Evolution of The Azerbaijani Language and Idendity


İsim Necə Hal Qəbul Edə Bilər?



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix30.10.2018
ölçüsü1,33 Mb.
#76160
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   19

 

37 


İsim Necə Hal Qəbul Edə Bilər? 

İsim bir sintaktik quruluşun içində neçə hal qəbul edə bilər? - sualına təkcə belə 

yanaşmaq olar: isim bir sintaktik əlaqədə ancaq bir halda çıxış edər, və  zərurətən adını 

cəkdiyimiz halların birini qəbul etməlidir. Belə bir durumu təsəvvürə gətirmək olmaz ki, bir 

cümlədə bir isim bir fellə təsirlik əlaqəsində, eyn zamanda həmin fel, ya da başqa bir fellə 

çıxışlıq  əlaqəsində ola. Bu üzdən bu kimi hallar eyni isimdə birləşə bilmir. Ancaq elə 

qramatik quruluşlar var ki, bir nitq hissəsi iki müxtəlif nitq hissəsi ilə iki müxtəlif sintaktik 

əlaqə oluşdurur (qoşa sintaktik bağlantılar). Məsələn  Yaşar kitabı bir gündə oxudu 

cümləsində  oxudu feli qoşa sintaktik bağlantıdadır:  kitab oxumaq  və  bir gündə oxumaq

Birincisi idarə əlaqəsi, ikincisi isə atributiv əlaqədir və oxudu feli bu alaqələrin hər ikisində 

iştirak edir. İsim də qoşa sintaktik bağlantılarda ola bilir. Misallarda qoşa sintaktik 

bağlantıda olan isimlərin altı cizilmişdir: 

- Mən Fizulinin divanını oxumuşam (mənsubiyyət+ idarə). 

- Qızım öyrəncidir (mənsubiyyət+mübtədalıq). 

- Araqçının məndədir (yerlik+xəbərlik). 

- Qardşımla kinoya getdim (mənsubiyyət+eşlik). 

 

Bir ismin zahirən iki halda görünməsi bəzi vaxtlar əslində bir haldır. Bəzi misallara 



fikir versək, məsəla aydınlaşar: 

1 ‐ İsmi birləşmələrdə belə durumlar ortaya çıxır ki, bir kərə hal şəkilçisi qəbul etmiş 

isim bir daha başqa bir hal şəkilçisi qəbul edir: qardaşınla kinoya getdim 

(mənsubiyyət+eşlik), qızımın adı Sevildir (mənsubiyyət+genitiv). Həqiqət belədir ki, söz 

birləşməsi (sənin qardaşın) yenidən sintaktik əlaqəyə girəndə çılpaq bir isim kimi (bir leksik 

vahid kimi, adlıq halda) dəyərləndirilməlidir və belə hesab edilməlidir ki, yeni artırılan 

şəkilçi onun bir tərkib hissəsinə deyil, zatən birləşmənin bütününə artırılır: sənin qardaşınla 

= (sənin qardaşın)la. Bu o deməkdir kiqardaş sözü mənsubiyyət halında, sənin qardaşın 

sözü isə eşlik halda səslənir. 

2 - İsmin bir çox halları eyn zamanda xəbər rolunda çıxış edir, bu isə zahirdə ismin iki 

halda çıxış etməyini göstərir:  Bu kitab Yaşarındır, Bu xəbər  Bakıdandır, mənim inamım 



Azərbaycanadır, mənim gözüm səndədir.  

Məsələ ondadır ki, xəbər  şəkilçisi  şəkilçiləşmiş feldir. Onda həm məhdud ölçüdə 

şəkilçi xüsusiyyətləri var (qoşulduğu kəlmənin səs quruluşuna tabe olur, amma vurğu qəbul 

etmir), həm də fel kimi onda idarə etmə qabiliyyəti var. Bu xəbər Bakıdandır cümləsinində 



Bakidan sözünün çıxışlıq halında olması həmin xəbər şəkilçisinin tələbinə görədir. Xəbər 

şəkilçisini müstəqil bir fellə  dəyişsək, məsələ aydınlaşar:  Bu xəbər Bakıdan gəlir,  Mənim 



inamım Azərbaycana söykənir, mənim gözüm səndə qalıb. 

3 - Bəzi vaxtlar söz birləşmələri ixtisar edilmiş səkildə işləndiyinə görə ismin zahirdə 

iki hal qəbul etdiyi nəzərə  gəlir, və  həmin söz birləşməlarinin mükəmməl  şakli yerinə 

qoyulsa, aydın olacaq ki, şakilçi ismə deyil, zatən adlıq hal dəyərində olan ismi birləşməyə 

artırılmışdır: qızım öyrəncidir => mənim qızım öyrəncidirbu kitab Yaşarındır => bu kitab 

yaşarın kitabıdır



 

38 


4 ‐ Hal şəkilçiləri adı ilə tanıdığımız vasitələr həmışə hal kateqoriyasına xidmət 

göstərmir.  Bunların  fəaliyyət  dayirəsi  çox  daha  genişdir.  Misalların  bəzilərində 

zahirdə  hal  şəkilçiləri  görünən  morfemlər  zatən  leksik  şəkilçilər  kimi  fəaliyyət 

göstərirlər  və  hal  kateqoriyası  ilə  bağlantıları  yoxdur.  Bakıda  görüş  iki  saat  sürdü 

misalında hal xüsusiyyəti olsa da, çox zəyifdir, bu daha çox atributiv birləşmədir və 

birinci  hissə  daha  çox  təyin  rolunda  çıxış  edir.  Bizdə  Azərbaycana  sevgi  sonsuzdur 

misalı  bu  fikri  daha  qabarıq  tərzdə  ifadə  edir.  Hal  şəkilçiləri  adı  ilə  tanıdığımız 

vasitələr,  təkcə  hal  kateqoriyasına  deyil,  həm  də  sözdüzəldici  şəkilçi  kimi  yeni 

sözlərin  törəməsinə  xidmət  göstərirlər.  Mən  səni  ürəkdən  sevirəm  misalında  ürəkdən 

sözü  zərflikdir.  Bu  misallar  leksikologiya  və  morfologiya  alanlarının  üst‐üstə 

düşdüyünü  göstərir  və  belə  bir  hökm  çıxarmağa  imkan  yaradır  ki,  sözdüzəldici  və 

sözdəyişdirici vasitələr bir‐birindən kəskin fərqlənmir. Başqa misallar: 

‐ Bir azdan gəlirəm (zaman zərfliyi). 

‐ Düzünü deyirəm (tərz zərfliyi). 

‐ Köndələninə çapmaq (tərz zərfliyi). 

‐ Çitin arşınını iki Şahıdan satmaq (kəmiyyət zərfilyi). 

‐ Sənin acığına Yaşarla kinoya getdim (səbəb zərfliyi). 

Hətta zahirdə üç halı özündə birləşdirən isimlərə rast gəlmək olur:  mənim könlüm 

səninlədir (genitiv+eşlik+xəbərlik). Bu üç halın birləşməsi neçə məsələ ilə bağlıdır. Birinci, 

xəbər  şəkilçisinin feli xüsusiyyəti ki, ismin müəyyən halını  tələb edir. Mənim könlüm 



səninlədir => mənim könlüm şəninlə yaşayır. İkinci, eşlik halın şəkilçisi (lə, la) şəkilçi ilə 

qoşma  arasında  keçid  mərhələsindədir  və  bu  üzdən  qoşmanın  bəzi  xüsusiyyətləri 

onda  qalmaqdadır.  Qoşmalar  ismin  müəyyən  halını  tələb  edirlər:  Yaşara  görə, 

Yaşardan ötrüYaşar kimiYaşar ilə. İsmin yerinə əvəzlik gələndə bəzən genitiv hal da 

fəal olur: onun kimi, onun ilə (=>onunla). Burada da hansısa həzf edilmiş bir hissə var 

və  həmin  hissə  yerinə  qoyulduğunda  durum  nüqsansız  görünür:  səninlə  (sənin 

özünlə)

 

Beləliklə,  bir  daha  ismin  bir  sintaktik  əlaqə  içində  sadəcə  bir  hal  qəbul  edə 



biləcəyi qənaətinə gələ bilərik: 

 

Baş vurulmuş qaynaqlar: 

1 - Ə. Dəmirçizadə və D. Quliyev: Azərbaycan Dilinin Qramatikası, Bakı 1938 

2 - S. Cəfərov, Ə. Abbasov, D. Quliev: Azərbaycan Dilinin Qramatikası, Bakı 1939 

3 - Professor B. Çobanzadə, F. Ağazadə: Türk Qrameri 

4 - M. Şirəliev: Azərbaycan Dilinin Qramatikası 

5 - M. Hüseynzadə, Müasir Azərbaycan Dili 

6 ‐ Ə. Abdullayev, Y. Seyidov, A. Həsənov: Müasir Azərbaycan Dili 

7 ‐ Y. Seyyidov: Azərbaycan Dilinin Qramatikası, Morfologiya 

8 - Dr. M.T. Zehtabi, Müasir Ədabi Azəri Dili 

9 - Mühərrəm Ərgin: Dil Bilgisi 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə