Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə14/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   10   11   12   13   14   15   16   17   ...   90

Respublikasının  vətəndaşlarıdır...  Hər  cür  silahlı  müqavimət  ölüm 
cəzası  ilə  cəzalandınlacaqdır  və  qoşuna  belə  hallarda  amansızlıqla 
fəaliyət göstərməyi əmr edirəm. Bu barədə bu və ya digər bəhanə ilə 
əhalini  qoşunlara,  yaxud  hakimiyyətə  qarşı  qaldıracaq  şəxslərin 
hamısına  xəbərdarlıq  edirəm.  Öz  növbəmdə  mən  dəstə  rəisinə 
qoşunların əhaliyə heç bir zərər verməməsi və mülki əhaliyə qarşı 
hər  cür  zorakılıq  edənləri  ciddi  cəzalmdırmağı  əmr  etmişəm.” 
Bunlar, hərbi nazir S.Mehmandarovun Lənkəran qəzasının əhalisinə 
4  iyun  1919-cu  il  tarixli  müraciətindən  götürülmüşdür  (ARDA, 
f.894, s.lO, iş. 124, v. 15-16). 
Birinci  müstəqillik  dövründə  də  gənc  respublikanın  ən  çox 
narahatlıq doğuran bölgələrindən biri Qarabağ bölgəsi idi. O zaman 
da  ərazi  iddiaları  ilə  Azərbaycanı  müharibəyə  cəlb  etməyə  çalışan 
ermənilər  İrəvanda,  Zəngəzurda,  Naxçıvanda,  Qarabağda  kütləvi 
qırğınlar törədir, həmin ərazilərdəki kəndlərin yerli türk, müsəlman 
əhalisini öz dədə-baba yurdlarını tərk etmək məcburiyyəti qarşısında 
qoyurdular.  Görünməmiş  vəhşiliklə  həyata  keçirilən  bu  soyqırım 
aksiyalarında  nəinki  Andronik  kimi  qaniçən  cəlladlar,  həmçinin 
Ermənistan  hökumətinin  tabeliyində  olan  hərbi  qüvvələrin 
nümayəndələri də iştirak edir, qədim türk yurdlannın talanmasmda 
xüsusi canfəşanlıq göstərirdilər. Ocaqlan söndürülmüş yerli əhalinin 
Azərbaycanın içərilərinə axışmaqdan başqa çarəsi qalmırdı. 
Tiflisdən general Sulkeviçin adına göndərilən 18 aprel 1919- 
cu  il  tarixli  teleqram  göstərir  ki,  həmin  illərdə  ermənilər  nəinki 
qədim  Azərbaycan  torpaqlarına,  hətta  Türkiyə  ərazilərinə  göz 
dikmişdilər:  “Soçi  istiqamətində  irəliləyən  gürcülər  zabitlərdən 
ibarət  könüllülər  alayını  əsir  alıblar.  Mənim  tərəfimdən 
Aleksandropolsk  dəstəsinin  rəisi  general  Ospyantsm  əmri  ələ 
keçirilmişdir.  Bu  əmrdə  əhaliyə  Qars  vilayətinin  Ermənistanın 
tərkibinə  bir  hisssə  kimi  daxil  olduğu  elan  edilir.  Hökumətin  və 
müttəfiqlərin sərancamma uyğun olaraq, erməni hökumətinin iradəsi 
qanunsuz  sayılmışdır.  Şayiələrə  görə  ingilislər  ultimativ  qaydada 
naxçıvanlılara  Ermənistan  hakimiyyətini  tanımağı  təklif  etmişlər. 
Naxçıvan  əhalisinin  etirazı  ilə  əlaqədar  ingilis  zirehli  maşını  və 
erməni qoşunlan hərəkətə başlamışdır. №1548. Əliyev”. 
44 


Məhz  belə  ağır  bir  dövrdə  Azərbaycan  hökumətinin 
Qarabağda 
həyata 
keçirdiyi 
tədbirlərin 
operativliyi 
və 
səmərəliliyindən  çox  şey  asılı  idi.  Bununla  əhalidə  dövlətin  onları 
müdafiə etmək qüdrəti və qüvvəsinə malik  olduğu inamı  yaradıla, 
torpaqlarımızın  boşaldılmasının  qarşısı  alınardı.  Əlbəttə,  gənc 
hökumət qeyd edilən sahədə az iş görməmişdi və bu barədə Xosrov 
Paşa  haqqındakı  materialda  kifayət  qədər  danışıldığından  bir  daha 
ona  qayıtmağa  lüzum  görmürük.  Yalnız  oxucuların  diqqətini 
Qarabağa  hökumət  adamlarımız  tərəfindən  necə  böyük  diqqət 
yetirildiyini göstərən bir fakta cəlb etməklə kifayətlənirik. 
Baş Nazir N.Yusifbəylinin və hərbi nazir S.Mehmandarovun 
Qarabağa gəlmələri haqqında məlumat verən “Azərbaycan” qəzeti 3 
avqust  1919-cu  il  sayında  yazırdı:  “Qarabağın  həyatında  daha 
əlamətdar  bir  hadisə  -  bu  29-30  iyul  günləri  oldu.  Bu  günlərdə 
Qarabağ özünün ən əziz və sevimli qonaqlarını - Gəncə qubernatoru 
Rəfıbəyovun  müşayət  etdiyi  Baş  nazir  N.Yusifbəy-  lini  və  hərbi 
nazir  S.Mehmandarovu  qəbul  etmək  sevincini  yaşadı.  Qonaqlar 
iyulun  29-da  Xankəndinə  gəldilər,  orada  qoşunların  paradı  oldu. 
Paradı  Baş  nazir  N.  Yusifbəyli  qəbul  etdi...  İyulun  30-da  əziz 
qonaqlar  Şuşaya  gəldilər.  Şəhərdə  qonaqlar  ruhanilər  və  əhali 
tərəfindən  duz-çörəklə  qarşılandılar.  Sonra  qonaqlar  Azadlıq 
meydanına  gəldilər  və  burada  ruhanilər  və  əhali  tərəfindən  nitqlər 
söyləndi.  Cavab  nitqi  söyləyən  Baş  Nazir  müsəlmanların  başqa 
millətlərin  nümayəndələri  ilə  dinc  yanaşı  yaşamalarının 
zəruriliyindən danışaraq, qeyd etdi ki,  bunsuz Azərbaycanın  rifahı 
mümkün  deyil.”  İndisə  Nəsib  bəyin,  Səməd  bəyin  nitq  söylədiyi 
gözəl  Şuşa  torpağı  erməni  tapdığı  altında  öz  xilaskarını 
gözləyə-gözləyə  inləyir.  Ancaq  qəvi  düşmən  də  yaxşı  bilir  ki, 
Şuşanın  və  başqa  işğal  edilmiş  ərazilərimizi  əsrin  əvvəllərində 
Azərbaycandan  qopardığı  toıpaqlara  qata  bilməyəcək,  tez-gec  0 
yerlər azad ediləcək. 
Bu  günə  qədər  Səməd  bəy  haqqında  yazan  müəlliflər 
(Ə.Şıxlinski  “Xatirələrim”,  SSRİ  EA  1944,  Hacıağa  İbrahimbəyli 
(Səməd bəyi  yaxından tanıyan bir şəxs olub və mayor rütbəsindək 
yüksəlib)  “Səməd  bəy  Mehmandarov”  1946-cı  il,  Ş.Nəzirli 
“Azərbaycan  generallan”,  Bakı  “Gənclik”  1991,  E.Qoca  “Callad 
ehtirafı” Bakı, “Şuşa” nəşriyyatı 1999) onun ümumxalq
45 


ümumdövlət işinə necə məsuliyyətlə yanaşdığını, hətta bu məsələlər 
ən  yaxın,  ən  doğma  adamlanna  aid  olduqda  belə  heç  bir  güzəştə 
getmədiyini dəfələrlə qeyd ediblər. Belə məqamlardan biri haqqında 
Azərbaycanda  ilk  müstəqil xüsusi xidmət  orqanı  -  “Əksinqilab  ilə 
mübarizə  təşkilatf’nm  sədri  Nağı  bəy  Şıxzamanh  Türkiyədə 
mühacirətdə olduğu zaman qələmə aldığı xatirələrində söhbət açıb. 
Bakıda  tutulan  genaral  Denikinin  agenti  kapitan  Starkov  onda 
tapılan hərbi sənədləri guya general S.Mehmanda- rovun nəvəsinin 
mürəbbiyəsi  vasitəsilə  əldə  etdiyini  bildirir.  Bunun  həqiqiliyini 
yoxlayan Nağı bəy vəzifəsini yerinə yetirərək. Müdafiə Komitəsinə 
raport  təqdim  edir  və  məsələ  barəsində  hökumət  rəhbərliyinə 
müvafiq məlumat çatdırır: 
“Komitəyə verdiyim raport oxunduqda general Melımandarh 
çox  əsəbiləşdi.  Ertəsi  gün  idarədə  kabinetimin  pəncərəsindən 
baxarkən general Mehmandarimm avtomobilinin idarəmizin önündə 
durduğunu  gördüm.  Onu  dərhal  qapıda  qarşıladım.  Çox  əsəbi 
görünürdü.  Oturmaq  istəmədi.  Məndən  Nağı  bəy,  siz  bu  alçağın 
məlumatına  inanırsınızmı?  deyə  soruşdu.  Mən  də  “Paşam,  sənədi 
verəni  gizlətmək  üçün  yüzbaşı  Starkov  mürəbbiyə  məsələsini 
uydurmuşdur.  İcazənizlə  iki  günə  qədər  məsələni  tamamilə 
aydınlaşdıracam.  Ancaq,  qərargah  zabitlərindən  istədiyimi  nəzarət 
altına ala bilmək üçün indidən icazənizi istəyirəm” cavabını verdim. 
General  Mehmandarh:  “Bu  milli  və  istiqlalımızla  bağlı  bir  işdir. 
Kimi istəyirsiniz onu da nəzarət altına ala bilərsiniz. Bir də məndən 
icazə  istəməyin.  Ancaq  mən  bu  alçağı  görmək  istəyirəm”  dedi. 
Starkov içəri gəldi və generalı görən kimi diz çöküb ona yalvarmağa 
başladı.  General  bu  mənzərə  qarşısında;  “Alçaq,  qorxaq,  cəzan 
ölümdür. Sənin kimi şərəfsiz və qorxaq bir yüzbaşını rus ordusunda 
ilk dəfə görürəm” dedi və mənimlə vidalaşıb getdi. Yüzbaşı isə hələ 
də diz çökmüş vəziyyətdə qalırdı.” 
Səməd bəyin müstəqil respublikanın hərbi naziri kimi geniş 
miqyaslı  fəaliyyətinə  və  göstərdiyi  tarixi  xidmətlərə  şahidlik  edən 
yüzlərlə  arxiv  sənədi,  zəmanəsinin görkəmli  şəxsiyyətlərinin onun 
haqqında yazdığı xatirələr və başqa materiallar var. Yəqin ki, bütün 
bunlar  barəsində  gələcək  tədqiqatçılar  daha  ətraflı  söhbət  açacaq, 
onun nəsillərə nümunə olan həyatı və əməllərini doğma xalqına 
46 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə