Gördüyü işlərdən söhbət açılır



Yüklə 4,29 Kb.
Pdf görüntüsü
səhifə12/18
tarix17.11.2017
ölçüsü4,29 Kb.
#11012
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

Qərib məzarlar
72
baha başa gəldiyindən hökumət qərara alır ki, 
Bobini yaxınlığında onlar üçün qəbiristanlıq 
yaradılsın. Qəbiristanlığın salınması barədə 
qərar 1934-cü ildə qəbul olunur, lakin burda ilk 
dəfn mərasimi 1937-ci ildə təşkil olunur. Qafqaz-
lılardan burda ilk dəfn olunan Əbdülməcid Çer-
moyev olub. Milliyyətcə çeçen olan Çermoyev 
Dağlılar Respublikasının Paris Sülh Konfransı-
na göndərilmiş nümayəndə heyətinin rəhbərlə-
rindən idi. O, 1937-ci ilin avqustunda vəfat edib 
və burda dəfn olunub. Ona görə də qəbiri birinci 
sıradadır. Burda yüzdən çox qafqazlı dəfn edilib. 
Azərbaycan parlamentinin sabiq üzvü və Xalq 
Cümhuriyyətinin ilk nazirlərindən olan Mirzə 
Əsədullayevin məzarı da Bobinyi qəbiristanlı-
ğındadır. O, 1938-ci ildə Parisdə vəfat edib və bu-
rada torpağa taşırılıb.
Mirzə Əsədullayev tanınmış Bakı milyonçusu 
Şəmsi Əsədullayevin oğludur, 1875-ci ildə Bakı-
nın Əmircan kəndində dünyaya gəlib.
Azərbaycan müstəqilliyini elan etdikdən son-
ra parlamentə üzv seçilib. 
Fətəli xan Xoyskinin 1918-ci il dekabrın 
 
26-da təşkil etdiyi üçüncü hökumət kabinetində 
ticarət və sənaye naziri vəzifəsini tutub.
1920-ci ilin aprelində Azərbaycanda sovet 
hakimiyyəti qurulduqdan az sonra həbs edilib. 
Lakin tezliklə həbsdən azad olunub və ailəsi ilə 
birlikdə Fransaya köçüb.
1927-ci ildə Parisdə Azərbaycan Neft Sənaye-
çiləri İttifaqı adlı təşkilat yaradıb və həmin təşki-
latın prezidenti olub.


Qərib məzarlar
73


Qərib məzarlar
74
1938-ci il aprelin 14-də Parisdə vəfat edib və 
Bobinyi qəbiristanlığında dəfn olunub.
Mirzə Əsədullayev milyonçu Musa Nağı-
yevin qızı Ümmülbanu ilə evlənib və bu ni-
kahdan dörd qızı olub. Ümmülbanu Nağıyeva 
1905-ci ildə vəfat edib. Anasının adaşı olan ki-
çik qızı sonralar Fransada Banin adı ilə yazıçı 
kimi məşhurlaşıb. Bir çox romanlar və esselər 
müəllifi olan Banin Azərbaycanda daha çox 
“Qafqaz günləri” və “Paris günləri” romanla-
rı ilə tanınıb. 1946-cı ildə çap olunan “Qafqaz 
günləri” romanı Azərbaycan dilinə 1988-ci ildə 
tərcümə edilib.
1981-ci ildə Baninlə görüşən ilk Azərbaycan-
lı diplomat Ramiz Abutalıbov sonralar onun bir 
çox mədəniyyət və incəsənət xadimləri ilə görü-
şünü təşkil edib, tarixi vətəni ilə əlaqələrinin qu-
rulmasına yardımçı olub. 1990-cı ilin 20 yanvar 
Mirzə Əsədullayevin 
qəbri.


Qərib məzarlar
75
hadisələrindən sonra Banin Fransa qəzetlərində 
bu qırğını pisləyən yazılarla çıxış edib.
Banin 1992-ci ilin oktyabrında 87 yaşında 
vəfat edib və onun cəsədi, Ramiz Abutalıbovun 
dediyinə görə, öz vəsiyyətinə əsasən elmi-tibbi 
araşdırmalar məqsədi ilə Fransanın elmi-tə-
dqiqat mərkəzlərindən birinə verilib... 
Mirzə Əsədullayevin 20 yaşlı qardaşı oğlu Na-
dir Əsədullayev isə əmisinin yanında dəfn edilib. 
O, 1939-cu ildə vəfat edib. Nadir Əsədullayevin 
anası Hacı Zeynalabdin Tağıyevin qızı Leyla xa-
nım olub. Bir vaxtlar Bakının iki ən varlı ada-
mının – Şəmsi Əsədullayev və Hacı Zeynalabdin 
Tağıyevin nəvəsi olan nakam gəncin qəbri indi 
belədir... 
Azərbaycanda bolşevik hakimiyyətinin qurul-
masından sonra bir çox məşhur mülkədarların 
övladları da yaşayış yeri kimi Fransanı seçiblər. 
Müsəlman məzarlığında 
soydaşlarımızın qəbirləri.


Qərib məzarlar
76
Allahyar bəy Zülqədərov


Qərib məzarlar
77
Azərbaycanda bolşevik hakimiyyətinin qu-
rulmasından sonra bir çox məşhur mülkədar-
ların, o cümlədən Zülqədərovların və Şamxor-
skilərin övladları da qürbətə üz tutublar. 
Bolşeviklərin hakimiyyətə gəlməsinə qə-
dər Yelizavetpol quberniyasında Zülqədərov-
ların 34.278 desyatin torpağı olub. Həmin 
torpaqlarda dəfələrlə silahlı kəndli üsyanları 
baş verib. Qatır Məmmədin kəndli hərəkatı 
Zülqədərovların torpaqlarını da bürüyüb və 
nəslin başçısı kimi tanınan məşhur Allahyar 
bəy Zülqədərov 1918-ci il yanvarın 5-6-da baş 
verən üsyan zamanı öldürülüb. Arxiv sənəd-
ləri əsasında hesablanıb ki, həmin günlərdə 
Allahyar bəyin üç qardaşı, oğlu Məmməd bəy, 
kiçik qızı Şahbanu və arvadı Seyidnisə xanım 
da daxil olmaqla Zülqədərovlar nəslindən 20 
nəfər qətlə yetirilib. 
Allahyar bəy yaşadığı Keşikənddə öldürü-
lüb və indi inzibati cəhətdən Gədəbəy rayonu-
nun ərazisinə daxil olan və Qoşabulaq adlanan 
həmin kənddə dəfn edilib.
Azərbaycan İnqilab Komitəsinin 5 may 
1920-ci il tarixli dekretinə əsasən, Zülqədərov-
lara məxsus torpaqlar müsadirə olunub.
 Azərbaycan müstəqillik qazandıqdan son-
ra Allahyar bəyin ABŞ-da və Fransada yaşayan 
nəvə-nəticələri dəfələrlə ata-baba yurdlarını 
ziyarət ediblər, Allahyar bəyin nəvəsi Xosrov 
bəy və Elxan bəyin vəsaiti ilə onların qəbirləri 
bərpa olunub, səliqəyə salınıb. 
Zülqədərovlar nəslinin taleyi barədə fakt-
ları dəqiqləşdirməkdə bizə Allahyar bəyin nə-
ticəsi Nəzakət xanım Aşurbəyova-Ələkbərova 
kömək etdi. Nəzakət xanım dedi ki, Allahyar 
bəyin Nəzakət adlı qızı sabunçulu Bəşir bəy 
Aşurbəyovla ailə qurub. Bəşir bəyin ikinci ar-
vadı olan Nəzakət xanım dünyaya dörd övlad 
– üç oğlan, bir qız gətirib. Həmin Nəzakət xanı-
mın qızı Rəbiyyə (ona əcnəbi dayələri Roza de-
yirmiş) xanımın dünyaya gətirdiyi qıza nənə-
sinin adını qoyublar. Allahyar bəyin nəticəsi 
olan həmin Nəzakət xanım Aşurbəyova-Ələk-
bərova hazırda Bakıda yaşayır.
Zülqədərovlar nəslinin 
nümayəndələri Parisdə


Yüklə 4,29 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə