Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə14/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   10   11   12   13   14   15   16   17   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

Dördüncü fəsil. 
-Vahid! Bala, hara gedirsən gecənin bu vaxtı? 
- Ana Sevinci geri gətirməyə.
- Necə-necə? Sevinci? Onun o sözlərindən sonra düşünürsən ki, yenidən 
gəlinim deyib boynuma mindirəcəm? 
- Bu nə deməkdir? O ki sənə qarşı bir dəfə hörmətsizlik etməyib.
- Necə yəni etməyib? Bəs son dəfə burda olanları necə unudum. Hə? Sən unuda 
bilərsən. Amma mən unutmaram.
- Ana, başa düş. Bizim artıq balamız olacaq. Sənin bu dediklərin əbəsdir. Mən 
onu geri gətirəcəm. Balamızı birlikdə böyüdəcik. Səndən də sadəcə anlayış 
istiyirəm. Bir valideyn kimi sevin mənim yerimə. Nolar ki? 
- Noldu bu 2 ildə uşağa qalmadı? Bir ay sonra uşaq var dedi? Mən inanmaram 
belə şeylərə. Uşaq başı aldadır, elə bil. 
Anasının heç cür yola gəlmədiyini görən Əsmər Vahidə dəstək çıxdı:
-Ana , sən indi hansı zəmanədə yaşayırsan? Məyər görmürsən ki, Sevincin yeri 
bura, Vahidin yanıdır? O bu evin gəlinidir. Sənin də gələcək nəvənin anasıdır. 
Bunu qəbul etsən hər birimizə yaxşı olar. 
- Heç nə məni fikrimdən döndərə bilməz. Bax Vahid sənə deyirəm. Əyər o 
ölmüşü bu evə geri qaytarsan özündən küs. Məni o andan ölmüş bil bala. 
Haqqımı sənə halal eləmərəm. Di get... 
Vahid anasına çox dəyər verirdi. Atasını itirdiyi vaxtdan anasını da itirmək 
qorxusu ilə bacara bilməmişdi. Daim düşünərdi anasını itirdiyini, onsuz olan 
həyatını. Buna görə Sevincin arxasınca o gecə getməməyi qərara aldı. Əsmər 
ona Sevinclə olan telefon danışığını danışanda o qədər sevinmişdi ki, heç kimi 
və heç nəyi düşünmədən yola çıxacaqdı. Lakin, anasının o sözləri onu yolundan 
etdi. Qərar verdi ki, səhər açılar açılmaz anası ilə bir də danışıb, onu razılığa 
gətirsin. Beləliklə, anasını razı salmaq hər gün daha da qəlizləşidi. 
Beləcə günlər keçdi...


Sevinc anası ilə başını aşağı salıb həyatını yaşayacağını, balasını böyüdəcəyini 
xəyal etməyə başlamışdı. Bir yandan da Vahidi düşünürdü. "Görəsən Əsmər ona 
dedi? Bəs Vahid niyə gəlib məni aparmadı? Yox onsuz da gəlsə də getməyəcəm. 
Onu bağışlamamışam, bağışlaya bilmərəm. Heç vaxt...." Hamilə olduğunu 
bildiyi gündən içində bir ümid işığı yanırdı. Gələcəyini, balasını düşünürdü. Hər 
gün haldan -hala düşsə də, alışırdı hər bir şeyə. Amma dayısı Cavid Sevincin 
hamilə olduğunu eşitdiyi andan əsəbi idi. Elə hey bir yol axtarırdı ki, Vahidə 
zəng vursun. Amma bacısının sözlərini də unutmurdu: "Qardaş, Sevinc Vahidin 
gəlişini gözləyir. O mütləq gələcək ailəsini yanına aparacaq. Burda hələ ki, çətin 
vaxtlarını ötürür. Orda kim baxacaq Sevincə? Qoy Vahid gələnə kimi burda 
qalsın. Yaxşılaşsa sən özün apararsan". Hər kəs alışmağa çalışırdı. Tərlan isə 
bacarmırdı. Sevinci çox sevirdi. Arifə kimi insanla ailə qurduğuna da peşman 
idi. Nə Tərlana qayğıkeş, gülər üzlü həyat yoldaşı, nə də anasına layiqli gəlin 
olmadı. Amma nə etsin onun kitabında boşanmaq sözü yox idi. Sevincin hamilə 
olduğunu biləndən elə hey onu düşünürdü: "Görəsən Vahid niyə gəlib aparmadı 
onu? Yəni bu qədər alçaqdır? Sevinc! Ehhh.... İlahi sən özün ona kömək ol!
O gecə Tərlan niyəsə yata bilmədi. Səhərə kimi yerinin içində "qaynıyırdı". 
Səhərə yaxın sübh azanının səsi gələndə yerini tərk elədi. Pəncərəni açıb azanı 
dinləməyə başladı. Qəlbində isə ylanız və yalnız Sevinc üçün dua edirdi. Birdən 
yandakı otaqdan tappıltı eşitdi. Nə olduğunu anlamdı. Amma səs anasının 
otağından idi. İri addımlarla yandakı otağa girdi. Qarşısındakı mənzərə acı da 
olsa real idi. Anası yatağın kənarında yerə sərilmişdi.... 
-Allah rəhmət eləsin!.
-Allah ölənlərinizə rəhmət eləsin.
Budur Tərlan ağlamaqdan boğazı gözü şişmiş halda ona baş sağlığı verənlərə 
boğuq səslə cavab verirdi. Taqəti yox idi daha. Anasını bir an içində itirmişdi. 
Arifə: "Allaha şükr et ki, anan əzab çəkmədən öldü." deyərdi. Başqaları isə boş-
boş baş sağlığı verərdilər. Quru təsəllilər Tərlanı bezdirirdi. Heç bir dəyəri yox 
idi onun üçün. Tərlan anasını itirmişdi. Bu heç də adi acılara bənzəmirdi. Nə 
dərd, nə kədər, nə göz yaşları, nə baş sağlıqları onu geri qaytara bilməzdi. 


Tərlanın için-için ağlamaqdan boğazı şişmişdi. Mətbəxə keçib Arifədən isti su 
istədi. O da isti suyu gətirənə kimi Tərlan ordaca kiçik stulda əyləşdi. Bu vaxt 
Sevinc qadınların məclisi üçün çay aparmağa gəldi. Tərlan Sevinci görər görməz 
özünü itirdi. Heç onun burda olduğundan xəbərdar deyildi. Arifə də Sevincin 
ardınca mətbəxə dönəndə bu qarşılaşmanın şahidi oldu. Nə danışacaqlarını rahat 
eşitmək üçün qapıya doğru döndü:
-Sevinc? 
-Tərlan, Allah rəhmət eləsin! Yeri Cənnət olsun! 
-Sağol Sevinc, Çox sağol... 
- Bu qədər özünü incitmə. Olacağa çarə yoxdur. Onun qisməti bura qədərmiş. 
Dərdə salma özünü.
- Mənim üçün nigaran olma Sevinc. Sən balanı düşün. Sənin xoşbəxt olmağını 
hər şeydən çox istəyirəm. İnşallah Vahid sənin qədrini anlayar.
Əslində Tərlan özü də bilmədən utanmadan Sevincə ürəyindəkiləri dedi. 
Amma sevgisindən başqa... 
- Hə? Demək belə Tərlan! Sən hələ də bu "sərçəni" sevirsənmiş. "Sənin xoşbəxt 
olmağını hər şeydən çox istəyirəm" Puah, sən öləsən! Mənə də Arifə deyərlər. 
Sizi elə günə qoyum ki, dəymişiniz dura dura kalınız tökülsün. Dayanın....
Arifə öz -özünə deyinməyə başladı. dodağının altında qara ürəyində nələr 
düşündüsə telefonu götürüb dal otaqlardan birinə girdi. Hirsindən özünə gələ 
bilməmişdi. Nömrəni əlləri əsə-əsə yığdı: 
-Alo, Alo.... 
-Alo, eşidirəm. Buyurun! 
-Vahidgildəndi? 
-Bəli. Danışan Vahiddir. Buyurun! 
- Mənəm Arifə. Sevincin kənddəki rəfiqəsi.
- Hə? Salam necəsiz? Sevincə nəsə olub? Sabah gələcəm onun arxasınca.


- Hara gəlirsiz? Ağlın olsun. Bu ifritə səndən doymadı, keçdi mənim ərimə. İndi 
onnan eşqbaşlıq edirlər. Elə bilirsən uşaq səndəndi? Ay axmağın oğlu aç gözünü 
2 ildə sənə uşaq verməyən bir ayda verdi?
- Bu nə danışıqdır? Ola bilməz! Belə şey mümkün deyil! Mənim Sevincim bunu 
etməz... 
- Edər, niyə etmir! Onsuz da mənim ərim onun dərdindən ölürdü. Bu da səndən 
qayıtdı gördü ki mənlə evlənib girdi aramıza. İndi dey deyib gülürlər 
mətbəximdə. Sənsə hələ də "Sevincim" deyirsən. ... 
Telefonu yerinə necə asdı xatırlamdı. Bir tək onu anladı ki, Əsmər onu 
silkələyib nə baş verdiyini soruşurdu.... 
O gündən artıq aylar keçirdi. Sevinc tezliklə doğulacaq balasını qollarına 
alacağı günün həsrətində idi. Dilarə isə Vahidin hələ də gəlmədiyinə inana 
bilmirdi. Arifə də "rəfiqə" maskası ilə hər gün gəlib gedirdi. Tərlan isə anasının 
ölümündən sonra lap pis olmuşdu. Artıq 8 ay keçməsinə baxmayaraq hələ də 
barışa bilmirdi. Bir yandan da Sevinci tənha görməsi xoşuna gəlmirdi. Dayısı 
Cavid isə hər ay gəlib Sevinci danlayıb gedərdi. Bunu da qəbul edə bilmirdi 
Tərlan. Bəzən olurdu ki, Arifə evdə deyinirdi Sevincin arxasınca. O an az qalırdı 
Arifəni tutub boğsun. Özünü, hisslərini cilovlaya bilmirdi. Arifəyə nifrət edirdi 
artıq. Çünki onun əsl üzünü hər gün görür və ömrünü onunla məhv etdiyinə görə 
özünü qınıyırdı. Hətta dəfələrlə Arfəyə demişdi ki, getsin atası evinə. Qismət 
olar kimləsə evlənər uşaqları olar. Onsuz da Tərlan sozsuzdur. Həyatını niyə 
çürütsün ki? Həm özünü məhv edirdi, həm də Tərlanı. 
Sevinc də hər dəfə dayısının kinayəli qəzəbli sözlərindən təngə gəlmişdi. Ona 
borclu idi. Hər şeydə. Yediyi yeməyin 50 faizini dayısı təmin edirdi. İndi də 
uşaq olacaq deyə iki qat tərsliyə düşmüşdü ki," Səni özüm aparacam Vahidin 
evinə. "
Sevinc bunu istəmirdi. O Vahidin üzr istəməsini, arxasınca gəlməsini peşman 
olmasını istiyirdi. Amma bunu görsəydi də Vahidi bağışlamamaqda israrlı idi. 
Dayısı Cavid də buna görə qəzəblənirdi. Hər gəlişində də bütün küçəyə yayılırdı 
səsi. Bu gəlişlərin birində Sevincin ağrıları başladı. Dayısının sözlərinə dözə 
bilmədi nə o nə də körpəsi... 


- Xəstənin yaxınları kimdir? 
- Bizik doktor. Balam necədir? 
- Lap yaxşıdır. Uşaq da ana da hər ikisi sağ salamatdırlar. Gözünüz aydın oldun 
qzı uşağı dünyaya gəldi.
- Ay sizi şad xəbər olasız. İlahi sənə şükürlər olsun! Sağol doktor, çox sağol. 
- Bax sənə son sözümdür. - Cavid baş barmağını silkələyə-silkələyə Dilarəyə 
deyirdi.- Sevinc xəstəxanadan çıxar çıxmaz aparıb Vahidin qapısına qoyacam. 
Sevincə də beləcə çatdır. Ər arvad arasında hər şey olur. Daha uşaqları da oldu 
barışsınlar. Ağ eləməsinlər. 
Sevinc artıq ana olmuşdu. Balasını sinəsinə basıb necə ağlamışdısa hamı mat 
qalmışdı.
- Balam, sən indi yəni mənimsən? Necə də şirinsən. gözlərin tamamilə atana 
bənzəyir. Burnun mənə, Çənən? Hə... bildim o da mənə. Bax bir tək gözlərin 
atana bənzəyir. Körpə balam. Necə də xoş ətrin var....
Artıq dörd gün keçmişdi. Həkimlər Sevinci evə buraxdılar. Dilarə nəvəsi üçün 
cürbəcür paltarlar, bələklər hazırlamışdı. Sevinclə bir-başa evə gələcəkdilər. 
Xəstəxanadan çıxr çıxmaz dayısı Cavid maşınla gəldi: 
- Sevinc əyləş!
Maşında dayısı qızı Cəmilə də vardı. Dilarə hər şeyi anlamışdı. Sevincin 
alnından opüb sağollaşdı. 
-Sevinc də Vahidi bağışlamamışdı. Amma balasının xatirinə gedirdi. Dayısı 
qızı Cəmilə də yol boyu ona mənəvi dayaq olurdu. Sevinc bir an belə olsun 
balasından gözünü çəkmirdi. Elə hey ürəyində onunla danışırdı. Əllərinin 
qurluşuna, saçının hər telinə, kipriklərinə, qaşına kimi süzürdü balasını. 
Dayısı qapının zəngini basdı. 
- Gəldim, Gəldim! 
Budur Vahiddir. Onun səsidir. Sevinc həyəcandan az qaldı özünü itirə. Qapı 
açıldı: 
- Sevinc?


Təəccüb dolu baxışlarla Sevinci və qucağındakı körpəni süzdü. Bir an içində 
Arifənin dediklərini xatırladı. Qəzəbləndi. İçində sanki vulkan püskürdü. 
- Sən hansı üzlə bu qapıya gəlmisən? Utanmaq yox abır yox, Namusumu heç 
nə etdin. Qeyrətimi tapdaladın. Sənin nə azzarın var bu qapıda? 
- Vahid?
Sevinc Vahidin bu dediklərindən şok keçirdirdi. Onu heç vaxt belə 
görməmişdi.
_ Dayan görüm. Bax bala bu sənin yoldaşındı bu da sənin balandı. Barışın hər 
nədir aranızdakı həll edin. 
- Siz dayanın, Cavid bəy. Siz nə danışırsız mənim uşağım deyil. Sevinclə olan 
kəbinimizi pozmuşam. 
- Necə yəni Mənim uşağım deyil? Vahid sən nə danışırsan?-
Sevinc qulaqlarına inana bilmədi. 
- Elə eşitdiyin kimi də danışıram. Ləzzət eləmədi? Bura bax onun bunun 
küçüyünü mənə sığışdırmağa çalışma. Get kimdən qazanmısan ona da götür. 
- İlahi bu nə cür təhqir....
Sevinc az qalırdı yerə deyə.
- Bəli Cavid bəy sizin bacınız qızıyla olan kəbinimi pomuşam. Onu görməyə 
gözüm yoxdu. Uşağı da qəbul etmirəm.
Qapı ağzında baş verənlər Sevinci üzdüyü üçün dili söz tutmadı daha. Dayısı 
Cavid də qəzəbindən dəli olmuşdu. Beynində bir an içində qərar verdi: "Mən 
ömrü boyu elə bacımın yetiminə baxmışam. Bir də onun yetiminin yetiminə 
baxası gücüm yoxdu."
- Bilirsən nə var Vahid, ala tut bu uşağı. Əlvida!
Sevinc qollarından zorla alınan balasını son dəfə orda gördü.
- İlahi dayı nə edirsən?... 
- Nə lazımdırsa onu da edirəm... 
- Balam. Vahid geri qaytar. Ver mənə... 


- Yox daha gecdir...- Dayısı Sevincin qollarından yapışıp pilləkənləri sürüyə-
sürüyə maşına apardı.
Sevinc baş verənlərli qəbul edə bilmirdi. Elə hey qışqırırıdı: 
- Vahid balamı ver!... Dayı, sən insan deyilsən!... Vahid qızımı ver!... 
Bir an içində yaşadığı bütün sarsıntılardan Sevinc özündən getdi. Dayısı Cavid 
isə yolda bir an belə olsun dayanmadan maşını sürətlə kəndə doğru sürdü... 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə