Evolution of The Azerbaijani Language and Idendity



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix30.10.2018
ölçüsü1,33 Mb.
#76160
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

 

33 


şəkilçi  vasitəsi  ile  ifadə  olunur  (saqiya,  Şaha,  məlika,  sarbana,  Həsəncan…).  Ərəb 

dilində isə həmin vəzifə köməkçi nitq hissələrinin vasitəsi ilə həyata keçir (əyyöhən 



nəbi,  əyyöhəl  insan).  Türk  dilində  isə  xitablıq  halı ifadə  etmək  üçün  bu  kimi  birbaşa 

vasitələr  mövcud  deyildir,  ancaq  buradan  belə  nəticə  çıxarmaq  olmaz  ki,  Türk 

dilində  xitablıq  hal  yoxdur.  Xitablıq  hal  olmasaydı,  heç  kəsə  üz  tutmaq  və  heç  nəyi 

çağırmaq mümkün olmazdı.  

Hal kateqoriyası, ʺismin iştirak etdiyi sintaktik əlaqələrdə başqa komponentlərə 

qarşı  münasibətiʺ  şəklində  başa  düşülürsə,  formal  əlamətlərdən  asılı  olmayaraq, 

bütün dilləri əhatə edən geniş dil kateqoriyasıdır və bir dilin qramatikasından daha 

çox ümumi dilçiliyə aiddir və bu üzdən ümumi kateqoriya adlana bilər. Bir az sonra 

görəcəyimiz  kimi,  Türk  dilində  hal  kateqoriyası  her  zaman  morfolojik  əlamətlərlə 

temsil olunmur və heç bir şəkilçi ile müşayiət olmayan isim sadəcə bir hal (adlıq hal) 

yox, qramatik baxımdan hətta bir neçə halı təmsil etməkdədir, fikir verin: 

 

1 - Dəniz, nə gözəlsən! 

2 ‐ Dəniz dalğalandı. 

3 ‐ Mən dəniz gördüm. 

4 ‐ Dəmir iradə. 

 

Birinci  misalda  dəniz  sözü  vokativ  (xitablıq)  durumdadır  və  cümlənin  başqa 

üzvləri ilə sintaktik baxımdan müəyyən bir əlaqəni oluşdürmaqdadır. Vokativ halı 

təmsil  edən  şəkilçi  olmasa  da,  bu  halda  çıxış  edən  ismin  vurğusu,  başqa  hallarla 

fərqli  olaraq  birinci  hicaya  düşür,  buradan  isə  aydın  olur  ki,  xitablıq  hal,  yazıda 

işarəsi  olmasa  da,  fonetik  şərtlənmə  yolu  ilə  nitqdə  səslənir  və  bu  mənada  heç  də 



çılpaq  sayılmaz.  İkinci  misalda  dəniz  sözu  cümlənin  mübtədasını  təşkil  edir  və 

cümlənin xəbəri ilə güclü sintaktik əlaqə oluşdurur. Üçüncü misalda isə dəniz sözü 

felin  tamamlığını  təşkil  edir  və  cümlənin  xəbəri  ilə  çox  fərqli  bir  sintaktik  əlaqədə 

yer  alır.  Dördüncü  misalda  dəmir  sözü  təyin  rolunda  çıxış  edir  və  yanaşma 

elaqəsinin birinci komponentini təşkil edərək atributiv fəaliyyət göstərir və atributiv 

ya  tanımlama  hal  kimi  təqdim  edilə  bilər.  Eyni  zamanda  dördüncü  misalda  iradə 

sözü  yanaşma  əlaqəsinin  ikinci  komponentini  təşkil  edərək,  haqqında  məlumat 

verilən, tanımlanan hisse kimi çıxış edir və bu üzdən tanımlanma halın ornəyidir. Bu 

iki hal (İngiliscə: subject, attribute) həmişə bir‐ birini müşayiət edər. Söz yox ki, ʺisim 

çılpaq  şəkildə  işlənmişdirʺ  ‐  deyə  bu  beş  halı  eyniləşdirmək  və  onları  ʺadlıqʺ  hal 

altında  sıralamaq  böyük  bir  səhvə  yol  verməkdir.  Burada  ismin    başqa 

komponentlərə  qarşı  bambaşqa  sintaktik  münasibətlərdə  olduğu  aydın  şəkildə 

görünməkdədir.  Üstəlik,  sözlükdə  qeyd  edilən  dəniz  sözünü    də  bunlarla 

qarışdırmaq olmaz, çünki dəniz sözü sözlükdə sadəcə öz leksik mənası ilə çıxış edir 




 

34 


və  hər  hansı  başqa  nitq  hissəsi  ilə  bağlantısı  yoxdur.  İsim  öz  adlıq  halında  sadəcə 

sözlükdə və sirf leksik mənada rastlana bilər.  

Amma nəzərə  gələn, çağdaş dilçilikdə ismin altı halı (adlıq, yiyəlik, təsirlik, yerlik, 

çıxışlıq, yönlük) üzerində daha geniş bir razılaşma mövcuddur. Bu fikir isə sadəcə ismə 

bağlanan zahiri şəkilçilər  əsasında formalaşmışdır.  İsmin hallarını onun morfolojik 

əlamətləri əsasında təqdim etmək və ismin iştirak etdiyi sintaktik əlaqəyə sayğısız qalmaq 

elmi cəhətdən düzgün ola bilməz.  İsmin halları sadəcə onun iştirak edə biləcəyi sintaktik 

əlaqələr çərçivəsində görünə  və  təhlil edilə bilər. Hətta o dilçilər ki, ismin hallarını 

şəkilçilər  əsasında təhlil edirlər, məsələn "təsirlik hal" dedikdə istər- istəməz bir sintaktik 

əlaqədən danışırlar. 

Həqiqət odur ki, ismin hallarını sadəcə morfolojik əlamətlər  əsasında və sintaktik 

əlaqədən təcrid edilmiş şəkildə təhlil etmək bizi yanlış nəticələrə götürə bilər, belə ki, 

məsələn qeyri‐ müəyyən təsirlik halı (mən kitab oxudum) adlıq hal kimi başa düşək. 

Təsirlik hal dedikdə fellə vasitəsiz tamamlığın əlaqəsi nəzərdə tutulur (mən kitabı oxudum), 

ancaq qeyri- müəyyən təsirlik hala gəlincə (mən kitab oxudum), kitab sözünü hansısa şəkilçi 

qəbul etmədiyinə görə ismin adlıq halı kimi qəbul edirlər. Təkcə qeyri- müəyyən təsirlik hal 

deyil, bir çöx müstəqil qramatik durumlar yanlış olaraq "ismin adlıq halı" altında sıralanır, o 

cümlədən: 

1 - Mübtədalıq hal: qar yağır. 

2 - Xəbərlik hal: Bu Yaşardır. 

3 - İsim zaman zərfliyi rolunda (atributiv hal): sabah görüşərik. 

4 - İsim təyin rolunda (attributiv hal): dəmir qapı. 

5 - Vasitəsiz tamamlıq (təsirlik hal): man kitab oxudum. 

6 - İkinci növ təyini söz birləşməsinin birinci tərəfi (genitiv hal): vətən sevgisi. 

7 - İsim feli birləşmələrin birinci tərəfi kimi (mübtədalıq hal): gün çıxanda. 

8 - Bəzi mürəkkəb fellərin tərkib hissəsi kimi: qulaq asmaq, tərəf çıxmaq, göz 

gəzdirmək, düşmən kəsilmək… Bu durumda ismin adlıq haldamı, yoxsa başqa 

bir halda çıxış etdiyi sual altındadır.  

9 - Xitablarda (xitablıq hal): dəniz, nə gözəlsən! 

10 - İsim adlıq cümlə kimi: Baki, Qız Qalası, 1923- cü il. Kəskinliklə demək olar ki, 

bu kimi ornəklərdə isim xəbərlik halında səslənir. 

 

Bu qədər fərqli sintaktik bağlantıların hamısını ismin adlıq halı altında sıralamaq 



sadəcə və sadəcə bir səhvin nəticəsi olmuşdur: ismin hallarını təkcə şəkilçilər əsasında, 

yəni sadəcə morfologiya alanında təhlil etmək. 

Beləliklə, ʺismin çılpaq halıʺ ən azı yeddi morfo‐sintaktik hal durumunu ortaya 

çıxarır: 

 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə