Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix01.09.2018
ölçüsü1,32 Mb.
#66315
  1   2   3   4


Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 16 (20.917)

28 yanvar 2014-cü il, çərşənbə axşamı  

     Bu  barədə  qəzetimizə  “Naxçıvan  Biznes

Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin

direktoru Vüqar Səfərov məlumat verib. Onun

sözlərinə  görə,  xalçalarla  yanaşı,  hazırlanan

digər əl işlərinin üzərində də “Naxçıvan – 90”

ifadəsinin  əksini  tapması  nəzərdə  tutulub.

Hazırda  xalq  yaradıcılığı  emalatxanasında

3  xalça  toxunur.  Xalçaların  toxunmasına

yanvar  ayından  başlanılıb  və  toxucular,

əsasən, Naxçıvan xalçaçılığına məxsus olan

ornament lərdən istifadə edirlər. 

    Muxtar respublikamızda xalçaçılıq ənənə-

lərinin yaşadılması, keyfiyyətli yerli xalçaların

istehsalının kütləviliyinə nail olunması, evlərdə

kiçik  xalça  istehsalı  sahələrinin  yaradılması

son dövrlərdə xüsusilə diqqət mərkəzində sax-

lanılan  məsələlərdəndir.  Qeyd  edək  ki,  bir

müddət öncə Naxçıvan Muxtar Respublikası

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

yanında Dövlət Məşğulluq Xidməti işaxtaran

vətəndaşları  Naxçıvan  Regional  Peşə  Tədris

Mərkəzində xalçaçı peşəsi üzrə kurs keçməyə

dəvət edib. Xidmət tərəfindən verilmiş elanda

bildirilir  ki,  peşə  hazırlığı  kursunda  iştirak

etmək  istəyənlər  2014-cü  il  fevralın  10-dək

tələb  olunan  sənədləri  yaşadıqları  ərazi  üzrə

məşğulluq  mərkəzlərinə  təqdim  etməlidirlər. 

    Naxçıvan Regional Peşə Tədris Mərkəzində

açılmış xalçaçılıq üzrə peşə kursları, Naxçıvan

Qızlar Liseyində tikiş, toxuculuq və xalçaçılıq

dərnəyinin  fəaliyyətə  başlaması,  “Naxçıvan

Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiy-

yətinin xalq yaradıcılığı emalatxanasında xalça

toxunmasının təşkili gələcəkdə hər bir xalçaçının

özünün bir kiçik toxuculuq fabrikinin, müəssi-

səsinin sahibinə çevrilməsinə imkan verəcək. 



Bu il xalq yaradıcılığı  

emalatxanasında toxunacaq 

bütün xalçaların üzərində 

“Naxçıvan – 90” yazılacaq

  Ordubad  Rayon  Vergilər

Şöbəsində “Nağdsız  hesab-

laşmaların  üstünlükləri”

mövzusunda vergi ödəyiciləri

ilə görüş keçirilib. 

    Tədbiri  rayon  Vergilər  Şö-

bəsinin rəisi Məhəmməd İbadov

açaraq  qeyd  edib  ki,  nağdsız

ödənişlər vəsaitlərin dövriyyə-

sinin sürətləndirilməsində, nağd

pulların  çapı,  daşınması,  sax-

lanması  və  təsərrüfat  əməliy-

yatlarının  xərclərinin  azalma-

sında, nəticədə isə iqtisadiyyatın

inkişafında  əhəmiyyətli rol oy-

nayır. Nağdsız hesablaşmaların

ödəniş kartları, bank köçürmə-

ləri, çeklər və sair kimi müxtəlif

növləri  mövcuddur.  Onlardan

ödəniş kartlarını xüsusilə qeyd

etmək lazımdır.  Nağdsız ödəniş

sisteminin inkişafı, nağdsız döv-

riyyənin  genişləndirilməsi  cə-

miyyətdə  maliyyə  sabitliyinin

qorunub saxlanılması baxımın-

dan zəruri sayılır. Bildirilib ki,

nağdsız ödəniş pul nişanlarından

istifadə etmədən pul vəsaitlərinin

bir bank hesabından digər bank

hesabına köçürülməsi vasitəsilə

həyata keçirilən hesablaşmadır.

Hazırkı mərhələdə nağdsız əmə-

liyyatlar  “POS-terminal” adla-

nan aparatlardan və internetdən

istifadə etməklə kartların köməyi

ilə aparılır.

    Qeyd edilib ki, nağd pul it-

dikdə,  oğurlandıqda  onu  qay-

tarmaq çətin olduğu halda, plas-

tik kart itirilsə belə, digər şəxs-

lər ondan istifadə edə bilmirlər

və  beləcə,  pul  itmiş  və  oğur-

lanmış  sayılmır.  Kart  itəndə,

yaxud oğurlananda banka mə-

lumat  vermək  kifayətdir  ki,

bloklaşdırma  aparılsın  və  heç

kim ondan istifadə edə bilmə-

sin.  Bundan  başqa,  nağdsız

ödənişlərin hamısı rəsmi qey-

diyyata alınır və bu vəsaiti ver-

gidən  yayındırmaq  mümkün

deyil.  Bu  isə  o  deməkdir  ki,

nağdsız  ödənişlərin  genişlən-

məsi dövlət büdcəsinə daxilol-

maları da şəffaflaşdırır.

    Sonda iştirakçıların sualları

cavablandırılıb,  vergi  ödəyici-

lərinin nağdsız hesablaşmaların

aparılmasındakı rolu müzakirə

edilib.


Nağdsız hesablaşmaların

üstünlükləri müzakirə 

edilib

  “Naxçıvan  xalçaçıları”  kitabı  ABŞ-da

ingilis  dilində  çapdan  çıxıb.  Kitab  Nyu-

Yorkun  “Hudson  Publishing”  nəşriyyat

evində çap edilib. 

    Professor Vidadi Muradovun müəllifi ol-

duğu  kitabın  ingilis  dilində  nəşr  olunması

Azərbaycan  xalçaçılığının  dünyada  təbliği

baxımından  mühüm  əhəmiyyət  kəsb  edir.

Nəfis  tərtibatı  ilə  diqqəti  cəlb  edən  kitabda

Naxçıvan Muxtar Respublikasının 7 rayonunun

68 kəndindən 254 toxucu haqqında məlumatlar,

rəngarəng  ekspedisiya  materialları  yer  alıb.

Kitabda Şahbuzdan 31, Şərurdan 58, Babəkdən

49, Culfadan 37, Sədərəkdən 8, Kəngərlidən

35, Ordubaddan 36 toxucunun həyat və fəa-

liyyəti  ilə  yanaşı,  qədim  abidələrdən,  şəxsi

fantaziyalardan  qaynaqlanaraq  toxunan  xal-

çalardan da bəhs edilib.

Xəbərlər şöbəsi

“Naxçıvan xalçaçıları” kitabı

Nyu-Yorkda nəşr olunub

     İqtisadiyyatda öz aparıcı möv-

qeyini  qoruyan  kənd  təsərrüfatı

sektoru  2013-cü  ildə  də  muxtar

respublikada  diqqət  mərkəzində

saxlanılmış, Naxçıvan Muxtar Res-

publikası Ali Məclisi Sədrinin 17

sentyabr 2008-ci il tarixli Sərəncamı

ilə  təsdiq  edilmiş  “2008-2015-ci

illərdə Naxçıvan Muxtar Respub-

likasında əhalinin ərzaq məhsulları

ilə etibarlı təminatına dair Dövlət

Proqramı”na uyğun olaraq, bu is-

tiqamətdə ardıcıl və məqsədyönlü

tədbirlər həyata keçirilmişdir. Bunu

Culfa  rayonunun  timsalında  da

görmək mümkündür.

    2013-cü  ildə  bölgənin  kənd

təsərrüfatı məhsulları istehsalçı-

larına  50  faiz  güzəştli  şərtlərlə

218  min  100  manat  dəyərində

605,5 ton mineral gübrə satılmış,

yanacaq və motor yağlarına görə

40 manat hesabı ilə 1002 isteh-

salçıya 295 min 400 manat yar-

dım  edilmiş,  həmçinin  muxtar

respublikada fəaliyyət göstərən

bank  və  kredit  təşkilatları  tərə-

findən 72 nəfər kənd təsərrüfatı

məhsulları istehsalçısına 104 min

manat kredit verilmişdir. Həmin

kreditin 83 min manatından əkin-

çilikdə, 21 min manatından isə

heyvandarlıqda  istifadə  olun-

muşdur.  Bu  dövrdə  rayona  31

ədəd  müxtəliftəyinatlı  kənd  tə-

sərrüfatı  texnikası  və  aqreqatı

alınıb gətirilmişdir.

    Aqrar sektorda özəl bölmənin

xüsusi  çəkisi  var.  Bu  səbəbdən

də  özəl  bölməyə  qayğı  davam

etdirilmiş,  sahibkarlar  müxtəlif

dövlət yardımlarından bəhrələn-

mişlər. Belə ki, bəhs olunan dövr-

də Naxçıvan Muxtar Respublikası

İqtisadi İnkişaf Nazirliyinin Sa-

hibkarlığa  Kömək  Fondu  tərə-

findən rayonda bağçılıq təsərrü-

fatının yaradılması üçün 52 min,

kompot  istehsalı  üçün  10  min,

quşçuluq  təsərrüfatının  yaradıl-

ması üçün 15 min, pendir istehsalı

üçün 29 min, meyvə-tərəvəz qu-

rudulması sahəsinin yaradılması

üçün 34 min və heyvan yemi is-

tehsalı  üçün  12  min,  istixana

kompleksinin  yaradılması  üçün

15 min manat olmaqla, ümumi-

likdə,  8  layihə  üzrə  güzəştli

şərtlərlə  167  min  manat  kredit

verilmişdir. Yeni istehsal sahələ-

rinin yaradılması tələbat malları

istehsalı ilə yanaşı, əhalinin məş-

ğulluq problemlərinin həllinə də

əhəmiyyətli  təsir  göstərmişdir.

2013-cü ildə rayonda 116 yeni iş

yeri açılmışdır.

Aqrar sektorun inkişafına qayğı

dinamik xarakter alıb

    Vurğulanıb  ki,  sovet  rəhbərliyi

tərəfindən qədim Azərbaycan torpağı

olan Zəngəzurun Ermənistana ve-

rilməsi nəticəsində Naxçıvan Azər-

baycanın əsas ərazisindən ayrı dü-

şüb.  Qədim  diyarın  muxtariyyət

statusu  məsələsində  görkəmli

diplomat  Behbud  ağa  Şahtaxtins-

kinin  prinsipial  mövqeyi,  məsələ

ilə bağlı Moskvada apardığı danı-

şıqlar, 1921-ci il martın 1-də V.İ.Le-

ninə  göndərdiyi  məktub,  nəhayət,

Rusiyanın  Naxçıvan  məsələsinə

münasibətini  müsbət  istiqamətdə

dəyişməsinə səbəb oldu. Nəticədə,

Naxçıvan  muxtar  statusu  RSFSR

ilə  Türkiyə  arasında  imzalanan

Moskva müqaviləsində təsbit edildi.

Elə həmin il oktyabrın 13-də RSFSR

ilə  Azərbaycan  SSR,  Ermənistan

SSR,  Gürcüstan  SSR  və  Türkiyə

arasında imzalanmış Qars müqavi-

ləsinə  əsasən,  Naxçıvanın  ərazisi,

sərhədləri  daha  da  dəqiqləşdirildi.

Həmin müqavilələrlə Rusiya, Tür-

kiyə və Cənubi Qafqaz respublikaları

Naxçıvana Azərbaycanın tərkibində

muxtar  qurum  kimi  tanınan  bey-

nəlxalq hüquqi təminat verdilər.

    Qeyd olunub ki, muxtar qurumlar

yaranma əsaslarına görə milli-ərazi

və inzibati-ərazi əlamətlərinə ayrılır.

Naxçıvan Muxtar Respublikası döv-

lətin  əsas  ərazilərindən  tam  təcrid

olunmuş vəziyyətə, geosiyasi əsasa

görə  yaranıb.  Belə  coğrafi-siyasi

əlamət tarixi zərurət kimi Naxçıvana

muxtar hüquqların verilməsini şərt-

ləndirib və qismən özünüidarə hü-

ququnun tanınmasına yol açıb. Çünki

Zəngəzur  mahalının  Ermənistana

verilməsi ilə Naxçıvan diyarı Azər-

baycanın  əsas  ərazilərindən  aralı

düşüb,  nəticədə,  muxtariyyət  mə-

sələsi gündəliyə gəlib. 

     “Naxçıvanın Azərbaycan SSR-in

tərkibində muxtar respublika hüqu-

qunun qanuni yolla təsbit edilməsi

1924-cü ilin fevralınadək ləngidildi”, –

deyən Cəfərqulu Quliyev bildirib ki,

həmin  il  fevralın  9-da  Azərbaycan

SSR Mərkəzi İcraiyyə Ko-

mitəsinin dekretinə əsasən,

Naxçıvan  muxtar  ölkəsi

Azərbaycan SSR tərkibində

muxtar  respublikaya  çev-

rildi.  Bununla  da,  qədim

diyarın statusu qəti şəkildə

müəyyənləşdi.

     Babək qəsəbə tam orta

məktəbinin tarix müəllimi

Möhsün  Həsənov  “Naxçıvan  müs-

təqillik illərində” mövzusunda danı-

şaraq bildirib ki, ötən əsrin sonlarında,

bölgəyə erməni hücumlarının aramsız

xarakter aldığı bir dövrdə, Azərbay-

canın əsas ərazisi ilə əlaqələrin kə-

sildiyi  şəraitdə  Naxçıvanın  muxta-

riyyət  statusu  çevik  siyasi,  iqtisadi

və  humanitar  xarakterli  addımların

atılmasına,  muxtariyyətin  ərazisinə

edilən qəsdlər barədə beynəlxalq ic-

timaiyyətin məlumatlandırılmasına,

beləliklə də, Azərbaycanın tarixi əra-

zisinin qorunub saxlanılmasına imkan

yaradıb. Naxçıvanın muxtariyyət sta-

tusu ötən əsrin 90-cı illərində Azər-

baycanın müstəqillik uğrunda apardığı

mübarizə  dövründə  mühüm  amil

olub.  Bu  status  ulu  öndər  Heydər

Əliyevin 1990-1993-cü illərdəki siyasi

fəaliyyəti dövründə Naxçıvanın su-

veren  hüquqlarının  təmin  edilməsi

uğrunda  gedən  mübarizədə  xüsusi

əhəmiyyət kəsb edib.

    Sonra şagirdlər muzeyin ekspo-

zisiyası ilə tanış olublar.



    Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində Babək qəsəbə və Qo-

şadizə  kənd  tam  orta  məktəbləri  şagirdlərinin  iştirakı  ilə  açıq  dərs

keçilib.  Naxçıvan  Muxtar  Respublikasının  yaradılmasının  90  illiyi

münasibətilə keçilən açıq dərsdə Qoşadizə kənd tam orta məktəbinin

tarix müəllimi Cəfərqulu Quliyev “Naxçıvanın muxtariyyəti tarixi nai-

liyyətdir”  mövzusunda  danışıb.  Bildirilib  ki,  Azərbaycanın  ayrılmaz

tərkib  hissəsi  olan  Naxçıvan  Muxtar  Respublikası  həm  tarix  və

mədənilik baxımından, həm də yerləşdiyi geostrateji mövqeyinə görə

həmişə  maraq  dairəsində  olub.  Bu  səbəbdən  bu  qədim  diyar  tarixin

müxtəlif dövrlərində işğal xarakteri daşıyan hücumlara məruz qalsa

da, bütün çətinliklərə sinə gərib və öz varlığını qoruyub saxlaya bilib. 

“Muxtariyyət ili” ilə əlaqədar açıq dərs keçilib

    Nахçıvаn şəhərinin Babək mə-

həlləsində  istеhsаl  müəssisəsi

üçün tоrpаq sаhəsi аyrılmış, bu-

rаdа  müasir  layihə  əsasında  is-

tеhsаl sехi, хаmmаl və hаzır məh-

sullаrın sахlаnılmаsı üçün sоyu-

ducu аnbаr, lаbоrаtоriyа, inzibаti

binа tikilib istifadəyə verilmişdir.

2011-ci ilin əvvəlində istifadəyə

verilən müəssisədə Polşa istehsalı

olan müasir tехnоlоji аvаdаnlıqlаr

quraşdırılmış, istehsal prosesinə

mərkəzləşdirilmiş  qaydada  nə-

zarət təmin edilmişdir. Həmçinin

müəssisənin daim təzə ətlə təmin

olunması üçün Culfa rayonunun

Gülüstan  kəndi  ərazisində  yаr-

dımçı  təsərrüfаt  yaradılmışdır.

Hazırda müəssisədə “Nахçıvаn”,

“Hаlаl” və “Dоğmа tаm” çеşid-

lərdə hisə vеrilmiş və bişirilmiş

kоlbаsа, eləcə də  sоsiskа istеhsаl

оlunur.  Onu  da  qeyd  edək  ki,

müəssisə fəaliyyətə başlayan za-

man  2-3  çeşiddə  ət  və  ət  məh-

sulları istehsal olunurdusa, hazırda

burada 22 çeşiddə məhsul istehsal

edilir. 

    Burada хаmmаlın qəbulundаn

tutmuş  sаtışа  çıхаrılmаsınаdək

texnoloji  proseslərə  ciddi  əməl

оlunur: ət və hazır məhsul lаbо-

rаtоr аnаlizdən keçirildikdən sonra

istеhsаlа və satışa burахılır.

    “MM” əmtəə nişanı ilə satışa

çıxarılan məhsullar аlıcılаr tərə-

findən  rəğbətlə  qаrşılаnır. Ayrı-

аyrı ticаrət şirkətlərindən аlınаn

sifаrişlər də dаdı-tаmı ilə sеçilən

bu  yеrli  məhsulа  tələbаtın  çох

оlduğunu göstərir. Müəssisədə is-

tehsal  olunan  məhsulların  ölkə -

mizin digər regionlarında satışını

təmin etmək məqsədilə Bakı şə-

hərində satış mərkəzi yaradılmış-

dır. Gələcəkdə müəssisədə istеhsаl

edilən məhsullаrın xarici bazarlara

çıхаrılmаsı da plаnlаşdırılır. 

    İqtisadi  əlaqələri  genişlənən

müəssisədə  daxili  bazarın  tələ-

batına uyğun yeni istehsal sahə-

lərinin  yaradılması  məqsədilə

ətin konservləşdirilməsi, tara və

ətin  qovrulması  istehsalı  sahə-

lərinin  biznes-planı  hazırlanıb

Sahibkarlığa  Kömək  Fonduna

təqdim  olunmuşdur.  Layihənin

reallaşması  üçün  Sahibkarlığa

Kömək Fondundan 2013-cü ilin

sentyabr ayında dövlət maliyyə

dəstəyi göstərilmiş və layihənin

icrasına başlanılmışdır. Ətin kon-

servləşdirilməsi istehsalı sahəsi

üçün Almaniyanın “ASCA” şir-

kətindən  istehsal  gücü  saatda

600 ədəd 400 qramlıq tara olan,

ətin konservləşdirilməsi istehsalı

sahəsində  isə  istifadə  olunacaq

tara istehsalı üçün Çin istehsalı

olan müasir texnoloji avadanlıqlar

alınıb gətirilmişdir. Ətin qovrul-

ması  istehsalı  sahəsi  üçün Tür-

kiyə  Respublikasından  bu  sahə

üzrə  qabaqcıl  təcrübəyə  malik

şirkətlərlə müqavilələr bağlanmış,

maliyyə vəsaiti ödənilmişdir. İs-

tehsal  gücü  gündə  2  ton  olan

avadanlıqlar yaxın günlərdə alınıb

gətiriləcək və şirkətin mütəxəs-

sisləri tərəfindən quraşdırılacaq-

dır. Yeni istehsal sahələrinin ya-

radılması daxili bazarı keyfiyyətli

yerli ərzaq məhsulları ilə təmin

etməklə yanaşı, yeni iş yerlərinin

açılmasına da əlverişli şərait ya-

radacaq, 15 nəfər daimi işlə təmin

olunacaqdır.  



Nахçıvаn şəhərində fəаliyyət göstərən özəl müəssisə-

lərdən biri də “Müasir Məkan” ət və ət məhsulları istehsalı

müəssisəsidir. Bu müəssisə də dövlət qаyğısındаn bəhrələn-

miş, müəssisəyə Sаhibkаrlığа  Kömək Fоndu tərəfindən

2010-cu ilin mart ayında 260 min mаnаt dövlət mаliyyə

dəstəyi göstərilmişdir. 

“Müasir Məkan”da yeni istehsal 

sahələri yaradılır


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə