Kim necə cavab verəRDİ



Yüklə 18,55 Kb.
tarix02.01.2018
ölçüsü18,55 Kb.
#19134
növüYazı

KİM NECƏ CAVAB VERƏRDİ
Təsəvvür edin ki, yazıçılarımızdan bəzilərinin evlərinə telefon zəngləri vurulur. Hamısında da nomrə səhv yığılır. Belə olduqda hərə öz xarakterinə uyğun necə cavab verərdi?

***


- Xalacan bura uşaq bağçasıdır?

Mirvarid Dilbazi:

- Ey gül balam, çiçək balam,

Şirin dilli göyçək balam

Sabah düz yığ nömrəni sən,

Bu gün ora düşməmisən.
***

- Bağışlayın, Əli Bayramov, 80- dır?



Əlfi Qasımov:

- Gözləyin, bu dəqiqə yoxlayım, deyərəm. Hə... Əli Bayramov... Nə 80-nin, nə də 81-in nəşriyyat planında yoxsan. 82-yə zayavka ver, baxarıq..


***

- Bu, 24-35- dir?



Gülhüseyn Hüseynoğlu:

- Mənim əziz, mənim hörmətli, mənim məhəbbətli oxucum, əziz, hörmətli, məhəbbətli oxucum mənim. Əfsuslar ki, siz istədiyiniz nömrəyə düşməmisiniz. Düşməmisiniz istədiyiniz nömrəyə siz. Əfsuslar... Əfsuslar... Əfsuslar...


***

- Əmi, qonşu otaqdan atamı telefona çağırın da...



Tofiq Mahmud:

- Mənim göyərçin balam, əvvəla uşaq günü münasibətilə səni və balaca dostlarını ürəkdən təbrik edirəm! Hamınız şən, xoşbəxt böyüyəsiniz. Vətənə, xalqa ləyaqətli oğullar, qızlar olasınız. Sonra... sən ora düşməmisən, bala.


***

- Allo? Haradı bu?



Əbülhəsən:

- Əzizim, bunun heç mətləbə dəxli filanı yoxdur! Qoy işləyək! Bilirəm nə soruşacaqsan: “Basqaldan İsmayıllıya neçə kilometrdir?” Bilmirəm! Bilmirəm! Heç bilmək də istəmirəm!!! İnteresni adamlar var dünyada!,,


***

- Kimdir telefonda mənimlə danışan? Bıy! Nəriman qağa?! Gör haraya düşmüşəm ey. Namazdır.



Nəriman Həsənzadə:

- Ə, eloğlu, qadan alım, ay Namaz, “Zəng vuranda danış bir az, gül bir az...”


***

- Bura şərab zavodudur?



Qabil:

- Xeyr! Bura şair Qabilin evidir! Yekə kişisən, bir telefon nömrəsini də düz yığa bilmirsən! Nəsimi sən yaşda olanda dərisini çoxdan soymuşdular. Otboy ver. Mən Yardımlı ilə danışacağam. Sən də get poemamı oxu!


***

- Bağışlayın, mən hara düşmüşəm?



Məhərrəm Əlizadə

- Ə... mən nə bilim hara düşmüsən? Qoysana qatığımızı içib, muskomediyamızı yazaq.


***

- Bura Həsəngilin evidir?



Hüseyn Arif:

- Həsəngilin deyil, Hüseyngilin evidir. Fərqi yoxdur, hamımız bir xalqın oğluyuq. Nə sözün var, de.


***

- Üzr istəyirəm, bura haradır?



Süleyman Rəhimov:

- Necə deyərlər, baxanda baxıb görürük ki, siz hələ istədiyiniz ünvanı neyləyirsiniz, axtarırsınız. Axtaran gec də olsa, yəni bu gün olmasa, sabah da olmasa, aylar da ötsə, illər də keçsə, qərinələr, əsrlər də dolansa, axırı neyləyər, tapar.


***

- Allo... Bıy!.. İlyas müəllim? Salam! Təsadüfə bax ey!.. Mən sizin “Valehlə Sarıköynəyin nağılı” əsərinizi təzəliklə oxuyub qurtarmışam...



İlyas Əfəndiyev:

- Ə, oxumusan, bə bayaqdan niyə demirsən, fikrim əladır?



***

- Danışan rəfiqəsidir, zəhmət olmasa, Reyhanı çağırın telefona.



Süleyman Rüstəm:

- Burda Reyhan yaşamır, yaxşı Süleyman yaşayır.

Xalqına işdə sədaqətli bir oğlan yaşayır.
Görməsəm də bilirəm, gül üzünü mən, gözəlim,

“Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim”



***

- Bağışlayın... deyəsən, mən səhv eləmişəm, ora düşməmişəm...



Atif Zeynallı:

- Alə!.. Səhv eləmisən, özü də yekəsindən! Dolamısan məni?! Bir də çaşıb bura düşsən, xərək gətir, gəl meyidüvi apar!.


***

- Allo?.. Pardon! Nömrəni düz yığmamışam. Qəbahətimə görə üzr istəyirəm...



Xəlil Rza:

“Pardon” - əcnəbi kəlməsidir. Bu sözü işlətdiyinə görə 5 qəpik cərimə olunursan. Lakin səhvini vaxtında etiraf etdiyin üçün 10 qəpik mükafatlanırsan. Qazandığın 5 qəpiyi gəlib akademiyada məndən ala bilərsən. Igid dilimizin saflığı uğrunda gələcək mübarizələrdə sənə uğurlar olsun! Çalış ölmə!





Yüklə 18,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə