Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə22/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   18   19   20   21   22   23   24   25   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

V Fəsil 
Bir gün qonşudan su gətirməyə gedəndə öz ustasını gördü. Bir qədər hal-
əhval tutandan sonra öyrəndi ki, həmin fabrik kiçik təmirdən sonra 
yenidən açılıb. Lakin indi başqa müdriyyət işlədir. Və çox sərt biridir. Vaxtı 
vaxtında işə gəlib gedən işçi axtarır. Həftədə bir gün icazə günü verir. 
Maaşı da həftəlik verir. Bu şad xəbər Səmanın ürəyindən olur. 
Müdriyyətin çox tələbkar olmasından qorxmur. Əksinə tezliklə o fabrikə 
yenidən işə düzəlmək istəyir. Ustasından çox xahiş edir ki, onun üçün iş 
danışsın. O da Səmanın müəlliməsi olduğundan necə gözəl tikiş tikdiyinin 
şahidi idi. Bu səbəbdən müdriyyətlə danışıb Səmanı işə yazdırır. Beləliklə, 
hər gün yenidən işinə gedib yorğun halda evinə döndürdü. İlk iki ay heç 
müdriyyət ilə rastlaşmadı da. Gün boyu bir tikişə bir geyimə yüz dəfə 
baxırdı ki, nədəsə əyirilik olmasın. Əks halda işdən qovula bilərdi. Həftəlik 
maaşını alanda isə körpə uşaq tək sevinirdi. Lakin pulunu xərcləməzdi. 
Həm də xərcləməyə yeri yox idi. Nə alacaqdı ki? Geyimdi özü tikirdi. 
Ayaqqabıdı qardaşı alırdı. Bir dəfə özü də almışdı. Öz maaşı ilə. Rəşid 
biləndə isə incimişdi. O gündən maaşını üst üstə yığırdı. Cəmilə o pulların
gələcəkdə Səmaya lazım olacağını düşünürdü. Onun yenidən ailə 
qurmasını oğul-qız sahibi olmasını arzu edirdi. Axı hələ 21 yaşı vardı. Çox 
gənc idi. Mütləq onun qisməti açılacaqdı. Cəmilə gecələr Allaha dua 
edərdi. Ondan Səmanın xoşbəxtliyini arzu edərdi.


Günlərin bir günü usta başı Səmanın həftəlik maaşını verərkən müdirin 
onu görmək istədiyini deyir. Bu xəbəri alarkən heç də ürəyi açılmır. 
Əksinə müdirin necə təmizkar və səliqəli olduğunu bu iki ay ərzində 
dəfələrlə eşitmişdi. Elə buna görə də qorxur. Düşünür ki, hansısa tikdiyi 
geyim müdirin xoşuna gəlməyib və onu işdən qovmaq üçün çağırır. 
Ayaqları titrəyə-titrəyə otağın qapısını döyüb, bir az gözlədikdən sonra 
açır.
-
Gəlmək olar? 
-
Bəli. Keçin əyləşin-pəncərə onunda dayanmış orta boylu, dolu kişi 
dedi. 
-
Məni çağırtmışdız.
Mehdi bəy qapı önündə dayanmış Səmaya diqqətlə nəzər salıb əyləşməyi 
göstərdi. Səma yaman ürkmüşdü. Qovulmaq istəmirdi. İşini sevirdi. Onun 
üçün bu iş bir əyləncə idi. Zövq alırdı hər zəhmətindən. Bura gələrkən 
başındakı iş yaylığını açmadığından tez-tez yaylığın ucunu barmağına 
dolayırdı. Bununla bir az həyəcanını dəf etməyə çalışırdı.
-
Siz iki aydı bu fabrikdə çalışırsız.
-
Bəli. 
-
Sizə söz verəndə danışarsız. –qəzəbli halda Səmaya baxdı. 
-
.... 
-
Ustanızın sizi işə götürməyimi israr etdiyində ona demişdim. Cəmi iki 
ay vaxt verəcəm o xanıma. Əyər işini bəyənməsəm, iki aydan artıq 
fabrikimdə çalışmasına icazə verməyəcəm demişdim. 
Səma artıq qorxmağa başlamışdı. Lakin ustası ona bildirməmişdi ki, iki ay 
işinə nəzarət edəcəklər. Bu xəbər onu titrətsə də, bu otaqda olmasının 
səbəbini də bilmək istəyirdi. Mehdi bəy davam edirdi. 
- Hər gün sizin tikdiyiniz geyimlərə şəxsən özüm baxmışam. Və onu qeyd 
edim ki, səliqənizi alqışlayıram. Hər bir tapşırığınızı çox səliqəli və 
zamanında tikib təhvil vermisiz. Məhz bu baxımdan sizin işdən azad 
olmayacağınıza zəmanət verirəm. Yetər ki, ilk iki ayda olduğu kimi səliqəli 
tikişinizi zamanında təhvil verəsiniz.
- ... 
- Bir söz demək istəmirsiz? 
- Siz dediz axı söz vermədən danışmayım. – Yanağı qızaran Səma dedi. 


- İndi ki, söz verdim.
- Çox sağolun. Sınandığımı bilmirdim. Ustam deməmişdi. Lakin əmin olun 
ki, mən bu işi çox bəyənirəm və zövq alaraq tikirəm. –Barmağını yenə 
yaylığın ucuna apardı. 
- Lap yaxşı. İndi gedə bilərsiz. –Səmanın həyəcalı halda yaylığını 
oynatmasına baxaraq dedi. 
- Sağolun. –Səma kabineti tərk etdi. Fabrik müdiri ilə ilk dəfə qarşılaşsa 
da onu yetərincə sərt biri kimi tanıdı.
Bir neçə ay daha fabrikdə işlədi. Bu aylar ərzində Mehdi bəy demək olar 
hər həftə müəyyən bəhanələrə Səmanı kabinetinə çağırırdı. Əslində Bu 
sadə qızdan xoşu gəlmişdi. Çox səliqəli tikməsindən əlavə, həm də ağılı 
başdan çıxara biləcək gözəllik vardı. Onun gözlərini çox bəyənirdi. Hər 
dəfə kabinetinə çağıranda sözünü gözlərinə baxaraq deyərdi. Səmanın 
yaylığını neçə oynatması isə ona çox xoş gəlirdi. Fabrikin qaydasına görə 
hər bir işçi başına yaylıq geyinər, əyninə önlük taxardı. Səma da digər 
işçilər kimi başının yaylığını əskik etməzdi. Mehdi bəy isə bir dəfə də 
olsun onun saçlarını açıq halda görməmişdi. O sadəcə o gözlərə 
vurulmuşdu. O iki qara mirvariyə.... O gözlərə hər gün baxmaq istərdi. 
Lakin aralarında yaş fərqi vardı. Düz 20 yaş. Bu az rəqəm deyildi. Ona 
görə də qəlbindəkiləri Səmaya açmırdı. Səma isə hər şeydən xəbərsiz 
müdiri çağırır deyə gedərdi. Hər kabinetə girərkən həyəcan keçirərdi.
Ona zillənən gözlərdən isə yayınmağa çalışardı. Fikrini deyiləcək əmrə 
yönəltməyə cəhd edirdi. Həyəcan isə buna imkan vermirdi. Mehdi bəyin 
məhz Səmanı tez-tez çağırması, əmrlərin onun tərəfindən işçilərə 
çatdırılması, hər kəs tərəfindən bir mənalı qarşılanmırdı. Əksər işçilər 
onun arxasınca danışardılar. Ustasının qulağına nəsə çatanda ordaca 
paylarını verərdi. Səmaya kimsənin artıq əskik söz deməsini istəmirdi.
Lakin Səma hiss edirdi ki, iş yoldaşları ona söz atırlar. Nahar zamanı acı 
sözlər deyirlər. Ona baxıb pıçıldaşırlar. Bütün bunların səbəbini isə tezliklə 
ustasından öyrəndi. Həmin gün isə səhərə kimi yuxuya gedə bilmədi. Axı 
Səmanın heç bir səhvi yox idi. Müdir çağırır deyə kabinetə gedirdi. 
Başqasını çağırsa getməzdimi? Hər bir işçinin borcudur müdirin çağırışına 
cavab vermək. Necə deyə bilər ki getmirəm? Bu düşüncələr ilə fikrində 


qətiləşdi. Gələn dəfə kabinetə getməməkdə israr edəcəyini düşündü. Ən 
azından söz söhbətlər bitsin deyə. Adına söz yaymasınlar deyə.Təxminən 
dörd gün sonra ustabaşı Səmaya Mehdi bəyin onu kabinetinə çağırdığnı 
dedi. Səma da: 
-
Get Mehdi bəyə de ki, əlində tikiş-tikir. 
Bu cavabdan mat qalan ustabaşı məcburən müdirin otağına gedib, 
Səmanın gəlməyəcəyini deyir. O gün Mehdi bəy dəfələrlə ustabaşını 
Səmanın arxasınca göndərir. Lakin hər dəfə eyni cavabla gedir qayıdır. 
Səmanın bu hərəkədi Mehdi bəyi əsəbləşdirir. Və işdən qovulması üçün 
ərizəsini tələb edir.
Səma işdən çıxmaq istəmirdi. Onu Mehdi bəyin kabinetinə getmədyi üçün 
qovacaqdılar. Bütün söz söhbətlərə baxmayaraq kabinetin qapısını döyür.
- Gəlin! 
- Bağışlayın Mehdi bəy. Mən... 
- Siz özünüzü nə zənn edirsiz? Məgər bilmirsiz ki, müdir işçini çağırarkən 
əlində hər nə iş görürsə kənara qoyub, əmrə tabe olmalıdır? 
- Mən.... Mən bilirəm. Lakin... 
- Lakin nə? Məgər işdən qovulmaq istəyirsiz? Elədirsə, sizə bu imkanı 
verirəm. Buyurun, ərizənizi yazın və çıxın.- Bu sözləri qəzəbli olduğu üçün 
deyirdi. Əslində isə Səmanı incitmək niyyəti yox idi. Sadəcə gün boyu 
onun əmrinə tabe olmamağına yanırdı.
- Mən işdən çıxmaq istəmirəm. Siz məni qovursuz? 
-Xeyir! Sizin kimi işçiyə ehtiyacımız var. Lakin sizin bugünkü 
hörmətsizliyiniz məni bu qərarı verməyə vadar etdi.
- ... 
- Gəlməməyinizin səbəbi nə idi? Hər halda ciddi səbəb olmalıdır ki, 
müdirin əmrindən çıxasız.
- İşçi yoldaşlarım. 
- Anlamıram. İzzah edin. 


- İşçi yoldaşlarım məni tez-tez çağırmağınızdan dedi-qodu edir. Mən də 
daha çağırmayasız deyə... 
- Necə? Yəni o qədər boş qalıblar ki, mənim kabinetimə kimi çağırdığımı, 
neçə dəfə çağırdığımı güdürlər? 
- ... 
-Bu saat! – tələsik yerindən durub kabineti tərk etdi. 
-Mehdi bəy, çox xahiş edirəm. –Səma onun bütün işçiləri qova 
biləcəyindən qorxdu. Lakin düşündü ki, elə iş tutsa müdir işçisiz iflas ola 
bilər. Ona görə Səma kabinetdən çıxmadı. Arada qulağına Medi bəyin səsi 
gəlirdi. 
- Siz o qədər bekarsız? İşinizin öhdəsindən gəlməyi öyrənin. Onun bunun 
arxasınca söz etməyi yığışdırın. Müdir olaraq kabinetimə kimsəni 
çağırmağa haqqım yoxdu məgər? Bu cür axmaqlığı bir daha görməyim, 
eşitməyim! Bu ilk və son xəbərdarlığımdır.
Bu müddət ərzində Səma boş vərəq götürdü. İbditai təhsili vardı. 
Kəndlərində o zamanlar qızları oxutmurdular. Səma da yaşadığı faciədən 
sonra məktəbə gedə bilmədi. İndi bu söz söhbəti müdirinə dediyi üçün 
peşman olmuşdu. İş yoldaşlarının gözündə lap müdirin sevgilisi kimi 
görünəcəkdi. O isə bunu istəmirdi. Ona görə bütün işçilər danlanmışdı. 
Tez bir zamanda işdən çıxmağa qərar verdi. Ərizəni hərf -hərf yazsa da 
cəmi iki cümlə ilə kifayətləndi. Qısa zamandan sonra Mehdi bəy kabinetə 
döndü. Çox əsəbləşmişdi. Hisslərini cilovlaya bilmirdi. Üstəlik kənar 
insanların onun hisslərini anlamaları xoşuna gəlməmişdi. Çünki o hisslərin 
sahibi Səma heç nədən xəbərsiz idi. Onun adının hallanmasını ağlına da 
gətirmək istəmirdi. Səmanın oturduğunu görüb masasına yaxınlaşdı. 
Üsünə yeni qoyulmuş ağ vərəqi əlinə alıb oxudu: “Ailəmin məsləhəti ilə 
işimdən çıxmağa qərar verdim. Bu işə yaramadığımı düşünürəm”.
-
Bu nə deməkdir? 
-
.... 
-
Siz işdən könüllü getmək istəyirsiz? 
-
Bəli. 
-
Axı niyə? Mən ki, dedim sizə ehtiyacımız var. 


-
Mən məcburam.
-
Bəs nə edəcəksiz? 
-
Hər zamankı kimi evdə tikəcəm. 
-
Belə olmaz. Burda işləyənlərdən qat-qat bacarıqlısız. Deyilən sözlərə 
fikir verməyin. Əgər lazım olsa sizi heç çağırmaram kabinetimə. Sözüm 
olsa ustabaşınıza deyərəm çatdırar. Amma çıxmağı ağlınıza 
gətirməyin. 
-
Sağolun Mehdi bəy. –deyərək kabineti tərk etdi. 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə