Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə18/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   14   15   16   17   18   19   20   21   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

Hal-hazırda:
Sevinc Vahidlə çox xoşbəxtdir. İkinci uşaqları doğulmaq üzrədir. Mələk ilk 
andan anasına isindi. Əsmər onların xoşbəxtlikləri üçün əlindən gələni 
əsirgəmir. Sevincə ev işlərində və Mələyə baxmağa çox kömək olur. Ailə həyatı 
qurmamaqda hələ də israrlıdır. Zəminə etdiyi yanlışlıqları yuya bilmək üçün 
tövbə edib Allah yoluna gəlib. Fidan kənddə diş həkimliyi edərək oğlunu heç 
nəyə ehtiyac duymadan böyüdür. Arada Vahid də Sevinclə onlara baş çəkir. 
Nadejda başqa biri ilə ailə qursa da iki balasını da Vahidə görməyə icazə verir. 
Vahid hər ay maddi olaraq köməklik edir.
SON
 
 
Həyat paylaşılmağa dəyər. Lakin onu paylaşdığımız insanlara bir nəzər 
yetirməli, ondakı mənfi cəhətlərdən çox müsbətləri axtarmağa da zaman 
ayırmalıyıq. Hər insan ikinci şansa layiqdir. Bunu kimsədən əsirgəməyək. Ən 
önəmlisi isə yaşanan hər bir çətinliyə, hər əzaba, hər xoşbəxtliyə daim şükr 


edək. Allaha şükr edərək günümüzü başlayıb, şükürlə də bitirək. Aldığımız hər 
nəfəsə görə Allaha min şükür!!! 
Müəllif: Xəyalə Murad (29. 05.2012)
“Zamanın öz məlhəmi” 
povest 
 
I Fəsil 
1970-ci illər 
 
 
Uzaq bir kənddə balaca daxma vardı. Bu daxmalardan burda çox idi. Kənd 
sakinləri yaşadıqları daxmaları öz əlləri ilə zəhmətləri ilə inşa etmişdilər. Həmin 
daxmaların birində yaşayan ailənin qızı dünyaya gəlir. O qız ki, həyatının onun 
uçun hazırladığı acı taledən, yaşayacağı ən acı faciədən xəbərsizdi.
Valideynləri yeni doğulan körpəyə Səma adı verirlər. Onun səma tək gözəl 
olduğunu düşünürdülər. Həqiqətən də o gözəl idi. Qara gözlü, qara qaşlı, sifət 
cizgilərinə görə normal olan burnu və dodaqları vardı. Çoxlarının paxıllıq 
edəcəyi bir gözəllik vardı Səmada. 


Zaman keçdikcə o böyüyür və daha da gözəlləşirdi. Qonşuluğunda 
yaşayan bütün yaşıdları ona həsəd aparır, günbəgün gözəlləşən bu simaya valeh 
olurdular. Səmanı gözəl edən təkcə onun gözəl siması deyildi. Onun parlaq və 
uzun saçları vardı. Tamamilə düz olan şabalıdı rəngli ipək saçları gün işığında 
daha da parlaq olurdu. Bəzən yaşlı nəsil nümayəndələri Səmaya bu gözəlliyi 
Allahın sevimli bəndəsi olduğundan verildiyini deyirdilər. Əlbəttə, Səma da öz 
gözəlliyinin fərqinə varırdı. Bilirdi ki, gözəl olduğu üçün başqa qızlar tərəfindən 
qısqanılır. Hər axşam güzgü qarşısında dayanıb öz gözəlliyinə tamaşa edirdi. 
Qulaqlarına taxacağı qızıl sırğaları xəyal edirdi. Ona qızılın necə də yaraşacağını 
düşünürdü. Beləcə xəyallar quraraq yuxuya gedərdi.
İllər keçdikcə Səma daha da gözəlləşirdi. Artıq on iki yaşına çatmışdı. 
Lakin bilmirdi ki, həyat onu geriyə dönüşü olmayan sınıq körpünün astanasına 
gətirib çatdırıb. Nə etsə də alın yazısından qaça bilməzdi. Onda yaşayacağı acı 
taledən bixəbər idi. Tezliklə özündən böyük olan qardaşına elçi gedirlər. Qısa 
zamanda toy məclisi qurulub, evə gəlin gətirildi. Yeni ailənin rahat yaşamağı 
üçün atası bağda bir otaqlı ev tikib oğluna hədiyyə edir. Az bir zamanda qardaşı 
əsgər gedir. Beləcə gəlin tək qalmasın deyə Səma onunla bir evdə yaşamağa 
başlayır. Gəlin ilk gündən Səmanın ürəyinə yatır. Onunla böyük bacı kimi rəftar 
edir. O da həmçinin Səmanı çox sevir. Hər gecə onun saçlarını darayıb hörür. 
Maraqlı əhvalatlarla başını qatırdı. Aralarında elə də böyük yaş fərqi yox idi. 
Səmanın 12 yaşı, gəlinləri Cəmilənin isə 16 yaşı vardı.
Bir gün Səma saçlarını yumaq uçun odun üzərinə su ilə dolu qazan qoyur. 
Cəmilədən də xahiş edir ki, su isinən kimi çağırsın. Müəyyən vaxtdan sonra 
Cəmilə suyun qaynadığını görür. Səmaya əziyyət olmasın deyə qaynar su ilə 
dolu qazanı odun üzərindən götürüb Səmanın saçlarını yuyacağı dama gətirir. 
Bura bütün ailə üzvlərinin yuyunması üçün tikilmiş xüsusi yer idi. Cəmilə suyun 
çox qaynar olduğunu bilib, soyuq su gətirməyə gedir. Bu zaman Səma 
Cəmilədən xəbərsiz dama girib suyun artıq orada olduğunu görür. Saçlarını açıb, 
başını aşağı əyir. Sutökənin köməkliyi ilə qaynar qazandan su götürüb başına 
tökür. Elə o andaca yanır. Qışqırığına qonşular belə toplaşır. Səma od tutub 
yanan başının ağrısından fəryad qoparır. Bu anı sözlə təsvir etmək belə acı gəlir 
insana. Qonşuluqda yaşayan Xosrov adlı həkim Səmanı muayinə edir. Qaynar su 
ilə yanmış başa baxaraq: 


-
Əfsuslar olsun ki, ev şəraitində nəsə etmək mümkün deyil. Tez bir 
zamanda xəstəxanaya aparılmalıdır.
Qonşuların köməkliyi ilə Səma xəstəxanaya yerləşdirilir. Həkimlər 
əllərindən gələn yardımı əsirgəmirlər. Cəmilə baş vermiş hadisədən yalnız 
özünü günahkar bilərək hər gün Səmadan dönə - dönə üzr istəyir. Allaha dua 
edir ki, Səmaya heç nə olmasın. Bir gün sonra həkim Səmaya həyatını alt üst 
edəcəyi dəhşətli xəbəri verir. Səmanın saçı, eləcə də qızıl sırğalarını taxacağı 
qulaqları tamamilə yanmışdı. Nə hər gün darayaraq uzunluğundan və 
parlaqlığından fərəhləndiyi saçı, nə də normal quruluşa malik qulaqları 
olmayacaqdı.
Bir ay beləcə keçdi. Səma daha insanlar arasına çıxmır. Mənliyi ilə tək 
tənha yaşayırdı. Hərdən Cəmilə ilə danışar, lakin daha gülməzdi. Taleyin acı 
yazısı həyatdan küsdürmüşdü Səmanı. Yaşamaqda heç bir məna görmürdü. 
Daha kim ailə qurmaq istərdi Səmayla? Kim fəxrlə gəlinlik geyindirib qoluna 
taxaraq atası evindən aparardı Səmanı? Yox idi o kimsə. Olmayacaqdı da. Səma 
da bunun fərqinə varırdı. Cəmilə daha Səmanın yanında saçını daramazdı.
Səma pis olmasın deyə hətta qulaqlarından toy sırğalarını çıxartmışdı. Xəcalət 
çəkirdi öz hərəkətindən. Əyər Səmaya suyun qaynar olduğunu öncədən xəbər 
versəydi bütün bunlar gəlməyəcəkdi yazıq qızın başına. Hər gün atasının, 
anasının, qohumların, qonşuların tikanlı sözləri və iyrənc baxışları ilə 
üzləşməyəcəkdi Səma. Çox çətin idi qızcığaza yaşmaq. Buna yaşamaq belə 
demək olmazdı. O sürünürdü tale yolunda.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə