Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə18/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   14   15   16   17   18   19   20   21   ...   90

Görkəmli diplomat 
Azərbaycan Fövqəladə Komissiyasının (FK) həbs edilənlər və 
qeydə  alınaraq  saxlanınlar  üçün  1182  №-li  Anketindən:  “Cəfərov 
Məmməd Yusif Haeıbaba oğlu, Az.SSR vətəndaşı, türk, 1885-ci ildə 
anadan  olub,  40  yaşında,  ali  təhsilli  (universitet  qurtanb),  həyat 
yoldaşı Yekaterina 31 yaş, evdar qadm, qızı Xəyalə 8 yaş, şagird. 
Minə 5 yaş, oğlu Məmməd Rauf 5 aylıq, anası Minəbəyim 70 yaş. 
Bitərəf,  4-cü  dövlət  Dumasının  üzvü.  Xüsusi  Qafqaz  Komitəsinin 
üzvü  (Tbilisi  şəhərində).  Müsavat  dövründə  nazir.  Parlament 
sədrinin  müavini,  28  dekabr  1924-cü  ildə  həbs  edilib.  Az.SSR 
CM-in 61, 68-ci maddələri ilə ittiham olunur.” 
M.Y.Cəfərov bu sənədi həbs olunduğu günün səhəri, dekabrın 
29-da saat 1-də həbs qəti imkan tədbiri seçildikdən və irəli sürülən 
ittihamla tanış edildikdən sonra imzalamışdır. 
Anketdə  göstərildiyi  kimi  M.  Y.Cəfərov  Moskva 
universitetinin  hüquq  fakültəsini  1912-ci  ildə  bitirmiş  və  4-cü 
Dumanın  deputatı  (1912-17),  1917-ci  ildə  isə  Zaqafqaziya 
komissarlığında sənaye və ticarət komissarı olmuşdu. 
Məmməd  Yusif  Cəfərovun  həbsi  haqqında  qərar  da  əslində 
Az.  FK  İstintaq  Əməliyyat  Hissəsi  (bundan  sonra  -  İƏH)  Əks- 
kəşfiyyat  şö’bəsinin  rəisi  Qolikov  tərəfindən  məhz  1924-cü  il 
dekabrın 29-da verilmişdir. Bunu həmin gün Qolikovun tərtib etdiyi 
sənəd də təsdiqləyir. “Mən Azərbaycan FK İƏH Əks- 
57 


kəşfiyyat  şöbəsinin  rəisi  Qolikov  həbs  edilmiş  Babayev  Əbdüləli, 
Babayev Məmməd Əli, Nəriman Qasım oğlu və b. işi üzrə 894 və 
685  saylı  işlərlə  onların  gizli  “Müsavat”  təşkilatına  məxsusluqlan 
barədə ittiham olunmalan ilə əlaqədar tanış olarkən qeyd edilən işlə 
bağlı Kladbişenski küçəsində 37 saylı evdə yaşayan Məmməd Yusif 
Cəfərovun adının hallandığını nəzərə alaraq “Müsavaf’ partiyasına 
aidiyyatı olan Məmməd Yusif Cəfərovu həbs etmək və Az. FK-da 
nəzarət altında saxlamaq barədə qərar” verdim. 
Qolikovun bu qərarını İƏH rəisi Nikolayev, Az. FK-nm sədr 
müavini Qaber-Kom təsdiqləyirlər. 
Ancaq istintaq işi ilə tanışlıqdan aydın olur ki, M.Y.Cəfərovu 
çeka  həbs  olunduğu  dövrdən  xeyli  qabaq  diqqət  mərkəzində 
saxlamış,  onu  az  qala  addım-addım  izləmişdir.  Keçmiş  hökumətin 
tərkibində mühüm postlar tutmuş şəxsə qarşı belə münasibət əslində 
təəccüblü  deyildi.  Çünki  əvvəl  FK,  sonra  DSİ  və  XDİK  siyasi 
cəhətdən  səbatsız  hesab  etdikləri  şəxsləri  daim  nəzarət  altında 
saxlayır,  onun  özü  və  ətrafı  ilə  bağlı  kifayət  qədər  məlumatlar 
toplayır, yuxarıdan məqamın yetişdiyi barədə işarə veriləndə həbsə 
alırdılar. 
M.Y.Cəfərov  çekanın  tam  diqqət  mərkəzinə  1922-ci  ildə 
düşüb. Həmin il aprelin 27-də onun xidməti iş yerini dəqiqləşdirmək 
tapşırığını  alan  91  saylı  əməkdaş  3  gün  sonra  tapşmqla  bağlı 
aşağıdakıları  bildirir:  “Cəfərov  Məmməd  Yusifin  ev  ünvanı  və 
tutduğu  vəzifənin  dəqiqləşdirilməsi  ilə  bağlı  bildirirəm  ki,  vət. 
Cəfərov  Az. Sənaye ticarət  komissarhğmda təşkilat şöbəsinin  rəisi 
işləyir, yaşadığı ünvanı hələlik dəqiqləşdirməmişəm”. 
İki  gün  sonra  isə  eyni  əməkdaş  Cəfərovun  ev  ünvanını 
dəqiqləşdirdiyi barədə növbəti məlumat verir. 
115  saylı  məlumata  əlavədə  isə  deyilir:  “İnzibati  maliyyə 
idarəsinin  rəisi  Müsavat  dövründə  parlament  üzvü  Cəfərov 
Məmməd  Yusif  yanma  işə  götürülmək  üçün  göndərilən 
kommunistlərə “iş yoxdur”, deyir, halbuki öz adamlarını qəbul edir. 
Son vaxtlar onun kabinetində keçmiş şəhər rəisi Kovalyov və Şirin 
bəy Səfərəlibəyov olur və hansısa mövzuda söhbət edirlər.” 
58 


■  ■ ' .'.i- 
"'İ*u 
Bir neçə gün sonra isə 
artıq Səfərəlibəyov barədə də 
məlumatlar çatdırılır: “Sənaye 
idarəsinin işlər müdiri Səfərəli- 
bəyov öz ətrafına müxtəlif 
adamları yığaraq onlara sovet 
hökuməti əlyehinə təbliğat 
apanr. Kommunist partiyasının 
əksər üzvlərini “oğrular və 
başqa pozulmuş şəxslər”, sovet 
hökumətini “moşenniklər 
hökuməti” adlandırır” 
Daha sonra Cəfərovun 
yanına mühüm tapşırıqlar üzrə 
mühəndis Rüstəmbəyovun da 
tez-tez gəldiyi və onların 
hansısa mövzuda uzun 
söhbətlər apardıqları bildirilir. 
Cəfərovu xarakterizə 
edən başqa bir məlumat isə 
11.09.1922-ci ilə aiddir: “392/177/439 saylı tapşırıqla əlaqədar 
Cəfərov rəis kimi tabeliyində olanlarla çox mədəni davranır, ancaq 
qapalı adamdır, heç kimlə artıq şey danışmır. Yaxşı təəssürat 
oyadır, ancaq onun siyasi görüşləri şübhəlidir.” 
Bir  yandan  Cəfərovu  addım-addım  izləyir,  bir  yandan  isə 
keçmişini  dəqiqləşdirməklə  məşğul  olurdular.  Bu  baxımdan 
Cəfərovun  keçmişini  araşdırmaq  tapşırığı  almış  şəxsin  verdiyi 
məlumat maraq doğurur: “ Cəfərov Nikolay rejimi dövründə 4- cü 
Dövlət  Dumasının  üzvü.  Müsavat  hökuməti  dövründə  Tiflisdə 
Gürcüstan  menşevik  respublikasında  konsul  olub.  1919-cu  ildə 
Xarici  işlər  naziri,  1920-ci  ilin  aprel  inqilabı  ərəfəsində  Müsavat 
partiyası  tərəfindən  Respublika  parlamentinin  sədri  (sədr  müavini 
L.Ş.) təyin  olunub.  Müsavat  partiyasının üzvü olub, arvadı  rusdur, 
iki uşağı var, yaxşı yaşayır, hər cümə günü avtomobillə Əhmədlidəki 
bağa gedir” 
M,IÜ.Ä*a{|ıapoH 
aaM.nrw.we.üfl'Te.n» 
nap.ıawema 
59 


Mərhum  tədqiqatçı  Mövsüm  Əliyev  “ADR  Azərbaycan 
hökuməti”  (1918-1920)  (“Gənclik”  nəş.  1990.)  məcmuəsində 
M.Y.Cəfərov  haqqında  yazır:  “M.Y.Cəfərov  görkəmli  pedaqoq, 
jurnalist  Əli  İskəndər  Cəfərzadənin  kiçik  qardaşıdır.  Orta  təhsilini 
Bakıda  almış,  sonra  Moskva  Universitetinin  hüquq  fakültəsini 
bitirmişdir.  O,  Moskvada  oxuyan  azərbaycanlı  tələbələrin  təşkil 
etdiyi “Azərbaycan etnoqrafik konsert gecələrinin” və “Azərbaycan 
həmyerlilər təşkilatf’mn əsas rəhbərlərindən biri olmuşdur. 1912-ci 
ildə  universiteti  fərqlənmə  diplomu  ilə  bitirən  M.Y.Cəfərov 
“Nigahm  şəriət  üzrə  pozulması  haqqında  rəy”  mövzusunda  hüquq 
elmləri  namizədlik  dissertasiyası  müdafiə  etmişdir.  O,  həmin  il 
Peterburqda  açılan  4-cü  dövlət  Dumasına  Bakı,  Gəncə  və  İrəvan 
quberniyalarının  müsəlman  əhalisi  tərəfindən  deputat  seçilmişdir. 
M.Y.Cəfərov Dumada kadet partiyasına qoşulmuşdur. O, Dumadakı 
çıxışlarında 
çar 
hökumətinin 
Azərbaycanda 
yeritdiyi 
müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu.” 
1917-ci  ildə  Rusiyada  fevral-burjua  inqilabı  baş  verdikdən 
sonra martın 9-da Müvəqqəti hökumətin göstərişi ilə M.Y.Cəfərov 
daxil olmaqla Dövlət Dumasının beş nəfər üzvündən ibarət xüsusi 
Zaqafqaziya komitəsi yaradıldı. Komitədə sənaye və ticarət işlərinə 
rəhbərlik  etmək  M.Y.Cəfərova  tapşınidı.  O,  1917-ci  il  noyabnn 
15-dən Zaqafqaziya komissarlığında sənaye və ticarət komissarı idi. 
1918-ci  ilin  28  mayında  Azərbaycanın  öz  milli  istiqlalını  bütün 
dünyaya elan etməsi M. Y.Cəfərovun da həyatında tamamilə yeni bir 
səhifə  açır.  Bütün  həyatını  doğma  xalqının  tərəqqisinə  həsr  edən 
millət fədaisi 1918-ci ildə bitərəf Fətəli Xan Xoyskinin təşkil etdiyi 
ADR-in  ilk  hökumətində  sənaye  və  ticarət  naziri  olur.  Həmin  ilin 
iyun ayının 17-də birinci hökumət istefaya getdiyi üçün o, tutduğu 
vəzifəni  tərk  etmiş  və  bundan  sonra  AR-in  Gürcüstan  hökuməti 
yanında diplomatik nümayəndəsi vəzifəsini icra etməyə başlamışdır. 
Azərbaycan Parlamenti və hökumət üzvlərinin Gəncədə hərbi 
paradda iştirakı (23 mart 1919-cu il) barədə “Azərbaycan” qəzetində 
o  dövrdə  dərc  edilmiş  material  M.Y.Cəfərovun  Gürcüstanda 
diplomatik nümayəndə olduğu dövrü təsdiqləyən 
60 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə