Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə23/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   19   20   21   22   23   24   25   26   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

VI Fəsil 
Səma üçün son dərəcə ağır keçən günlər başladı. Həm işdə yayılan 
şayələr onu incidir, qürüruna toxunur, həm də işə bir həftədir 
getməməsinə üzülürdü. Əslində xəstələnmişdi yataqda idi. Yoxsa qəti 
işindən qalmazdı. Axı Mehdi bəy ərizəni o kabineti tərk etməzdən əvvəl 
çırmışdı. Demək ki, onun işdə qalmasını çox istəyirdi. Lakin qəfl xəstələnib 
yatağa düşüdüyündən nəinki işə, heç evinin həyətinə addım ata bilmirdi. 
Boğazı şişib, nəfəs ala bilmir. Yemək uda bilmirdi. Qonşuluqdakı təbib 
baxmışdı. Lakin ciddi bir şey olmadığını demişdi. İndi isə ayaqlarında 
keyləşmə hiss edirdi. Bəzən ağrıyırdı da. Bu bir həftə ərzində ustası gəlib 
baş çəkmişdi. Halından xəbərdar olmuşdu. Mehdi bəyə də gəlməməyinin 
səbəbinin xəstəlik olduğunu demişdi. O günə kimi isə düşünürmüş ki, 
Səma ondan inciyib. Tərslik edib işə gəlmir. Ustanın verdiyi xəbərdən 
narahat olmuşdu. Səmaya nə olub deyə gecəni yata bilmədi. Səhər 
sürücüsünə Səmanın ünvanını verdi.
Mehdi əslən bəy nəslindən idi. Onun həyatı demək olar ki, dərdsiz, 
qəmsiz keçmişdi. Lakin ailədə xoşbəxt ola bilməmişdi. Xanımı evliliklərinin 
ilk ilində dünyasını dəyişmişdi. Ani itgi Mehdi bəyi çox sarsıtmışdı. 
Xanımının qanında gedən proseslərdən heç kəsin xəbəri olmamışdı. 
Bənizi ağ olsa da, onun anadangəlmə rəngi bu olduğunu düşünərdi. 
Mehdi bəy onu vaxtında müayinə etdirmədiyinə çox peşman olmuşdu. 
Sevərək ailə qurmuşdular. Bu evlilikdən övladı belə dünyaya göz açmadan 
xanımın bətnindəcə məhv olmuşdu. Bu Mehdi bəyə çox ağır yük 
olmuşdu. İllər boyunca heç bir insana könül verməmişdi. Artıq 17 il idi ki, 
xanımının yasını saxlayaraq, ziyafətlərdə belə ona maraq göstərən 
xanımları yaxına buraxmamışdı. Ta ki, Səmanı gördüyü anadək.


Həmin gün yağış yağırdı. Səma fabrikə üz tutmuşdu. Mehdi bəy də şəxsi 
maşınında işə gedirdi. Tamamilə təsadüfən Səma Mehdi bəyin maşını 
önündən keçir. Başını aşağı salıb simasını hər kəsdən gizlədən yaylıqlı 
xanım onun diqqətini çəkir. Sürücüyə o qızın arxasınca getməyi tapşırır. 
Hər dəfə pəncərədən xanımın üzünü görməyə cəhd etsə də alınmır. Səma 
üzünü gah yan tərəfə çevirir, gah da yerə. Lakin Mehdi bəy Səmanın 
yanağında təbəssüm görür. Ustası ilə fabrik önündə salamalaşarkən 
yanağında güllər açılır. Həmin gün Səmanın yeni təmirdən çıxmış fabrikdə 
ilk iş günü olacaqdı. Mehdi Səmanın təbəssümünə vurulur. İşləməsinə 
razı olur. Hətta qarşısına bir müddət çıxmamağa çalışır. İşdən hər gün evə 
gedərkən Səmanın hiss etmədiyi şəkildə yolun müəyyən hissəsini 
arxasınca izləyir. Heç saçlarının nə rəngdə olduğuna da baxa bilmir. Axı o 
hardan bilsin ki, Səma uşaq olanda saçları yanıb. İşdə kimsə bu faciəni 
bilməzdi. Səmanın ünsiyyət qurduğu tək şəxs ustası idi.
-
Salam. Mən Səma xanımın müdiri Mehdi bəyəm. Xəstə olduğunu 
öyrəndim. Bir köməyə ehtiyacınız varsa... 
-
Xoş gəldiz. Keçin əyləşin. –Rəşid qapısına gələn qonağı salamladı. 
-
Çox sağolun. Səma xanım necədir? 
-
Nə yalan deyim, dərdini bilmirik. Qızdırmadan alışıb yanır. Heç nə yeyə 
bilmir. Türkəçarə nə bildiksə etdik. Bir saat yaxşı olursa, sonra yenidən 
eyni hala düşür. Hər şey kənara dursun, ayağa belə qalxa bilmir. 
Ayaqları tutmur.-Rəşid çox məyus olmuşdu. 
-
Narahat olmayın. Mənim bir yaxın dostum həkimdir. Səma xanımın 
dərdindən o anlayar. İcazənizlə Səma xanıma baş çəkərdim. 
-
Əlbəttə, buyurun. 
Rəşid azacıq sevindi. Bacısını sağaltsınlar başqa heç nə istəmirdi. 
Səmanın halından xəbər tutan ata-anası da arada baş çəkrədilər. Mehdi 
bəy otağa daxil olanda yataqda yatan Səmanı gördü. Cəmilə də onun 
ayaq tərəfində oturmuşdu. Alnındakı islanmış dəsmalı tez –tez dəyişirdi.
Buna baxmayaraq qızdırması düşmürdü. Bu səhnə Mehdi bəyin qəlbini 
sızladır. Səmanı hec bu halda görməmişdi. Bənizi ağarmış taqətdən 
düşmüşdü. Gözlərini açıb yatağının kənarında dayanmış Mehdi bəyi 
gördü. İki qara mirvari tək gözləri parıldadı. O ilk dəfə idi Mehdi bəyin 


gözlərinin içinə baxırdı. Əvvəlcə qızdırmanın təsirindən sayıqladğnı 
düşündü. Ona görə dayanmadan o gözlərə tamaşa etdi. Ani olaraq bu 
baxışlar toqquşdu. Amma o an dəqiqələrlə saatlarla davam etmiş kimi 
hiss bəxş etdi hər ikisinə. Səma kekələdi: 
-Mehdi bəy.... 
-Bəli, Səma xanım. 
-Siz burdasız həqiqətən? 
-Bəli. Bir az olar gəlmişəm. 
-Məndən incimisiz bilirəm. 
-Özünüzü yormayın. Həkim dostum gələcək. Sizi sağaldacaq. Yenidən 
ayağa qalxacaqsız.
-... 
-Mən ərizənizi çırmışdım. 
-Bilirəm.Kabinetdən çıxarkən gördüm.-Səma halsız cavab verdi. 
Mehdi bəy anladı ki, Səmanın halı çox pisdir. Lakin eyni zamanda 
xəstəliyindən xəbərsiz olduğu öz xanımı gözü önünə gəldi. Zamanında 
müayinə etdirsəydi, bəlkə də, sağ olacaqdı. Üstündən bu qədər illər 
keçmişdi. Səmaya sevgi bəsləməyə başlamışdı. Lakin icazə verməzdi ki, 
hansısa xəstəlik növbəti dəfə onun xoşbəxtliyini əlindən alsın. Buna 
imkan verməzdi. Mehdi bəy həkim dostunun arxasınca öz maşınını 
yollamışdı. Sürücüyə təlimatı hələ Rəşid bəylə danışarkən vermişdi.
-Mehdi bəy, məndən nigaran qalmayın tezliklə sağalıb işə dönəcəm. 
-Sizin sağlamlığınız vacibdir Səma xanım. İş haqda düşünməyin.
Bu zaman qapı açıldı. Cəlal həkim Səmanı müayinə etməyə başladı. Hər 
kəs otaqdan çıxdı. Cəmilə isə Səmaya kömək edirdi. Bu müayinə zamanı 
Səmanın ustası gəldi. Mehdi bəyin maşınını küçədən keçərkən görmüşdü 
deyə Səmanın necə olduğu ilə marqlanmaq istəmişdi. Lakin həkimin 


müayinəsinə mane olmamaq üçün digər otaqda Mehdi bəyin yanında 
əyləşdi.
-Səmanı gördüz? 
-Bəli. Çox halsız idi. 
-Allah sizdən razı olsun. Həkim çağırmısız.
-... 
- Səma yazıq doğulandan bədbəxtdi. 
-Niyə doğulandan? Gül kimi valideynləri, qardaşı var. 
-Eh Mehdi bəy. Mən Səmanın dərd yoldaşıyam. Həyatını sizə desəm bu 
kiçik yaşında yaşadıqlarına məətəl qalarsız. 
- Siz nədən danışırsız? 
-Səma uşaq olanda başı yanıb. Saçının əksər hissəsi və qulağının biri 
demək olar yoxdur. Gül kimi qızdır. Öz əlində düzəldir o taxma saçları. 
Başına işdə yaylıq bağladığından kimsə bilmir.
-...-Mehdi bəy yerində qurumuşdu. 
- Hələ 14 yaşında atası bunu zorla yaşlı birinə ərə verir. Başlıq pulu alır. 
Səma ağlasa, da sızlasa da qıza yiyə çıxan olmur. Deyirlər onsuz da səni bu 
halında alan olmayacaq. Heç olmazsa yaşlı birinə ərə get. O kişi də 
uşaqları ilə onu hər gün döyürmüşlər. Yazığa əsir kimi davranıblar. İnək 
damında yatırmış. Sonra qardaşı Rəşid əsgərlikdən qayıdanda Səma ərinin 
evindən qaçıb qardaşına sığınıb. Rəşid ona sahib çıxır. Kimsəyə də 
qoymur artıq söz desin bacısına.
Eşitdiklərindən sarsılan Mehdi bəy kimsəyə bir kəlmə demədən evi tərk 
edir. Maşına əyləşib bir-başa evinə sürməyi tapşırır. Yol boyunca götür 
qoy edir Çox pis olmuşdu. Bilmir Səmanın yaşadıqlarında kimi 
günahlandırsın. Onu çox sevirdi. Onun üçün saçının olub olmaması bir 
məna vermirdi. Axı Mehdi bəy bu günə kimi Səmanın saçını görməmişdi. 
Onun gözlərinə təbəssümünə aşiq olmuşdu. Yox... bunu belə qoya 
bilməzdi. Səmanı çox sevirdi. Yaşadıqları insanın ağlına belə gəlməzdi, 


lakin Səma kiçik qəlbində bu qədər əzabı yaşamışdı. Bir yük kimi də bu 
günə kimi daşımışdı. Artıq ona ağır gəlirdi bütün yaşadıqları. Çəkdiyi 
mənəvi sarsıntılardan xəstələnmişdi. Yatağa düşmüşdü.
-Dayan! Geri dön! Həmin evə. –Mehdi qəfl sürücüsünə əmr etdi.
-Baş üstə. 
Daha o tənha qalmayacaq. O boş quru divarlara baxmayacaq. İllərlə 
özünü günahkar bildiyi üçün qaranlıq otaqlarda içki içməyəcək. Artıq 
Səma vardı onun üçün. Arada 20 yaş fərqləri olsa da çox sevirdi Səmanı. 
Onun gözlərini bir daha görməzsə yaşaya bilməyəcəyini sandı. Onsuzluq 
hissindən qorxmağa başladı. Maşın evin önündə dayanan kimi iri 
addımlarla evə girdi. Həkim Səmanın otağından çıxmışdı. Mehdini görüb 
ona doğru yaxınlaşdı. Rəşid fikrini həkimin ağzına yönəltmişdi. Bir ümid 
axtarırdı bacısı üçün. 
-O necədi Cəlal bəy? 
-Səma xanımın ciddi bir xəstəliyi yoxdur. Qızdırmasına səbəb məhz 
boğazıdır. Onun artıq əti var. Ola bilsin yetişdiyi üçün incidir. Ayağının 
tutulmasına belə səbəb o olub. Ən qısa zamanda əməliyyat olunmalıdır. 
Ürəyinin sağlamlığına da mane ola bilər. Sabah xəstəxanaya gətirin. Bir 
həftəyə yenidən ayaq üstə görəcəyinizə söz verirəm.
-Çox sağolun Cəlal bəy. Mehdi bəy sizə necə təşəkkür etsəm azdı. –Rəşid 
sevincək Cəlal həkimin əlini sıxdı. 
-Cəlal, məni maşında gözlə mümkünsə.
-Əlbəttə. Sağolun Rəşid. Sabah sizi Səma xanımla otağımda gözləcəm. 
-Baş üstə. Arxayın olun. Mütləq gələcəyik.
-Rəşid, sizdən bir xahişim var. Bu pulu alın. Səmanı əməliyyat edin.
-Mənim pulum var Mehdi bəy. Səma işlədiyi bu müddət ərzində maaşının 
bir qəpiyini də xərcləməyib. O pulla əməliyyatını etdirə bilərik.
-Əhsən Səma xanıma. –Mehdi bəy bir daha qəlbinin sahibi ilə fəxr etdi.
-Mən... Yaxşı... Rəşid bəy onda mən gedim.


-Oturub bir stəkan çayımızı içərdiz. Sizə ömür boyu borclu olacam.
-Yox, heç bir borcunuz yoxdur. Səma xanımı ayaq üstə görüm mənə 
dünyalara dəyər.
Mehdi son sözlərindən sonra cəld maşına doğru getdi. Rəşid bir şey 
anlamadı. Amma hiss etdi ki, Mehdi bəyin Səmada könlü var.
O gündən düz bir ay ötdü. Səma artıq əməliyyat da olmuşdu. İşə də 
başlamışdı. Rəşid bu ay ərzində artıq əmin idi ki, Mehdi bəy bacısı Səmanı 
sevir. Lakin bu aradakı yaş onu incidirdi. Axı Səmanın ilk yoldaşı da 
Səmadan qat –qat yaşlı idi. İndi görəsən Mehdi bəyin sevgisindən 
Səmanın xəbəri vardımı? Cavabsız suallar canını sıxmağa başlamışdı. 
Bacısının xoşbəxtliyindən vacib heç nə yox idi onun üçün. Mehdi bəy 
gözəl insan idi. Lakin Səmanın Mehdi bəyə bir hissi olub olmadığını 
bilmirdi. Bunu araşdırmalı idi. Əvvəlcə Cəmiləyə hər şeyi danışdı. Səmanın 
da Mehdi bəyə hissləri olub olmadığını öyrənməyi xahiş etdi. Səma bir 
gün işdən gəldiyində otağına keçib uzun- uzun danışdılar. Əvvəl 
uşaqlıqlarından, sonra havadan sudan. Nəhayət Cəmilə sözünün 
mətləbinə keçdi: 
-Səma, bilirsən ki, bizim sənin xoşbəxtliyindən başqa bir arzumuz yoxdur.
-Bilirəm.
-Mehdi bəyin sənə olan hisslərini bilirəm. Daha doğrusu özü də bundan 
xəbərsiz mənə hiss etdirib. 
-Necə yəni?... Mənə hissləri var? 
-Hə. O səni xəstə halda yatağında görəndə nə hala düşdü, bir Allah bilir. 
Həkim gəlməzdən əvvəl yatağının kənarında oturub sənə baxırdı. Sən də 
ona baxırdın. Amma deyəsən onda qızdırman çox idi. Mehdi bəyin 
hərəkətləri, davranışı onu ələ verirdi. Sanki burda yanında qalmaq 
istiyirdi, amma kimsə nəsə anlayar deyə qaçıb gedirdi. Əməliyyat olunan 
günü də dəhlizdən çəkilmədi. Elə hey o baş bu baş gəzişdi. Həkim sənin 
sağlam olduğunu deyəndə belə məndən çox sevindi. Daha doğrusu elə 


sevindi ki, mən belə sevincimi bu qədər bildirə bilməzdim. Sənin yatağının 
kənarında hər səhər gül dəstlərini o qoyurdu. Sən yatarkən.
-... 
Səma Cəmilənin dediklərini anlayırdı. Mehdi bəyin davranışlarına da, bu 
günlər ərzində ona qarşı tamam dəyişilməyinə də cavab tapmışdı: 
“Demək Mehdi bəy məni sevir”. Fikrindən yenə ayıldı. 
-O səndən düz 20 yaş böyükdü.
-Bilirəm. Lakin mənə qəlbini açmayıb.
-Əyər açsa nə deyəcəksən? 
-Heç özüm də bilmirəm. Aradakı yaş kənara dursun. Bu yanıq saç 
dərdimdən bixəbərdi. Əyər bilsə əminəm ki, məndən üz döndərəcək.
-Əyər bu faciəndən xəbərdar olsa səndən üz çevirsə demək ki, sənə layiq 
biri deyil. Sevən insan heç nəyə baxmadan sevər. 
-Sabah ondan uzaq gəzəcəm. Başqa çarəm yoxdu. Onsuz da bu iş baş 
tutmayacaq. Məni fəxrlə cəmiyyət arasına çıxara bilmədikdən sonra... 
-Elə demə, Səma! Sən çox gözəlsən. Taxma saçın olsa belə, bugünə kimi 
işdə kimsə bu dərdindən xəbərdar olmayıb. Özünə yüksək qiymət ver. 
Daha bəsdi dərd içində üzüldün. Sən mənə doğma bacı kimisən. Sənin 
xoşbəxtliyini görmək, qəh-qəhə ilə gülüşünü eşitmək istəyirəm. 
-Çox sağol Cəmilə. Bilirsən ki, sən də mənim üçün bacısan. Rəşid kimi hər 
zaman mənə dəstək olursan. Sənin etdiklərini mənim üçün kimsə 
etməzdi. Sən çox fədakar insansan. Mənim gözümü açdığın üçün çox 
sağol. Mən bu sevgidən xəbərsiz idim. Lakin az çox hiss edirdim. 
Sabahdan Mehdi bəydən uzaq olacam.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə