Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə17/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   13   14   15   16   17   18   19   20   ...   90

gəlməyə  icazə  verən  vəsiqəsini  və  çıxarılmasına  icazə  verilən 
əşyaların siyahısı, üç ədəd fotoşəkillə birlikdə göndərir. Qərb siyasi 
şöbəsinin rəisi Y.Axundov”. Sənədin üstündə qeyd var: Şıxlinskinin 
və Mehmandarovun işinə, qeydiyyata alınsın. 
S.Mehmandarov  ÜFK  Xüsusi  idarəsi  komendantlığı 
tərəfindən  18  avqust  1920-ci  ildə  qəbul  edilib  və  bu  vaxt  onun 
üstündən  hansı  əşyaların  çıxdığı  barədə  qeyddə  “qızıl  qolbağı  ilə 
birlikdə, qızıl saat” olduğu göstərilib. 
1  oktyabr  1920-ci  ilə  aid  346  saylı  agentura  qeydindən  isə 
aydın  olur  ki,  hər  iki  general  Moskvaya  hərbi  müşayətlə  deyil, 
sərbəst gəlmişlər. “Alınmış arayışlara görə, vətəndaşlar Mehandarov 
və  Şıxlinski  Moskvaya  gələn  kimi  həbs  edilib,  Butırsk  türməsinə 
göndərilmişlər. Hazırda onların harada olduqları bilinmir.” 
Onlar isə ÜFK Xüsusi  Şöbəsində saxlanılırdılar və bunu 10 
oktyabr  1920-ci  ildə  həmin  şöbəyə  Az.SSR-in  fövqəladə 
nümayəndəsi  tərəfindən  göndərilən  məktub  da  sübut  edir:  “Xahiş 
edirəm  mənim  katibim  Şahbazova  hərbi  işin  mütəxəssisi  kimi 
Bakıdan  Moskvaya  göndərilən  Az.SSR  vətəndaşları  Əliağa 
Şıxlinski  və  Səməd  Mehmandarovun  işlərinin  vəziyyəti  barədə 
məlumat  verməkdən  imtina  etməyəsiniz.  Fövqəladə  Səlahiyyətli 
nümayəndə B.Şahtaxtinski” 
Haşiyə çıxıb qeyd edək ki, bir diplomat kimi tanınmış Behbud 
ağa  Şahtaxtinski  1881-ci  ildə  məşhur  Şahtaxtı  kəndində  anadan 
olmuşdur.  0,1917-18-ci  illərdə  Bakı  soveti  ieraiyyə  komitəsinin, 
Bakı  XDS-fövqəladə  komissiyasının  üzvü,  “Hümmət”  təşkilatı 
mərkəzi komitəsinin sədri olmuş, sovetləşmədən sonra Xalq ədliyyə 
komissarı,  eyni  zamanda  Azərbayeanm  RSFSR-dəki  fövqəladə 
səlahiyyətli  nümayəndəsi  işləmişdir.  Daha  sonra  isə  Türkiyədə 
Azprbaycanm  səlahiyyətli  nümayəndəsi  və  Sovet-  Türkiyə 
danışıqlannda Azərbaycan nümayəndə heyətinin  başçısı olmuşdur. 
1920-ci  il  sentyabrın  30-da  RSFSR  və  Azərbaycan  arasında  hərbi 
iqtisadi  ittifaq  haqqında  müqaviləni  Leninlə  birgə  B.Şahtaxtinski 
imzalamışdır.  (Maqsud  Mahmudzadə  “Dünyanın  bəzəyi  - 
Naxçıvan” “Nicat” nəşriyyatı. 1998.) 
54 


Məşhur  generalların  işi  ilə  əlaqədar  məsələyə  Nərimanov, 
B.Şahtaxtinski  və  s.  səlahiyyətli  şəxslərin  qoşulması  onlarla  bağlı 
aşağıdakı  qərarın  çıxarılması  ilə  nətieələnir.  “Yol.  Yaqoda 
Azərbaycandan  sizin  sərəncama  iki  general  Şıxlinski  və 
Mehandarov  göndərilib.  Yol. Stalin  xahiş  edir ki, o, gedənə qədər 
(13.10.1920)  bu  iş  araşdırılsın.  Əgər  onların  heç  bir  günahı 
yoxdursa, onları təcili azad etmək. 12.10.20.” Sənədin üstündə qeyd 
var:  “Dairədə  məsul  postlar  tutmamaq  hüququ  ilə  ehtiyata 
buraxmaqla azad etmək”. 
Bəli,  başqa  cür  də  ola  bilməzdi.  Azərbaycan  milli 
hökumətində hərbi nazir və onun müavini  işləmiş şəxslərə onların 
ordu qumculuğunda istər nəzəri, istər təcrübi baxımdan əvəzsiz hərbi 
dühalar  olduqları  etiraf  edilsə  belə  səviyyələrindən  qat-qat  aşağı 
vəzifələrin  etibarı  mümkün  deyildi.  Səməd  bəy  Mehmanda-  rov 
həbsxanada  saxlanılarkən  guya  ona  hörmət  əlaməti  olaraq 
mundirinin  və  ordenlərinin  gətirilməsinə,  xalça  verilməsinə  mane 
olmamağı tapşırmaqla bu şəxsiyyətin böyüklüyü qarşısında nə qədər 
cılız  göründüklərini  başa  düşürdülər.  Ancaq  Azərbaycanın 
müstəqilliyi  yolundakı  tarixi  xidmətləri  barədə  düşünəndə,  yeni 
hakimiyyətin  nəzərində  Səməd  bəyin  bolşevik  düşməni  olduğunu 
dəlilsiz-sübutsuz  təsdiqləyən  bu  faktı  yada  salanda  onu  nəinki 
vəzifələrə  yaxın  buraxmaq  istəmir,  hətta  əllərində  imkan  olsa,  ən 
ağır  cəzaya  layiq  görmək  istəyirdilər.  Elə  bunun  nəticəsi  idi  ki. 
Səməd bəy dünyasını dəyişdikdən xeyli sonra da onun yeganə oğlu 
İqoru  incidir,  sanki  atasının  intiqamını  almaqlarından  həzz 
duyurdular.  Halbuki  Azərbaycan  milli  dövləti  çar  ordusunda 
sədaqətlə xidmət göstənuiş generala etibar edib, ölkənin müdafiəsi 
kimi ən məsul postu ona tapşırmışdı. 
İqor Səməd bəyin 3-cü Sibir korpusunda artilleriya rəisi təyin 
edildiyi  1908-ci  ilin  18  noyabmrda  anadan  olmuşdur.  Qeyd 
etdiyimiz kimi, həmin il iyul ayının 13-də 53 yaşlı hərbçi generalın 
həyatında daha mühüm bir hadisə baş vermişdi, o, general- leytenant 
rütbəsi  almışdı.  Oğlu  dünyaya  gəlməsindən  hədsiz  şad  olan 
S.Mehmandarov onun adını Pir qoyub, sonra isə bu ad dəyişdirilərək 
İqor edilib. Səməd bəy 1915-ci ildə 2-ci Qafqaz ordusu korpusunun 
komandanı təyin ediləndə İqorun iki yaşı. 
55 


Azərbaycanın  ikinci  hökumətində  nazir  olanda  11,  həbs  olunanda 
isə  cəmi  12  yaşı  vardı  və  təbbi  ki,  bu  yaşda  uşağın  atasının 
fəaliyyətində hansı şəkildəsə iştirakı qeyri-mümkün idi. Ancaq çeka, 
enkevede cəlladları üçün bütün bunların heç bir əhəmiyyəti yox idi, 
əhəmiyyətli  olansa,  onun  kimin  oğlu  olması,  yeri  gəlsə,  hətta 
əsli-köküydü. 
Pirin xatirələrindən: “Atamdan sonra tez-tez anamı və məni 
çekaya  çağırırdılar.  Min  cür  hədələyici  suallar  verirdilər.  Suallara 
düzgün  cavab  versək  də,  verməsək  də  bizi  döyüb  incidirdilər.  Bir 
dəfə  lap  cana  doyub  ağlaya-ağlaya  soruşdum  ki,  axı  məni  niyə 
döyürsünüz?  Verdiyiniz  sualların  cavabını  mən  həqiqətən  də 
bilmirəm, yalandan nə deyim? Mənim günahım nədir? 
-  Günahınız  ondan  ibarətdir  ki,  özünüzə  yaxşı  valideynlər 
seçməmisiniz.” 
Butırsk  həbsxanasının  rəisinə  3  noyabr  1920-ci  ildə  1512 
saylı talon göndərən ÜFK-nm xüsusi şö’bəsi “bu sənədi alan kimi 
Səməd  bəy  Mehmandarovu  təcili  həbsdən  azad  edəsiniz”  tapşırığı 
verir. Həbsdən buraxılan keçmiş hərbi nazir 1921-ci ilin payızında 
Moskvadan Bakıya qayıdır. Elə həmin il Səməd bəy Mehman- darov 
Azərbaycan  SSR  hərbi-dəniz  komissarlığında  məsləhətçi 
vəzifəsində  işləmiş,  1924-cü  ildən  1927-ci  ilin  axınna  qədər  isə 
Azərbaycan  hərbi  məktəbində  və  Zaqafqaziya  hərbi-piyada 
məktəbində  dərs  demiş,  həmçinin  Bakı  Zabitlər  evində  fəaliyyət 
göstərən  “Hərbi-elmi  cəmiyyəf’in  sədri  olmuşdur.  1928-ci  ildə 
istefaya  buraxılan  Azərbaycanın  ilk  hərbi  generalı,  dalbadal  dörd 
hökumətində hərbi nazir postunu tutmuş Səməd bəy Mehman- darov 
1931-ci ilin fevral ayında Bakıda vəfat etmişdir. 
56 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə