«Vergi jurnalı».-2012.-№°4.-S.47-50.
A lm a n iy a n ın v e r g i s is te m i
M ə m m ə d z a d ə Z e y n a la b d in Y u n s u r oğlu*
A zərbaycan R espublikası V ergilər N azirliyinin H üquq idarəsinin H üquqi təm inat şöbəsinin rəisi,
2-ci dərəcəli m üfəttiş
A lm aniyanın vergi sistem i b ir neçə m ərhələdə form alaşm ışdır. Belə ki, 1871-ci ildə A lm aniya im periyasının
yaradılm asından sonra bütün birbaşa vergilərin m üəyyən edilm əsi İm periyaya daxil olan dövlətlərin
(indiki
Torpaqların)
səlahiyyəti
çərçivəsində
idi.
İm periya
isə
yalnız istehlak m allarına
(tütün, pivə,
araq,
şəkər, duz)
qoyulan göm rük rüsum larını və vergiləri m üəyyənləşdirm ək hüququna m alik idi.
V ergi ödəm ələri strukturunda əsas istiqam əti 1879-cu ildə A lm aniyanın birinci reyxskansleri Otto Bism ark
m üəyyənləşdirdi və vergi yükünün gəlirlərdən istehlaka
(xərclərə)
keçm əsini tələb etdi. G öm rük rüsum larının və
aksizlərin yığım hüququnun İm periyaya verilm əsi ölkənin üm um i iqtisadi fəzasının yaradılm asının əsasını qoydu.
B u zam an ayrı-ayrı Torpaqların ödəm ələri İm periyanı onlardan asılı vəziyyətə salırdı. N əticədə, A lm aniyanın vergi
sistem inin in k işaf yollarını m əhz bu cəhət m üəyyənləşdirdi.
A lm aniyada X IX əsrin 90-cı illərində qiym ətli kağızlara, veksellərə, oyun kartlarına gerb rüsum ları, 1906-cı
ildə m irasa görə vergi, 1913-cü ildə əm lak vergisi və əm lakın artım ına görə vergi tətbiq edildi. A rtıq 1916-cı ildən
başlayaraq A lm aniya birbaşa vergi qoym anın im kanlarından aktiv şəkildə istifadə etm əyə başladı.
B ununla yanaşı, dolayı vergiqoym a da in k işaf edirdi, çünki rüsum lar və aksizlər hərbi m əğlubiyyətlə bağlı
xərclərin ödənilm əsinə kifayət etm irdi. 1918-ci ilin iyul ayında A lm aniya dövriyyədən vergini tətbiq etm əyə başladı
və artıq 1960-cı illərdə bu vergi əlavə edilm iş dəyərin vergi form asını aldı. 1919-cu ilin dekabrında M aliyyə naziri
M .E rsberqerin hazırladığı İm periya vergi qoym a qaydalarının təsdiqindən sonra iri vergi islahatının həyata
keçirilm əsinə başlanıldı. A parılan islahat nəticəsində Torpaqların m aliyyə suverenliyi ləğv olunaraq vergiləri
yığm aq və onları idarə etm ək hüququ m üstəsna olaraq dövlətə həvalə edildi. H əm çinin, vergi sistem i m ərkəzləşm iş
qaydada təşkil edildi, dövriyyədən tutulan verginin dərəcəsi yüksəldildi, dəbdəbəli əşyalara vergiqoym a tətbiq
olundu və böyük var-dövlət
sahibləri
tərəfindən
əlavə
vergilərin
ödənilm əsinə
başlanıldı.
İslahata qədər fəaliyyət
göstərən "İyirmi altı T orpağın gəlir vergisi haqqında" Q anuna dəyişiklik edildi, T orpaqların gəlir vergisi
üm um im periya gəlir vergisi
ilə
əvəz
olundu. Ü m um im periya g əlir
vergisi diferensiallaşm ış
şkalaya və
60% -lik
m aksim al dərəcəyə m alik idi.
V eym ar R espublikasında vahid m aliyyə idarəsi yaradıldı. Bu idarə sonrakı bölüşdürülm ədən asılı olm ayaraq,
bütün növ vergilərin daxilolm alarına nəzarət edirdi. M aliyyə idarəsi 1945-ci ilin m ayına kim i fəaliyyət göstərdi.
İkinci dünya m üharibəsindən sonra A lm aniya Federativ R espublikasında
(AFR)
Federasiya ilə T orpaqlar arasındakı
dövlət funksiyaları qanunvericiliyə m üvafiq olaraq bölüşdürüldü. Federasiya və T orpaqlar idarəetm ə xərclərini
özləri ödəyir, T orpaqlar öz büdcə quruluşu m əsələlərində m üstəqil olurdular.
V ergi siyasəti sahəsində
Federasiyanın, Torpaqların
və
İcm aların
səlahiyyətlərini ayıran əsas dövlət
aktı
1949-cu il m ayın 23-də qəbul olunm uş A FR -in əsas qanunu hesab olunan konstitusiya olm uşdur. B u sənədin 105-ci
m addəsinə əsasən, Federasiya göm rük işlərində və m aliyyə inhisarında m üstəsna qanunverici səlahiyyətə m alikdir.
Q anunvericilik aktlarına m üvafiq olaraq, T orpaqlar istehlaka yerli vergilər m üəyyənləşdirm ək hüququna
m alikdirlər. İcm alar və İcm a birlikləri Torpaqların xeyrinə daxil olan vergilərdən torpaq qanunvericiliyi ilə
m üəyyənləşdirilm iş faizi birlikdə əldə edirlər. Qalan hallarda torpaq vergilərindən gələn gəlirlərin İcm aların xeyrinə
hansı ölçüdə istiqam ətləndiriləcəyini T orpaqlar özləri m üəyyənləşdirdilər. A lm aniyanın m üasir vergi sistem i hələ
A FR -in Baş naziri reyxkansler L .Erxard tərəfindən əsası qoyulm uş aşağıdakı prinsiplərə əsaslanır.
♦ vergilər m üm kün qədər m inim al olm alıdır;
♦ bu və ya digər obyektə vergi qoym a zam anı vergi qoym anın m əqsədəuyğunluğu nəzərə alınm alıdır; O
vergilər rəqabətə m ane olm am alıdır;
♦ vergilər struktur siyasətinə uyğun olmalıdır;
♦ vergilər cəm iyyətdə gəlirlərin ədalətlə bölüşdürülm əsini təm in etm əlidir;
♦ vergi sistem i ikiqat vergiqoym anı istisna etm əlidir;
♦ vergi sistem i insanın şəxsi həyatına hörm ət əsasında qurulm alıdır. V ergiqoym a ilə əlaqədar olaraq, insan
öz şəxsi həyatını dövlətə m inim al şəkildə açmalıdır. V ergi işçisinin vergi ödəyicisi barədə hansısa m əlum atı başqa
şəxslərə verm ək hüququ yoxdur. K om m ersiya sirrinə riayət olunacağına zəm anət verilm əlidir;
♦ vergilərin ölçüsü dövlət tərəfindən göstərilən xidm ətlərin həcm inə uyğun m üəyyənləşdirilm əlidir.
A lm aniya Federal qanunvericiliyi hazırda özündə aşağıdakı vergi qanunlarını ehtiva edir:
1. V ergi nizam nam əsi
(Abgabenordnung);
2. X arici vergi qanunu (
Aufiensteuergesetz
);
3. D əyərləndirm ə qanunu
(Bewertungsgesetz);
Azərbaycan Respublikasının Vergilər Nazirliyi. Bakı, AZ1073, L.Landau küçəsi, 16. zeynal_taxes@mail.ru
4. Pivə vergisi qanunu
(Biersteuergesetz);
5. G əlir vergisi qanunu
(Einkommensteuergesetz)
- gəlir vergisi, m ənfəət vergisi, yoxlam a nəzarəti ilə bağlı
olan vergi və bununla əlaqədar olan digər m əsələləri tənzim ləyir;
6. Enerji vergi qanunu
(Energiesteuergesetz)
- neft-qaz vergiləri ilə bağlı olan m əsələləri tənzim ləyir;
7. V ərəsəlik və bağışlam a vergisi qanunu
(Erbschaftsteuer-und Schenkungsteuergesetz);
8. Y anğından m ühafizə qanunu
(Feuerschutzsteuergesetz)
- sığorta vergisi ilə bağlı olan m əsələləri
tənzim ləyir;
9. Ticarət vergisi qanunu
(Gewerbesteuergesetz);
10. Ə m lak vergisi qanunu
(Grundsteuergesetz);
11. N üvə yanacağı vergisi qanunu
(Kernbrennstoffsteuergesetz);
12. K orporativ vergi qanunu
(Körperschaftsteuergesetz);
13. H ava nəqliyyatı vergisi qanunu
(Luftverkehrsteuergesetz);
14. M ərc və lotereyalar qanunu
(RennwettundLotteriegesetz)
və digər qanunlar.
A lm aniyanın vergi sistemi Federal qanunlarla, Torpaqların qanunları ilə və bələdiyyələrin aktları ilə
tənzim lənir. V ergi nizam nam əsi
(Abgabenordnung)
A lm aniya vergi sistem inin əsas çərçivə aktı olub, hansı
idarələrin vergiləri artırm aq səlahiyyətinin olduğunu, kim lərin vergi ödəyiciləri olduğunu və b una görə m əsuliyyət
daşıdığını, vergi ödəyicilərinin və m aliyyə idarələrinin hansı hüquq və vəzifələrə m alik olduğunu, vergi
ödəyicilərinin m aliyyə idarələrinin
qərarlarına
qarşı
hansı
m üdafiə üsullarından istifadə
edə
biləcəklərini, necə
və
hansı şərtlər altında vergilərin yığıla biləcəyini və hansı hallarda vergi cinayətlərinin m övcud olduğu m əsələləri
tənzim ləyir. B ununla da V ergi nizam nam əsi
(Abgabenordnung)
özündə vergi prosesinin ən vacib m əsələlərini əks
etdirir.
A lm aniyada m üəyyən edilm iş vergilərin növləri belədir: üm um i vergilər
(icma vergisi),
federal vergilər,
torpaq vergiləri və yerli
(bələdiyyə)
vergilər. Bu baxım dan, vergi qanunvericiliyi ilə bağlı səlahiyyətlərə yalnız
Federasiya və Federal T orpaqlar m alikdirlər. Q eyd edilən vergi növlərini aşağıdakı kim i təsnifləşdirm ək olar:
I.
Ü m u m i v e rg ilə r
(icma vergisi):
1. G əlir və m ənfəət vergisi;
2. Əlavə dəyər vergisi;
3. K orporativ vergi.
I I. F e d e ra l v e rg ilə r:
1. Enerji vergisi;
2 . Tütün vergisi;
3. A lkoqollu içki vergisi;
4.S ığorta vergisi;
5. Qəhvə vergisi;
6 . Elektrik
(cərəyan)
vergisi;
7. A vtom obil vergisi.
I I I . T o r p a q v erg isi:
1. V ərəsəlik vergisi;
2. Ə m lak köçürm ə vergisi;
3 . M ərc və lotereya vergiləri.
IV . Y e rli
(bələdiyyə)
v e rg ilə r:
1. Torpaq vergisi;
2 . Biznes (ticarət) vergisi.
A lm aniyada yuxarıda qeyd edilən vergilərlə yanaşı, çox cüzi m iqdarda kilsə vergisi də yığılır.
A FR -in vergi sistem i birinci növbədə g əlir vergisinə əsaslanır. Bu vergi vergi daxilolm alarının üm umi
m əbləğinin üçdə birindən
çoxunu təşkil edir.
G əlir
vergisi əm ək
haqqı fondundan
və
kapital gəlirlərindən,
o
cüm lədən üzərlərinə korporasiya vergiləri qoyulm ayan dividendlərdən 27 fevral 1987-ci il tarixli "G əlir vergisi
haqqında" Q anuna uyğun olaraq tutulur. G əlir vergisi fiziki şəxslərin gəlirlərindən tutulur. B unlar m uzdla
işləyənlərin əm əkhaqqı, sərbəst
peşə
sahiblərinin
gəlirləri,
qonorarlar,
fərdi
əm ək
fəaliyyətindən əldə
olunan
gəlirlər və başqalarıdır. Ə m əkhaqqına verginin hesablanm ası b ir sıra am illərdən asılı olaraq
(ödəyicinin subay,
ailəli olması, ailə üzrə hər ikisinin işləməsi və s.)
m üəyyənləşdirilir.
K apitalın gəlirinə qoyulan vergi g əlir vergisinin form alarından biridir. B u vergi kapitaldan gələn
gəlirlərin-dividendlərin, səhm üzrə faizlərin və s. bilavasitə ödənilm əsi zam anı fiziki şəxslərdən tutulur.
K orporasiya vergisinin ödənilm əsindən sonra dividendlərin cəm inə vergi qoyulur. K orporasiya vergisi də gəlirlərə
qoyulan vergidir, lakin onu fiziki şəxslər yox, hüquqi şəxslər ödəyir. B u vergi 10 fevral 1984-cü il tarixli
"K orporasiya vergisi haqqında" Q anuna m üvafiq olaraq tutulur. A FR -də korporasiya dedikdə, səhm dar
cəm iyyətlər, m əhdud m əsuliyyətli cəm iyyətlər, kooperativlər kim i təşkilatlar başa düşülür. K orporasiya vergisi
hüquqi şəxsin illik gəlirindən tutulur.
A lm aniyada bölüşdürülm üş m ənfəətə iki- qat vergi qoym ağa icazə verilm ir. B ölüşdürülm üş m ənfəət
səhm darların şəxsi gəlirlərinə aid edilir. Səhm darlar isə gəlir vergisi ödəyirlər. O na görə də m övcud vergi sisteminə
görə, bölüşdürülm üş gəlir vergisi
(korporasiya tərəfindən ödənilmiş)
səhm darların şəxsi gəlirlərinə vergiqoym a
zam anı nəzərə alınır.
A lm aniyada əsas dolayı vergi dövriyyə vergisidir. B əzən dövriyyə vergisi dedikdə, əlavə dəyər vergisi başa
düşülür. Əlavə dəyər vergisi m əhsulun son istehlakçıya doğru hərəkətinin bütün m ərhələlərində tutulan, ictim ai və
şəxsi istehlaka tətbiq olunan dolayı vergidir. V ergitutm a obyekti m əhsul, iş və xidm ətlərin üm um i dövriyyəsinin
dəyəridir. Dem əli, əlavə dəyər vergisinin vergitutm a obyekti m alların və xidm ətlərin dəyəri hesab olunur.
A lm aniyada b ir sıra
m allar və
xidm ətlər
əlavə
dəyər
vergisindən
azaddırlar. B unlara ixracat
tədarükləri,
dəniz
gəm içiliyinin və avianəqliyyatın ayrı-ayrı dövriyyələri, o cüm lədən ixracat, idxalat və tranzit ixrac-idxal
əm əliyyatları ilə bağlı olan digər xidm ətlər aiddir. Bu m allar və xidm ətlər üçün ilkin vergi çıxım ı nəzərdə
tutulm uşdur. İlkin vergi çıxım ı nəzərdə tutm ayan, dövriyyə vergisindən azad olunan m al və xidm ətlər qrupuna
m üalicə sənəti nüm ayəndələrinin xidm ətləri, federal sığorta xidm ətləri, əksər xəstəxanaların, yay m əktəblərinin,
teatrların, m uzeylərin xidm ətləri, habelə kreditlərin təqdim edilm əsi, torpaq sahələrinin icarəyə verilm əsi və
başqaları aiddir.
T orpaqların əsas vergisi əm laka qoyulan vergidir. Bu vergi 14 m art 1985-ci il tarixli "Əm lak vergisi
haqqında" Q anuna m üvafiq olaraq tutulur. Əm lak vergisi çox qədim ənənələrə m alikdir. O nu hələ 1278-ci ildə kral
R u d o lf fon H absburq tətbiq etm işdir. Bu, hüquqi və fiziki şəxslərin netto-əm lakına qoyulan vergidir. G əlirliliyin
nəticəsi etibarilə əm lakın bütün elem entlərinin dəyərinə vergi qoyulur. Şirkətin daşınm az əm lakı qiym ətləndirm ə
anı üçün reallaşdırm a qiym ətinə görə yekun göstəriciyə daxil edilir. D aşınan əm lak qalıq dəyərinə görə, qiym ətli
kağızlar isə kurs dəyərinə görə yekun göstəriciyə daxil edilir. M irasa və hədiyyəyə qoyulan vergi dərəcəsi
qohum luğun
səviyyəsindən və
əm lakın dəyərindən
asılıdır.
A lm aniyada varislərin
dörd kateqoriyasını
fərqləndirirlər. V erginin m inim al və m aksim al dərəcələri bu kateqoriyalara görə m üəyyənləşdirilir.
N əqliyyat vasitələrinə qoyulan vergi 21 dekabr 1927-ci il tarixli, 22 dekabr 1983-cü il tarixli Q anunlara
m üvafiq olaraq tutulur. M inik avtom obillərindən və m otosikllərdən tutulan vergilər m ühərrikin işçi həcm inə görə
hesablanır. Y ük m aşınlarından tutulan vergi m aşının bütün çəkisinə görə hesablanır. N əqliyyat vasitələrindən vergi
ildə b ir dəfə tutulur.
Torpaq vergisi 7 avqust 1973-cü il tarixli qanuna m üvafiq olaraq, kənd və m eşə təsərrüfatı m üəssisələrindən,
torpaq sahələrindən tutulur. D övlət m üəssisələri və dini m üəssisələr tərəfindən elm i m əqsədlərlə, ictim ai təyinatla
istifadə olunan torpaq sahələri vergidən azad edilm işdir. A lm aniyada torpaq vergisinin dərəcəsi iki hissədən təşkil
olunm uşdur. Əsas hissə m ərkəzləşm iş şəkildə daşınm az əm lak üçün m üəyyənləşdirilir, İcm anın əlavəsi isə yerli
m aliyyələrin vəziyyətindən asılıdır.
A lm aniyada K ilsə vergisini ayrıca fərqləndirirlər. B u vergini özlərini kilsənin üzvü adlandıran şəxslər
ödəyirlər. K ilsə vergisi illik g əlir vergisinin bazasında hesablanır. M üvafiq dinlərə
(katolik, protestant, lüteran)
inananlardan kilsə vergilərinin alınm ası hüquqi baxım dan kilsənin səlahiyyətlərinə aiddir.
Ə d ə b iy a t siyahısı:
1. W eim ann, Rüdiger: "U m satzsteuer in der Praxis", H aufe-Lexw are, 9.A uflage 2011.
2.
Stephan Kudert: Steuerrecht leicht gem acht: Eine Einführung nicht n u r für Studierende an H ochschulen,
Fachhochschulen und B erufsakadem ien.
3. D ietrich Grashoff: A ktuelles Steuerrecht 2011.
4. Otto von C am penhausen, A chim Grawert: Steuerrecht im Überblick: Z usam m enfassungen und G rafiken.
5. http://kayzen.az/blog/finance/1218/34-alm aniyan% C 4% B 1n-vergi-sistem i.htm l
6. http://az.w ikipedia.org/w iki/A lm aniyada_vergi_sistem i
Dostları ilə paylaş: |