Evolution of The Azerbaijani Language and Idendity


Istifаdə оlunmuş ədəbiyyаt



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix30.10.2018
ölçüsü1,33 Mb.
#76160
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

 

30 


Istifаdə оlunmuş ədəbiyyаt: 

1. Аmаnsаrıеv, J. Türkmеn Diаlеktоlоqiyası. Аşqаbаt, 1970. 

2. Аbdullаyеv, M. Sахur Uşаqlаrının Nitq Nöqsаnlаrı: Onlаrı Nеcə Arаdаn Qаldırmаlı? // 

“Аnа Sözü” jurnаlı, 1993, №1‐6. 

3. Ахаtоv, Q.Х. Tаtаrskаya diаlеktоlоqiya. Ufа, 1979. 

4. Bаskаkоv, N.А. Sеvеrnıе Diаlеktı Altаyskоqо (Oyrоtskоqо) Yazıkа. Mоskvа, 1966. 

5. Bаskаkоv, N.А. Nоqаyskiy Yazık i Eqо Diаlеktı. Mоskvа‐Lеninqrаd, 1940. 

6.  Dəmirçizаdə, Ə. Azərbaycan Dilinin Üslubiyyаtı. Bаkı, 1962. 

7. Dmitriеv, N.K. Qrаmmаtikа Bаşkirskоqо Yazıkа. Mоskvа‐Lеninqrаd, 1948. 

8. Dmitriеv, N.K. Kаtеqоriya Prinаdlеjnоsti//Isslеdоvаniə pо Srаvnitеlğnоy Qrаmmаtikе 



Törkskiх Yazıkоv.  Ç.2. Mоskvа, 1956. 

9. Əzizоv, Е. Azərbaycan Dilinin Tаriхi Diаlеktоlоgiyаsı. Bаkı, 1999. 

10. Isхаkоv, F.Q., Pаlğmbах А.А. Qrаmmаtikа Tuvinskоqо Yazıkа. Mоskvа, 1961. 

11. Kоnоnоv, А.N., Qrаmmаtikа Sоvrеmеnnоqо Uzbеkskоqо Litеrаturnоqо Yazıkа

Mоskvа‐Lеninqrаd, 1956. 

12. Mirzəzаdə, N., Azərbaycan Dilinin Tаriхi Qrаmmаtikаsı. Bаkı, 1990. 

13. Musаеv, K.M., Qrаmmаtikа Kаrаimskоqо Yazıkа. Mоskvа, 1964. 

14. Pоkrоvskаya, L.А., Qrаmmаtikа Qаqаuzskоqо Yazıkа. Mоskvа, 1964.  

15. Rаmstеdt, Q.I., Vvеdеniе v Altаyskое Yazıkоznаniе. Mоskvа, 1957. 

16. Sеrеbrеnnikоv, V.А., Hаcıyеvа, N.Z., Türk Dillərinin Müqаyisəli Tаriхi 



Qrаmmаtikаsı. (Tərcümə еdən: T.Hаcıyеv). Bаkı, 2002. 

17. Şirəliyеv, M., Azərbaycan Diаlеktоlоgiyаsının əsаslаrı. Bаkı, 1967. 

18. Şçеrbаk, А.M., Qrаmmаtiçеskiy Oçеrk Yazıkа Törkskiх Tеkstоv X‐XIII vv. iz 

Vоstоçnоqо Turkmеnistаnа. Mоskvа‐Lеninqrаd, 1961. 

19. Şçеrbаk, А.M., Qrаmmаtikа Stаrоuzbеkskоqо Yazıkа. Mоskvа‐Lеninqrаd, 1962. 

20. Şçеrbаk, А.M., Srаvnitеlnаya Qrаmmаtikа Törkskiх  Yazıkоv. Imya. Lеninqrаd, 1977. 

21. Vеkilоv, А.P., Turеtskаya Diаlеktоlоqiya. Lеninqrаd, 1973. 

 

 



 

İхtisаrlаr 

KDQ  ‐  Kitаbi‐Dədə  Qоrqud;  B.‐Bаkı,  Dər.  ‐  Dərbənd,  qər.‐qərb,  Qb.‐Qubа,  Gəd.‐

Gədəbəy,  İm.‐İmişli,  Kər.‐  Kərkük,  L.‐Lеrik,  Lən.‐Lənkərаn,  Muğ.  ‐  Muğаn,  Nах.‐ 

Nахçıvаn, Mеğ.‐ Mеğri, Ş.‐Şəki, Təb.‐ Təbriz, Zb.‐Zəngibаsаr, Zən. Zəngilаn. 

 



 

31 


 

 

Sərf və Nəhv Bir‐birindən Ayrı Deyil 

 

İbrahim Rafraf  



 

 

Giriş 

Azərbaycan Türkcəsində bütün dilçilik məsələləri, o cümlədən hal kateqoriyası, 

respublikada  elmi  fəaliyyət  göstərən  dil  mütəxəssisləri  tərəfindən  geniş  miqyasda 

və    bacarıqlı  şəkildə  araşdırılmış  və  bu  sahədə  möhtəşəm  bir  elmi  məktəb 

yaranmışdır. Bir  əsirdən  artıq  dəvam  edən  bu  gərgin  elmi  çalışmaların  nəticəsində 

bu  gün  Azərbaycan  dilçiliyi  yüksək  elmi  mənzilətlə  tanınmaqdadır.  Bir  qayda 

olaraq, qramatika fonetika (səs bilimi), morfologiya (sərf) və sintaksis (nəhv) başlıqlı 

üç  bölümdə  təhlil  edilər.  Ancaq  bu  üç  bölümü  bir‐  birindən  təcrid  edilmiş  halda 

görmək  ənənəsi  çox qədim  bir  ənənədir  və  təəssüflə  bəzən  yanlış  nəticələrə  də  yol 

açmışdır.  Onun  üçün  dilçiliyin  ayrı‐  ayrı  qolları  bir  orqanik  vəhdət  çərçivəsində 

təhlil edilməlidir, desək, yanlış fikir yürütmüş olmarıq. 

Biz morfo‐sintaktik kateqoriyaları ardıcıl məqalələr şəklində gözdən keçirəcəyik 

və  ümid  edirik  ki,  həmin  qeydlər  qramer  bilimində  yeni,  morfo‐sintaktik    baxışın 

inkişafında az da olsa, təsir qoymuş olsun. Dilin eyni zamanda sərf və nəhv alanına 

aid  olan  kateqoriyalarından  biri  də  ismin  hal  kateqoriyasıdır.  Hal  kateqoriyası 

üzərində  də  Azərbaycan  dilçiliyində  vahid  dilçilik  nəzəriyyəsi  mövcuddur,  ancaq 

bunu  keskinliklə  morfologiya  biliminin  tədqiq  obyekti  kimi  gormek  ənənəsi 

üzündən  bu  nəzəriyyə  bütün  durumları  izah  edəcək  imkanda  görünmür  və  bəzi 

yanlış nəticələrə yol açır, örnək olaraq: 

1 ‐ Hal kateqoriyasının geniş əhatəli tərifi yoxdur. 

2 ‐ ʺAdlıq halʺ deyə çox geniş qapsamlı və ibhamlı bir məfhum var. 

3  ‐  Hallar  sadəcə  morfolojik  əlamətlər  əsasında  təqdim  edilir,  hal  bu  ki,  ismin 

morfolojik əlamətlə temsil olunmayan bir çox qramatik halları var. 

4 ‐ Bu morfolojik əlamətlər təkcə hal kateqoriyasına xidmət etmir, onların başqa 

qramatik vəzifələri də var. 

5  ‐  Formal  əlamətlər  əsasında  qurulduğuna  görə,  hal  nəzəriyyəsi  Azərbaycan 

dilində  ismin  hallarının  hamısını  qeydə  ala  bilmir  və  dünyanın  bəzi 

dillərində hal kateqoriyasının zatən mövcud olmadığı qənaətindədir. 

6 ‐ İkinci və üçüncü növ təyini söz birləşmələrində bir ismin başqa ismi ʺidarəʺ 

etməsi  qəbul  edilir,  halbuki  idarə  əlaqəsi  ancaq  fellə  tamamlığın  sintaktik 

münasibətinə aiddir. 



 

32 


7 - Həmin növ söz birləşmələrində isimlərin arasında "uzlaşma"  əlaqəsindən söhbət 

gedir. Qeyd etmək lazimdir ki, uzlaşma  əlaqəsi ancaq mübtəda ilə  xəbərin 

münasibətinə aiddir. 

Bu  qeydləri  nəzərə  alaraq,  hal  kateqoriyasının  Azərbaycanın  güclü  dilçilik 

dairələri tərəfindən bir daha araşdırılması zərurəti özünü göstərməkdədir.  

Bu yazıda müəllif hal kateqoriyasına aid müəyyən mülahizələri önərgə şəklində 

təqdim etməkdədir. 

 

Ismin Halları Haqqında Ümumi Anlayış 

Nitq  çerçivəsində  isimler  başqa  hissələrə  yaxud  da  cümlə  üzvlərinə  qarşı 

müxtəlif  sintaktik  münasibətlərdə  olurlar.  İsmin  hal  kateqoriyası  hemin 

münasibətləri öyrənən qramatik bölümdür. Dərs vəsaitində və qramer kitablarında ismin 

aşağı- yuxarı altı halı bu şəkildə təqdim edilməkdədir: adlıq, yiyəlik, təsirlik, yerlik, çıxışlıq, 

yönlük.  İsim müəyyən morfolojik əlamətlər qəbul etmekle yuxarıda qeyd edilen müxtəlif 

halların birində  çıxış edə bilir. İsmin adlıq halının morfolojik əlaməti yoxdur və  həmin 

əlamətsizlik özü bir morfolojik əlamət sayılır. Isim müəyyən sintaktik quruluşda sadəcə bir 

halda çıxış edə bilir. İsmin hal kateqoriyası sintaktik əlaqəyə girməyin hazırlıq mərhələsidir. 

Bura kimi hal ketoqoriyasının ana xətlərini təqdim  etmiş  olduq  və  hər  şey  zahirde 

nüqsansız görünür, ancaq məsələ bir az etraflı təhlil edilirsə, olduqca mürəkkəb bir 

durumla qarşılaşırıq. 

 

Şəkilçilər Morfo‐sintaktik Məzmunların Əlamətidir 

İlk  çaşqınlıq  oradan  irəli  gəlir  ki,  hər  hansı  morfolojik  əlamət  qəbul  etməyən, 

ʺçılpaqʺ  isim  adlıq  hal  altında  sıralanır,  və  hətta  ʺbəzi  dillərdə  isim  hər  hansı  hal 

şəkilçisi qəbul etməz, bu üzdən belə dillərdə hal kateqoriyası yoxdurʺ ‐ deyə yanlış 

bir  fikri  müdafiə  etmiş  oluruq.  Dünya  dillərinin  bir  çoxunda  morfolojik  əlamətlə 

temsil  olmayan  bol‐  bol  qramatik  kateqoriyalar  var.  Misal  üçün  İngiliscədə  felin 

müxtelif zamanlarda təsrifində şəxs şakilçiləri iştirak etmir və bəzən sadəcə üçüncü 

şəxsin təki müəyyən şəkilçi ilə temsil olunur (I go, you go, he goes, we go, you go, they 



go). Farscada ismin hal şəkilçiləri çox məhduddur, və müəyyən və qeyri‐ müəyyen 

təsirlik  hala  məhdudlaşır  (mən  ketabra  xandəm,  mən  ketabi  xandəm).  Türk  dilində 

yanaşma əlaqəsini əks etdirən hər hansı morfolojik əlamət yoxdur (dəmir qapı, böyük 

şair). Bununla belə bu dillərdə bu kimi qramatik kateqoriyaların mövcud olmadığını 

iddia  etmək  yanlış  olar.  Həqiqət  odur  ki,  qramatik  kateqoriyalar  hər  dildə  eyni 

şəkildə ifadə olunmur. Bəzi dillər (özəlliklə iltisaqi dillər) bu kateqoriyaları daha çox 

şəkilçi  vasitəsi  ilə  ifadə  edir,  bəzi  dillərdə  isə  söz  sırası  önəmli  rol  oynayır  (misal 

üçün  İngiliscədə  sual  cümləsi),  bəzən  isə  həmin  vəzifə  köməkçi  nitq  hissələrinin 

yardımı  ilə  həyata  keçir  (misal  üçün  çox  dillərdə  şərt  cümləsi  şəkilçi  ilə  deyil, 

köməkçi nitq hissələri ilə ifadə olunur). Fars dilində vokativ (xitablıq) hal müəyyən 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə