Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə15/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   11   12   13   14   15   16   17   18   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

Beşinci fəsil. 
- Ay, Allah! Nə gec oldu... 
Vahid evlərinə ən yaxın xəstəxananın dəhlizində o baş bu başa səbirsiz halda 
gedirdi. Bir yanda körpə uşağın dayanmadan ağlaması, bir yandan anasının 
kinayəli sözləri onu daha da əsəbləşdirirdi. 
- Vahid, nahaq yerə bura gəldik. Bax sənə deyirəm. Sən bu uşağın atası ola 
bilməzsən. Həm noldu 2 il ər evində olmadı, durdu ata evində hamilə də qaldı, 
uşaq da oldu. Bu nətər işdi. Baş açmıram.
- Ana, hər nədir, həkim indi deyəcək. İclasda imiş. Bitsin gəlib hər şeyi deyəcək. 
- Daha nəyi deyəcək, bala? Heç uşağın üzünə baxmısan? Ala de- Zəminə 
qucağındakı 3 günlük körpəni Vahidə uzatdı.- Bir bax da! Yaxşı yaxşı bax! Gör 
sənə bir yeri bənziyir??? 
Vahid bu əl boyda körpənin onun olmasını çox istiyirdi. Bu xəstəxanaya 
gəlişinə də səbəb məhz o idi. Sevincin gözlərindəki o oxuya bilmədiyi acı, kədər 
hamsı gözünün önünə gəlirdi. Amma bir yandan da Arifənin dedikləri: "Onsuz 
da mənim ərim onun dərdindən ölürdü. Bu da səndən ayrıldı. Gördü ki, Tərlan 
mənlə evlənib, girdi aramıza. İndi deyy deyib gülürlər mətbəximdə. Sənsə hələ 
də "Sevincim" deyirsən. ..."
-Eh bu nə dərddir mən düşdüm ilahi? Bir çıxış yol olmalı. Kimsə durduq yerə 
öz yoldaşına şər atmaz ki. Arifə niyə Tərlana şər atsın? Çox güman ki, Sevinc 
onunla olub. Ya yalan olsa.... Offf.... Bu nədir? Həkimin iclası da bitmək bilmir 
ki, bilmir. Aha deyəsən gəldi... 


-Salam. Doktor Hüseynov, cavablar bəllidir? 
- Bəli Vahid bəy! Hal-hazırda analiz edilmiş körpə həqiqətən sizin öz doğma 
balanızdır. Yəni uşağın atsı sizsiz.
Həkimin sözlərindən sonra Zəminə az qaldı özündən gedə.
-Bu nə deyir? Ay, doktor! Bəlkə səhv salmısız. Hə? 
- Xeyir, xanım! Heç bir yanlışlıq ola bilməz. Bu sizlərdən aldığımız qan 
nümünələri. Bu da onların cavabları. Uşaq 99, 9 %- Vahid bəyin qızıdır. 
O gecəni yuxuya gedə bilmirdi. Bacısı Əsmərin köməkliyi ilə körpəni tezliklə 
rahatlayıb yatızdıra bildi. Zəminə isə uşağa yaxın durmadı. "O, hörmətsizin, 
əxlaqsızın qızı ondan artıq olmayacaq!"- deyirdi. Amma Vahid çıxılmaz bir 
vəziyyətdə idi. Boş tavana baxıb elə hey götür qoy edirdi: "Görəsən Sevinci geri 
gətirim? Eh... Vahid ağlını başına yığ! Sən ki, xəyanətkar bir insanla ömrünü 
bölüşməyəcəksən. Bəs uşaq? O ki mənim qızımdır. Sevinclə mənim. Offf.... Nə 
olsun ki. Ağlı olardı, Tərlanla eşqbazlıq etməzdi. İndi bütün kənd onlardan 
danışır. Mən hələ üstəlik gedib onu geri gətirsəm, dost-düşmən içində biyabır 
olaram. Yox! Yaxşısı budur uşağı elə özüm böyüdüm. O da Tərlandan birini 
peydahlayar. Getsin həyatını yaşasın. Mən qızımı böyütməyi bacararam. " Bu 
fikirlərdən sonra qəti qərarını verən Vahid dərin yuxuya getdi.
O gecəni isə Sevinc heç yatmadı. Axı necə yatardı? Bir yandan qızdırma 
verən sinəsi, bir yandan bala həsrəti ilə çırpınan ürəyi, bir yandan tapdalanmış 
namusu, qeyrəti, bir yandan da Vahidin böhtanları...
- Ya, Rəbbim! sən özün kömək ol balama. Bu nə dərddir çəkir bu yaşında?. 
İlahi. Mən nə deyirəm. Yox! Yox! Şükür etməli ikən gör nələr deyirəm. Sən 
məni bağışla Ya Rəbbim! Sənə şükürlər olsun. Min şükür sənə İlahi! Hər bir 
əzabın sonu vardır. Hər xəstəliyin bir şəfası. Sənin də sınaqların vardır. Hansı ki, 
ondan çıxış yolu biz bəndələrin üzərindədir. Allahım! Sənə hər şey üçün min 
şükür! 


Sevinc anasının yan otaqda səsli halda Allaha dua etdiyini eşidirdi. Əllərini 
açıb Allaha dua etdi. Tezliklə balasına qovuşmaq ümidi ilə duasını bitirdi. Və 
yuxusuz gecələrinə beləcə qədəm qoydu... 
Dayısı Cavidin həmin gün uşağı Vahidə verməsinə səbəbi Dilarə sonradan 
güclə də olsa öyrəndi. Cavidin dediyinə görə Vahid südəmər uşağı anasız 
qoymaz. Mütləq arxasınca gəlib aparacaq. Amma o gündən düz 3 ay keçirdi. Nə 
Vahiddən bir xəbər vardı, nə də gəlib gedən. Bu üç ayı Sevinc canlı ölü kimi 
yaşadı. Nə kimsəylə danışar, nə də evdən çölə çıxardı. Körpəsindən ona qalan 
tək yadıgar qol yazısı idi. Hansı ki, uşaq doğularkən qoluna bağ vururlar. Beləcə 
ananı və uşağı daha rahat tapa bilirlər deyə. Bu 3 ayı yastığının altında saxladığı 
o kiçik bir bağ onun üçün tək təsəlli idi. Amma cansız, dilsiz, ruhsuz bir təsəlli. 
Hər gün Arifəgildən şəhərə zəng edirdi. Vahidlə Zəminə evdə olanda Əsmər də 
danışa bilmirdi. Lakin bu 3 ayda Əsmərdən tək öyrəndiyi o olmuşdu ki, Vahid 
evlənib. Tamamilə təsadüfən rayonlardan birinə qonaq gedib. Orda yaşayan bir 
qızla evlənib. İndi o yad qız Sevincin qızına "analıq" edir. O gün Sevinc sanki 
ən hündür binadan yerə zərbə ilə dəymişdi. "Mən ki, ölməmişəm. Balamın anası 
mən ola-ola başqa biri niyə "analıq" etsin ona? " Əsmər hər fürsət düşdükcə 
ayda bir dəfə Sevincə körpəsi haqqında uzun uzadı məktub yazıb, poçtla 
göndərərdi. Sevincə məktubu isə Tərlan gətirərdi. Çünki Tərlan rayonun 
mərkəzində işləyirdi. Hər gün Sevinc poçta gedib gəlməsin deyə, Dilarə ondan 
xahiş etmişdi. Lakin Tərlan bunu bir sirr kimi Arifədən saxlamışdı. Sevinci çox 
sevirdi. Məktub poçta gələnə kimi Tərlan Sevincin gözünə görsənməzdi. Elə ki, 
məktub əlində idi, ildırım sürəti ilə Sevincgilə gedərdi. Elə darvazadan Sevincə 
verib gedərdi. Bu bir növ Sevincin gözlərindəki sevinci görmək arzusu idi. Onun 
dərdi Tərlanın dəri idi sanki. Sevincin bu 3 ayda yaşadıqları onun gözü önündən 
getmirdi. Hər gün Arifə də "canı yanan rəfiqə" maskası taxıb Tərlanın yanında 
ondan danışırdı. Vahidin evləndiyini eşidəndə Tərlan az qalırdı gedib Vahidlə 
dalaşsın. "Ay, əclaf! bu cür yoldaşın balan ola-ola sən hansı ağılla evlənirsən?" 
Tərlan Vahidin Sevincdən ayrılmasına səbəbi bilmirdi. Heç bunu Arifə də 
demirdi. Amma Tərlan Sevinci xoşbəxt görməsindən başqa arzusu yox idi.
-Vahid, oyan da!
- Nolub yenə? 


- Daha nolacaq? Mən nə vaxta kimi sənin uşağına baxacam? Mən də ana olmaq 
istiyirəm. 
- Olarsan da. Məyər ailə quranda qəbul etdiyin şərtlərimin içində uşaq da 
olduğunu unutmusan? 
- Yox! Amma daha demədim ki, hər gün gecə gündüz mən baxacam ona. Bir 
Əsmər də baxsın da. 
- Yaxşı, yaxşı! Deyinmə. Sənə demişəm axı deyinən insanlardan xoşum 
gəlmir. Get ver uşağı Əsmərə gəl yat. 
Vahid 2 aydır evli idi. Fidanı tamamilə təsadüfən görüb bəyənmişdi. Həm də 
evlənməli idi. Nə vaxta kimi uşağa Əsmər baxacaqdı. Gərək uşağa analıq edən 
olsun. Bir yandan da "hələ cavanam" deyib yenidən evlənmək eşqinə 
düşmüşdü. Budur iki aydır evli idi. Zəminə gəlinini tərifləyər. Əsmər isə yola 
getməzdi. Amma bütün bunlar müvəqqəti idi. Zamanla hər kəs uşağa da gəlinə 
də alışdı. Uşağın adını çox fikirləşdilər. Və nəhayət Əsmərin bəyənərək irəli 
sürdüyü adı hamı qəbul etdi. Adını Mələk qoydular. Əslində Əsmər bu adı 
özündən yox, Sevincdən öyrənmişdi. Sevincə yazdığı son məktubunda uşağa 
hələ də ad qoymadıqlarını demişdi. O da :" Əyər mümkün olsaydı balamın adını 
Mələk qoyardım"-yazmışdı. Ona görə Əsmər də "Mələk" adını istəmişdi. Hətta 
Fidan da başqa bir ad demişdi. Amma Əsmər onu elə yerinə otuzdurmuşdu ki, 
Fidan onu heç unutmadı. Zəminə də hər gün gəzintisindən qalardı. Mələyə hər 
kəs bağlanmışdı. Fidan da ilk 6 ay yaxşı davrandı. Amma sonra Əsmərin uşağı 
ona qısqanmağını hiss edib bir neçə dəfə mübahisə də etmişdi. Vahid hər dəfə 
Rusyaya gedəndə hər evli cütlükdən fərqli olaraq, həsrət və sevgi dolu ismarıclar 
deyil, narazılıq və şikayət dolu ismarıclar alırdı. Artıq o da bezmişdi: "Nə qədər 
olar ey. Hər dəfə bir söz, bir söhbət! Bu Əsmər də alışmadı ki, alışmadı." 
Əslində Əsmər Sevinci çox istədiyindən deyil, Fidanın səmimiyyətinə 
inanmadığından onunla yola getmirdi. Zəminə isə əksinə ona "qızım" deyə 
müraciət edirdi. Düşünürdü ki, hər nədir Sevincdən min dəfə gözəl və 
yaraşıqlıdır. Yaxında uşaqları da olar. Amma bir gün xəstələndi və yatağa 
düşdü. Təzyiqini heç cürə endirə bilmirdi. Əsmər gah sağa, gah sola qaçıb bir 
çarə axtarırdı. Fidan isə ayağını ayağına qatlayıb divanda oturmuşdu. Arada bir 
məsləhət verirmiş kimi: "Təcili yardım çağırın. Gəlsin baxsın da."- 
deyirdi. Təcili tibbi yardım gələnə kimi Zəminə Fidanın rahatlığından 
Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə