Evolution of The Azerbaijani Language and Idendity


Azərbaycan Dilində Bə’zi Atalar Sözü



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix30.10.2018
ölçüsü1,33 Mb.
#76160
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   19

 

43 


Azərbaycan Dilində Bə’zi Atalar Sözü 

Və Onların İngilizcə Qarşılığı 

İbrahim Rafraf 

 

 

 



Atalar sözu haqqında 

Atalar  sözü  xalqın  tarixi  bilincindən  qaynaqlanan  hekmətli  söz 

ifadələridir.  Müdrik  tarixi  şəxsiyyətlarin  ʺaforizmʺ  adı  ilə  qeydə  alınan 

hekmətli  söz  ifadələrindən  fərqli  olaraq,  atalar  sözünü  hər  hansı  müəllifin 

adı  ilə  bağlamaq  olmaz.  Bunlar  itkin  söz  müəlliflərinin  heyat  sınağından 

keçmiş  düşüncələri  sayılır.  Onun  üçün  tarixilik  bunların  başlıca 

xüsusiyyətini təşkil etməkdədir. 

Atalar sözünün ifadəsində müəyyən qədər fonetik gözəlliklər və qafiyə 

yaraşıqları  da  özünü  göstərməkdadir.  Bu  isə  onların  yüzillər  boyu  insan 

yaddaşında məskən salıb, yaşamağı üçün əlverişli bir vasitə sayılır. 

Atalar  sözü  müəyyan  hekmət  daşıdığına  görə  fikir  bitkinliyinə  malik 

olmalıdır,  və  bu  baxımdan  morfolojik  materyal  sayılan  “deyimlərdən” 

fərqlənər.  Deyimlər  hər  hansı  bitkin  fikir  ifadə  etməz  və  cümlə  daxilində 

müxtəlif dərəcələrdə qramatik dəyişikliklərə uğrayaraq sintaktik əlaqələrdə 

iştirak  edər.  Atalar  sözü  isə  qramatik  quruluş  baxımından  tesbit  olunmuş, 

başqa  qramatik  dəyişikliklərə  yol  verməyəcək  şəkildə  qalibləşmiş  söz 

ifadələridir. Ancaq deyimlər və atalar sözünün arasında bir keçid bolgəsi də 

görünməkdədir. Misallara fikir verək: 

 



 



Yorğanına görə ayağını uzat. 

 



Yeriməden yügürür. 

 



Sıçan olmamış dağarcıq dibi dəlir. 

 



Yağmadan guruldama. 

 



Verdin doyur, vurdun yıx. 

 



Beşdə alacağım yox, üçdə verəcəyim. 

 



Yaş da qurunun oduna yandı. 

 



Toyuq, dimdiyinə gorə qıqqılda. 

 



Səksən, doxsan, bir gün yoxsan. 

 



Hər hekmətə baş uzatma. 

 

Atalar sözü deyimlərə yanaşanda, məhdud şəkildə qramatik 



dəyişikləri qəbul edə bilir: 

 



 

Hər hekməte baş uzatma. 

 



Adam hər hekmətə baş uzatmaz. 

 



O hər hekmətə baş uzadır. 

 

 




 

44 


Atalar sözünün anlatdığı hekmət həm həqiqi, həm də məcazi mə'nada ola 

bilir: 


 

 



Aralıq sözü ev yıxar. 

 



İki baş bir qazanda qaynamaz. 

 

Həqiqi mə'na ifadə edən atalar sözü: 



 

Dinməyənin dinəni var. 

 

Arvadın şərikli olsun, malın şərikli olmasın. 



 

Dərdli deyingən olar. 

 

Qisas qiyamətə qalmaz. 



 

Ağıl başda olar, yaşda olmaz. 

 

Məcazi mə'na ifadə edən atalar sözü: 



 

İki baş bir qazanda qaynamaz. 

 

Böyük ağacın kölgəsi də böyük olar. 

 

Bu başa bu börk ancaq. 

 

Biri od olanda, o birisi su olmalıdır. 

 

Dərə xəlvət tülkü bəy. 

 

Həm həqiqi, həm də məcazi mə'na ifadə edən atalar sözü: 



 

Danışıq dananı qurda verər. 

 

Damı böyük olanın qarı da çox olar. 

 

Çömçənin qədrini aş daşanda bilərlər. 

 

At təpiyinə at dözər. 

 

Daş üstə əkin olmaz. 

 

 



 

 

Azərbaycanca‐ İngiliscə atalar sözü qarşılıqları: 



 

Aşpaz iki olanda şorba şit olar. Too many cooks spoil the broth. 

Vaxt sərvətdir. Time is money. 

Qonşu  toyuğu  qaz  görünər,  özgə  divarı  düz  görünər.  Qonşu  aşı  dadlı  olar.  The 

apples on the other side of the wall are sweeter. 



Hər ışıldayan qızıl deyil.  All that glitters is not gold. 

Zahirə inanma. Appearances are deceptive. 

Eşşəyə qızıl çatsan, qiyməti artmaz. An ass is but an ass, though laden with gold. 

Nə töksən aşına, o gələr qaşığına. As you make your bed, so you must lie in it. 

Əkdiyini biçərsən. As you sow, so shall you reap. 

Çıraq öz dibinə ışıq verməz. At the foot of the candle it is dark. 

Qara xəbər tez gələr. Bad news travels fast. 

 



 

45 


Qəp mal yiyəsinə qayıdar. A bad penny always comes back. 

Bugünkü  yumurta  sabahkı  toyuqdan  yaxşıdır.  Bugünkü  piy  sabahkı  quyruqdan 

yaxşıdır.  Bugünkü  toyuq  sabahkı  qazdan  yaxşıdır.  Better  an  egg  today,  than  a 

hen tomorrow. 



Damı böyük olanın qarı da çox olar. A big head has a big ache. 

İyidi sözündən tutarlar. A bird is known by its note, and a man by his talk. 

Qaranın üstünə boyaq olmaz. Black will take no other hue. 

İlan vurmuş ala çatıdan qorxar. A burnt child dreads fire. 

Qoruyan gözə çöp düşər. Care killed a cat. 

Dəvə yatar, yuxuda çiyid görər. The cat dreams of mice. 

Əvvəlcə məscidin içi, sonra eşiyi. Charity begins at home. 

Hesabı pak olanın üzü də ağ olar. A clear conscience fears no accusation. 

Çox göylə getməyin təpəsi üstə yerə gəlməyi də var. Hər göyə gedənin üzüqoylu 

gəlməyi də var. Climb not too high, lest the fall be greater. 

Yorğanına  görə  ayağını  uzat.  Cut  your  coat  according  to  your  cloth.  Stretch  your 

legs according to your coverlet. 



Dinsizin öhdəsindən imansız gələr. Diamond cuts diamonds. 

Saman çöpünü dirək eləmə. Donʹt make a mountain out of a mole hill. 

Boğulan adam kosa‐kola əl atar. A drowning man will cluch at a straw. 

Tez tərpənən qız alar, gec tərpənən dul alar.  The early bird catches the worm. 

Boş çuval ayaq üstə dayanmaz. An empty sack cannot stand upright. 

Eşşəyin anqırtısı özünə xoş gələr. Every ass likes to hear himself bray. 

Dözən aparar. Everything comes to him, who waits. 

Iyid yüz yaşar, fürsət bir düşər. Opportunity seldom knocks twice. Fortune knocks 

once at least at every manʹs gate. 



Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə. Go neither to a wedding, nor a 

christening without invitation. 



Ürəkdən ürəya yol olar. Heart speaks to heart. 

Ehtiyat  iyidin  yaraşığıdır.  He  that  fights  and  runs away  may  live  to  fight  another 

day. 


İsti istəyən tüstüsünə dözər. He that would have eggs, must endure the cacklings of 

hens. 


Əski hamam, əski tas. It is the same old story in the same old day. 

Ağıla gəlməyən başa gələr. It is the unexpected that always happens. 

Elm qara daşları dələr. Knowledge is power. 

Yerimədən yügürmə. Learn to walk before you run. 

Olan olub, keçən keçib. Let bygones be bygones. 

Yel ile gələn yel ilə gedər. Lightly come, lightly go. Easy come, easy go. 

Dəmir qapının taxta qapıya işi düşər. A lion may come to be beholden to a mouse. 

Damla‐ damla göl olar. Little and often fills the purse. 

Aslan qocalanda götünə qarışqa daraşar. Little birds peck at the dead lion. 

Bəy verən atın dişinə baxmazlar. Never look a gift horse in the mouth. 

İşləməyən dişləməz. No gain without pain. 

Bir gül ilə bahar olmaz. One swallow does not make a summer. One flower makes 

no garland. 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə