Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə1/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
  1   2   3   4   5   6   7   8   9   ...   30



“İdman hər bir xalqın mədəniyyətinin
səviyyədə olduğunu göstərir”
Heydər Əliyev
xalqımızın ümummilli lideri


 

AZƏRBAYCAN RESPUBLİKASI 
TƏHSİL NAZİRLİYİ 
 
AZƏRBAYCAN RESPUBLİKASININ 
GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ 
 
AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ 
VƏ İDMAN AKADEMİYASI 
 
Q.Ə.CƏBRAYILOV 
 
 
 
 
AĞIRLIQQALDIRMA İDMANINDA  
İDMANÇILARIN TAKTİKİ, TEXNİKİ VƏ 
PSİXOLOJİ  HAZIRLIĞI 
(dərs vəsaiti)  
 
 
Azərbaycan Respublikası 
Təhsil Nazirliyinin 
 413 saylı 08.04.2014-cü il tarixli 
əmri ilə təsdiq olunmuşdur. 
 
 
 
 
 
 
© Cəbrayılov 
 
 
BAKI - 2014 


 

Müəllif:       Cəbrayılov Qubad Əli oğlu 
Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi 
və İdman İşçisi, Əməkdar İdman xadimi, Əməkdar 
məşqçi, SSRİ İdman ustası, Respublika çempionu və 
rekordçusu, Beynəlxalq dərəcəli hakim, AZDBTİA-
nın “Ağırlıqqaldırma və boks” kafedrasının dosenti 
 
Редактор:   Hüseynov Süleyman Səfər oğlu 
“Dillər” kafedrasının  dosenti, filologiya üzrə 
fəlsəfə doktoru  
 
Rəyçilər:     Quliyev Dilqəm Qasım oğlu 
Azərb.DBTİA-nın Elmi işlər üzrə prorektoru, 
professor  
 
Qurbanov Xanlar Kazım oğlu  
“Güləş növlərinin nəzəriyyəsi və metodikası” 
kafedrasının müdiri, Əməkdar Bədən Tərbiyəsi və 
İdman Xadimi, fəlsəfə doktoru, professor 
 
Cəbrayılov Cəbrayıl Alı oğlu 
ATU-nun “Operativ cərrahlıq və topqrafik 
anatomiya” kafedrasının baş müəllimi, Beynəlxalq 
İdman ustası, Beynəlxalq dərəcəli hakim, Əməkdar 
məşqçi  
 
Nurməmmədov Azad Əziz oğlu 
“Ağırlıqqaldırma, boksun  nəzəriyyəsi və 
metodikası” kafedrasının baş müəllimi, İdman 
ustası, Beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi  
 
Sadıqov Sadıq Kazım oğlu 
Azərb.DBTİA-nın İdman Klubunun sədri, İdman 
ustası, Respublika dərəcəli hakim  
 
Bu  dərs  vəsaitindən  AZDBTİA-nın  əyani  və  qiyabi 
şöbələrinin  tələbələri,  fiziki  tərbiyə  müəllimləri,  məşqçiləri  və 
magistrlər də istifadə edə bilərlər.  


 

GİRİŞ 
 
Fiziki  hazırlıq  orqanizmin  hərtərəfli  hazırlığına,  idmançının 
sağlamlığının 
möhkəmləndirilməsinə, 
hərəki 
vərdişlərin 
təkmilləşdirilməsinə,  fiziki  keyfiyyətlərin  hər  tərəfli  inkişafına 
etdirilməsinə  yönəldilmiş  bir  prosesdir.  Ümumi  fiziki  hazırlıq 
həmdə, digər hazırlıq növləri üçün möhkəm təməml yaradır. 
Hazırda 
idmançıların 
göstərdikləri 
yüksək 
idman 
nailiyyətlərinin səviyyəsi onların orqanizminə qarşı ümumi fiziki 
hazırlıq baxımından olduqca yüksək tələblər qoyur.  Bu aşağdakı 
amillərlə  aydınlaşdırılır.  Keyfiyyətcə  yeni  nailiyyətlər  səviyyəsi 
həmişə 
idmançılardan  yeni  fiziki  keyfiyyətlərin  inkişaf 
etdirilməsini tələb edir. 
Fiziki  keyfiyyətlərin  müntəzəm  artım  sürəti  fiziki  yüklərin, 
yəni məşq yüklərinin durmadan artması ilə şərtlənir. 
Əzələ  gücünü,  orqanizmin  funksional  imkanlarını  inkişaf 
etdirmək üçün, məşqlərin fiziki yükünü artırmaq zəruridir. Yalnız 
son 5-6 il ərzində, demək olar ki, bütün idman növlərində, idman 
məşqlərin göstəriciləri bir neçə dəfə (3-4) artmışdır. 
Belə  yüksək  yüklərlə  məşq  etmək  üçün,  şübhəsiz  hər  tərəfli 
fiziki hazırlıq, idmançının möhkəm bünövrəyə malik olması tələb 
olunur. Buna görə də idman məşqinin yükünün və intensivliyinin 
hər cür yüksəldilməsindən əvvəl idmançıda fiziki hazırlığı kifayət 
qədər  yüksəltmək  lazımdır,  əks  halda  idmançının  orqanizmi 
yüksək yükə və intensivliyə dözə bilməz. 
Fiziki  hazırlığı  inkişaf  etdirmək  üçün  müxtəlif  metodlar  və 
vasitələr vardır. 
İdman  oyunları  ilə  məşğul  olanların  fziki  hazırlığını, 
təkmilləşdirmək  üçün,  məşqçilərin  təcrübəsinə  əsasən  bərabər, 
dəyişkən,  təkrar  interval,  dairəi,  yarış  və  başqa  məşq 
metodlarından  istifadə  olunur.  Bu  metodların  vasitəsilə  məşq 
prosesini  yarış  şəraitinə  maksimal  dərəcədə  yaxınlaşdırmaq  olur. 
Yuxarıda  qeyd  olunan  məəşq  metodların  məqsədinə  görə  yaxın 
olanda  məzmununa  görə  (hərəkətlərin  intensivliyinə,  intervalına 
və istirahətin xarakterinə) bir-birindən fərqlənirlər. 


 

İdmançının  fəaliyyətinin  təşkili  formalarına  görə  də  bu 
metodlar fərqlənirlər. 
İstifadə  olunan  vasitələrin  xarakterinə    və  fiziki  hazırlığa 
göstərdiyi təsirə görə fiziki hazırlıq iki yerə: 
1) Ümumi fiziki hazırlıq 
2) Xüsusi fiziki hazırlıq 
Bir  şeyi  nəzərə  almaq  lazımdır  ki,  hazırlığın  yuxarıda 
göstərildiyi kimi (bölünməsi müəyyən) şərti xarakter daşıyır. 
Beləki,  hər  iki  fiziki  hazırlıq  formalarının  məqsəd  və 
vəzifələri  bir  çox  hallarda  bir-biriylə  eyniləşir  və  yaxud  da 
olduqca yaxınlaşır. 
Lakin  yenə  də  qeyd  etmək  lazımdır  ki,  bu  hazırlıq  formaları 
eyni  deyildir  və  onların  vasitə  və  metodlarıda  bir-birindən  əsaslı 
sürətdə fərqlənir. 
Fiziki  hazırlıq  –  insanların  əməyə,  idmana,  orduya 
istiqamətləndirilmiş fiziki tərbiyəsidir. 
Seçilmiş idman növlərindən digər idman növləri və ya burada 
olan  fiziki  hərəkətlərlə  məşğul  olmaqla,  fiziki  qabiliyyətlərin 
tərbiyə olunması, ümumi fiziki hazırlıq adlanır.  
Seçilmiş idman növləindən, xüsusi fiziki hərəkətlərlə məşğul 
olmaqla,  fiziki  qabiliyyətlərin  tərbiyə  olunması  xüsusi  fiziki 
hazırlıq adlanır. 
İdmançının  fiziki  hazırlığı  onun  fiziki  keyfiyyətləri  ilə 
müəyyən olunur. 
Fiziki  keyfiyyətlərə  daha  düzgün  məna  vermək  üçün,  onları 
fiziki  və  ya  hərəki  qabiliyyətlər,  bəzən  isə  fiziki  bacarıqlar 
adlandırılır. 
Ümumi  fiziki  hazırlığın  qarşısında  duran  vəzifələr 
aşağıdakılardır: 
1)  İdmançının  orqanizmin  hər  tərəfli  inkişafını  təmin  etmək 
üçün  qüvvə,  dözümlülük,  cəldlilik,  çeviklik,  sürət  və  mütəhərlik 
kimi fiziki keyfiyyətləri tərbiyə etmək. 
2)  İdman  məşğələlərinin  yükünü  aşağı  salarkən  (keçid 
dövründə)  fəal  istirahət    üçün  şərait  yaratmaq;  bərpa  prosesinin 
(yaratmaq) fəallaşdırılması və tezləşdirilməsin təmin etmək. 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə