Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə3/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   2   3   4   5   6   7   8   9   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

İkinci fəsil
Uca boy, sarışın, bir az arıq olan mayor Səfərli zabit yoldaşım olsa da 
cinayətlə bağlı heç bir hadisədə bərabər işləməmişdik. Belliklə, ətrafda olan 
şahidləri siyahıya alıb bir başa idarəyə çağıracağıma və orada dindirəcəyimizi 
söylədim. Hadisədən təsirlənən şahidlərin suallara daha dəqiq cavab verə 
bilməyəcəkləri düşündüm. Vaxtım var ikən xəstəxanaya yollandıq. Burada 
öldürülmüş Cavadın ailəsi xəstəxanada idi. Əməliyyat yenicə başa çatmışdı ki, 
həkim palatadan çıxdı. Ağlayan qadınlardan ikisi cəld həkimə yaxınlaşıb 
dayanmadan bir nəfəsə suallar verməyə başladılar: 
-
Həkim, atamın vəziyyəti necədir? 
-
Həkim, deyin yoldşım yaşayacaqmı? 
-
Narahat olmayın biz əlimizdən gələni əsirgəmədik. Bundan sonra 
xəstənin özünə bağlıdır. Həyata nə qədər çox bağlansa bir o qədər tez 
ayılacaq. Ümidsiz olmayın. 
Belə başa düşdüm ki, iki xanımdan birincisi 20 yaşlarında qızı, digəri isə 
40- yaşlarında xanımsa həyat yoldaşı idi. Qızı gənc olduğu kimi də gözəl idi. 
Uzun qara saçları, qara qaşı və uzun kirpikləri vardı. Yoldaşı isə orta yaşlı 
olduğundan onu da öz yaşının gənc xanımı adlandırmaq olar. Üzündə çox kiçik 
qırışlar olsa da uzaqdan qəti bilinməzdi. Qızından fərqli olaraq sarışın və ağbəniz 


bir xanım idi. Gözlərindən ardı kəsilmədən yaş axır. Tez-tez nəfəsi ağırlaşırdı. 
Qızı isə ürəkdən hönkür-hönkür ağlayırdı. Mayor Səfərli onlara yaxınlaşıb sorğu 
suala başladı. 
-
Salam. Allah rəhmət eləsin! İnşallah yoldaşınız da tezliklə sağalar. 
Mən cinayət axtarış şöbəsindən Mayor Yusif Səfərli. Əgər narahat 
etmirəmsə sizə bəzi suallar verərdim. 
-
Buyurun! - deyən qadın hıçqırtılarla dolu səsi ilə Yusifə baxdı. 
-
Xanım, onlar saat 7-də hara gedirdilər? Siz nə isə şübhəli şəxss 
gördünüzmü? 
-
Yoldaşımın şəxssi pul dəyişmə məntəqəsi var. Cavadla hər səhər oranı 
açıb axşam 9 - 10-a kimi işlədirdilər. Bu gün də həmçinin. Axı bu 
vəhşiliyi kim edə bilər? Ağlıma heç kəs gəlmir. Sanki dəhşətli yuxu 
görürəm.
-
Bəs yoldaşınız işində, tanışları arasında yola getmədiyi və yaxud 
mübahisə etdiyi kimsə var idi? 
-
Vallah nə deyim? Əgər varsa da mən bilmirəm. Çünki yoldaşım evdə 
işə aid, çöldə də evə aid bir kəlmə kəsməzdi. Heç bir söz deyə 
bilmərəm. – qadın başını yellədərək cavab verdi.
-
Bəs siz xanım? 
Mayor Səfərli kənarda oturub hönkür-hönkür ağlayan cavan qızdan yəni 
Fərhad kişinin qızından soruşdu. Dağınıq saçları altından ağlamaqdan gözləri 
şişmiş gənc xanım:
-
Yox tanımıram, bilmirəm, görməmişəm eşitməmişəm.....- deyib 
ucadan ağladı. 
Belə acı hadisəni bir anda yaşamaq heç də asan deyildi. Xanımın davranışı 
normal idi. Bu sual-cavabdan sonra Yusifə həkimlə də danışmalı olduğumuzu 
dedim. O da razılaşdı. Lakin bu sual cavabı mənim etməyimi istədi. Və qapının 
ağzında dayandı. Mən isə əməliyyat edən həkimlə danışmaq üçün kabinetinə 
girdim. Özümü təqdim etdikdən sonra: 
-
İstintaqın gedişi üçün sizdən mümkün qədər dəqiq cavab verməyinizi 
xahiş edirəm. Mümkünsə Fərhad kişinin yarasının dərinliyindən və 
yerləşdiyi yerindən danışardınız. 
-
Əlbəttə! Xəstənin kürəyində, ürək nahiyəsindən cəmi bir barmaq 
yuxarıya 11 sm-lik dərinliyində bıçaq yarası vardır. Yarası dərin idi. 
Lakin ürəyə toxunmadığından və heç bir daxili qan axma baş 
vermədiyindən lazımı tədbir görüldü. 


-
İnşallah xəstəniz tezliklə gözlərini açar. Bizə məlumat verməyi 
unutmayın. Çox sağ olun... 
-
Buyurun. 
Xəstəxanadan bir başa şöbəyə qayıtdıq. Məmmədzadə cinayətkarı 
tezliklə ifşa etməyimizi istəyirdi. Əlimizdəki məlumatı onunla bölüşdük. 
Qovluğu stola yeni qoymuşdum ki, içəri tibbi ekspertizadan kapitan Cəfər 
Cəfərli girdi.
-
Xoş gördük. – Cəfərin içəri girməyi ilə oturmağı bir oldu. - Əlimizdə 
olan məlumatlarla və tibbi açıqlamalarla sizi də tanış edim. 
Mərhumun üzərində 4 bıçaq yarası vardı. Yaranın 4-ü də qarın 
nahiyəsindən. Hər bir yaranın dərinliyi isə 7-9 sm-likdir. Qatil ara 
vermədən ardıcıl zərbələr endirmişdir. Yaraların dərinliyi qatilin ya 
var güclə vurduğunu, ya da güclü biri olduğunu sübut edir. Aldığı 
bıçaq zərbələrindən dərhal sonra Cavad yerindəcə ölmüşdür. - 
Cəfərli əlindəki ekspertizanın nəticələrini oxuyub yekunlaşdırdı.
-
Cərrahdan aldığım ifadəyə görə- bu zaman mən danışmağa 
başladım- Fərhad kişinin kürəyindən ürəkdən bir barmaq yuxarıya 11 
sm-lik dərinliklə sancılmış bıçaq yarası vardı. Əlimdəki ifadəni 
diqqətlə oxuyaraq dedim. Mənim zənnimcə cinayət bir nəfər 
tərəfindən eyni bıçaqla törədilmişdir. Hadisə ilə bağlı ətraflı 
məlumatı şahidlərdən alacağımıza əminəm. Şahidlərdən ikisi artıq 
buradadır. 
-
Onları bir azdan qəbul edərik. Bəs sən nə düşünürsən mayor Səfərli? 
- Məmmədzadə fikirli halda soruşdu. 
-
Yoldaş Məmmədzadə, düşünürəm ki, vaxt itirmədən Fərhad kişinin 
pul dəyişmə məntəqəsinə gedib, oradakı insanlardan ifadələr almaq 
lazımdır. Hadisə çox güman ki, pul zəminində törədilib. Qatil onları 
bir neçə gün güdə, sonra planlı şəkildə öldürüb pulları alıb qaça da 
bilər. Onun kimliyi barədə yaralı şahidimiz ayıldığı zaman daha dəqiq 
fikir söyləmək olar. 
-
Sizə güvənirəm yoldaşlar. Əgər qətl pula görə olubsa o məqsədinə 
nail olubmu? Əgər öldürmək məqsədi ilə gəlmişsə bəs niyə Fərhad 
bəyi yaralı halda qoyub qaçıb? Cinayətkar bilir ki, Fərhad kişinin 
ayılsa onun kimliyini açıqlayacaq. Bəs qətl törətməyə səbəbi nə olub? 
Bax bunları dəqiqləşdirmək lazımdır. Xəstəxanaya iki polis göndərin 
qoy Fərhad kişinin otağını gecə-gündüz qorusunlar. Otağa öz 
həkimindən və növbətçi tibb bacısından başqa kənar kimsəni 
buraxmasınlar. Unutmayın bu bir əmrdir!!!


-
Oldu polkovnik-leytenant! Şahidləri dindirməyə başlayaq?- deyə 
soruşdum 
-
Bu işi sənə tapşırıram Qədir!
Sözünü yekunlaşdıran kimi yoldaş Məmmədzadə, Cəfərli və Mayor 
Səfərli kabineti tərk etdilər. İfadə almaq isə mənə qaldı. 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə