Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə13/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   9   10   11   12   13   14   15   16   ...   90

tərəflərinə  çəkməyə  çalışırdılar.  Bunu  11  may  1919-cu  ildə  Tam 
Artillerya generalı Baş Qərargah rəisi S.Mehmandarovun daxili işlər 
naziri  N.Yusifbəyliyə  məruzəsi  də  aydın  sübuta  yetirir:  “Mənim 
tərəfimdən belə bir məlumat alınmışdır ki, Bakıda müsəlmanlardan 
ibarət olan xeyli bolşevik təmayüllü şəxs hər vasitə ilə kazarmalara 
daxil  olmağa,  təbliğatla  ordunun  əsaslarını  sarsıtmağa  və  bolşevik 
idayelarmı aşılamağa can atırlar. Bakıda yerləşən qoşunlar, xüsusilə, 
piyada 
qoşunları 
hərbi 
tərbiyənin 
əsaslarını 
tamamilə 
mənimsəməmişlər və intizam o qədər də möhkəm deyil, buna görə 
də  mən  qoşunları  Bakıya  gətirmək  istəmirdim.  Bu  gənc  qoşunlan 
bolşeviklərin  dağıdıcı  təbliğatından  qorumaq  üçün  Zati 
Alilərinizdən  kazarmalann  yerləşdiyi  rayonlara  kənar  şəxslərin 
icazəsiz  daxil  olmasına  imkan  verilməməsi  məqsədilə  qoşunların 
yerləşdiyi  rayonlarda  polis  nəzarətinin  tətbiqinə  sərancam 
vemıəyinizi xahiş edirəm.” (ARDA, f.894, s.lO, 
İŞ.96, V.30).
 
Yenə də arxiv materiallarına istinadən demək olar ki, müstəqil 
Azərbaycan  hökumətinin  həyata  keçirdiyi  ardıcıl  tədbirlər 
nəticəsində artıq 1919-cu ilin ikinci yansına doğm yeni hakimiyyət 
respublikanın  bütün  ərazisində  mölıkəmlənmiş,  mərkəzlə  yanaşı 
yerlərdə  də  idarəetmə  orqanlarının  tam  formalaşdırılmasına 
başlanmışdı.  Ancaq  bu  proseslərin  getməsində  qətiyyən  maraqlı 
olmayan, əksinə həm daxili, həm də xarici təsirlərin istifadə ilə buna 
maneçilik göstənuəyə cəhd edən qüvvələr də fəallaşmışdılar. Necə 
deyərlər,  məsələ  hər  iki  tərəf  üçün  tam  aydın  idi:  artıq  dünyanın 
aparıcı  xarici  dövlətləri  tərəfindən  tanınmaq  ərəfəsində  olan 
müstəqil Azərbaycan Cümhuriyyətinin sonrakı inkişafının qarşısına 
sədd çəkilməsə, onu öz yolundan sapdırmaq mümkün olmayacaqdı. 
Buna görə də, düşmən qüvvələr də hədsiz quduzlaşmış, görünməmiş 
fəallıqla öz qara niyyətlərini reallaşdırmağa girişmişdilər. Onlar indi 
daha  ciddi-cəhdlə  əhali  arasında,  xüsusilə  hərbi  hissələrdə  təbliğat 
aparmağa,  fəhlə-kəndli  hökuməti  qurmaq  vədləri  ilə  özlərinə  yeni 
tərəfdarlar toplamağa çalışırdılar. 
Bunun qarşısının alınması üçün nazir tam artilleriya generalı 
Mehmandarov  və  Baş  qərargah  rəisi  general-mayor  Səlimovun 
imzası ilə 2-ci piyada diviziyasının rəisinə Azərbaycan 
41 


Respublikasının  hərbi  nazirinin  18  noyabr  1919-cu  il  tarixli  399 
saylı  tam  məxfi  əmri  göndərilir:  “Alınmış  məlumatlara  görə,  son 
vaxtlar, əsgərlər arasında, xüsusilə onların getdiyi fəhlə klublarında 
bolşevik  təbliğatı  xeyli  güclənmişdir.  Hissələrdə  bolşevik 
təbliğatının  yayılmasının  bütün  məsuliyyətini  yüksək  vəzifəli 
rəislərin,  xüsusilə  komandirlərin  üzərinə  qoyaraq  bu  təbliğatın 
qarşısının  alınması  üçün  aşağıdakı  tədbirlərin  görülməsini  əmr 
edirəm:  1  .Adamlara  bu  təbliğatın  bütün  fəlakəti  izah  edilsin. 
2.Bütün  bolşevik  təbliğatçılarının  Azərbaycanın  qatı  düşmənləri 
olduları izah edilsin. 3.Bütün kazarmalara güclü nəzarət edilsin və 
bolşevik  təbliğatı  aparan  şəxslər  dərhal  həbs  olunsunlar. 
4.Kazarmaların yerləşdiyi ərazilərdə heç bir kənar şəxsin oraya girə 
bilməməsi  üçün  etibarlı  növbətçilər  olsunlar.  5.Hissələrin  bütün 
rütbəli şəxslərinə elan olunsun ki, bolşevizmə uyan şəxslər şəhərdən 
kənarlaşdırılacaq və qanunla ciddi cəzalandınlacaqlar”. 
Bu  əmr  əsasında  elə  həmin  gün  2-ci  piyada  diviziyası 
komandirinin  və  podpolkovnik  Zeynalovun  imzası  ilə  5-ci  piyada 
Bakı alayının komandirinə belə bir əmr göndərilmişdi: “Hərbi nazirə 
məlumat çatmışdır ki, əsgərlərin bir çoxu fəhlə klublanna və digər 
yerlərə  gedir  və  burada  siyasi  və  hökumət  əleyhinə  bolşevik 
təbliğatının  təsiri  altına  düşürlər.  Belə  halı  siyasətdən  və 
partiyalıhqdan kənarda dayanmalı olan orduda yolverilməz sayaraq. 
Zati  Aliləri  fəhlə  klublanna  və  digər  partiya  dəməklərinə  getməyi 
tamamilə  qadağan  etmək,  Bakı  şəhər  sakini  olan  əsgərlərə  xüsusi 
diqqət  yetirmək  əmri  vermişdir.  Bu  əmrin  yerinə  yetirilməsində 
günahkar  olan  əsgərlər  məhkəmə  qarşısında  ciddi  məsuliyyət 
daşımaqla  yanaşı,  aşkar  edilən  kimi  uzaq  məsafələrə 
göndəriləcəklər.  Rəis  şəxslər  tabeçiliklərində  olanlara  daimi  ciddi 
nəzarət  etsinlər.  Axşam  yoxlamalarından  sonra  rota  və 
komandalarda  növbətçilər  əsgərlərin  hamısının  yerində  olmalanna 
nəzarət  etməli,  alay  üzrə  növbətçilər  və  onların  köməkçiləri  isə 
tez-tez  rota  və  komandaları  gəzib  şəxsi  heyətin  sayını 
yoxlamalıdırlar.  Xəbərdarlıq  edirəm,  mənim  tələblərmi  yerinə 
yetirməyənlər  vəzifədən  kənarlaşdırılacaq  və  əmri  yerinə 
yetirmədiyinə görə məsuliyyətə cəlb olunacaqdır. Diviziyanın 
42 


müvəqqəti  komandiri  general-mayor,  qərargah  rəisi  podpolkovnik 
Zeynalov”. 
Cümhuriyyət tarixinin ən unudulmaz hadisələrindən biri olan 
Lənkəran  qəzasının  müxtəlif  antiazərbaycan  qüvvələrindən 
təmizlənərək, 
idarəçiliyin 
Azərbaycan 
hökumətinə 
tabe 
etdirilməsində  Səməd  bəyin  müstəsna  xidmətləri  vardır.  Dünyaya 
göz açdığı bu dilbər diyann özünü “Muğan respublikası” adlandıran 
xəyanətkar  qüvvələrin  və  onlara  bu  işdə  havadarlıq  edənlərin 
fəaliyyəti  nəticəsində  1919-cu  ilin  iyun  ayına  qədər  müstəqil 
respublikanın  hüdudlarından  kənarda  qalması  onu,  Azərbaycanın 
bütövlüyü  yolunda  xidmət  göstərməyi  ən  müqəddəs  vəzifə  borcu 
sayan Səməd bəyi ciddi narahat edirdi. O, 40 il əvvəl tərk edib hərbi 
təhsil  ardınca  uzaq  Peterburqa  getdiyi  Lənkəranı  bolşeviklərin  də 
daxil olduğu qaragüruhun əlindən xilas etmək üçün bu gün əyninə 
general mundiri geyinib qayıtmışdı. O bu gün 40 il əvvəl onun kimi 
türk  balaları  üçün  əlçatmaz  sayılan  hərbi  şöhrət  və  şücaətin  ən 
yüksək zirvəsində dayanmışdı. Ancaq onun bütün bunlar barəsində 
düşünməyə  nə  vaxtı,  nə  də  həvəsi  vardı.  Ölkənin  taleyi  üçün  hər 
günün  deyil,  hər  saatın  mühüm  əhəmiyyət  kəsb  etdiyi  bir  vaxtda 
başqa cür də ola bilməzdi. 
“Azərbaycan  Respublikası  hökumətinin  iradəsi  ilə  mən 
Lənkəran  qəzasına  vətəndaş  müharibəsini  birdəfəlik  kəsmək, 
qayda-qanun  yaratmaq,  yerli  əhalini  zalımlardan  və  qatillərdən 
qurtarmaq  üçün  dəstə  göndərirəm.  Azərbaycan  qoşunları 
Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan  bu  yerin  bütün 
millətlərdən olan əhalisi üçün qanunçuluğun və ədalətin müdafiəçisi 
kimi  gəlir.  Silahlı  qüvvələrin  himayəsi  altında  ölkənin  bütün 
sahələrinin  idarəçiliyində  təxirəsahnmadan  mülki  idarəçilik  bərpa 
ediləcəkdir...  Bununla  yanaşı  xəbərdar  edirəm  ki,  hər  hansı  şura, 
komitə,  yaxud  “Muğan  respublikası”  şəklində  heç  bir  özbaşına 
təşkilatın olmasına yol verilməyəcəkdir. Lənkəran qəzasında yalnız 
Azərbaycan  Respublikasının  hakimiyyəti  tanınacaqdır  və  onun 
sərancamlannı  yerinə  yetinnəyənlər  qiyamçı  kimi  hərbi  dövrün 
qanunlarına  uyğun  məsliyyət  daşıyacaqlar.  Xəbərdarlıq  edirəm  ki, 
rus əhalisinə qarşı heç bir qarətə və zorakılığa yol verilməməlidir, 
çünki  onlar  da  qəzanın  digər  millətlərinin  nümayəndələri  ilə 
bərabərhüquqlu Azərbaycan 
43 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə