Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə15/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   11   12   13   14   15   16   17   18   ...   90

hərtərəfli  çatdıracaqlar.  Əlbəttə,  1920-ci  ilin  aprel  işğalı  ilə 
Azərbaycanın  müstəqil  dövlətinə  qəsd  edilməsəydi  Səməd  bəyin 
cəmi  il  yarım  çəkmiş  nazirlik  fəaliyyəti  davam  edər,  o,  güclü  və 
mütəşəkkil  ordu  yaratmaq  sahəsindəki  planlarını  daha  dolğun 
şəkildə  reallaşdıra  bilərdi.  Aprel  çevirilişi  nəinki  onun  və  dostu 
Əliağa Şıxlinski kimi hərbi dühalann, həmçinin gənc dövlətin  özü 
kimi gənc sərkərdələrinin də arzulanm  yanmçıq qoydu. Aralannda 
xaricə  mühacirət  edənlər,  bolşevik  gülləsinə  tuş  gələnlər  və 
repressiyanın  başqa  formalarına  məruz  qalanlar  oldu.  O  və  dostu 
Əliağa Şıxlinski üçüncü qrupa düşdülər. Hər ikisi bir müddət həbs 
edilərək, bolşevik çekasınm cəza üsullarının “ləzzətini” duydular. 
Səməd  bəy  Mehmandarov  1920-ci  il  iyun  ayının  3-də  həbs 
edildi. Ancaq bu gözlənilən aksiyanın reallaşdırılması üçün işğaldan 
ötən müddət ərzində bir neçə hazırlıq tədbiri görülmüşdü. Bunlardan 
biri 11-ci ordunun 5-ci Bakı alayınm hərbi komissannm 11-ci ordu 
hərbi  şöbəsinin  rəisinə  yazdığı  məlumat  idi.  Həmin  mə’lumatda 
deyilirdi: “Məruzə edirəm ki, 1 iyun 1920-ci ildə mənim tərəfimdən 
alayın məxfi kağızlar yeşiyi açılmış və həmin kağızların arasından 
hələlik 399, 88,96 saylı kağızlar tapılmışdır. Onları sizin sərancama 
göndərirəm.” 
Bu sənədlər 5-ci alaym hərbi rəhbərliyin tapşınğı ilə bolşevik 
təhlükəsinə  qarşı  hansı  tədbirlər  gördüyünü,  yaxud  görməyi 
planlaşdırdığını  sübuta  yetirirdi.  Artıq  yeni  hökumətin  utanmadan 
əksinqilab  adlandırdığı  bu  hərəkətlərin  arxasında  əslində  müstəqil 
dövlətin  özünü  təxribat  xarakterli  təbliğatlardan  qrumaq  kimi  tam 
qanuni  tələbi  dayandığına  açıq-aydın  göz  yumulurdu.  Çekanın 
“bolşeviklər təqib ediliblər, deməli qatı cinayətə yol verilib” məntiqi 
istənilən şəxs barəsində istənilən hökmün çıxanimasma əsas verirdi. 
İkinci  bu  tipli  sənəd  yeni  hökumətin  hərbi  dəniz  komissan 
Ç.İldınm  tərəfindən  11-ci  ordunun  xüsusi  şöbə  rəisi  Pankratova 
göndərilib.  Özü  də  birincidən  fərqli  olaraq,  burada  keçmiş  hərbi 
xadimlərin ciddi cəzalandırılmasına açıq təhrik ifadə edilib: 
“Yol.  Pankratova.  Mənim  teleqramlanma  və  məlumatlarıma 
baxmayaraq,  keçmiş  hərbi  nazir  Mehmandarov  və  Bakı 
komissarının  köməkçisi  Azad  Vəzirov  hələ  də  azadlıqdadırlar. 
Yuxarıda göstərilən şəxsləri təcili həbs etmək, keçmiş polis 
47 


Mirzəyevin  qohumu  qatı  müsavatçı  Axundov  İbrahimi  “Axund- 
zadə”ni tutub saxlamaq barədə tədbir görün. Hərbi Dəniz komissarı 
İldırım”. 
Artıq  heç  bir  qüvvə  Səməd  bəyi  həbs  olunmaqdan  qurtara 
bilməzdi. Nə onun Bakı şəhər komendantından 22 may 1920-ei ildə 
aldığı vəsiqə: “... vətəndaş Mehmandarov mənim tabeliyimdə olan 
idarədə 232 №-li qeydiyyat kitabçasında qeydiyyatdadır. Bakı şəhəri 
və onun rayonlarının komendantı hərbi komissar”, nə də Qomizon 
rəisinin 18 may 1920-ei il 10 saylı əmri ilə verilmiş şəhadətnamə: 
“Bu  sənədi  təqdim  edən  vətəndaş  Mehmandarova  27139  №-li 
“Naqan” tapançasını saxlamağa və üstündə daşımağa icazə verilir. 
Əsas: Qomizon rəisinin 18 may 1920-ei il 10 saylı 
əmri”. 
Artıq daha yüksək məqamdan başqa tələb irəli sürülmüşdü və 
komissarın  bu  tələbi  Azərbaycan  SSR  FK-sı  tərəfindən 
məmuniyyətlə yerinə yetirildi. 226 saylı orderlə 3 iyun 1920-ei ildə: 
“Komissar Vekeşpevə Mehmandarovun mənzilinin axtarışı və həbs 
edilməsi həvalə olundu”. 
Sənədin  arxasında  həmin  komissarın  qeydi  var:  “Məhbusu 
qəbul etdim”. 
4 iyun 1920-ci ildə Kains Vekeşpev tərəfindən həbs edilmiş 
64  yaşlı  Azərbaycanın  hərbi  naziri  tam  artilleriya  generalı  Səməd 
bəy Mehmandarov həbsxanada Safronov tərəfindən qəbul edilir və 
Az.SSR FK-nm 953 saylı həbs kağızı təqdim olunur. 
Elə  həmin  gün  protokol  həmin  226  saylı  order  əsasında 
Orlovsk küçəsi 116 №-li evdə yaşayan Mehmandarovun mənzilində 
“yol. Kamyatina və Feoktistov iştirakı ilə” axtarış apanhb və axtanş 
zamanı  aşağıdakılar  aşkarlanaraq  FK-ya  apanhb:  “Brauninq” 
tapançası №19294, “Naqan” №27139, yeddi ədəd güllə ilə birlikdə 
müxtəlif cür sənədlər və yazışmalar, foto kartoçkası və paqonlar”. 
Bu  gün  PR  19871  saylı  iş  kimi  MTN  arxivində  saxlanılan 
Səməd bəy Mehmandarov haqqında istintaq işində belə bir qeyd var: 
“Azərbaycanın  keçmiş  hərbi  naziri  Mehmandarov  Səməd  Sadıq 
oğlunun  işi  №  485,  11-ci  ordunun  Hərbi  İnqilabi  Şurası  yanında 
xüsusi şöbə. 4 iyun 1920-ci il 30 iyul 1920-ci ü”. 
48 


Başqa  sənədlərdən  isə  aydın  olur  ki,  istintaq  işi  həbs 
aksiyasından  14  gün  sonra,  17  iyun  1920-ci  ildə  Az.SSR  FK-nın 
577-li saylı işi kimi başlamış, 18 avqust 1920-ci ildə isə indiki sayla 
qeydə alınaraq, davam etdirilmişdir. 
Əslində  Səməd  bəyin  və  keçmiş  hökumətdə  yüksək  vəzifə 
postu  tutmuş  bir  neçə  başqa  görkəmli  hərbi  və  siyasi  xadimin 
həbsində  təəccüblü  heç  nə  yox  idi.  Bu  hakimiyyət  dəyişikliyi  ilə 
əlaqələndirilməkdən başqa həmin ərəfədə baş vermiş çox mühüm bir 
hadisə - Gəncə üsyanı ilə də bağlı ola bilərdi. 1920-ci ilin may ayının 
sonlannda olmuş həmin üsyanda bolşeviklər on min nəfərə yaxın itki 
vermişdilər  və  sonrakı  ərəfədə  belə  kütləvi  çıxışların  başqa 
ərazilərdə  gözlənilməsi  barədəki  məlumatlar  həbs  tədbirlərini  tam 
əsaslandırırdı.  İstintaqın  başlıca  məqsədi  Səməd  bəyin  və 
başqalarının  bu  üsyanla  nə  dərəcədə  əlaqəli  olduqlannı 
araşdırmaqdan  və  ən  kiçik  əlaqə  ehtimalı  aşkarlandığı  halda  onu 
istənilən vasitə ilə sübuta yetirməkdən ibarət idi. Əlbəttə, bu ehtimal 
doğrulmadığı təqdirdə ehtiyatda kifayət qədər başqa ittihamlar vardı 
və  hökumətin  hərbi  naziri  olmuş  bir  şəxsin  nədəsə  günalıkar 
olduğunu  aşkarlamaq  üçün  rəsmi  sənədləri  bir-iki  gün  araşdırmaq 
yetərli  idi.  Təkcə  orduda  bolşevik  təhlükəsinə  qarşı  tədbirlər 
görülməsinə aid belə sənədlər isə onlarla idi və onlardan bir neçəsini 
yazımızda  oxucunun  diqqətinə  çatdırmışıq.  Yeni  faktlara,  yaxud 
şahid ifadələrinə gəlincə isə FK heç bir korluq çəkmirdi. Müstəqil 
Azərbaycanın  dövlət  adamlarını  ittiham  etməyə  istənilən  qədər 
erməni,  rus  şahidi  həvəslə  ifadə  verirdi.  Əlbəttə,  bu  prosesdən 
əksəriyyəti  bolşevik  təbliğatına  uymuş,  yaxud  da  şəxsi-qərəzlik 
prinsipi  ilə  intiqam  aldığını  düşünən  bə’zi  azərbaycanlılar  da 
kənarda  qalmırdılar.  Ancaq  nədənsə.  Səməd  bəylə  bağlı  bu 
üsullardan çox cüzi isitfadə olunub. Bəlkə də bu generalın müəyyən 
müddətdən  sonra  Moskvaya  aparılaraq,  azadlığa  buraxılması  ilə 
əlaqədar olub. Yaxud inandırıcı olmasa da, belə yüksək səviyyəli bir 
hərbçiyə qarşı primitiv üsullarla ittiham irəli sürməkdən çəkiniblər. 
S.Mehmandarovun  daha  çox  Gəncə  üsyanı  ilə  bağlılığının 
dəqiqləşdirilməsi məqsədilə həbs edildiyini iki fakt da sübuta yetirir. 
Bunlardan birincisi və təkzibedilməzi N.Nərimanovun 
49 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə