Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə24/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   20   21   22   23   24   25   26   27   ...   90

protokolu nədənsə istintaq işinə əlavə etməmişlər. Görünür həmin 
dindirmənin qeyri-rəsmi xarakter daşıdığı nəzərə alınmışdır. 
Milli  tariximizin  bir  parçası  olduğunu  nəzərə  alaraq, 
M.Y.Cəfərovun birinci və sonrakı dindirilmə protokollanndan bəzi 
məqamları olduğu kimi çatdırmaq istəyirəm: “Sual: Siz Az. FK- nm 
sədri  yol.  Bağırovun  mənzilində  28  dekabrda  sədr  müavini 
Qaber-Kom,  Qorovçenkonun  yanında  dediyiniz  sözləri  təsdiq 
edirsinizmi? 
Cavab: Tam təsdiq edirəm. 
Sual: Həmin sözləri təkrar edin. 
Cavab:  İki  nəfər  müsavatçının  Bakıdan  İrana  yola 
salınmasında  iştirakım  olduğunu  qəti  inkar  edirəm.  Xarici 
missiyalarla əlaqəm olduğunu, mənzilimdə yığıncaqlar keçirdiyimi, 
kiməsə  müxtəlif  kağızlar  və  əşyalar  olan  zənbili  saxlamağa 
verməyimi inkar edirəm. 
Sual:  Babayev  Əbdüləli  və  Məmməd  Əli,  Hacı  Əhməd  və 
Əmirbəy Məşədi Əli Ağa oğlu adlı şəxslər sizə tanışdılarmı? 
Cavab:  Babayev  qardaşlarını  uşaqlıqdan  tanıyıram.  Son 
vaxtlar Əbdüləli mənim yanımda hələ Tiflisdə olarkən xidmət edib. 
Mən  Bakıya  dəyişdiriləndə  və  Xarici  İşlər  naziri  təyin  olunanda 
yenə  yanımda  kuryer  işləyib.  Xalq  Komissarları  sovetində 
işləyərkən  də  yanımda  kuryer  kimi  çalışıb  və  həmişə  mənzilimə 
gəlib. Məmməd Əli usta suvaqçı kimi həmişə mənzilimi təmir edib. 
Hacı  Əhmədi  ümumiyyətlə  tanımıram,  Əmirbəyi  Əbdüləli 
Babayevin  qohumu  kimi  tanıyıram.  Hacı  Əhməd  heç  vaxt  mənim 
evimdə  olmayıb  və  onunla  qətiyyən  tanış  deyiləm  və  əgər  Hacı 
Əhməd  sübuta  yetirsə  ki,  nə  vaxtsa  evimdə  olub  və  öz  sözlərinin 
təsdiqi  kimi  məsələn,  mənzilimin  quruluşu,  əşyaların  necə 
yerləşməsini  deyə  bilsə,  onda  mənə  qarşı  irəli  sürülən  ittihamları 
tam qəbul edir və buna görə qanunun bütün gücü ilə cavab verməyə 
hazıram. 
Sual:  Sizin  mənzilinizdə  Ələkbər  Məmmədov,  Ağa  İsmayıl 
Tağıyev, Əli Əsədullayev, Əziz bəy Tahirov, Yusif Məlikov, Baxış 
bəy Rüstəmbəyov, Məmməd Həsən Hacmski, Mirzə Məcid Qəniyev 
və Nərimanbəyli olublarmı və gəlişlərinin məqsədi? 
76 


Cavab:  Adlarını  saydıqlarınızın  hamısı  mənim  tanışlarımdır 
və  evimdə  olublar,  gəlişlərinin  məqsədi  preferans  oynamaq  olub. 
Xüsusilə  həmin  tanışlarım  yanıma  Tiflisdən  Hacmski  gələndə, 
Nərimanbəylidən  başqa,  o,  həbs  olunduqdan  sonra  mən  də  ondan 
qaçırdım və həmin vaxtdan mənim evimdə olmurdu, yığılıblar. 
Sual: Bu gəlişlər zamanı Əbdüləli Babayev orda olubmu və o 
yığılanlar arasında hansı rol oynayırdı? 
Cavab: Bir ilə yaxın idi ki, Əbdüləli Babayev mənim evimdə 
olmurdu,  mən  ona  mənzilimə  gəlməyi  qadağan  etmişdim.  O, 
məndən  icazəsiz  evdə  olmayanda  mənzilimə  gəlib  oyun  şeylərini 
götürmüşdü.  Ona  qədər  o,  tez-tez  gəlir  qonaqlar  yığılanda  tarda 
çalırdı. 
Sual:  Qonaqlar  yığılanda  hansısa  içki  içilirdimi,  tostlar 
deyilirdimi? 
Cavab:  Bəli  içki  olurdu.  Hamının  sağlığına  içilirdi.  Ancaq 
siyasi xarakterli tostlar olmurdu. 
Sual:  Bizdə  olan  məlumatlara  görə  orada  Əli  Əsədullayev 
Məmməd  Əmin  Rəsulzadənin  və  gələcək  nazirin  sağlığına  tost 
deyib. 
Cavab: Kim tərəfmdənsə belə tostlar deyildiyini xatırlamıram 
və inkar edirəm. 
Sual:  Sizə  yığılan  tanışlarınız  müxtəlif  təmayüllü  və  inamlı 
adamlar  idilər.  Necə  olurdu  ki,  söhbət  indiki  vəziyyətdən, 
ümumiyyətlə siyasi mövzulardan düşmürdü? 
Cavab:  Bizim  yığıncaqlarda  siyasi  mövzuda  söhbətlər 
olmurdu və biz belə məsələlərə toxunmurduq. 
Sual:  Siz  nə  vaxtsa  Babayevlərin  mənzilində  olmusunuzmu 
və məqsədiniz? 
Cavab:  Hacı  Əhmədin  onların  mənzilinə  gəlişinə  qədər 
hərdən onların mənzilində olurdum. 
Sual: Siz Abbasqulu Kazımzadə və Məmməd Əli Rəsulzadəni 
tanıyırdmızmı, indi də tanıyırsmızmı və onların harada olduqları sizə 
məlum deyil ki? 
Cavab: Məmməd Əlini də. Abbasqulunu da tanıyırdım. İndi 
harada olduqlarını deyə bilmərəm. 
77 


Sual:  Siz  1922-ci  ilin  sonunda  Əmirbəy  Əli  Ağa  oğluna 
kimisə harasa göndərmək məqsədilə müraciət etməmisiniz? 
Cavab: Heç vaxt belə hadisə olmayıb və heç vaxt Əmirbəyin 
yanma kəndə getməmişəm. 
Sual: Hansısa səbəb varmı ki, Əmirbəy sizin barənizdə yalan 
mə’lumat versin, sizi nədəsə günahlandırsın, aranızda düşmən- ıçilik 
varmı? 
Cavab: Mənim Əmirbəylə şəxsi haq-hesabım və hətta yaxın 
tanışlığım yoxdur, motiv mənə aydın deyil. 
Sual: Siz kiməsə 1922-ci ilin sonunda Zirə kəndində Əlibəyin 
evində  gizlənən  adamlarınızı  İrana  keçirmək  üçün  qayıq  tutmaq 
barədə göstəriş vennisinizmi? 
Cavab:  Mən  heç  vaxt  heç  kimə  belə  tapşırıq  verməmişəm. 
Qəti inkar edirəm. 
Sual: Siz Əbdüləli Babayevə hansısa əşyalan saxlamaq üçün 
vermisinizmi,  əgər  vermisinizsə,  nə  vaxt  və  hansı  əşyalar? 
Tərəfinizdən ona hansısa silah verilibmi və hansı məqsədlə? 
Cavab:  1920-ci  ildə  Azərbaycanın  sovetləşməsindən  sonra 
mən  bir  neçə  ev  əşyasını  və  iki  ədəd  tapançanı  saxlamaq  üçün 
Əbdüləli Babayevə vermişəm. Tapançalardan başqa əşyalan ondan 
geri almışam. 
Sual:  Əbdüləli  Babayev  sizə  demədimi  tapançaları  mühacir 
Hacı Əhmədə verib ki, ondan almazlar. Siz revolverlərinizin Hacı 
Əhməddə olmasını bilirdinizmi? 
Cavab:  Əbdüləli  Babayev  mənə  bu  barədə  dediyini 
xatırlamıram,  ancaq  onların  indi  qaldığı  barədə  ümumiyyətlə 
maraqlanmamışam.” 
Ilk  dindirmədən  bir  şey  hasil  etməyən  müstəntiqlər  səhəri 
gün,  yə’ni  30  dekabr  1924-cü  ildə  M.Y.Cəfərovu  növbəti  dəfə 
dindirirlər: 
“Sual:  Siz  İranın  Azərbaycandakı  konsulu  Məmməd  Xanı 
tanıyırsınızmı  və  onun  vasitəsilə  nə  vaxtsa  məktub  göndərmisi- 
nizmi, əgər göndərmisinizsə, hara? 
Cavah: Məmməd Xanı Müsavat hökumətində nazir olduğum 
1919-cu ildən tanıyıram, onun vasitəsilə heç vaxt heç kimə məktub 
78 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə