Xəbər bülleteni №38



Yüklə 0,64 Mb.
səhifə1/5
tarix27.10.2017
ölçüsü0,64 Mb.
#7018
  1   2   3   4   5

Xəbər bülleteni № 38

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

İyul 2016




Nazirlər Kabineti 6 aya yekun vurdu

11.07.2016



nk - iclas 1
İyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunan iclası keçirilib. Prezident İlham Əliyevin sədrlik etdiyi iclasda müdafiə sənayesi naziri Yavər Camalov, kənd təsərrüfatı naziri Heydər Əsədov, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə 2016-cı ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.

AZƏRTAC-ın məlumatına görə, giriş nitqində dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyini deyən prezident Azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, ölkə qarşısında duran vəzifələrin həll olunduğunu bildirib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının alındığını, əks-hücum əməliyyatı nəticəsində 2 min hektar ərazinin işğaldan azad edildiyini diqqətə çatdırıb. “Münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir” deyən İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.

“Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır” deyən dövlət başçısı buna nail olmaq üçün həmsədr ölkələrin və ATƏT-in Ermənistana ciddi təzyiq göstərmələrinin vacibliyini diqqətə çatdırıb.

Bu ilin altı ayında ölkənin xarici siyasətinin fəal olduğunu, 10-dan çox dövlət və hökumət başçısının Azərbaycana səfərə gəldiyini, özünün də xaricə səfərlərinin beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini deyən prezident çıxışında iqtisadi inkişaf proseslərindən də danışıb, cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artımın müşahidə olunduğunu deyib. O bildirib ki, ötən 6 ayda ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır: “İlin birinci yarısında 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb”.

2016-cı ilin tarixdə dərin islahatlar dövrü kimi qalacağını vurğulayan dövlət başçısı strateji enerji və nəqliyyat layihələrinin uğurla icrası istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.

Prezident İlham Əliyev yekun nitqində prioritet istiqamətlər üzrə qarşıda duran vəzifələrin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı ixrac yönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib. İlham Əliyev deyib ki, bu il ölkədə dərman istehsalına başlanması, sənaye mərkəzlərinin yaradılması istiqamətində, həmçinin Mingəçevirdə yüngül sənaye kompleksinin təməlinin qoyulması, hər bir rayonun sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilir.

Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə təminatın, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorativ tədbirlərin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlarını verən dövlət başçısı 2016-cı ilin ikinci yarısının da uğurlu olacağına əminliyini ifadə edib.

Dollar yenə bahalaşıb

11.07.2016



dollar 1İyulun 11-də ABŞ dollarının rəsmi kursu qalxıb. Ötən həftənin son iş günü 1,5456 manata satılan 1 dollar 1,5487 manata təklif olunur.

Transparency.az-ın məlumatına görə, Mərkəzi Bank avronu ucuzlaşdırıb. 1 avronun rəsmi məzənnəsi 1,7131 manatdan 1,7108 manata düşüb.

Rusiya rublunun kursunda isə yenilik yoxdur. 1 rubl iyulun 5-dən bəri 0,0241 manata satılır.

Mərkəzi Bank digər valyutalara belə qiymət qoyub:

1 Belarus rublu – 0,7697 manat

1 gürcü larisi – 0,6599 manat

1 ingilis funt sterlinqi – 2,007 manat

1 İsveçrə frankı – 1,5749 manat

1 türk lirəsi – 0,5357 manat.

Vergi hüquqpozmaları ilə mübarizə hesabatı açıqlanıb

11.07.2016

vnVergi hüquqpozmalarına qarşı 2016-cı ilin ilk yarısında görülmüş mübarizə tədbirləri haqqında hesabat açıqlanıb. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Transparency.az-a verilən məlumata görə, 6 ayda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanmış 242 cinayət işi üzrə aparılan araşdırmalar zamanı 52 milyon 33 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Yarım illik hesabata əsasən, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin istintaq idarəsində 623 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 11 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış cinayət işlərindən 67 iş üzrə 77 nəfər şəxs barəsində materiallar məhkəmələrə göndərilib.

155 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunmuş 29 nəfər şəxs tutulub, ibtidai istintaqdan yayınan 193 şəxsin məcburi qaydada gətirilməsi, 376 şəxsin tapılaraq istintaqa gəlmələri, 430 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 82 nəfər vergi ödəyicisinin vergi orqanlarına gəlmələri təmin olunub.

Vaxtı keçmiş kreditlərin məbləği 132,9 milyon manat artıb

11.07.2016

merkezi bank
2016-cı il iyunun 1-nə ölkədə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 514,2 milyon manat olub. Transparency.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları hesabatında belə deyilir.

Mayın 1-nə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 381,3 milyon manat idi. Bir ayda problemli kreditlərin həcmi 132,9 milyon manat artıb.

Vaxtı keçmiş kreditlərin 736,5 milyon manatı xarici valyutada olan kreditlərdir.

Bu ilin 5 ayının yekununa əsasən, kreditlərin həcmi 18 milyard 197,1 milyon manata düşüb. 2016-cı il yanvarın 1-nə kreditlərin həcmi 21 milyard 199,5 manat idi. 5 ayda 3 milyard 2,4 milyon manat azalma qeydə alınıb.

5 ayda əmanətlər 1 milyard 77,3 milyon manat azalıb

11.07.2016



manatMərkəzi Bankın yeni hesabatına əsasən, bu il iyunun 1-nə əhalinin banklardakı əmanətinin həcmi 7 milyard 566 milyon manata enib. Bir ayda 119 milyon manat azalma olub. Mayın 1-nə əhalinin banklardakı əmanətinin həcmi 7 milyard 685 milyon manat idi.

Transparency.az xəbər verir ki, fiziki şəxslərin əmanətləri ilə bağlı hesabata görə, 2016-cı ilin əvvəlinə əhalinin banklarda 8 milyard 643,3 milyon manat əmanəti olub, sonrakı aylarda düşmə qeydə alınıb. 5 aylıq azalmanın həcmi 1 milyard 77,3 milyon manatdır.

İyunun 1-nə əmanətlərin 1 milyard 447,5 milyon manatı milli valyuta ilə, 6 milyard 118,4 milyon manatı xarici valyuta ilə qoyulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni hesabatları

11.07.2016

emek nazirliyi 1Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,4 faiz artaraq 16040-a, son 6 ayda isə 27,8 faiz artaraq 89041-ə çatıb. Rəsmi hesabata görə, il yarımdan çoxdur əhalinin istifadəsində olan “İş yerinə dair arayış” e-xidmətindən vətəndaşlar bu il iyulun 1-dək 314227 dəfə faydalanıblar.

Nazirliyin başqa bir hesabatında bildirilir ki, cari ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çox, 2121 nəfər şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Peşə təliminə cəlb edilənlərin 271 nəfəri və ya 12,8 faizi əlilliyi olan şəxslərdir.

Yanvar-iyun aylarında nazirlik əksəriyyəti orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri olan 59058 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətləri verib.

Depozit hərracında təklif tələbi üstələyib

11.07.2016

amb 1İyulun 11-də Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib. 50 milyon manatlıq hərracda tələb 45 milyon manat olub. Hərrac nəticəsində bağlanmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 5,99% təşkil edib.

Rəsmi məlumata görə, hərraclar çərçivəsində depozit əməliyyatları pul bazarının inkişafına, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinə yönəlib.

SOCAR həm var, həm də yox?

11.07.2016



ekrem hesenov 1İqtisadçı Əkrəm Həsənov SOCAR-ın hüquqi adı ilə bağlı problem olduğunu yazır. Transparency.az-ın məlumatına görə, ekspert qanunvericilik baxımından SOCAR adında şirkətin mövcud olmadığı iddia edir: “SOCAR ölkəmizin ən iri və tanınmış şirkəti hesab olunur. Zaman-zaman beynəlxalq arenada onun müxtəlif alğı-satqı əməliyyatları, sponsorluq təşəbbüsləri haqqında məlumatlar yayılır. Amma əslində hüquqi nəzərdən belə şirkət mövcud deyil. Söhbət ingiliscə SOCAR, yaxud ana dilində ARDNŞ abreviaturasından getmir. Dövlət başçısının 24 yanvar 2003-cü il fərmanı ilə təsdiq edilən nizamnamənin 1.8-ci bəndinə əsasən, qurumun qısaldılmış rəsmi adı elə məhz SOCAR-dır.

Həmin nizamnamənin 1.4-cü bəndinə görə, SOCAR guya hüquqi şəxsdir. Niyə guya? Ona görə ki, Mülki Məcəllənin 50.1-ci maddəsində deyilir: “Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur”. Lakin SOCAR-ın adında onun təşkilati-hüquqi forması göstərilməyib. SOCAR-ın nizamnaməsinin 1.2-ci bəndində qeyd edilir ki, o, kommersiya fəaliyyətini həyata keçirir, yəni kommersiya hüquqi şəxsidir. Mülki Məcəllənin 4-cü fəslində kommersiya hüquqi şəxsinin yalnız 6 təşkilati-hüquqi forması nəzərdə tutulur: tam ortaqlıq, kommandit ortaqlığı, məhdud məsuliyyətli cəmiyyət, əlavə məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyəti və kooperativ. Hüquq elmində buna “numerus clausus” prinsipi deyilir. Yəni kommersiya hüquqi şəxsi yalnız bu 6 formadan birində mövcud ola bilər. SOCAR-ın isə adından və nizamnaməsindən görünür ki, onun ümumiyyətlə təşkilati-hüquqi forması yoxdur. Bu isə o deməkdir ki, belə hüquqi şəxs mövcud deyil. Hüquq subyekti ya fiziki, ya da hüquqi şəxs ola bilər. SOCAR bunların heç birinə aid deyil, deməli, qanunun gözündə (prezident fərmanı qanuna ziddirsə, hüquqi qüvvə daşımır) belə hüquq subyekti yoxdur”.

Ekspert nəzəri problem kimi diqqət çəkən məqamın ölkə daxilində olmasa da, beynəlxalq münasibətlər müstəvisində problem yarada biləcəyini düşünür: “SOCAR-ın məhkəmə mübahisəsi yaransa, xüsusilə o, cavabdeh olsa, xarici və ya beynəlxalq məhkəmə (arbitraj) ilk növbədə onun kimliyini müəyyən edəcək. Bunun da xoşagəlməz nəticələri ortaya çıxacaq. Əvvəla, hüquqi sistemin bərbad vəziyyətinə görə ölkənin imicinə zərbə dəyəcək. SOCAR-ın özünün də işgüzar fəaliyyəti zərər görəcək, onun bağladığı müqavilələr, iştirak etdiyi layihələr sual altında olacaq. Belə durumda SOCAR-ın bütün öhdəliklərinə görə məsuliyyəti Azərbaycan dövləti daşıyacaq. Ona görə də qurumun hüquqi status məsələsi öz həllini tapmalıdır”.

Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir.

Qızıl: yeni qiymətlər yerli bazara da təsir göstərir

11.07.2016



qizil“Ölkədə qızılın bahalaşması qaçılmazdır”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov dünya bazarında qiymətli metala ehtiyacı təhlil edərək bu qənaətə gəlib. Ekspert ehtiyacın yaranmasını spekulyativ təsirlə də əlaqələndirib: “Qızılın dünya bazar qiymətində artım davam edir. Son 2 ilin rekorduna imza atan qiymətli metalda axırıncı ildə 17, son 6 ayda isə 24 faiz qiymət artımı qeydə alınıb. Qızıl son bir ayı da 7 faiz artımla başa vurub, indi 1 qramı 44 dollara təklif edilir.

Bir müddət öncə ABŞ-ın aparıcı milyarderlərindən olan Corc Soros qızıl bazarına böyük məbləğdə sərmayə yönəldəndə qiymətin yüksələcəyi proqnozlaşdırılmışdı. İndi artım müşahidə edilir, yönəldilən sərmayələr qiymətli metala tələbi artırıb. Təbii ki, milyarderin bazara geniş məbləğdə sərmayə etməsində spekulyativ davranışlar da istisna edilmir. Eyni zamanda qlobal neft və valyuta bazarlarındakı qeyri-müəyyənlik investorların qızıla marağının artmasına səbəb olub.

Qlobal qiymət artımları Azərbaycanın qızıl bazarına da təsir göstərir. Güman ki, növbəti dövrdə bu daha çox hiss ediləcək. Bir tərəfdən Ramazan ayı başa çatdığı, toy mövsümü başlandığı üçün yerli bazarda qızıla tələb yüksəlib, digər tərəfdən idxal edilən xam qızılın xərci artıb. Qızıl bazarındakı tələbin əsasən idxal hesabına ödəndiyini nəzərə alsaq, dünya bazarındakı qiymət artımının təsiri qaçılmazdır”.

Qızıl: yeni qiymətlər yerli bazara da təsir göstərir

11.07.2016

qizil“Ölkədə qızılın bahalaşması qaçılmazdır”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov dünya bazarında qiymətli metala ehtiyacı təhlil edərək bu qənaətə gəlib. Ekspert ehtiyacın yaranmasını spekulyativ təsirlə də əlaqələndirib: “Qızılın dünya bazar qiymətində artım davam edir. Son 2 ilin rekorduna imza atan qiymətli metalda axırıncı ildə 17, son 6 ayda isə 24 faiz qiymət artımı qeydə alınıb. Qızıl son bir ayı da 7 faiz artımla başa vurub, indi 1 qramı 44 dollara təklif edilir.

Bir müddət öncə ABŞ-ın aparıcı milyarderlərindən olan Corc Soros qızıl bazarına böyük məbləğdə sərmayə yönəldəndə qiymətin yüksələcəyi proqnozlaşdırılmışdı. İndi artım müşahidə edilir, yönəldilən sərmayələr qiymətli metala tələbi artırıb. Təbii ki, milyarderin bazara geniş məbləğdə sərmayə etməsində spekulyativ davranışlar da istisna edilmir. Eyni zamanda qlobal neft və valyuta bazarlarındakı qeyri-müəyyənlik investorların qızıla marağının artmasına səbəb olub.

Qlobal qiymət artımları Azərbaycanın qızıl bazarına da təsir göstərir. Güman ki, növbəti dövrdə bu daha çox hiss ediləcək. Bir tərəfdən Ramazan ayı başa çatdığı, toy mövsümü başlandığı üçün yerli bazarda qızıla tələb yüksəlib, digər tərəfdən idxal edilən xam qızılın xərci artıb. Qızıl bazarındakı tələbin əsasən idxal hesabına ödəndiyini nəzərə alsaq, dünya bazarındakı qiymət artımının təsiri qaçılmazdır”.

İran neft bazarının 80%-ni özünə qaytarıb

11.07.2016

iran nefti 1İran 2012-ci ildə sanksiyaların tətbiqindən sonra itirdiyi neft bazarının 80%-ni özünə qaytarıb. Novator.az-ın məlumatına görə, İran Milli Neft Şirkətinin beynəlxalq əlaqələr direktoru Mohsün Qəmsəri iyulun 11-də “Bloomberg” agentliyinə belə açıqlama verib.

Hazırda İran sutkada 3,8 milyon barrel neft çıxarır və gündə 2 milyon barrel ixrac edir. Qəmsəri bildirib ki, yaxın perspektivdə İranın gündəlik neft ixracı 4 milyon barreli keçə bilər.

Plana görə, 2021-ci ildə İran gündəlik neft və kondensat hasilatını 5,8 milyon barrelə çatdırmaq niyyətindədir. 2016-cı ilin əvvəlindən İranda karbohidratların istehsalı 25% artıb.

İran 2016-cı ilin yanvarında beynəlxalq sanksiyaların çoxundan azad olub.

Kim nə qədər qazandı?

11.07.2016



chempionat1
Avropa futbol çempionatında yarışmış milli komandaların yerli federasiyalara nə qədər qazanc gətirdiyi açıqlanıb.

Avropa çempionatı iyunun 10-dan iyulun 10-dək Fransada keçirilib. 24 yığmanın hər biri iştiraka görə 8 milyon avro əldə edib. Qrup mərhələsində qələbəyə görə 1 milyon avro, heç-heçəyə görə 500 min avro verilib.

1/8 finala çıxmağın qiyməti 1,5 milyon avro, 1/4 finala çıxmağın qiyməti 2,5 milyon avro, yarımfinala çıxmağın qiyməti 4 milyon avro olub. Finalın qalibi 8 milyon avro, uduzan 5 milyon avro qazanıb.

Transparency.az bildirir ki, yığması Avropa çempionu olan Portuqaliya Futbol Federasiyası 301 milyon avroluq mükafat fondunun 25,5 milyon dollarına sahib çıxıb.

Millisi finalda məğlub olmuş Fransa Futbol Federasiyası UEFA-dan 23,5 milyon avro alacaq.

Yarımfinalda ələnmiş almanların qazancı 18,5 milyon, uelslilərin gəliri 18 milyon avrodur.

Dörddə bir finalçılardan Polşa 14,5 milyon, Belçika, İslandiya, İtaliya 14 milyon avro əldə edib.

UEFA 1/8 finalçılardan Xorvatiyaya 12 milyon, Macarıstan, İngiltərə, İspaniya, İsveçrəyə 11,5 milyon, Slovakiya və İrlandiyaya 11 milyon, Şimali Irlandiyaya 10,5 milyon avro ödəyəcək.

Qrupda qalmış 8 komandanın qazancı isə belə olub: Türkiyə və Albaniya 9 milyon avro, Rusiya, Rumıniya, İsveç, Çexiya və Avstriya 8,5 milyon avro, Ukrayna 8 milyon avro.

Vergilər Nazirliyi proqnoz tapşırığına 102 faiz əməl edib

11.07.2016

vn 1
Vergilər Nazirliyindən Transparency.az-a verilən məlumata görə, bu ilin ilk yarısında qurumun xətti ilə dövlət büdcəsinə 3 milyard 190 milyon 139,33 min manat vəsait daxil olub. Nazirlik bildirir ki, bununla proqnoz tapşırığına 102 faiz əməl edilib.

Hesabat dövründə 53 min 221 vergi ödəyicisi qeydiyyata alınıb.

2016-cı il üçün dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılır. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 10 milyon manat daxilolma nəzərdə tutulur.

Monteneqroda parlament seçkisi təyin olundu

11.07.2016

filip-vuyanovich 1Monteneqro prezidenti Filip Vuyanoviç ölkədə növbəti parlament (Skupşina) seçkisini oktyabrın 10-na təyin edib.

Novator.az xatırladır ki, seçkinin ədalətli və şəffaf keçirilməsini təmin etmək məqsədilə bir qədər əvvəl hökumət yenidən formalaşdırılmışdı.

25 ildir Monteneqroda hökuməti Sosialist Demokrat Partiyası qurur. Hazırda hökumətə bu partiyanın təmsilçisi baş nazir Milo Cukanoviç başçılıq edir.

Parlament seçkisi ərəfəsində hökumətə parlamentdə təmsil olunan müxalifətçilər də üzv olub. Bütövlükdə bu prosesə Monteneqronun NATO-ya üzvlüyü məsələsi təkan verib.

Mayın 19-da NATO ölkələrinin xarici işlər nazirləri Monteneqronun NATO-ya qəbul edilməsi haqda protokol imzalayıblar. Alyansa daxil olan 28 ölkə protokolu ratifikasiya etdikdən sonra Monteneqro avtomatik NATO-nun 29-cu üzvünə çevriləcək.

Bir neçə il idi Monteneqronun hakim koalisiyası və müxalif qüvvələri arasında ölkənin NATO-ya üzvlüyü ilə bağlı mübahisələr gedirdi.

Hələlik Monteneqro NATO-da müşahidəçi statusundadır.

Əmək müfəttişləri 6 ayda 20 nəfəri əvvəlki işinə bərpa etdirib

11.07.2016

demx logoDövlət Əmək Müfəttişliyi Xidməti yanvar-iyun aylarında işəgötürənlərin gecikdirdiyi 769 min 774 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənməsini təmin edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, həmin vəsaitin 95 faizi gecikdirilən əmək haqqı, 3 faizi işəgötürənlərin işçilərə ödəməli olduğu sosial müavinətlər və kompensasiyalar, qalan hissəsi isə zərərə görə ödənclər olub.

Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-iyun ayları ərzində işdən qanunsuz azad edilmə ilə bağlı müraciətləri də araşdırıb. Qanunsuz işdən azad edildiyi müəyyən olunan 20 nəfər əvvəlki iş yerinə bərpa olunub.

Lavrovla müzakirələr

12.07.2016



prezident - gorush 1
“Regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün münaqişənin tezliklə həllini istəyirik”. AZƏRTAC-ın məlumatına görə, iyulun 11-i Bakıda Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşən prezident İlham Əliyev belə deyib.

İlham Əliyev qeyd edib ki, son vaxtlar tez-tez bir araya gəlirlər: “Mən keçmiş cədvələ baxdım, biz hər ay görüşmüşük: apreldə Bakıda, mayda Vyanada, keçən ay Sankt-Peterburqda, sonra yenidən Bakıda. Bu, bizim münasibətlərimizin necə inkişaf etdiyinin yaxşı göstəricisidir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın necə səmərəli rol oynadığının göstəricisidir.

Biz Rusiya tərəfinin, şəxsən prezidentin səylərini yüksək qiymətləndiririk. Mən həm Sizə, həm də Rusiya prezidentinə Sankt-Peterburqda görüşün keçirilməsi təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Biz bu görüşü çox səmərəli və müsbət görüş kimi qiymətləndiririk. Əlbəttə ki, son 3-4 ayda danışıqlar prosesində nəzərə çarpan müsbət dinamikanın davam edəcəyinə ümid bəsləyirik. Hesab edirəm ki, danışıqların bu dövrü ən dinamikdir və ümidvaram, həm də ən səmərəli olacaq. Sizin bu gün Bakıya, bundan əvvəl isə Yerevana səfəriniz bir daha sübut edir ki, Rusiya hər iki ölkənin dostu, qonşusu kimi münaqişənin nizamlanmasında maraqlıdır. Təbii ki, biz də maraqlıyıq, regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün münaqişənin tezliklə həllini istəyirik”.

Dövlət başçısı deyib ki, Rusiya xarici işlər nazirinin Bakıya səfəri ikitərəfli münasibətləri müzakirə etmək üçün yaxşı imkandır: “Keçən ay biz bu məsələləri Rusiya prezidenti ilə müzakirə etmişdik. Bizim əsas vəzifəmiz bütün istiqamətlər üzrə — həm siyasi, həm iqtisadi, nəqliyyat, energetika, humanitar əməkdaşlıq sahələrində münasibətləri möhkəmləndirməkdir. Biz dost və tərəfdaş kimi inamla irəliləyirik. Əminəm ki, sizin səfəriniz uğurlu olacaq və ölkələrimizin daha da yaxınlaşmasına təkan verəcək”.

Sergey Lavrov ikitərəfli gündəliyin çox zəngin olduğunu vurğulayıb: “İlin sonunadək hökumətlərarası ticari-iqtisadi komissiyanın iclası, Rusiya-Azərbaycan Regionlararası Forumu, Azərbaycan və Rusiya prezidentlərinin birgə himayəsi ilə keçirilən ənənəvi, V Bakı Beynəlxalq Humanitar Forumu nəzərdə tutulub. Biz bütün istiqamətlərdə əməkdaşlığın inkişafında maraqlıyıq.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya tərəfinin təşəbbüsünə Sizin münasibətinizi yüksək qiymətləndiririk. Proses həqiqətən gedir və prezident Putin Sankt-Peterburq görüşünün nəticəsindən razıdır. Mən prezidentin tapşırığı ilə hər iki ölkənin paytaxtına səfər etmişəm. Hesab edirəm ki, bugünkü görüş tamamilə konkret planda daha dəqiq addımları müəyyənləşdirməyə kömək edəcək”.

“Bəziləri deyirlər ki, yardım alıram, niyə gedib işləməliyəm?”

12.07.2016



eliyev 2Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının yekunlarına həsr olunan 10 iyul iclasında çıxış edən prezident İlham Əliyev deyib ki, il ərzində neftin qiyməti 3-4 dəfə düşsə də, Azərbaycan inkişaf edir: “Düzdür, ümumi daxili məhsul bir qədər azalıb. Bunun müxtəlif səbəbləri var. Ancaq sevindirici hal ondan ibarətdir ki, iqtisadiyyatın əsas sahələri — sənaye və kənd təsərrüfatı artıb. Yəni real sektor artıb.

Sənaye istehsalı 0,6 faiz artıb. Düzdür, o qədər də böyük artım deyil, ancaq hesab edirəm ki, bu, böhran ili üçün müsbət haldır. Ölkəmizin qeyri-neft sənayesi 2,4 faiz artıb. Bu, çox ciddi artımdır və hesab edirəm ki, bu artım böyük ümidlər verir. Gələcəkdə bu daha da artacaq.

Kənd təsərrüfatı 3 faizdən bir qədər çox artıb. Bu da müsbət haldır, ancaq potensial daha da böyükdür. Bu il görülən və görüləcək işlər, həmçinin gələn il görüləcək işlər nəticəsində kənd təsərrüfatında çox böyük irəliləyiş olacaq.

Ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub. Bu da çox müsbət haldır. Azərbaycan sərmayə qoyuluşu üçün cəlbedici ölkədir. Bu il daha çox xarici sərmayə qoyulub. Mən bunu da müsbət qiymətləndirirəm. Çünki daxili sərmayələr azalır. Ona görə ki, indi bizim investisiya proqramımız ixtisar olunub. Bu da təbiidir. Ancaq xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkə kimi qalır və əminəm ki, gələcəkdə bu proses davam etdiriləcək.

İlin altı ayında 78 min daimi iş yeri açılıbdır. Ümumiyyətlə, iş yerlərinin açılması 90 minə yaxındır. Amma onlardan 78 mini daimi iş yeridir. Bu da çox müsbət haldır. Çünki ilin əvvəlində müəyyən narahatlıq vardı ki, bəzi iş yerləri bağlanır. Düzdür, 26 min iş yeri bağlanıb. Ancaq 78 min iş yeri açılıb. Ona görə biz görülən tədbirlər nəticəsində, o cümlədən dövlət şirkətlərinin xətti ilə açılmış iş yerlərinin sayı hesabına, — özəl sektorda da bu işlər gedir, — burada da müsbət dinamikanı görürük. Özəl sektora da dövlət qurumları çox ciddi tövsiyə edib ki, onlar ixtisarlara getməsinlər, bir qədər az pul qazansınlar, ancaq insanları küçələrə tökməsinlər. Özəl sektor da özünü çox məsuliyyətli aparıb. Bu da təbiidir. Çünki özəl sektor uzun illərdir ki, dövlətdən çox böyük dəstək — həm siyasi, həm də ki, maddi dəstək alır. Güzəştli şərtlərlə verilən kreditlərin həcmi 1 milyard dolları ötüb. Ona görə özəl sektor da sosial məsuliyyət daşımalıdır.

Sosial məsələlərin həlli istiqamətində çox ciddi addımlar atılıb. 2016-cı ilin ötən dövründə bəzi ölkələrdə maaşlar, pensiyalar ixtisar edilib. Ancaq Azərbaycanda maaşlar və pensiyalar 10 faiz qaldırılıb və bu da çox ciddi sosial təşəbbüsdür.

Bu il biz sosial mənzillərin inşasına başlamaq fikrindəyik. Mənzil İnşaatı Dövlət Agentliyi — MİDA yaradılıb. Onun əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir. Eyni zamanda bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına və beləliklə, sənaye potensialımıza çox müsbət təsiri olacaq. İndi hazırlıq işləri aparılır. Ümid edirəm ki, bu il artıq praktiki addımlar atılacaq və bu yeni sosial təşəbbüs çox geniş vüsət alacaq.

2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Düzdür, biz bu islahatları uzun illərdir ki, aparırıq. Ancaq əvvəlki dövrdə vəziyyət başqa idi. Neft hasilatı artırdı. Neftin qiyməti 100 dollardan çox idi. Bizim əsas vəzifəmiz infrastruktur layihələrinin — həm sosial infrastruktur, həm digər infrastruktur layihələrinin icrası idi. Çox böyük vəsait ayrılırdı. Biz elektrik enerjisi, qazlaşdırma, kənd yollarının tikintisi ilə bağlı əsas infrastruktur layihələrini qısa müddətdə icra etdik. Hələ ki, bu istiqamətdə işlər davam edir, amma infrastruktur layihələrinin böyük əksəriyyəti artıq reallaşıb.

İndi vəziyyət tam başqadır. Mən artıq dəfələrlə demişəm, biz postneft dövründə yaşayırıq. Düzdür, bir neçə ildən sonra Azərbaycan dünya bazarlarına çox böyük həcmdə təbii qazı da ixrac etməyə başlayacaq və yenə də valyuta axını artacaq. Ancaq biz elə yaşamalıyıq ki, artıq postneft dövründəyik və belə olan halda, əlbəttə, ciddi, daha da dərin iqtisadi islahatlar aparılmalı idi və aparılır.

Həm maliyyə-bank sektorunda, həm də kənd təsərrüfatının, sənaye potensialımızın inkişafı ilə bağlı çox ciddi islahatlar aparılır. İxracın stimullaşdırılması, investisiya cəlb edilməsi üçün çox böyük güzəştlər tətbiq olunur. Eyni zamanda vergi sahəsində, xüsusilə gömrük sektorunda ciddi islahatlar aparılır. Bu il gömrük orqanlarından daxilolmalar plandan 17 faiz artıq yığılıb. Bu, çox müsbət nəticədir. Vergi orqanlarında yığım plandan 2 faiz artıq təmin edilib. Amma orada da böyük ehtiyatlar var. Hesab edirəm ki, vergi sistemində aparılan islahatlar ilin sonuna qədər bütün bu vəziyyəti şəffaflaşdıracaq. Necə ki, gömrük orqanlarında bütün məsələlər şəffaf şəkildə öz həllini tapır. Təbii ki, bunu həm insanlar, biznesmenlər, iş adamları görür, eyni zamanda, büdcəyə daha da böyük həcmdə vəsait daxil olur.

Yəni bütün sahələrdə islahatlar dərinləşməli, şəffaflıq təmin edilməli, nəzarət, maliyyə nəzarəti daha da gücləndirilməlidir. Belə olan halda biz neftdən asılılığı tamamilə aradan götürəcəyik. Məsələ məhz belə qoyulub. Bir neçə il ərzində dövlət büdcəmiz, onun mütləq əksəriyyəti qeyri-neft sektoru hesabına təmin edilməlidir. Ondan sonra neftin qiyməti qalxdı-düşdü, bunun heç bir əhəmiyyəti olmayacaq.

Qeyd etdiyim kimi, sosial sahədə maaşlar, pensiyalar qalxıb, eyni zamanda, digər islahatlar da aparılır. İnsanlara daha çox imkanlar yaradılmalıdır ki, onlar özləri öz məşğulluğunu təmin etsinlər. Bu məqsədlə prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Biz birinci təcrübənin nəticələrini yəqin ki, yaxın vaxtlarda görəcəyik. Hesab edirəm ki, öz məşğulluğunu təminetmə yanaşması üstünlük təşkil etməlidir.

Biz uzun illər insanlara ünvanlı sosial yardım veririk. Bu da çox ciddi sosial təşəbbüsdür. Yüz mindən çox ailəyə dövlət tərəfindən ünvanlı sosial yardım verilir. Biz bunu ona görə edirik ki, bu insanların maddi təminatı lazımi səviyyədə deyil. Ancaq biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır. Ələbaxımlıq da gələcəkdə çox böyük problem ola bilər. Ona görə insanlar özləri daha da məsuliyyətli olmalıdırlar. Dövlət qurumları şərait yaratmalıdır ki, tədricən ünvanlı sosial yardım əvəzinə hər bir insan özü üçün iş qursun. Dövlət kömək edəcək. Prezidentin ehtiyat fondundan bu məqsədlər üçün ilkin olaraq 6 milyon manat ayrılıb. Lazım olarsa, daha da çox vəsait ayrılacaq. Hər bir rayonda insanlar fərdi qaydada işlə təmin ediləcək. Onlar dövlətdən asılı olmayacaqlar. Onlar halal pul qazanacaqlar, ailələrini dolandıracaqlar”.

Prezident: “Yoxlamalar insanları bezdirmişdi”

12.07.2016

prezident 1
Nazirlər Kabinetinin 10 iyul iclasına yekun vuran prezident İlham Əliyev yaxın vəzifələrdən söz açıb: “İlin sonuna qədər fəal işləməliyik ki, qarşıda duran bütün vəzifələri icra edək. Ötən altı ayın nəticələri göstərir ki, Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq. Əlbəttə ki, biz əsas prioritet istiqamətlər üzrə işimizi daha da təkmilləşdirməliyik. 2016-cı ilin birinci yarısının iqtisadi göstəriciləri də çox ümidvericidir. Qeyri-neft sənayemiz 2,4 faiz, kənd təsərrüfatı isə 3,1 faiz artıb. Ancaq əminəm ki, xüsusilə kənd təsərrüfatı istehsalı ilin sonuna qədər daha da artacaq.

Sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir və eyni zamanda orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcək. Mən iri layihələr arasında Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələri qeyd etmək istəyirəm. Onların arasında SOCAR Polimer Kompleksinin tikintisi xüsusi yer tutur. Buraya böyük investisiya — təqribən 700 milyon dollardan çox sərmayə qoyulur. İki ildən sonra artıq bu müəssisə hazır məhsul istehsal edəcək. İdxaldan asılılıq tamamilə aradan götürüləcək və böyük ixrac potensialı yaranacaq. Gələcək fəaliyyətimiz üçün bu, əsas istiqamət, prioritet olmalıdır. İdxaldan maksimum dərəcədə asılılığımızı aradan götürmək, ixrac potensialımızı artırmaq və bununla paralel olaraq ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmalıdır. Əlbəttə, birjada satılan məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Ancaq digər məhsullar üçün biz indi gərək rəqabətə girək. Çünki indi dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır. Böyük dövlətlər, böyük firmalar artıq bazarları böyük dərəcədə bölüblər. Ona görə bu bazarlara öz məhsulumuzla girmək üçün gərək böyük səylər göstərək.

2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Bu da gübrələrə olan tələbatımızı tam təmin edəcək, idxala artıq ehtiyac olmayacaq və böyük həcmdə ixrac potensialı yaranacaq. Burada da üstünlük ondan ibarətdir ki, bu məhsulların satışı ilə bağlı heç bir problem olmayacaq. O ki qaldı polimer zavodunun fəaliyyətinə bu, birinci mərhələ olmalıdır. Ondan sonra və bəlkə də indidən özəl sektor da qoşulmalıdır ki, artıq onlar da hazır məhsul istehsalına başlasınlar. Çünki bu xammalın istehsalı böyük imkanlar yaradır. Bu zavoddan faydalanan özəl sektor çox cəld fəaliyyət göstərməlidir, çevik siyasət aparmalıdır. Əgər lazım olarsa, tezliklə dövlətin dəstəyi ilə bir çox kiçik və orta müəssisələr yaradılmalıdır ki, onlar Azərbaycanda hazır məhsul istehsal etsinlər.

Digər iri sənaye müəssisələri yaradılır, yaradılacaq. Ancaq əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada iqtisadi potensialı müəyyən edən orta və kiçik sahibkarlardır. Biz də bu yolla getməliyik və sahibkarlığın inkişafı üçün əlavə tədbirlər görüləcək.

Azərbaycanda bir sahə var ki, o, demək olar, heç inkişaf etməyib. Həm özəl sektor maraq göstərməyib, həm də dövlət bu sahəni bir qədər diqqətdən kənarda saxlayıb. Bu da dərman preparatlarının istehsalıdır. Biz demək olar ki, 100 faiz idxaldan asılıyıq. Düzdür, son vaxtlar bu sahədə görülmüş tədbirlər nəticəsində dövlət tənzimləyici rolunu oynayır. İqtisadiyyat Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə artıq bir ildən çoxdur ki, bu məsələ ilə məşğuldur. Nəticədə dərman preparatlarının qiymətində çox ciddi azalma müşahidə olunur. Eyni zamanda keyfiyyətə də çox ciddi nəzarət edilir. Baxmayaraq ki, manatın məzənnəsi aşağı düşüb və biz idxaldan tam asılıyıq, görülmüş tədbirlər, dövlətin müsbət mənada müdaxiləsi nəticəsində burada qiymətlərdə sabitləşmə var. Bir çox dərman preparatının qiymətləri aşağı düşüb.

Ancaq indi vaxt gəlib çatıb ki, Azərbaycanda dərman preparatlarının istehsalına başlansın. Müvafiq göstərişlər verilib, bir neçə xarici şirkətlə danışıqlar aparılır, böyük maraq var. Çünki Azərbaycan bazarı kifayət qədər böyük bazardır. Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır və dinamika da müsbətdir. Ona görə xarici firmalar böyük maraq göstərirlər. Biz bundan istifadə etməliyik. Dərman preparatlarının istehsalı üçün indi ciddi bir proqram hazırlanır və bir klastr yaradılmalıdır. Beləliklə, həm bu sahədə də sənaye potensialı inkişaf edəcək, idxaldan asılılıq azalacaq və həm də vətəndaşlarımızı daha keyfiyyətli dərmanlarla təmin edə bilərik. Hesab edirəm ki, ilin sonuna qədər bütün danışıqlar prosesi, bütün təşkilati məsələlər öz həllini tapmalıdır. Bu il artıq biz dərman fabriklərinin tikintisinə başlamalıyıq”.

Kənd təsərrüfatı məsələlərinə toxunan dövlət başçısı qeyd edib ki, hökumət əvvəlki dövrlərdə əsas səylərini ərzaq təhlükəsizliyi məsələlərinə yönəltmişdi: “Çünki bir neçə il bundan əvvəl çox böyük problemlərlə üzləşmişdik. Yəqin ki, xatırlayırsınız, hətta imzalanmış kontraktlar da icra edilmirdi. Çünki biz taxılı, buğdanı idxal edirdik. Ancaq sonra bəzi ölkələrdə quraqlıq baş verdi, çətinliklər yaşandı və bizim kontraktlarımız ləğv edildi.

Bu bizim üçün çox ciddi bir siqnal idi. Ondan sonra biz qərar verdik ki, taxılçılığı sürətlə inkişaf etdirək. İri fermer təsərrüfatları yaradıldı, məhsuldarlıq artdı, 23 sentnerdən 30 sentnerə qalxdı. İri fermer təsərrüfatlarında məhsuldarlıq 50-60 sentnerə bərabərdir. Yəni ərzaq təhlükəsizliyi məsələləri ön planda idi. Biz indi özümüzü ətlə təmin edirik. Quş əti ilə tam təmin edirik. Yəni bu, ərzaq təhlükəsizliyi məsələləri idi. Ancaq bununla bərabər indi vaxt gəlib çatıb ki, texniki bitkilərə də ciddi fikir verilsin. Xüsusilə nəzərə alsaq ki, neftdən gələn gəlirlərin həcmi azalıb, biz bu gəlirləri müəyyən mənada kənd təsərrüfatı məhsullarının ixracı ilə kompensasiya etməliyik.

Ona görə torpaqlardan səmərəli şəkildə istifadə əsas vəzifədir. Bəzi hallarda torpaqlar zəbt edilib. Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə, Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar. İmkanı olan insanlar kənd təsərrüfatına investisiya qoysunlar ki, ölkəyə də xeyir olsun, özləri də xeyir götürsünlər”.

Prezident deyib ki, hökumət sahibkarlığın inkişafını bundan sonra da dəstəkləyəcək: “Bu il sahibkarlara güzəştli şərtlərlə 73 milyon manat kredit verilib. Bu vəsaitin 77 faizi əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına verilib. Bu da çox müsbət haldır, dövlət büdcəsinə daha az yük düşür və kreditlərin 80 faizi aqrar sektora verilib. Bu da bizim siyasətimizi əks etdirir. Kreditlərin 74 faizi regionlara verilir. Regional inkişaf proqramının icrası sürətlə davam etdirilir.

Biz indi çox güclü qeyri-neft ixracı potensialı yaradırıq və eyni zamanda, institusional tədbirlər də görülür və görülməlidir ki, biz ixracı stimullaşdıraq, sahibkarlar xaricə daha çox məhsul satmaqda maraqlı olsunlar. Bu məqsədlə təşviq mexanizmi artıq tətbiq olunur. Mən əminəm ki, bunun çox müsbət təsiri olacaq və sahibkarlar da bundan istifadə edəcəklər”.

İlham Əliyev yoxlamalarla bağlı çox ciddi tapşırıqları olduğunu xatırladıb: “Bu yoxlamalar insanları demək olar ki, bezdirmişdi, imkan vermirdi ki, sahibkarlar rahat nəfəs alsınlar. Çox ciddi göstərişlər, tapşırıqlar verilib. Bu ilin altı ayında vergi yoxlamaları istisna olmaqla cəmi 56 yoxlama keçirilib. Müqayisə üçün deyim ki, keçən il 40 min yoxlama keçirilmişdi. Baxın, 40 min və 56. Burada da heç bir şərhə ehtiyac yoxdur. Belə olmalıdır. Amma bu 40 min yoxlamanın arxasında nələr dayanır?! Bunu bu yoxlamalara məruz qalmış insanlar yaxşı bilirlər. Biz onların canını bu işlərdən qurtardıq. Hər bir sahədə belə olmalıdır. Şəffaflıq, dürüstlük, təmizlik — bu, norma olmalıdır. Mən indi bunu, sözün düzü, qürur hissi ilə qeyd edirəm. Amma bu, norma olmalıdır. Norma bu olmalıdır, 40 min yoxlama norma olmamalıdır”.

Dollar 1 manat 55 qəpiyi keçdi

12.07.2016



dollar 1Mərkəzi Bank iyulun 12-də xarici valyutaların əksərini bahalaşdırıb (Məzənnələr). 1 ABŞ dollarının rəsmi kursu 1,5487 manatdan 1,5518 manata qalxıb.

Transparency.az-ın məlumatına görə, ötən gün 1,7108 manata təklif olunan 1 avroya 1,7191 manat qiymət qoyulub.

Rusiya rublunun kursu isə iyulun 5-dən bəri ilk dəfə dəyişib. 1 rublun məzənnəsi 0,0241 manatdan 0,0242 manata yüksəlib.

2015-ci il dekabrın 21-də Mərkəzi Bank üzən məzənnə rejiminə keçib, rəsmi kurs 1 dollara qarşı 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb və yuxarı doğru istiqamət götürüb.

Bu ilin ilk ayında dolların kursunda ən aşağı hədd 1,5610 manat olub. Fevralda dolların ən aşağı qiyməti kimi 1,5593 manat, martda 1,5687 manat, apreldə 1,5006 manat, mayda 1,4900 manat qeydə alınıb.

İyunun ilk günü 1 ABŞ dolları 1,4918 manata satılıb və məzənnə bütün ay boyu qalxa-qalxa dəyişib. Ayın sonuncu günü dollar 1,5394 manata təklif edilib. İyulun 1-dən isə 1 dollar 1 manat 54 qəpik həddini keçib.

Bir ildə 10,5 faiz bahalaşma gedib

12.07.2016



erzaqDövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada deyilir ki, 2016-cı ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,5 faiz artıb.

Rəsmi hesabata əsasən, iyun ayında may ayına nisbətən istehlak məhsulları və xidmətlər 0,5 faiz, o cümlədən ərzaq məhsulları 1,3 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,3 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Bakı görüşlərinin hesabatı verildi

12.07.2016



nazirler 1
Bakıya səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 12-də həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı faydalı müzakirələrin aparıldığını bildirib. O, hazırkı müzakirələrin prezidentlərin görüşü zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addım olduğunu qeyd edib.

AZƏRTAC-ın məlumatına görə, Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı intensiv dialoqun aparıldığını söyləyib: “Sergey Lavrovun bizimlə bölüşdüyü informasiya bizi ümidləndirir. İndi intensiv dialoq aparırıq. Əvvəlki görüşlərin hamısı bu münaqişənin həllində irəliləyişə nail olmaq üçün idi. Həll məsələsində maneələri mərhələlərlə aradan qaldırmalıyıq”.

APA-nın məlumatına görə, Elmar Məmmədyarov qeyd edib ki, Qarabağ danışıqları konkret məsələlər ətrafında, substantiv şəkildə gedir: “Ardıcıl, intensiv danışıqlar nəticəsində həllinin tapmamış məsələlərdə müəyyən irəliləyişə nail ola bilərik.  Sankt-Peterburq görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Fransa və ABŞ prezidentləri ilə telefon danışığı aparıb. Sergey Lavrov da Azərbaycan və Ermənistan səfərlərinin nəticələrini Putinə çatdıracaq. Bundan sonra konkret qərar qəbul ediləcək ki, növbəti addımlar nədir. Bu addımlara prezidentlərin görüşü də daxildir. Görüşün Fransa və ya başqa ölkədə keçirilməsindən asılı olmayaraq əsas məqsəd odur ki, konkret mövzular ətrafında müzakirə aparılsın. Bu danışıqlar əbədi gedə bilməz”.

Sergey Lavrov qeyd edib ki, məlum səbəblərə görə danışıqların mövzularını geniş ictimai müzakirələrə çıxarmırlar: “Prezidentlərin Sankt-Peterburq görüşündən sonra əsas məqsəd odur ki, kiçik ümid yaradan amillərə çox ehtiyatla yanaşaq, onlar əldən çıxmasın. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvəffəqiyyətə əvvəlkindən daha çox yaxınlaşmağa ümid olduğunu deməyə əsas var”.

Elmar Məmmədyarov bildirib ki, müzakirələrin məqsədi Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşması istiqamətində irəliləyişlərə nail olmaqdır: “Hazırda intensiv dialoq, hətta trialoq formatındayıq. Minsk qrupu həmsədrləri fəal şəkildə müzakirələrdə iştirak edirlər. Müzakirələrin məqsədi hələ də razılaşdırılmamış məsələlər ətrafında irəliləyişə nail olmaqdır. Bu məsələləri addım-addım həll etməliyik ki, qlobal təhlükəsizliyə təhdid təşkil edən münaqişəni həll edək”.

Müdafiə sənayesi naziri 6 ayda görülən işlərdən danışıb

12.07.2016

yaver camalov 1Nazirlər Kabinetinin 10 iyul iclasında çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov 2016-cı ilin birinci yarısında ordu quruculuğu, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər və digər məsələlər haqqında danışıb. Nazir məlumat verib ki, aprel döyüşləri zamanı yerli istehsal olan bir sıra müdafiə təyinatlı məmulatlardan geniş istifadə olunub, düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynayıb: “Aprel döyüşlərində müəssisələrimizdə istehsal olunan silah və sursatlardan — tank əleyhinə qumbaraatanlardan, minaatanlardan və onların döyüş sursatlarından, snayper tüfənglərindən, universal pulemyotlardan, o cümlədən AK74M tipli avtomat silahlardan, müxtəlif çaplı patronlardan və digər döyüş sursatlarından düşmənə qarşı geniş istifadə edilib. Eyni zamanda düşmənin hədəflərinin dəqiq müəyyənləşdirilib məhv edilməsi ölkədə istehsal olunan müasir növ pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.

Ölkənin müdafiə qüdrətinin yüksəldilməsi məqsədilə cari ildə də bir sıra yeni növ müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi istiqamətində intensiv işlər aparılır. Belə ki, cari ildə icrasına başlanmış keçid layihələr davam etdirilir. Həmçinin istismara verilməsi nəzərdə tutulan 7 müəssisədə 40×46 millimetrlik “Revolver” tipli qumbaraatanın, 40×46 millimetrlik lüləaltı və “Revolver” tipli qumbaraatanlar üçün döyüş sursatlarının, RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının, M-6 və M-12 tipli mina partladıcılarının, 23, 30 və 40 millimetrlik avtomatik topların və qumbaraatanların döyüş sursatları üçün müxtəlif növ partladıcıların, 100, 122, 130, 152, eləcə də NATO standartlarına uyğun 155 millimetrlik artilleriya və 125 millimetrlik tank topları üçün mərmilərin və onların gilizlərinin, 5,45 millimetrdən 30 millimetr də daxil olmaqla atıcı silahlar və kiçikçaplı avtomatik toplar üçün lülələrin istehsalı üzrə işlər başa çatır.

Bununla bərabər tikintisi davam edən keçid layihələri üzrə müxtəlif növ barıtlar və partlayıcı maddələr – piroksilin və ballistit barıtların, trotil və heksogen istehsalı üzrə zavodların tikintisi, artilleriya və tank toplarının başlıq partladıcıları üçün tikinti-quraşdırma işləri, 60, 82 və 120 millimetrlik minaatanlar üçün döyüş sursatlarının hazırlanması ilə bağlı barıt atımlarının istehsalı sahələrinin də tikintisi üzrə işlər davam etdirilir”.

Nazir məlumat verib ki, 2016-cı ildə Müdafiə Nazirliyi və digər güc strukturları verdiyi sifariş əsasında 192,2 milyon manat məbləğində müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası nəzərdə tutulub: “Artıq bu istiqamətdə intensiv işlər görülür və məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilir. 2016-cı ilin müdafiə sifarişinin yaradılma bölməsində 115 mövzu üzrə 198 mərhələnin yerinə yetirilməsi nəzərdə tutulub.

Hesabat dövründə xüsusi təyinatlı hücum pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, “İstiqlal-1T” snayper tüfənginin, soyuq atış kollimatorunun, avtomatik topun, artilleriya və tank topları üçün atəş yığımlarının, tank əleyhinə qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının müvafiq sınaqlarına başlanıb və həmin məmulatların istehsalının mənimsənilməsi istiqamətində işlər davam etdirilir.

Hesabat dövründə ümumi məhsul istehsalının həcmi üzrə proqnoz tapşırığına 101,7 faiz əməl olunub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz artım əldə edilib. Mülki məhsulların istehsalı üzrə proqnoza isə 108,8 faiz əməl olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artım deməkdir”.

İxrac edilən məmulatlara gəldikdə, Yavər Camalov bildirib ki, nazirlik Amerikanın, Avropanın, Asiyanın və Afrikanın bir sıra dövlətləri ilə sıx əməkdaşlıq edir: “Bu gün bağlanılan müqavilələrin dəyəri 106 milyon ABŞ dolları təşkil edir və eləcə də bu istiqamətdə digər dövlətlərlə intensiv danışıqlar aparılır”.

Nazir deyib ki, qısa müddət ərzində yaradılmış “Zərbə” pilotsuz uçuş aparatının sınaqları uğurla keçirilib və yaxın vaxtlarda milli ordunun sərəncamına göndəriləcək: “Bu aparat düşmənin dayaq məntəqələrini nəzarətdə saxlamaqla yanaşı onları istənilən an məhv etmək iqtidarındadır. Əminliklə qeyd etmək istəyirəm ki, ölkəmizdə istehsal olunan silah və sursatlara əlavə edilən bu döyüş silahı da işğalçı Ermənistan ordusunun ölüm kabusuna çevriləcək və torpaqlarımızın azad edilməsində mühüm rol oynayacaq”.

Statistika Komitəsi iki sahə üzrə qiymət dəyişməsini açıqlayıb

12.07.2016



dsk-yeni 1
Dövlət Statistika Komitəsi bildirir ki, 2016-cı ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 9 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 19,4 faiz düşüb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,8 faiz artıb.

2016-cı ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalı 0,5 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı uyğun olaraq 0,8 və 0,1 faiz ucuzlaşıb.

Transparency.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi nəqliyyat sektorunda yükdaşıma qiymətlərinin dəyişməsi haqqında da bilgi yayıb. Qeyd olunur ki, 2016-cı ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma milli valyutada 34,7 faiz bahalaşıb.

Cari ilin iyun ayında isə may ayına nisbətən yükdaşıma qiymətləri 0,4 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 0,2 və 0,7 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 0,7 faiz, dəniz nəqliyyatında 0,6 faiz, avtomobil nəqliyyatında 0,2 faiz artıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

Gürcüstanda iki nazir istefaya gedir

12.07.2016



gurcustanGürcüstanın müdafiə naziri Tinatin Xidaşeli, vətəndaş bərabərliyi və barışıq məsələləri naziri Paata Zakaryeişvili yaxın vaxtda istefaya gedəcəklər.

Novator.az-ın məlumatına görə, nazirlərin istefa verəcəyini iyulun 12-də Gürcüstan parlamentinin sədri David Usupaşvili açıqlayıb. O bildirib ki, nazirlər öz postlarını oktyabrda keçiriləcək parlament seçkisinə qatılmaq üçün tərk edirlər.

Gürcüstanda parlament seçkisi oktyabrın 8-də keçiriləcək.

İstefaya hazırlaşan nazirlərin hər ikisi Respublika Partiyasının üzvüdür. Müdafiə naziri Tinatin Xidaşeli həm də partiyanın liderlərindəndir. Tinatin Xidaşeli parlamentin sədri David Usupaşvilinin həyat yoldaşıdır.

Kənd təsərrüfatında işlər necədir?

12.07.2016



heydar asadov 1Kənd təsərrüfatı naziri Heydər Əsədov Nazirlər Kabinetinin 10 iyul iclasında çıxış edib. O, 2016-cı ilin birinci yarısında görülən işlər haqqında məlumat verərək bildirib ki, aqrar sektorun texnika təminatındakı problemlər həll edilib və lazımi həcmdə gübrə ehtiyatının yaradılması təmin olunub.

Heydər Əsədov ilin sonuna aqrar sektorda istehsalın həcmində ən azı 6 faiz artım proqnozlaşdırıldığını qeyd edib: “Dünya Bankının verdiyi proqnozlara görə isə ölkəmizdə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017-2018-ci illərdə 4 faiz artım gözlənir, bunun da hesabına Azərbaycanın Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunur.

İlkin proqnozlara görə, cari ildə ölkədə 3 milyon tondan artıq taxıl istehsalı gözlənir. İlk 6 ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının ixracında ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 33,1 faiz artım əldə edilib.

Rusiya mənbələrində bu ölkənin bazarlarında satılan pomidorun 7,4 faizinin Azərbaycanın payına düşdüyü bildirilir. Ötən il isə bu göstərici cəmi 1 faiz təşkil edib.

İlk dəfə olaraq ərzaqlıq lobya, düyü, ərzaqlıq və yemlik arpa, darı və çərəzlərin, heyvandarlıqda isə ət və süd məhsullarının ixracına başlanıb. Eyni zamanda ixracın coğrafiyası dəyişilərək ənənəvi Rusiya bazarı ilə yanaşı İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İraq və Türkmənistanı da əhatə edib.

Yerli istehsalın artımı heyvandarlıq məhsullarının əksəriyyəti üzrə idxal həcminin kəskin azalmasına səbəb olub. İdxalın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə ət və ət məhsulları üzrə 2,8 faiz, süd və süd məhsulları üzrə isə 15,7 faiz, iribuynuzlu heyvanların baş sayı üzrə 74,5 faiz, xırdabuynuzlu heyvanlar üzrə 94,2 faiz, damazlıq cücə üzrə 51,6 faiz azalıb.

Milli valyutanın ucuzlaşmasına baxmayaraq daxili bazarda həm iri, həm də xırdabuynuzlu heyvan ətinin pərakəndə satış qiyməti manat ifadəsində 20 faizdən çox azalıb.

Analoji vəziyyət süd məhsullarının idxalında da müşahidə olunub. Azalma xama üzrə 18 faiz, pendir üzrə 6,6 faiz, kərə yağı üzrə 18,8 faiz təşkil edib.

Heyvandarlıqda hədəfimiz heyvanların cins tərkibini dəyişməklə onları stasionar bəsləmə şəraitinə keçirmək və boşalan örüş və otlaq sahələrini əkin kateqoriyasına daxil edərək həm yem bazasının, həm də digər ənənəvi bitki növlərinin istehsalının artırılmasına şərait yaratmaqdır.

Bitkiçilikdə isə hədəf əvvəlcə müasir aqrokimya laboratoriyalarının yaradılmasını başa çatdırıb torpaqların kütləvi analizinə başlamaq, bundan sonra xaricdən quraqlığa və xəstəliklərə davamlı yüksək məhsuldar bitki sortlarının toxumlarını gətirmək, müasir toxum istehsalı müəssisələrini istismara verərək nazirliyin balansında olan torpaqlarda yerli şəraitə uyğun sortların istehsalını artırmaqdır”.

Nazir pambıqçılıq sahəsində görülən işlərdən danışaraq qeyd edib ki, 50 min hektardan artıq sahədə əkin işləri həyata keçirilib və məhsulun vaxtında yığılması və tədarükü məqsədilə zəruri tədbirlər görülüb, müvafiq texnikalar sifariş verilib: “Bu il 100 min tondan artıq, ötən illə müqayisədə 3 dəfə çox məhsul istehsalı gözlənilir, bu da ölkəyə valyuta daxilolmalarını, eləcə də kənd əhalisinin gəlir əldə etmək imkanlarını artırmaqla yanaşı bölgələrdə məşğulluq probleminin həllinə mühüm töhfə verəcək. Növbəti ildə pambığın əkin sahələrinin 100-120 min hektara çatdırılması, onun 50 min hektara qədər hissəsində müasir pilot suvarma sistemlərinin qurulması pambıq istehsalını ən azı 250 min tona qədər artırmağa imkan verəcək.

Eyni zamanda ipək istehsalının müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili və damazlıq müəssisələrinin fəaliyyətinin bərpası istiqamətində müvafiq tədbirlərə başlanıb, nəticədə keçən il istehsal olunan 232 kiloqrama qarşı cari ildə 70,7 ton, yəni, 300 dəfə artıq yaş barama məhsulu əldə edilib.

İyunun 1-nə ölkə üzrə 2,1 min hektar sahədə tütün əkilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 hektar və ya 40 faiz çoxdur. Hazırda çəltikçiliyin, çayçılığın və digər əhəmiyyətli məhsulların istehsalının kəskin artırılması üçün ciddi tədbirlərə başlanıb.

Bir neçə il öncə kənd təsərrüfatı məhsullarının sahədən satış qiyməti ilə son istehlak bazarında satış qiyməti arasında olan 3-5 dəfə fərq son dövrlərdə 1-2 dəfəyə qədər azalıb. Lakin məhsulun satışından əldə edilən vəsaitin vasitəçilərə deyil, fermerlərə çatması üçün görülən tədbirlər davam etdirilir”.

Əmək müqaviləsi üzrə elektron informasiya sistemindən istifadə sayı bilinib

12.07.2016



emek nazirliyi 1Bu ilin iyun ayında əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 130993 dəfə istifadə edib. Müraciətlərin 121474-ü “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə, 9519-u isə “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə aid olub.

Hesabata görə, iki ildir əhalinin istifadəsində olan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi ötən müddətdə “Elektron hökumət” portalında daim geniş istifadəçi kontingenti ilə diqqəti cəlb edib. Təkcə bu ilin 6 ayında əhali bu sistemdən 1 060 531 dəfə, son iki ildə isə 5 milyon 570 min dəfəyə yaxın faydalanıb.

Valyuta hərracında 200 milyon dollar satıldı

12.07.2016



valyuta 1İyulun 12-də keçirilən valyuta hərracında 200 milyon ABŞ dolları satışa çıxarılıb. Mərkəzi Bank və Dövlət Neft Fondu həmin vəsaiti 29 banka satıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı valyutanın həcmi 2 milyard 557,4 milyon dollara çatıb. Mərkəzi Bankdan isə bu il 785,4 milyon dollar həcmində valyuta alınıb.

2016-cı ildə iki qurumun milli valyutanın sabitliyinə sərf etdiyi vəsait 3 milyard 342,8 milyon dollardır.

2015-ci il dekabrın 21-də Mərkəzi Bank üzən məzənnə rejiminə keçib, rəsmi kurs 1 dollara qarşı 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb və yuxarı doğru istiqamət götürüb.

Mərkəzi Bank iyulun 12-də 1 ABŞ dollarının rəsmi kursunu 1,5518 manat müəyyən edib.

Bu ilin ilk ayında dolların kursunda ən aşağı hədd 1,5610 manat, fevralda 1,5593 manat, martda 1,5687 manat, apreldə 1,5006 manat, mayda 1,4900 manat olub.

İyunun ilk günü 1 ABŞ dolları 1,4918 manata satılıb və məzənnə bütün ay boyu qalxa-qalxa dəyişib. Ayın sonuncu günü dollar 1,5394 manata təklif edilib. İyulun 1-dən isə 1 dollar 1 manat 54 qəpik həddini keçib.

195 vakant dövlət qulluğu vəzifəsi müsabiqəyə çıxarıldı

12.07.2016

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 27 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 195 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 139-u mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 56-sı isə məhkəmə hakimiyyəti orqanlarının aparatlarındadır.

Vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Test imtahanı bu bloklardan ibarətdir: dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə — 15 test tapşırığı; qanunvericilik sahəsi üzrə — 40 test tapşırığı; informasiya texnologiyaları sahəsi üzrə — 15 test tapşırığı; məntiqi düşünmə qabiliyyəti sahəsi üzrə — 30 test tapşırığı.

Müsabiqədə iştirak etmək arzusunda olanlar “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin forması”nı iyulun 12-dən avqustun 10-da saat 18-dək komissiyanın “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti vasitəsilə doldurmalı və qeydiyyatdan keçməlidirlər. Müraciət forması şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla da təqdim edilə bilər.

Müsabiqəyə dair ətraflı məlumat: www.csc.gov.az.

Dövlət Sərhəd Xidməti iyun ayına dair statistika yayıb

12.07.2016



serhed1
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi bildirir ki, 2016-cı ilin iyun ayında dövlət sərhədini pozan 39 nəfər saxlanıb. Onların 21 nəfəri Azərbaycan, 3 nəfəri Nigeriya, 3 nəfəri Özbəkistan, 3 nəfəri Qvineya, 2 nəfəri İran, 2 nəfəri Kamerun, hər ölkədən bir nəfər olmaqla Pakistan, Ukrayna, Tacikistan, Qırğızıstan, Kot-Divuar vətəndaşıdır.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 5 nəfər, Xəzər dənizində 22 halda 31 nəfər, sərhəd nəzarəti məntəqələrində 612 halda 889 nəfər saxlanıb.

Azərbaycanın hüquq mühafizə orqanlarının axtarışında olan 449 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

11 halda 3 kiloqram 855 qram narkotik maddə aşkar edilərək götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 67 halda ümumi dəyəri təqribən 142 min 745 manat olan qaçaqmal saxlanıb.

Miqrasiya pozuntuları: iyun ayının göstəriciləri

12.07.2016

dmx 2
Dövlət Miqrasiya Xidməti 2016-cı ilin iyun ayında 2480 əcnəbinin Azərbaycan Respublikasında olma, müvəqqəti və daimi yaşama qaydalarını pozduğunu müəyyən edib. Onlardan 16-nın Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri yenisi ilə əvəz olunub, 182 nəfərin ölkə ərazisində yaşaması leqallaşdırılıb, 1892 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 390 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8992 müraciət daxil olub.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 70188 əcnəbinin müraciəti qeydə alınıb.

91 günlük dövlət istiqrazları buraxılıb

12.07.2016

maliyye nazirliyiBakı Fond Birjası iyulun 12-də tədavül müddəti 91 gün olan 10 milyon manatlıq dövlət istiqrazları üzrə hərrac keçirib. Maliyyə Nazirliyi bildirir ki, investorların təqdim etdiyi sifarişlərin ümumi məbləği 41 milyon manat olub.

İstiqrazların ödəmə müddəti oktyabrın 11-dir.

Rəsmi məlumata görə, Maliyyə Nazirliyi 10 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiymətini 98,6631 (gəlirlilik 5,5103%) səviyyəsində müəyyən edib.

Əlavə dəyər vergisinin qaytarılması qaydası təsdiqləndi

13.07.2016

serencam 1
Prezident İlham Əliyev əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində aldığı, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını təsdiq edib. İyulun 12-də imzalanmış fərmanda qeyd olunur ki, ölkədə turizm infrastrukturunun beynəlxalq tələblərə uyğunlaşdırılması, onun ənənəvi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi turizm sektorunun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, bu sahədə rəqabətə davamlı qiymət təklifinin təmin edilməsini zəruri edir.

Dövlət başçısının beynəlxalq təcrübədə xarici turistlərə münasibətdə geniş istifadə edilən “Tax free” sisteminin tətbiqi ilə bağlı fərmanında Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə, Vergilər Nazirliyinə və başqa qurumlara tapşırıqlar verilir (Fərman).

Transparency.az bildirir ki, əlavə dəyər vergisinin qaytarılması qaydası alındığı tarixdən 90 gün müddətində ölkə ərazisindən aparılan istehlak mallarına şamil edilir. Aksizli mallar; ərzaq malları; dərman preparatları və tibbi ləvazimatlar; ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallar; ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar; ixracı üçün lisenziya tələb olunan mallar; çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar; külçə şəklində qiymətli metallar; müşayiət olunmayan baqajla Azərbaycan Respublikasının ərazisindən aparılan mallar; nəqliyyat vasitələri və onların ehtiyat hissələri; poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallar istisnadır.

Qayda bir elektron vergi-hesab fakturası üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 300 manatdan çox olduğu hallarda tətbiq edilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində aldığı, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödədiyi əlavə dəyər vergisinin qaytarılması iyunun 24-də Milli Məclisin qəbul etdiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Yenilik vergi ödəyicisinə ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına müraciət etmək hüququ verir. Vergi orqanlarının vəzifələri sırasına isə ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vergi ödəyicilərinin qeydiyyatını aparmaq, satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərinin müraciəti əsasında onları müvafiq proqram təminatı və texniki avadanlıqlarla təchiz etmək, ƏDV-nin qaytarılması sisteminin təşkili ilə bağlı müəyyən edilmiş gömrük-sərhəd buraxılış məntəqələrində zəruri infrastrukturun yaradılmasını təmin etmək əlavə edilib.

Mərkəzi Bank xarici valyutalara nə qiymət qoyub?

13.07.2016



amb 1İyulun 13-də ABŞ dolları dəyərini artırıb. 1 dolların rəsmi məzənnəsi 1,5518 manatdan 1,5549 manata yüksəlib (Məzənnələr).

Transparency.az xəbər verir ki, 1 avro 1,7203 manata satılır. Ötən gün 1 avroya 1,7191 manat verilirdi.

Rusiya rublunun kursunda da yenilik var: 1 rublun məzənnəsi 0,0242 manatdan 0,0243 manata yüksəlib.

Mərkəzi Bank digər valyutaları bu qiymətə təklif edir:

1 gürcü larisi – 0,6631 manat

1 ingilis funt sterlinqi – 2,0691 manat

1 İsveçrə frankı – 1,5729 manat

1 Küveyt dinarı – 5,1463 manat

1 türk lirəsi – 0,5376 manat.

Ötən günün valyuta hərracında Mərkəzi Bank və Dövlət Neft Fondu hərəyə 100 milyon ABŞ dolları satıb. Bununla Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı valyutanın həcmi 2 milyard 557,4 milyon dollara çatıb. Mərkəzi Bankdan isə bu il 785,4 milyon dollar həcmində valyuta alınıb. 2016-cı ildə iki qurumun milli valyutanın sabitliyinə sərf etdiyi vəsait 3 milyard 342,8 milyon dollardır.

“Azərbaycanlılar qarşıdurma və toqquşma hallarından qaçmalıdır”

13.07.2016



ramiz mehdiyev 1Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Azərbaycan diasporu: müasir çağırışlar və sistemli fəaliyyətin təşkili” adlı məqalə yazıb. Məqalədə qeyd olunur ki, 2016-cı il iyunun 3-4-ü Bakıda keçirilən dünya azərbaycanlılarının IV qurultayı mühüm ictimai-siyasi hadisə kimi bütün Azərbaycan xalqı üçün əlamətdar tədbirə çevrilib, Azərbaycan prezidenti İlham Əliyev qurultayda proqram nitqi ilə çıxış edərək hədəfləri müəyyən edib və qarşıya həlli diaspor təşkilatlarının fəaliyyətini xeyli genişləndirəcək və yaşadıqları ölkədə onların sosial statusunu gücləndirəcək konkret vəzifələr qoyub.

Ramiz Mehdiyev yazır ki, bir çox azərbaycanlı öz taleyini müxtəlif ölkələrlə bağlayıb: “Bəzi məlumatlara görə, hazırda dünyada 50 milyona yaxın azərbaycanlı yaşayır. Məsələn, İranda təqribən 40 milyon, Türkiyədə təxminən 3 milyon, Rusiyada 1,5 milyon, ABŞ-da 450 min, Ukraynada 450 minə yaxın, SSRİ dövründə Gürcüstanda təqribən 500 min (hazırda Gürcüstanın məlumatına görə, 280 min), Qazaxıstanda 300 min və s. Azərbaycanlıların xarici ölkələrdəki təmsilçiliyi Vətəndə yaşayanlara nisbətdə çox sanballı görünür. Odur ki, Azərbaycan diasporunun fəaliyyəti, həmvətənlərimizin həyatında onun əhəmiyyəti ciddi təsir bağışlayır. Prezident İlham Əliyev öz nitqində diaspor təşkilatlarının gələcək fəaliyyəti, onların missiyası, işinin xüsusiyyətləri, səmərəli fəaliyyət şəraiti ilə bağlı dəyərli ideyalar səsləndirib. Dövlət başçısı “…dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər… Azərbaycanla bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək” sözləri ilə diaspor təşkilatlarının üzvlərini daha fəal həyat tərzi sürməyə çağırıb.

Prezident bu fikri vurğulamaqla diaspor təşkilatlarına, xarici ölkələrdə yaşayan azərbaycanlılara xatırladır ki, Vətən onlara inam hissi, həyat gücü və ruh yüksəkliyi bəxş edən mənəvi qaynaqdır. Buna görə də dövlət başçısı qurultay iştirakçılarına müraciət edərək vurğulayır: “Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar”.

Bu, xarici ölkələrdəki həmvətənlərimizin daha məzmunlu fəaliyyətinin təşkili məqsədilə təkcə onların qarşısında deyil, həm də Azərbaycanın dövlət orqanlarının qarşısında qoyulan konkret vəzifədir. Bu fikirlər respublikanın xarici ölkələrdəki həmvətənlərimizə hər cür dəstək göstərməyə qadir olan ictimai təşkilatlara da ünvanlanır. Bütün səviyyələrdən olan “hakimiyyət strukturlarının”, o  cümlədən   Prezident Administrasiyası təmsilçilərinin, Milli Məclisin deputatlarının, şəhərlərin, paytaxtın rayonlarının, habelə regionların icra hakimiyyəti başçılarının və əlbəttə, Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor üzvlərinin müxtəlif problemlərlə bağlı müraciətlərini qəbul etmək və başa düşmək, lazım gəldikdə onlara daha əhəmiyyətli sosial-hüquqi dəstək göstərmək, o cümlədən ailə-məişət, sanatoriya-kurort müalicəsi, idman-turizm istirahəti məsələlərinin və s. həllində kömək etmək vəzifəsi də elə bundan ibarətdir.

Müvafiq idarələrin nümayəndələri müraciət edən həmvətənlərimizi özlərindən uzaqlaşdırmamalı, yaxud bezdirib qaçırmamalı, əksinə, həvəsləndirmək, kömək etmək məqsədilə onlara həssaslıqla və diqqətlə yanaşmalı, bunun üçün zəruri səylər göstərməlidirlər. Bu məsələ istər “yerli instansiyaların”, istərsə də bütövlükdə dövlət orqanlarının diqqət mərkəzində ola bilər və olmalıdır. Azərbaycan prezidenti həmin məsələlərdə örnək göstərərək, bu fəaliyyəti hər vəchlə dəstəkləyir və təşkil edir, onun inkişafı üçün zəruri səylər göstərir, diaspor üzvlərinin müraciətlərinə operativ reaksiya verir, onlarla əlaqədar işlərin mahiyyətinə varır”.

Transparency.az-ın məlumatına görə, müəllif qeyd edir ki, müxtəlif diaspor təşkilatları arasında qarşılıqlı fəaliyyətin, konsensusun əhəmiyyəti heç də az aktuallıq kəsb etmir: “Prezident İlham Əliyev öz nitqində həmvətənlərimizi bir-biri, başqa millətlərin və xalqların nümayəndələri ilə sıx ünsiyyət saxlamağa çağıraraq, bunun zəruri olduğunu bildirib. Amma prezidentin qeyd etdiyi kimi, diasporların fəaliyyətində uğurlarla yanaşı ciddi problemlər də var: “Qeyd etdiyim kimi, xaricdə bizim 462 diaspor təşkilatımız var. Bu özlüyündə onu göstərir ki, azərbaycanlıların yaşadıqları hər bir ölkədə bir neçə diaspor təşkilatı var. Əlbəttə, bu təşkilatlar arasında koordinasiya işi aparılmalıdır, birlik, həmrəylik olmalıdır. Bəzi hallarda bizim diaspor təşkilatlarımız bir-biri ilə rəqabət aparırlar. Əgər bu, sağlam rəqabətdirsə, mən bunu ancaq alqışlaya bilərəm. Bu rəqabət ümumi işimizə xidmət etməlidir. Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir…

Əgər xarici ölkələrin ictimaiyyəti görsə ki, Azərbaycan diaspor təşkilatları bir-biri ilə yola getmirlər, bir-birinin əleyhinə fəaliyyət göstərirlər, əlbəttə, bu, yaxşı hal olmayacaq. Belə hallar var, onlar çox deyil. Ancaq mən istərdim ki, bu gün bu kürsüdən bu mövzuya toxunum və qeyd edim ki, birlik əsas məsələdir. Xüsusilə nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin”. Odur ki, istər respublikanın daxilində, istərsə də onun hüdudlarından kənarda olan azərbaycanlılar hər hansı ixtilaf və anlaşılmazlıq, xüsusən də qarşıdurma və toqquşma hallarından qaçmalı və belə halların qarşısını almalıdırlar”.

Qəza statistikası

13.07.2016

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu ilin 6 ayı ərzində ölkə ərazisində 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 304 nəfər həlak olub, 970 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 140 fakt (13,4 faiz), həlak olanların sayı 103 nəfər (25,3 faiz), yaralananların sayı 147 nəfər (13,2 faiz) azalıb.

Bakıda isə 323 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 73 nəfər həlak olub, 342 nəfər xəsarət alıb. Ötən illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 69 fakt (17,6 faiz), 45 nəfər (38,1 faiz), 72 nəfər (17,4 faiz) azalıb.

qeza 1

Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatı olanların sayı 98 995 nəfər artıb

13.07.2016

dsmf binaƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olanların sayı bu ilin yanvar-iyun aylarında 98 995 nəfər artaraq iyulun 1-nə 3 279 149 nəfərə çatıb.

Rəsmi hesabata görə, sığortaolunanların 20,8 faizi 30 yaşa qədər, 25,2 faizi 30-40 yaşlarında, 20,1 faizi 40-50 yaşlarında, 21,1 faizi 50-60 yaşlarında, digərləri 60 yaşdan yuxarı olan şəxslərdir.

Sistemdə fərdi şəxsi hesabı olanların 59,3 faizi kişilər, digərləri qadınlardır.

Gömrükdən nəyi pulsuz keçirmək olar? (Yeni qayda)

13.07.2016

dgk-yeniDövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, Nazirlər Kabineti fiziki şəxslərin istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən keçirməsinin güzəştli və sadələşdirilmiş qaydalarına dəyişikliklər edib. Yeniliyə əsasən (Dəyişikliklər), fiziki şəxslər güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş bu malları hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirə bilərlər:

— fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar istisna olmaqla Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan malları;

— aksiz vergisindən azadolmalar nəzərə alınmaqla hər təqvim ayı ərzində bir dəfə şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 3 litr alkoqollu içkini, 600 ədəd siqareti və 20 qram qızılı, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarını, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazı;

— hər təqvim ayı ərzində bir dəfə 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsullarını.

Gömrük ərazisinə malların gətirilməsi ilə bağlı müddət məhdudiyyətləri hava nəqliyyatı vasitəsilə gömrük sərhədindən keçirilən müşayiət olunan baqaja şamil edilmir.

Bu malların güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilməsi üçün həmin malların ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olduqda ümumi gömrük dəyərindən yuxarıda göstərilən məbləğlər çıxılmaqla bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir.

Xarici ticarət əlaqələri haqqında 5 aylıq hesabat yayılıb

13.07.2016



idxal-ixrac-1Dövlət Statistika Komitəsi xarici ticarət əlaqələri haqqında hesabat açıqlayıb. Transparency.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2016-cı ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 95 ölkəyə məhsul ixrac olunub, 145 ölkədən mal alınıb.

5 ayda xarici ticarət dövriyyəsi 8 milyard 367,5 milyon ABŞ dolları olub. İxracın dəyəri 5 milyard 36,1 milyon dollar, idxalın dəyəri 3 milyard 331,4 milyon dollar təşkil edib, nəticədə 1 milyard 704,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ticarət dövriyyəsinin 41,8 faizi Avropa İttifaqı ölkələri, 12,2 faizi MDB üzvü dövlətləri, 46 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağları çoxluq təşkil edib.

İdxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstün olub.

Orta aylıq əməkhaqqı 490 manata yaxınlaşıb

13.07.2016

manatTransparency.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, 2016-cı il iyunun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 501,7 min nəfər olub. Onlardan 891,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 610,4 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,6 faizi təhsil, 18,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 12,1 faizi sənaye, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,5 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 10,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6 faiz artıb, 489,5 manat təşkil edib.

Yeni qurumlar və fərdi sahibkarların sayı açıqlanıb

13.07.2016

dsk 12016-cı ilin yanvar-iyun aylarında ölkədə 4362 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılıb və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 29,7 faiz artıb. Transparency.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi belə hesabat yayıb.

Hesabata əsasən, yeni müəssisə və təşkilatların 63,1 faizi Bakıda, 11 faizi Aran, 7,7 faizi Abşeron, 4,7 faizi Lənkəran, 4,5 faizi Gəncə-Qazax, 3,9 faizi Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

6 ayda fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 48911 fiziki şəxs qeydiyyatdan keçib və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 30,5 faiz artıb.

Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

Sənayedə istehsal 0,6 faiz artıb

13.07.2016



senayeDövlət Statistika Komitəsi sənaye istehsalı haqqında hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda bildirilir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2016-cı ilin yanvar-iyun aylarında 14,75 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çox sənaye məhsulu istehsal edib.

Qeyri-neft sektorunda məhsul istehsalı 2,4 faiz, neft sektorunda isə 0,4 faiz artıb.

Sənaye məhsulunun 64,6 faizi mədən sektorunda, 28,9 faizi emal sektorunda, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədən sektorunda məhsul istehsalı 0,6 faiz, o cümlədən neft hasilatı 0,4 faiz artıb, əmtəəlik qaz hasilatı isə 8,8 faiz azalıb.

Pərakəndə ticarət göstəriciləri

13.07.2016

ticaret 1
Dövlət Statistika Komitəsi bildirir ki, 2016-cı ilin yanvar-may aylarında istehlakçılara 10 milyard 999,2 milyon manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz çox məhsul satılıb.

Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,5 faiz artaraq 5 milyard 479,4 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 0,7 faiz artaraq 5 milyard 519,8 milyon manata bərabər olub.

Transparency.az rəsmi məlumata əsasən bildirir ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,5 faizi elektrik malları və mebelin, 5,8 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf edilib.

Yaponlar azalır

13.07.2016

yaponiya 1
Yaponiya əhalisi ardıcıl 7 ildir azalır. 2016-cı ilin əvvəlində əhalinin sayı 128 milyon 66 min 211 nəfər olub, bu da keçən illə müqayisədə 160 min 272 nəfər azdır. AZƏRTAC xəbər verir ki, göstəricilər Daxili İşlər və Kommunikasiya Nazirliyinin iyulun 13-də dərc olunan məlumatında əksini tapıb.

Sənədə əsasən, 2016-cı il yanvarın 1-də yaponların sayı 125 milyon 891 min 742 nəfərə qədər azalıb, bu da ötən ilin müvafiq göstəricisindən 271 min 834 nəfər azdır.

Ölkədə yaşayan xaricilərin sayı isə əksinə, 111 min 562 nəfər (5,41 faiz) artaraq 2 milyon 174 min 469 nəfərə çatıb. Beləliklə, Yaponiyada daimi yaşayan xaricilər əhalinin ümumi sayının 1,7 faizini təşkil edib.

Yaponiyada bir il ərzində 1 milyon 10 min 46 nəfər anadan olub, 1 milyon 296 min 144 nəfər isə dünyasını dəyişib. Vəfat edənlərin sayının artması ölkə əhalisinin sayının kəskin azalmasına səbəb olur.

Komitə: “1,8 milyon hektar əkin sahəsinin 11,3%-i istifadə olunmur”

13.07.2016



emlak komitesiƏmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, ölkədə torpaqların əsassız zəbt olunması, təyinata zidd aparılan özbaşına tikinti halları, dənizkənarı mühafizə zolaqları ilə bağlı pozuntuların qarşısının alınması üzrə torpaq reydləri və monitorinqlər intensivləşib.

Qurumun 13 iyul məlumatına görə, ölkə üzrə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda qanunvericiliyin tələblərinin pozulması hallarının bazası yaradılıb, Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı boyunca mövcud torpaq ayırmaları və obyektlərin siyahısı tərtib edilib, meşə fondu torpaqlarında inşa edilən sosial, iaşə və istirahət obyektləri müəyyənləşdirilib, ölkə üzrə torpaq icarəçilərinin siyahısı hazırlanaraq elektron bazada yerləşdirilib.

Nəzarət tədbirləri nəticəsində torpaqların istifadəsi ilə bağlı çoxsaylı pozuntu halları aşkar edilib. Məlum olub ki, ölkə üzrə mövcud olan 1,8 milyon hektar əkin sahəsinin 198 min hektarı (11,3%) istifadə olunmur.

2,6 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanaları, 6 min hektar torpaq sahəsində isə 222 qanunsuz balıq gölləri yaradılıb.

Habelə icra hakimiyyətləri və bələdiyyələr 1204 hektar torpaq sahəsinin qanunsuz istifadəyə, icarəyə, mülkiyyətə verilməsinə, təyinatının qanunsuz dəyişdirilməsinə dair 245 qərar qəbul edib.

Müəyyən edilib ki, hazırda icarəyə verilən dövlət torpaqlarının bir hissəsindən ümumiyyətlə istifadə edilmir. Şəhər və rayonlar üzrə 20 minə yaxın torpaq icarəçisinin istifadəsində olan 1,2 milyon hektar torpaq sahəsinin 44,3 min hektarı faktiki istifadəsiz qalıb.

Ötən dövrlər ərzində yerli icra hakimiyyətləri 72 min hektar, bələdiyyələr 15 min hektara yaxın torpaq sahəsini qeyri kənd təsərrüfatı məqsədləri üçün ayırıb. 122 min hektar torpaq sahəsini isə keçmiş icarəçilər icarə müqaviləsi olmadan istifadə edir.

Komitə bildirir ki, bu sahədə ümumilikdə 19,2 min pozuntu halı aşkar edilib, bunun da 4479-u ciddi pozuntu (13686 fərdi yaşayış evi istisna olmaqla) hesab olunur. Sözügedən hallarla bağlı fiziki və hüquqi şəxslərə 1169 xəbərdarlıq edilib, 349 inzibati protokol tərtib olunub.

Dərmanın çarəsi

13.07.2016



rovshan-agayev-yeni1

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə