Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə19/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   15   16   17   18   19   20   21   22   ...   90

onlarla  tarixi  sənədlərdən  biridir:  “23  martda  Novruz  bayramının 
səhəri  günü  xüsusi  qatarla  Azərbaycan  Parlamenti  və  hökumət 
üzvlərinin  hərbi  paradda  iştirak  etmək  üçün  Gəncəyə  gəlmişlər. 
Qrup  heyətinə  Nazirlər  Şurasının  sədri  Fətəli  Xan  Xoyski,  daxili 
işlər naziri Xəlil bəy Xasməmmədov , Xalq təhsili naziri Nəsib bəy 
Yusifbəyli, poçt və teleqraf naziri Aslanbəy Səfıkürdlü, xarici işlər 
nazirinin  müavini  Adil  Xan  Ziyadxanov,  Parlament  üzvü, 
“Müsavat”  fraksiyasının  lideri  Məmməd  Əmin  Rəsulzadə, 
parlamentin  müdafiə  komitəsinin  sədri  Camo  bəy  Hacmski, 
parlament  üzvü  və  “Azərbaycan”  qəzetinin  redaktoru  Üzeyir  bəy 
Hacıbəyov  və  s.  şəxslər  daxil  idi.  Saat  9-da  qatar  Gəncəyə  çatdı. 
Qatarı  qarşılamağa  hərbi  nazir  general  Səməd  bəy  Mehmandarov, 
nazir  müavini  general  Əlağa  Şıxlinski,  Gəncə  qubernatorunun 
müavini  Hüsyenqulu  Xan  Xoyski,  Azərbaycanın  Gürcüstandakı 
nümayəndəsi  Məmməd  Yusif  Cəfərov,  Gəncə  şəhərinin  başçısı 
Ələsgər  bəy  Xasməmmədov,  ictimaiyyət  nümayəndələri  və 
ağsaqqallar çıxmışdılar.” 
M.Y.Cəfərov AR-in Gürcüstan hökuməti yanında diplomatik 
nümayəndəsi olarkən Nazirlər Şurasının 9 noyabr 1918-ci il tarixli 
qəran  ilə  Zaqafqaziya  konfransında  M.  A.  Vəkilovla  bəraber 
nümayəndə kimi iştirak edib. 
M.Y.Cəfərov  ikinci  dəfə  nazir  vəzifəsini  Nəsib  bəy 
Yusifbəylinin  təşkil  etdiyi  dördüncü  hökumət  kabinəsində 
tutmuşdur. Həmin kabinədə o, xarici işlər naziri təyin olunmuşdur. 
Azərbaycanın  demokratik  dövlət  kimi  beynəlxalq  aləmdə 
tanınmasında  M.Y.Cəfərovun  danılmaz  xidmətləri  vardır.  Onun 
rəhbərliyi altında həmin dövrdə məşhur Azərbaycan sənətşünasları 
və ictimai xadimləri Məmməd Ağa oğlu və Hüseyn Mirzəcamalovun 
arxivlərindən  toplayaraq  çap  etdirdikləri  “Zaqafqaziyada  rus 
siyasətinə  aid  sənədlər”  kitabını  xüsusi  qeyd  etmək  lazımdır. 
Azərbaycan  ziyahlannın  çar  hökuməti  tərəfindən  təqib  olunmasını 
ifşa  edən  sənədlər  toplusu  1920-ci  ilin  əvvəllərində  Bakıda  rusca 
çapdan  çıxmışdır.  Azərbaycan  parlamentinin  üzvü  bitərəf  M. 
Y.Cəfərov  1919-cu  ilin  oktyabrında  “Türk  ədəmi-mərkəziyyət 
partiyasf’mn (“Müsavat”) tərkibinə daxil olmuşdur. 
61 


ADR  hökumətində  xarici  işlər  naziri  işlədiyi  dövrdə 
M.Y.Cəfərov  dövlət  xadimi  kimi  nə  qədər  böyük  siyasi  və  elmi 
potensiala  malik  olduğunu,  ən  mürəkkəb  tarixi  şəraitlərdə  belə 
yeganə  düzgün  siyasi  və  diplomatik  qərarlar  çıxırmaq  bacarığını 
nümayiş  etdinnişdir.  Bunu  həmin  qurumun  məhz  onun  rəhbərliyi 
altında  xüsusilə  1919-cu  ilin  may-dekabr  aylarmdakı  son  dərəcə 
səmərəli  fəaliyyəti  də  təsdiq  edir.  Aşağıdakı  tarixi  faktlar 
dediklərimizə əyani misal sayıla bilər. 
ADR-in  Xarici  İşlər  nazirliyi  1919-cu  il  mayın  18-də 
Ermənistandakı  nümayəndəsinə  belə  bir  məlumatı  Naxçıvan 
əhalisinə  çatdırmağı'xahiş  edirdi  ki,  yaranmış  şəraitin  ucbatından 
onlar yaxın vaxtlarda Azərbaycan hökumətindən qoşunlar hesabına 
real yardım gözləyə bilməzlər. Əgər yerli əhali erməni qoşunlarının 
irəliləməsinin  qarşısını  ala  bilərsə,  bu  Azərbaycan  rəhbərliyi 
tərəfindən rəğbətlə qarşılanacaqdır. XİN Naxçıvana yardım göstərilə 
bilməməsini həm də Qarabağ ermənilərinin Azərbaycan hökumətini 
tanımamaqları ilə bağlı yaranmış çətinliklərlə əlaqələndirirdi. 
Naxçıvan bölgəsində və onun ətrafında yaranmış siyasi-hərbi 
vəziyyəti  ətraflı  öyrənərək  dərindən  təhlil  edən  ADR  Xarici  İşlər 
Nazirliyi  1919-cu  il  iyun  ayının  17-də  hökumət  başçısına  oradakı 
erməni “iadərəçiliyi”nə son qoymaq üçün mövcud əlverişli şəraiti və 
məqamı  mütləq  nəzərə  almaqla  fürsəti  əldən  verməməyi  tövsiyyə 
edirdi.  Mövcud  əlverişli  şərait  dedikdə:  1  .İngilislərin  getməsi 
xəbərinin  yayılması  ilə  əlaqədar  olaraq  Ermənistan  hökumətini 
tanımamaq  zəminində  bölgədə  həyacanlarm  və  çıxışların 
genişlənməsi  (ermənilərin  Ordubada  buraxılmamaları,  onların  və 
daşnak  komissarının  Şahtaxtıdan  qovulması,  Naxçıvan  şəhərində 
qeyri  sabitlik  və  s.);  2.Türkiyə  qoşunlarının  toplaşması  ilə  bağlı 
Ermənistanın 
öz 
qərb 
sərhədlərini 
möhkəmləndirmək 
məcburiyyətində  qalması;  3.ADR  ordusu  zabitləri  tərəfindən  yerli 
əhalinin  müəyyən  qədər  təşkil  edilməsi  və  döyüş  hazırlığı 
vəziyyətinə  gətirilməsi;  4.Denikin  ordusunun  yaratdığı  təhlükənin 
bizə  əlverişli  tərzdə  aradan  qaldırıla  bilməsi  ehtimalı  nəzərdə 
tutulurdu. 
62 


Bütün  bu  amillər  və  şərtlər  həm  Naxçıvan  bölgəsinin 
azərbaycanlı  əhalisinin  ermənilərə  qarşı  hərakatmm  müdəfiə 
olunmasına yardım edər, həm də Ermənistanın “idarəçiliyi”nin ləğvi 
və  qoşunların  oradan  çıxaniması  işinə  əhəmiyyətli  dərəcədə  təsir 
göstərə bilərdi. Yaranmış əlverişli şəraitdə Naxçıvana Azərbayeanm 
təsiri  və  oradakı  nüfuzunun  bərpası,  sonra  isə  bölgədə 
möhkəmlənməklə bütün mahala həm maddi, həm də döyüş sursatı ilə 
real  yardım  göstərmək  mümkün  idi.  Bu  məqsədlə  də  bölgənin 
azərbaycanlı  əhalisinin  erməni  qoşunlarını  dəf  etməkdən  ötrü 
təşkilatlanması  üçün  ilkin  addımlardan  biri  kimi  Baş  nazirdən 
Naxçıvana zabit kadrları göndərilməsi və ixtiyanndakı vəsaitdən 100 
min manat pul buraxılmasma sərancam verməsi xahiş olunurdu. 
Keçmiş  İrəvan  quberniyasından  və  Zəngəzur  mahalından 
qovularaq  Naxçıvan  bölgəsinə  pənah  gətirənlərin,  habelə  erməni 
basqınları  zamanı  Cənubi  Azərbaycana,  Bakı,  Tiflis,  Gəncə 
şəhərlərinə  dağılan  naxçıvanlıların.  Ermənistandakı  azərbaycanlı 
qaçqınların  və  ümumiyyətlə  orada  yaşayan  müsəlman  əhalisinin 
vəziyyəti  ilə  bağlı  çoxlu  problemlər  var  idi.  Buna  görə  də 
Azərbayean  hökuməti  ermənilər  tərəfindən  müsəlmanlara  vurulan 
insan  və  əmlak  itkisinin  həcmini  aydınlaşdırmaq  məqsədilə 
ingilisləri,  italyanları  və  digərlərini  cəlb  etməklə  beynəlxalq 
komissiya təşşkil etməyi qərar almışdı.  Lakin  həmin komissiyanın 
yaradılması  ilə  bağlı  məsələlərin  həlli  xeyli  vaxt  tələb  etdiyindən 
başqa vasitə və yollarla bu səciyyəli məlumatlann əldə olunmasına 
başlanıldı.  ADR  XİN  bu  məqsədlə  1919-cu  il  iyun  ayının  10-da 
İrəvandakı  diplomatik  nümayəndəliyə  ələltdan  və  yubatmadan 
keçmiş 
İrəvan 
quberniyasının 
dağıdılmış 
kəndlərinin 
nümayəndələrinin  köməyi  ilə  ermənilərin  törətdikləri  qırğın  və 
talanlar  zamanı  azərbaycanlıların  məruz  qaldıqları  insan  və  əmlak 
itkiləri barədə ətraflı statistik məlumatlar toplamağı, şahidlərin və ya 
zərərçəkənlərin  söhbətləri  əsasında  ermənilərin  müsəlman 
kəndlərinə  etdikləri  hüeumlar  haqqında  xüsusi  materiallar 
hazırlamağı tapşırdı. 
M.Cəfərov 
hadisələrin 
inkişafını 
şəxsi 
nəzarətində 
saxlamaqla, ümumi vəziyyətə təsir göstərəcək qərarlar qəbul 
63 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə