Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə12/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   8   9   10   11   12   13   14   15   ...   90

Səməd bəy Mehmandarovu bu gün millətin həqiqi iftixarına 
çevirən  xidmətlərin  böyük  əksəriyyəti  onun  ilk  müstəqil 
dövlətimizin  hərbi  nazirliyində  göstərdiyi  fəaliyyətlə  bağlıdır. 
Həmin fəaliyyətin nə dərəcədə səmərəli olduğunu isə təkcə bir fakt 
-1918-ci  ilin  iyununda bütün  hərbi qüvvəsi bir alaydan ibarət  olan 
Azərbaycanın  1920-ci  ilin  aprelində  40  min  nəfər  nizami  orduya 
malik  olması  aydın  göstərir.  Səməd  bəy  Azərbaycan  dövlətinin 
müdafiəsi  ilə  məşğul  olacaq  müvafiq  hərbi  strukturlann 
formalaşdırılması,  Silahlı  Qüvvələrin  imkan  daxilində  hərtərəfli 
təşkili və bu günkü Milli Təhlükəsizlik Nazirliyinin sələfi sayılan ilk 
qurumun  yaradılması,  bir  sıra  digər  sahələrdə  də  çox  böyük  işlər 
görmüş,  zəngin  biliyini  və  əvəzsiz  təcrübəsini  doğma  xalqının 
naminə əsirgəməmişdi. 
Ömrünün 40 ildən artıq bir dövrünü çar ordusunda xidmətdə 
keçirmiş,  yüksək  peşəkarlığı  və  sədaqəti  nəticəsində  Rusiya 
dövlətinin  ən  nüfuzlu  hərbçi-generallarından  birinə  çevrilmiş, 
hakimiyyət  tərəfindən  dəfələrlə  mükafatlandırılmış,  bir-birindən 
qiymətli hədiyyələr almış Səməd bəy Mehmandarovun Cümhuriyyət 
dövründə ən məsul vəzifələrdən birinə təyin olunması nə dərəcədə 
ölçülüb-biçilmiş addım idi? Əlbəttə, indi tamamilə yersiz və əsassız 
gömnən  bu  sualın  o  vaxt  Azərbaycana  rəhbərlik  edən,  gənc 
respublikanın  taleyi  üçün  cavabdehlik  daşıyan  şəxslər  tərəfindən 
verilməsi qətiyyən məntiqsiz səslənmirdi və regionda yaranmış son 
dərəcə  mürəkkəb  vəziyyətdə  başqa  cür  də  ola  bilməzdi.  Müstəqil 
dövlət kimi ilk addımlarını atan bir ölkədə peşəkarlığın, sədaqət və 
Vətənpərvərlik  kimi  keyfiyyətlərlə  bir  sırada  dayanması  tamamilə 
qanunauyğun,  təbii  hal  idi  və  əlimdə  heç  bir  tarixi  sənəd  və  fakt 
olmasa  da,  mən  bu  qənaətdəyəm  ki.  Səməd  bəy  hərbi  nazirlikdə 
yüksək vəzifəyə gətirilməzdən qabaq onun keçmişi, hazırkı mövqeyi 
ilə bağlı kifayət qədər götür-qoy edilmişdi. 
7 noyabr 1918-ci il. Həmin gün Nazirlər Şurasının qərarı ilə 
“Azərbaycan  Respublikasında  hərbi  nazirlik  yaradılması”  qərara 
alınmış,  “hərbi  nazir  vəzifəsi  Nazirlər  Şurasının  sədri  F.Xoyskiyə 
həvalə  olunmuş,  onun  müavini  isə  general  Səməd  bəy 
Mehmandarov təyin edilmişdir.” Eyni gündə “Azərbaycan” qəzeti 
38 


hərbi  nazirin  müavini  S.Mehmandarovun  qeyd  edilən  təyinatla 
əlaqədar hərbi dəftəııcana üzrə əmrinin mətnini dərc etmişdir: 
“AR Nazirlər Şurasının qərarı ilə mən hərbi nazirin müavini 
tə’yin  edilmişəm.  Mən  öz  vəzifə  borcumun  yerinə  yetirilməsinə 
başlayaraq  görməli  olduğum  nəhəng  işin  bütün  ciddiliyini, 
mürəkkəbliyini  və  çətinliyini  gizlətmədən,  hərbi  nazirliyin  bütün 
rütbəli  şəxslərinin  işə  birgə,  dostcasına  və  vicdanlı  münasibəti  ilə 
onun öhdəsindən gəlməyin tamamilə mümkün ollduğunu bildirirəm. 
Döyüşə  qadir  ordu  yaradılması  işinin  uğuru  bütünlüklə  bu  işin 
düzgün qoyuluşundan asılıdır. Hamını birgə, yoldaşcasına işləməyə 
çağırmaqla,  mən  bütün  səviyyələrdəki  rəislərdən  qoşunun 
təlim-tərbiyəsi, öyrədilməsi və möhkəm nizam-intizam yaradılması 
işinə  tam  ciddi  diqqət  yetirmələrini,  xidməti  işə,  qayda-qanuna, 
vəzifə  borcuna  məhəbbətlə  yanaşmalarını,  tabeliyində  olanlara 
qayğıkeş münasibət göstərmələrini istərdim”. 
Bu  elə  bir  dövr  idi  ki,  Qafqaz  İslam  ordusunun  getməsi  ilə 
kifayət  qədər  hərbi  qüvvəsi  olmayan,  özünümüdafiə  imkanından 
faktiki surətdə məhrum edilmiş Azərbaycan daxildə bolşeviklər və 
daşnaklarla, xaricdə Rusiya və Ermənistanla üz-üzə dayanmışdı. Bu 
təhlükələrdən əlavə onu Çar Rusiyasını xilas etməyə çalışan general 
Denikinin  Könüllü  Ordusu,  Ba^ya  tərəf  irələləmək  fikrini 
gizlətməyən  Biçeraxovun  qüvvələri  və  başqa  təhlükələr  də  təhdid 
edirdi. 
Arxiv  sənədləri  belə  bir  mürəkkəb  və  gərgin  vəziyyətdə 
faktiki  olaraq  hərbi  quruma  rəhbərlik  edən  şəxsin  (təbii  ki, 
hökumətin saysız-sonsuz problemləri sırasında Fətəli Xanın  yalnız 
hərbi  məsələlərə  vaxt  sərf  etməsi  mümkünsüz  idi)  hansı  tədbirləri 
gördüyünü  və  hansı  məsələlərə  xüsusi  diqqət  yetirdiyini  tam 
aydınlığı  ilə  göstərir.  Yəqin  ki.  Səməd  bəyin  Azərbaycan 
dövlətçiliyinə  sonsuz  sədaqətlə  xidmət  etdiyini  sübuta  yetirmək 
üçün də bu gün həmin arxiv sənədlərindən daha etibarlı bir mənbə 
tapmaq çətindir. 
Hərbi  nazirlikdən  21  aprel  1919-cu  ildə  Gəncə  şəhərindən 
şəxsən  Nazirlər  Kabinetinin  sədri  N.Yusifbəyliyə  (Nəsib  bəy  eyni 
zamanda  daxili  işlər  naziri  idi)  çatdırılmalı  olan  1663  saylı  məxfi 
raport  göndərilir:  “Bu  il  aprelin  15-dəki  1631  saylı  raportla  mən 
bolşeviklər tərəfindən orduda təbliğata başlamağa hazırlıq barədə 
39 


məlumat  vermişdim.  Bakıda  öz  işini  başa  çatdıran  həmkarlar 
ittifaqlan  qurultayı  belə  bir  bəyannamə  qəbul  etmişdir:  “İttifaqın 
məqsədi  Zaqafqaziya  hüdudunda  sovet  hakimiyyəti  qurulmasının 
həyata keçirilməsi  üçün hərtəərfli siyasi  cəhd  göstərməkdən ibarət 
olmalıdır.”  Bu  bəyannamə  yerli  bolşeviklərin  Azərbaycanın 
müstəqilliyini  məhv  edib,  onu  Sovet  Rusiyası  ilə  birləşdirmək 
cəhdləri ilə artıq şübhə doğurmur. 
Bəyannaməyə  nəzərə  alınaraq  Hökumətin  fəaliyyətinin 
əsasında Azərbaycanın müstəqilliyinin müdafiəsi durmalıdır və mən 
şübhə  etmirəm  ki,  bolşeviklərin  dağıdıcı  cəhdlərinə  qarşı  zəruri 
tədbirlər  görüləcəkdir.  Mən  Bakı  qarnizonunun  qoşunlanna 
bolşeviklərin  təsir  göstərəcəklərindən  ehtiyat  edirəm,  çünki  Bakı 
hazırda  Zaqafqaziya  bolşeviklərinin  fəaliyyət  mərkəzidir.  Buna 
görə,  xahiş  edirəm  Bakı  xəfıyyə  bölməsi  qarnizon  qoşunlannda 
zərərli təbliğata yol verilməməsi üçün öz nəzarətini gücləndirsin və 
bu sahədə rəhbər şəxslərə hərtərəfli köməklik göstərsin. 
Mənim  tərəfimdən  həmçinin  qoşunlarda  daxili  nizam- 
intizama nəzarəti gücləndirmək tələb edilmişdir. Bu barədə ona görə 
xahiş edirəm ki, hərbi nazirlik Bakıda kəşfiyyat işini təşkil etmək və 
həyata  keçirmək  üçün  kifayət  qədər  hazırlıqlı,  yerli  şəraitə  bələd 
olan agentlərə malik deyil. 
Ümid  edirəm  ki,  ordunu  və  bununla  da  Azərbaycanın 
müstəqilliyini  saxlamaq  uğrundakı  ümumi  mübarizə  işində  Hərbi 
nazirlik  Daxili  İşlər  nazirliyindən  ancaq  Bakıda  deyil,  respublika 
ərazisinin hər yerində, hərtərəfli dostluq köməyi görəcəkdir. Bunun 
üçün  mən  Zati  Alilərinizdən  general-qubernatorlara  və 
qubernatorlara  müvafiq  əmrlə  bildirməyinizi  xahiş  edərdim.  Tam 
artilleriya  generalı  Mehmandarov,  Baş  qərargah  rəisi  general- 
leytenant Sulkeviç”. (ARDA, f894, s.7, iş.5, v.50). 
Bu məktubdan 15 gün qabaq, 1919-cu il aprel ayının 6-da Baş 
Qərargah  rəisi  general-leytenant  Sulkeviçin  göstərişi  ilə  qarnizon 
rəislərinə qoşunlarda bolşevik təbliğatına qarşı əks- kəşfiyyat işinin 
gücləndirilməsi  barədə  əmr  göndərilmişdi.  (ARDA,  f  1046, 
S.2, 
iş.38, v.22). 
Hökumətin  gördüyü  tədbirlərə  baxmayaraq,  bolşeviklər  hər 
vasitə ilə öz işlərini davam etdirməyə, orduda anarxiya yaratmaqla, 
onun hakimiyyəti müdafiə etmək əzmini sarsıtmağa və öz 
40 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə