Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə4/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   2   3   4   5   6   7   8   9   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

Üçüncü fəsil 


Ayağa qalxıb qapını açdım. Dəhlizdə ayaq üstə dayanmış leytenant 
Həsənlini ifadələri yazmaq üçün yanıma çağırdım. Kabinetə geri dönərkən 
dəhlizdə əyləşmiş şahidlərdən birini içəri dəvət etdim. Dəhlizdə 3 nəfər şahid 
oturmuşdu. İçəri sadə geyimli, uca boylu arıq qarabəniz orta yaşlı kişi daxil 
oldu. O yeni köçmüş qonşularımızdan olduğuna görə tanışlığım yox idi. Burada 
tanış oldum. 
-
Özünüzü təqdim edin. 
-
Sahib Zülfü oğlu Zülfüqarov. 
-
Bu hadisə ilə bağlı gördüklərinizi danışın. 
-
Cənab müstəntiq mən o vaxtlar işə gedərdim. Elə hər səhər də 
Fərhad bəy oğlu ilə işə gedəndə rastlaşıb salamlaşardıq. Atası 
rəhmətlik oğlunu özündən çox sevərdi. 
-
Cinayət baş verən zaman siz harda idiz? 
-
Mən əlimdəki pulla daha doğrusu qəpiklərimlə çörək almağa 
gedirdim. O gün işimdən azad idim. Qızıma ad günü keçirəcəkdim. 1 
ay əvvəldən başımı xarab edirdi ki, ata mənə ad günü keçirt, bəs sinif 
yoldaşlarım da gəlsin. 
-
Sonra? 
-
Əlimdə haradasa 7 çörəklik qəpiklərim vardı. Bu vaxt arxamda 
binamızın blokundan həmin ata-oğul çıxdılar. Öyünərək dedim ki, 
sizdən fərqli olaraq mən bu gün işə getmirəm. Özümə istirahət 
ayırmışam. Fərhad bəylə əl uzadıb salamlaşanda qəpiklərim yerə 
səpələndi. Tez əyilib onları yığmağa başladım. Haradasa 3 qəpik 
yığmışdım ki, Cavadın Fərhad bəyin qarşısında durub biri ilə 
mübahisə etdiyini gördüm.
-
O insan necə biri idi? Təsvir edə bilərsən? 
-
Əlbəttə. Qara uzun plaş geyinmişdi. Hündür boy, enli kürəkli bir kişi 
idi. Düşündüm ki, özgənin işinə qarışmağa haqqım yoxdur. Odur ki, 
əyilib yerdə səpələnmiş digər qəpiklərimi də yığmağa başladım.
-
O şəxss Cavaddan da hündür idi?
-
Bir az hə... - Sahib tərəddüdlə cavab verdi. 
-
Bəs təxminən neçə yaşı vardı? 
-
Nə bilim cənab müstəntiq üzünü yandan gördüm...
-
Saçı necə idi? 
-
Saçının rəngi qara idi. Adi saçı vardı, nə bilim. Formasına fikir 
vermədim. 
-
Demək pulunuzu yığırdınız.....- sualıma davam etdim. 


-
Hə əyildim qalan pullarımı yığım, bir qadının çığırdığını eşitdim. O an 
başımı qaldırıb gördüm ki, həmin kişi 2 bina arasında gözdən itdi. 
Fərhad bəy Cavad da yerə səriliblər.
-
Bəs qatil? Qaçaraq uzaqlaşdı?
-
Yox.... qaçana oxşamırdı. 
-
Sizcə Fərhad kişini və Cavadı o vurub? 
-
Əlbəttə başqa kim var idi ki?
-
Yaxşı Əgər vurubsa bəs niyə hadisə yerindən qaçaraq uzaqlaşmadı? 
-
Nə bilim ay müstəntiq. Mən haradan bilim?! 
-
Bəs qışqıran qadın kim idi?
-
Qadın? Bax onu heç görmədim.- Sahib başını yellədərək cavab verdi. 
-
Siz mümkünsə daha dəqiq deyin görək qadın nə zaman qışqırdı? Kişi 
həmin an cinayəti işləyirdi, yoxsa artıq uzaqlaşmışdı? 
-
Qadın qışqırdı. Başımı qaldırdım ki, kişi iki bina arasına girdi. Həmin 
an ata-bala artıq yerdə idilər. 
-
Sən buna əminsən! 
-
Bəli. Əminəm! 
-
Yaxşı leytenant Həsənli ilə fotorobot-rəssamın yanına gedin. 
Gördüyünüz şəxssin şəklini çəkdirin. - İfadəsini şahidə uzadaraq 
qəfildən soruşdum- Dayan! Harda işləyirsən? 
-
Marketdə. Gedə bilərəm? 
-
Hə get. Lazım olsan bir daha çağıracağıq. Həsənli, foto şəkili mənə 
gətirərəsən. 
-
Oldu, yoldaş mayor! 
Bu şahidlə danışandan sonra bir az da olsa məlumat əldə etdim. Şahid 
çıxmazdan əvvəl imzaladığı ifadəni cinayət işinə ayırdığım qovluğa bərkitdim. 
Bu zaman qapı açıldı. İçəri Fərhad kişinin qızı Səbinə girdi. Bu xanımın çox 
gözəl gözləri varmış. Xəstəxanada o qədər ağlayırdı ki, üzünə baxmamışdım. O 
incə dodaqları ilə : 
- Olar? 
-
Buyurun keçin əyləşin. 
-
Çox sağ olun. Sizinlə keçən gün çox kobud rəftar etdiyimə görə üzr 
istəyirəm. Asan deyil yaşadıqlarımız. Bir tərəfdən də atamın ağır 
vəziyyəti.... - Səbinə sözünü bitirə bilmədi. Qırmızı yanaqlarına 
süzülən göz yaşları onun qəlbindəkiləri açıq aşkar göstərirdi. 
-
Bəs siz həmin hadisə baş verəndə harda idiz?
-
Mən həmin vaxt evdə yatırdım.
-
Bəs bu acı xəbəri sizə kim dedi? 


-
Sahibə xanım... 
-
O kimdir? 
-
Atamın ikinci yoldaşı. Siz və digər zabit xəstəxanada onunla 
danışırdınız? Daha doğrusu onun ifadəsini alırdız? 
-
Demək Sahibə xanım atanızın ikinci yoldaşıdır.. Bəs ananız? 
-
Onlar hələ biz uşaqkən ayrılmışdılar. Qardaşımla mən onu 
xatırlamırıq. Onun barədə heç nə bilmirik.
-
Demək bu yaşınıza kimi ananızı tanımamısız? Bəs onu axtarmaq 
istəməmisiz? 
-
Yox istəməmişik. 
-
Sahibə xanım atanızla və Cavadla necə davranırdı? 
-
Normal. Çoxları onun ögey olduğunu bilmirdilər. Atamla bir-birlərini 
çox sevirlər. Cavad da ona elə uşaqlıqdan “Ana” deyirdi. Bu 
hadisədən sonra çətin ki özünə gələ. Artıq 2 gündür dilinə bir tikə 
çörək vurmur. Tezliklə atamın sağalmağını gözləyir.
-
Atanızın səhhətinin yaxşılaşmağı bizim üçün də gərəkdir. Hal-hazırda 
əlimizdə bir şahid yoxdur ki, qatili əməlli başlı təsvir edə. - Azacıq 
sükutdan sonra yenidən soruşdum - Sizcə Cavadı kim öldürə bilərdi? 
-
Qardaşımı? Bilmirəm .- Bir qədər susduqdan sonra - O çox cəsur idi. 
Məni çox sevərdi. Yaxın tanışları çox idi. Amma onun ən yaxın 
dostunu tanıyırdım. Adı Rüstəmdir. O ki, qaldı ölümünə səbəb, nə 
deyim? Bilmirəm. Gedə bilərəm? 
-
Mümkünsə bir sualıma da cavab verin. Sizin atanız işə hər zaman 
Cavadla eyni vaxta gedərdi? 
-
Demək olar həftənin ən az 5 günü birgə gedərdilər.
-
Oldu çox sağ olun. 
Səbinə xanım da getdikdən sonra düşünməyə vaxtım çox oldu.. 
Cinayətkarı necə ifşa edə biləcəyimizə dair götür qoy etdirdim ki, qapı 
döyüldü: 
-Gəlin! 
- Mayor Eyvazov, foto şəkil hazırdır. Onu da qeyd edim ki, bazamızda olan işlər 
arasında bu şəkilə bənzər hər hansı bir cinayətkar tapılmadı.
Şəkil demək olar natamam idi. Lakin bu şəxss cinayətkar ola bilərdi. Qatilin 
alnında çapıq vardı. Növbəti ip ucu əlimizdə idi.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə