömrəsi: +994 12 521-07-67
Elektron ünvan: Samir.Sadiqov@socar.az
| -
|
Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:
www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)
| -
|
Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:
Zərflərin açılışı 12.06.2017-ci il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.
| -
|
Müsabiqənin nəticəsi haqqında məlumat:
Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:
http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards
|
“Neftqaztikinti” trestinin Satınalmalar qrupu.
(İddiaçı şirkətin firma blankında)
AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN
MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-c- il
___________№
SOCAR-ın “Neftqaztikinti” trestinin
Satınalmalar qrupunun rəhbəri cənab E.Adgözəlova,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) SOCAR-ın “Neftqaztikinti” tresti tərəfindən “Qaynaq aparatlarının” satın alınması ilə əlaqədar elan edilmiş [iddiaçı tərəfindən müsabiqənin nömrəsi daxil edilməlidir]nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.
Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.
Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:
-
Əlaqələndirici şəxs: ____________________________
-
Əlaqələndirici şəxsin vəzifəsi: ____________________
-
Telefon nömrəsi: ______________________________
-
Faks nömrəsi: ________________________________
-
Elektron ünvan: _______________________________
Qoşma:
-
İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.
________________________________ _______________________
(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)
_________________________________
(səlahiyyətli şəxsin vəzifəsi)
M.Y.
SATIN ALINAN MALLARIN SİYAHISI
S/s
|
Materialın adı
|
Tələb olunan göstəricilər
|
Ölçü vahidi
|
Miqdarı
|
1
|
Qaynaq aparatı (invertor tipli)
|
Proseslər: Əl qövs qaynağı MMA (SMAW), əl arqon qövs qaynağı TİG( GTAW), MİG/MAG
Qidalandırıcı şəbəkə gərginliyi – 220-400V
Nominal qaynaq cərəyanı – 400 ÷ 500А
Qaynaq cərəyanın tənzimlənmə həddi - 5 ÷ 500А
Nominal yüklənmə müddəti – (60%)
Yüksüz işləmə gərginliyi - 75V
Nominal işçi (qaynaq) gərginliyi - 15÷35V
Qaynaq çubuğunun diametri - 2÷5mm
Nominal cərəyanda tələb olunan güc – 18-22kVA
Nominal tezlik – 50Hs
Avtomatik qoşulan soyutma sistemi
± 40oC temperaturda istismar imkanı
Artıq yüklənmədən istilik mühafizəsi
Qaynar start və qövsün sürətləndirilməsi funksiyasının olması
Giriş gərginliyinin dəyişməsindən asılı olmayaraq çıxış qaynaq gərginliyinin avtomatik tənzimlənməsi (± 10%)
Dəniz şəraitində işləmə imkanı
|
Dəst
|
6
|
2
|
Qaynaq aparatı (invertor tipli)
|
Proseslər: Əl qövs qaynağı (SMAW), Əl arqon qövs qaynağı (GTAW)
Qidalandırıcı şəbəkə gərginliyi – 210-230/380-420V
Nominal qaynaq cərəyanı – 270А
Qaynaq cərəyanın tənzimlənmə həddi – 5 ÷ 270А
Nominal yükləmə müddəti – (60-70%)
Yüksüz işləmə gərginliyi - max 77V
Nominal işçi (qaynaq) gərginliyi - max. 10-32V.
Qaynaq çubuğunun diametri – 4mm
Nominal cərəyanda tələb olunan güc – 13-15kVA
Nominal tezlik – 50Hs
Çəkisi – ˂ 25kq
Avtomatik qoşulan soyutma sistemi
± 40oC temperaturda istismar imkanı
Artıq yüklənmədən istilik mühafizəsi
Qaynar start və qövsün sürətləndirilməsi funksiyasının olması
Dəniz şəraitində işləmə imkanı
|
Dəst
|
24
|
Dostları ilə paylaş: |