Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə22/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   18   19   20   21   22   23   24   25   ...   90

ki,  Haskel  Azərbaycanla  Ermənistan  arasında  ən  qısa  bir  müddət 
üçün neytral zona yaradılmasına xüsusi əhəmiyyət verir...”. 
Üç  gün  keçmiş  nazir  M.Cəfərov  Haskelə  teleqram  vuraraq 
Azərbaycan  hökumətinin  ABŞ-m  Xüsusi  Naxçıvan  general- 
qubernatorluğu  yaratmasına  razılaşdığını  bildirir  və  onu  da  əlavə 
edir ki, bu təklif olunmuş şərtlərin  yalnız bir neçə bəndi mübahisə 
doğurur. Bu barədə mən Sizə məlumat verəcəyəm. 
4  oktyabr  19191-cu  ildə  isə  o,  Haskelə  məktub  yazaraq, 
Naxçıvan  və  İrəvan  quberniyasının  Şərur-Dərələyəz  qəzalarının 
müvəqqəti  idarəçiliyi  ilə  bağlı  Haskelin  Azərbaycan  hökumətinin 
başçısı və onunla birlikdə əsasnamə hazırladıqlarını və bu ərazilərdə 
müsəlmanların  sayca  çox  olmasının  nəzərə  alınması  barədə  xahişi 
yada salır və məsələyə prezident Vulson tərəfindən bəyan  edilmiş 
xalqların  öz  müqəddaratmı  təyin  etməsi  hüququ  prinsipindən 
yanaşılmasının  vacibliyini  vurğulayır  (ARDA  f  894  siy  10  iş  99 
səh.8-9). 
Ermənistanla  münasibətlərin  gərgin  olmasına  baxmayaraq, 
Azərbaycan  və  Gürcüstan  hökumətləri  arasında  müqavilə 
bağlanması Qafqazın müharibə ocağına çevrilməsinin qarşısını aldı. 
Bu ümumi sülh haqqmda məlumat verən “Azərbaycan“ qəzeti 2 iyul 
1919-cu  il  sayında  yazırdı:  “Parlamentin  fövqəladə  iclasında  çıxış 
edən  xarici  işlər  naziri  M.Y.Cəfərov  Azərbaycan  və  Gürcüstan 
hökumətləri  arasında  bağlanmış  müqavilənin  əhəmiyyətindən 
danışdı.” 
Elə  həmin  dövrdə  Tiflisdəki  diplomtik  nümayəndəliyin 
müavini  M.Vəkilov  xarici  işlər  naziri  M.Y.Cəfərova  teleqram 
vuraraq  İtaliya  hissələrinin  Azərbaycana  gəlişinin  gözlənilməsi 
barədə xəbər verirdi. (ARDA, f 894, s.4, iş 60, v. 69). 
M.Y.Cəfərovun xarici işlər naziri kimi necə səmərəli fəaliyyət 
göstərməsini  o  dövrdə  Azərbaycan  Xalq  Cümhuriyyətinin 
gündən-günə  artan  beynəlxalq  nüfuzu  da  təsdiq  edir.  Hökumət 
başçıları  ilə  yanaşı  həm  də  onun  yorulmaz,  səmərəli  fəaliyyətin 
nəticəsi  idi  ki,  artıq  1919-cu  ilin  sonlarına  doğru  respublikamız 
dünyanın  əsas  aparıcı  dövlətləri  tərəfindən  tanınmış  və  öz 
müstəqilliyini  mölıkəmləndirmək  üçün  beynəlxalq  dəstək  almışdı. 
Ancaq təəssüf ki, bütün bu uğurlara baxmayaraq
70 


hadisələrin sonrakı inkişafında Azərbaycanın müstəqilliyini qoruyub 
saxlamaq  mümkün  olmadı,  həmin  beynIxalq  dəstək  bolşevik 
müdaxiləsi qarşısında kifayət etmədi. Halbuki, hökumət tərəfindən 
bütün  müvafiq  tədbirlərin  görülməsinə  cəhd  göstərilmiş,  mövcud 
şərait düzgün qiymətləndirilmişdi. Bəs, səbəb nə idi? 
Bu  səbəblərdən  biri  Bakı  rayonundakı  müttəfiq  qoşunların 
komandanı  general  Tomsonun  Xəzər  Donanmasının  gəmilərinin 
Denikin  komandanlığına  verilməsi  barədə  Xarici  işlər  naziri 
M.Cəfərova  6  avqust  1919-cu  il  tarixli  məktubunda  açıqlanırdı: 
“Sizin  5  avqust  tarixli  2380  saylı  məktubunuzun  Britaniya  ali 
hökumətinə  təqdim  olunacağını  bildirirəm.  Sizə  çatdırıldığı  kimi 
Britaniyanın  Xəzər  donanması  bolşeviklərlə  mübarizə  məqsədilə 
yaradılmışdı.  Bu  siyasətin  davamı  kimi  bizim  getməyimizlə  bağlı 
məsələ  həll  olununda,  Britaniya  hökuməti  bu  gpmiləri  general 
Denikinə təhvil verməyi əmr etmişdir” (Gürcüstan Respublikasının 
Dövlət arxivi f 13/51, siy. 1, iş 83, səh. 20). 
Deməli, 
müttəfiqlər 
Azərbaycanm 
müstəqilliyinin 
qorunmasını  Rusiyanın  bərpası  kontekstində  vacib  sayırdılar.  Belə 
çıxır  ki,  əgər  general  Denikin  məhz  bolşevikləri  devirmək  və  çar 
üsul- idarəsini bərpa etmək məqsədilə Azərbayeana müdaxilə etsə, 
onlar bu hadisəyə  göz  yumardılar. Əks-halda Xəzər donanmasının 
təhvil  verilməsi  ilə  bağlı  məsələ  belə  qoyulmaz,  Azərbaycanın 
maraqları da nəzərə alınardı. 
1919-cu ilin sonlanndan etibarən regionda vəziyyətin kəskin 
dəyişməyə doğru getməsi, bir tərəfdən Könüllü ordu, digər tərəfdən 
bolşevik təhlükəsinin gündən-günə artması iyunun İldən fəaliyyətə 
başlamış  Azərbaycan  Dövlət  Müdafiə  Komitəsini  daha  qəti 
qərarların qəbuluna sövq edirdi. Bu Komitənin xarici işlər nazirinin 
təklifi  ilə  qəbul  edilmiş 29  oktyabr  1919-cu  il  qərarında  “Könüllü 
ordunun  əlində  olan  Petrovsk  və  digər  şəhərlərə  agentlərin  və 
diplomatik nümayəndələrin təyin edilməsi” nəzərdə tutulur, “general 
Denikinə 
fövqəladə 
missiya 
göndərmək, 
bu 
MƏSƏLƏNI 
SENYOREN
-
KONVENTDƏ 
(P
ARLAMENTDƏ
)
  B
I

DAHA  MÜZAKİRƏ  EDƏRƏK,  XARİCİ 
İŞLƏR  NAZlrinə 
Petrovsk 
şəhərində 
bizim  agentin  bərpa  edilməsi 
məqsədilə müvafiq tədbirlər 
71 


görməsini təklif etmək” qərara alınırdı. (ARDA f. 894 siy 10 iş 99 
səh. 15). 
Həmin  vaxt  AR-in  Kuban  hökuməti  yanında  diplomatik 
nümayəndəsinin  eyni  gündə  xarici  işlər  nazirinə  göndərdiyi 
məlumatda deyilirdi; “İngilislər Dağıstan üsyanına mənfi münasibət 
bəsləyirlər və polkovnik Rolnsonun sözlərinə görə həmin sənədlər 
(?)  dağıstanhlann  Həştərxan  kommunistləri  ilə  əlaqələrini  yaradır. 
İngilislərə  görə  Dağıstan  Rusiyanın  ayrılmaz  hissəsidir,  ali 
hakimiyyət 
Denikinə 
məxsusdur 
və 
dağıstanhlara 
öz 
müqəddəratlarını  təyin  etmək  hüququ  veriləcək.  Onların  sözlərinə 
görə  Denikin  və  Azərbaycan  hökuməti  bir-birlərinə  inanmırlar. 
Denikinin  inamsızlığının  səbəbi  Azərbaycanın  üsyanda  iştirakı 
şübhəsi  ilə  bağlıdır,  ikincisi  isə  Azərbaycan  ciddi  cəhdlə  Bakını 
möhkəmləndirir  və  Yalamada  böyük  qarnizon  saxlayır.  Mənim 
görülən  tədbirləri  Könüllü  orduya  qarşı  yox,  Azərbaycanın 
müstəqilliyinə qəsd etmək istəyənlərə qarşı yönəlib və əgər general 
Denikin bütün bunları özünə qarşı hesab edirsə, deməli o, bizə qarşı 
təcavüzkar  addımlar  atmağa  hazırlaşır.  İngilislərin  cavabı:  general 
Denikin  dəfələrlə  bəyan  edib  və  yenə  bildirə  bilər  ki,  sizin 
müstəqilliyinizə qəsd etməyə hazırlaşmır və onu Rusiya Müəssislər 
məclisinə  qədər  tanıyır.  Müəssislər  məclisinə  qədər  o,  heç  nə  edə 
bilməz,  belə  ki,  o,  indi  Rusiyanın  müvəqqəti  himayədandır.  Mən 
cavab verdim ki. Müəssislər məclisinin qəran bizim üçün əsas sayıla 
bilməz.  Biz  yalnız  sülh  konfransının  qərarlanm  məcburi  hesab 
edirik. Ola bilərmi ki, zamanla başqa münasibətlər çərçivəsində “Siz 
ona  bolşeviklərlə  mübarizə  üçün  canlı  qüvvə  verə  bilərsinizmi 
sualına  cavab  verərək  dedim:  -  Xeyr,  bizim  qoşun  özümüzə 
sərhədlərimizi  qorumaq  və  daxildə  qayda-  qanun  yaratmaq  üçün 
lazımdır. Bununla ingilislərlə söhbətimiz qurtardı və mən bir daha 
Taqonroqa  getməmək  barədə  düşünürəm.  Görünür  gen.  Denikinlə 
ermənilər arasında hansısa müqavilə bağlanıb, çünki hər yerdə açıq 
danışılır  ki,  əgər  Azərbaycan  Könüllü  ordu  ilə  vuruşsa,  ermənilər 
Azərbaycan  qoşunlannm  arxa  cəbhəsinə  hücum  edəcəklər.  Ancaq 
bütün bunlar hələ söz- söhbətdir, hələlik mən rəsmi sənəd əldə edə 
bilməmişəm” (ARDA f. 894 siy 10 iş 99 səh.20-21). 
72 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə