Əlyazması hüququnda ƏJDƏrzadə elsevər məCĠd oğLU



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix04.04.2018
ölçüsü0,77 Mb.
#35851
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

65 

 

dövrün  axırına  qalıq.  Üzləşdirmə  aktında  kənarlaşmanın  səbəbləri  və  vergi 



orqanının təklifləri göstərilir. 

 

Vergi ödəyicilərinin qeydiyyat yerləri üzrə müfəttiş, reyestrin (forma №25) 



və vergi ödəyicilərinin şəxsi hesablarının məlumatlarına əsasən 1-HM № li forma 

üzrə  büdcəyə  daxil  olmuş  vergi  və  digər  məcburi  ödənişlərin  qalığı  haqqında 



statistik hesabat tərtib edirlər. 

 

Hesabat  şəhər  (rayonlara  bölünməklə),  regionılar,  muxtar  respublika  və 



bütövlükdə  ölkə  üzrə  ödənişlərin  və  vergi  balansalarının  daxil  olmasının  uçotu 

üçün yuxarı vergi orqanlarına göndərilir. 

 

Müvafiq  ilə  görə  hesabatların  tərtib  olunması  müddəti  və  qaydası  AR 



Vergilər Nazirliyinin əmrinə əsasən müəyyən edilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




66 

 

FƏSĠL III. VERGĠ DAXĠLOLMALARI ÜZƏRĠNDƏ NƏZARƏT ĠġĠNĠN 



TƏġKĠLĠ METODĠKASI 

3.1  Vergi daxilolmaları üzərində nəzarət iĢinin təĢkili  

 

Vergi və digər məcburi ödənişlər şəklində dövlət büdcəsində səfərbər olunan 



vəsaitlərin həcmi hüquqi və fiziki şəxslərin vergi qanunvericiliyi bə digər normativ 

aktlara dəqiq riayət etməsindən çox asılıdır. 

 

Bazar  münasibətlərinə  keçidlə  əlaqədar  öz  maliyyə-təsərrüfat  fəaliyyətini 



müxtəlif  iqtisadi  sferalarda  həyata  keçirən  bir  çox  yeni  müəssisələr  yaradılır. 

Onların  əksəriyyəti  mühasibat  uçotu  sahəsində  kifayət  qədər  ixtisaslı 

mütəxəssisəlrə  malik  deyildir.  Bir  qayda  olaraq  belə  müəssisələrdə  uçotda  səhvə 

yiol  verilir  və  hesabat  məlumatlarının  bilərəkdən  təhrif  olunması  hallarına  tez-tez 

rast  gəlinir.  Bunlar  isə  vergitutma  bazasının  aşağı  salınmasına  (azaldılmasına), 

vergi və ona bərabər olan digər ödənişlərin büdcəyə tam daxil olmamasına gətirib 

çıxarır.  Vergilərin  hesablanmasında  və  ödənilməsində  yol  verilən  səhvlər, 

həmçinin  qanynvericilikdə  edilmiş  dəyişikliklərin  vergi  ödəyicisinə  vaxtında 

çatdırılmaması  ilə  əlaqədar  baş  verir.  Belə  bir  şəraitdə  bütün  səviyyələrdə  vergi 

qanynvericiliyinə  riayət  olunması,  vergilərin  düzgün  hesablanması,  tam  və 

vaxtında  ödənilməsi  üzərində  nəzarətin  təkmilləşdirilməsi  məsələsi  xüsusi 

əhəmiyyət kəsb edir. 

 

İlkin nəzarətçilər kimi hər şeydən əvvəl müəssisələrin mühasibat xidmətinin 

işçiləri çıxış etməlidir. Onların bu nəzarəti özlüyündə istehsal edilmiş və satılmış 

məhsulların (işlərin, xidmətlərin) həcminin, maya dəyərinin, mənfəətin, əmlakın və 

digər  məcburi  ödənişlərin  etibarlı  uçotunun  təmin  edilməsindən,  eləcə  də 

mühasibat  hesabatlarının  və  vergi  hesablamalarının  (bəyannamələrin)  keyfiyyətlə 

tərtib  olunmasından  ibarətdir.  Bu  cür  nəzarətin  həyata  keçirilməsi  onunla 

şərtləndirilir ki, hər bir müəssisə bir tərəfdən inkişaf etmiş ölkələrdə olduğu kimi 

qanuna  riayət  etməlidir,  digər  tərəfdən  isə  -  veergiyə  cəlb  olunan  obyektlərin 

gizlədilməsinə görə qanunvericilikdə ciddi tədbirlər nəzərdə tutulmuşdur. 



67 

 

 



Bir çox hallarda müəssisələr mühasibat hesabatını və vergi bəyannamələrini 

tərtib  edərkən  digər  müəssisələrin  və  ya  audit  firmasının  təcrübəli  mühasiblərinin 

xidmətindən istifadə edirlər. Əslində elə bunun özü də ilkin nəzarət formasıdır. 

 

Dünya təcrübəsində sonrakı auditor nəzarəti geniş yayılmışdır. O, müəyyən 



dərəcədə müəssisələrdə mahasibat uçotunun təşkili səviyyəsini artmağa, vergilərin 

hesablanmasındakı mövcud çatışmamazlıqları aradan qaldırmağa və büdcənin gəlir 

bazasını  genişləndirməyə  imkan  verir.  Bizim  ölkəmizdə  məcburi  auditor 

yoxlamaları    xarici  investisiyalı  müəssisələr,  banklar  və  digər  kredit  təşkilatları, 

sığorta  təşkilatları,  əmtəə  və  fond  birjaları,  investisiya  institutları,  açıq  tipli 

səhmdar cəmiyyətləri üçün nəzərdə tutulmuşdur. 

 

Auditor  firması  öz  fəaliyyətini  həyata  keçirmək  üçün  xüsusi  icazəsi 



(lisenziyası)  olmalıdır.  Yoxlamalar  müəssisə  ilə  bağlanmış  kontraktlara  əsasən 

ödənişlə  aparılır.  Audit  firması  yoxlama  apardığı  müəssisə  qarşısında  məsuliyyət 

daşıyır. 

 

Belə  ki,  əgər  onların  apardığı  yoxlamadan  sonra  vergi  orqanları  hesabatda 



pozuntu aşkar edərsə və buna görə müəssisəyə maliyyə sanksiyası, onun rəhbərinə 

isə  inzibati  cəza  tətbiq  edərsə,  onda  auditor  firması  öz  imicini  itirərək  maddi  və 

mənəvi zərər çəkə bilər. Istənilən halda vergi və digər məcburi ödənişlərin düzgün 

hesablanması, tam və vaxtında ödənilməsinə görə məsuliyyət müəssisənin üzərinə 

düşür. Auditor yoxlamalarının nəticəsindən asılı olmayaraq sonrakı nəzarəti vergi 

orqanlarının simasında dövlət həyata keçirir. 

 

Vergi  orqanları  hesabatın  düzgünlüyünə  və  vergi  qanunvericiliyinə  riayət 



olunmasına  nəzarəti  iki  etapda  aparır:  müəssisələrdən  mühasibat  hesablarının  və 

vergi bəyannamələrinin (hesablamalarının) qəbulu mərhələsində, kameral yoxlama 

və  səyyar  vergi  yoxlaması  zamanı  bilavasitə  müəssisələrdə  ilkin  mühasibat 

sənədlərini yoxlamaq yolu ilə. 

 

Kameral  yoxlama  aşağıdakılarla  nəticələnir.  Hər  bir  müəssisə  müyyən 

edilmiş  müddətlərdə  mühasibat  hesabatını  və  bütün  vergi  növləri  üzrə  vergi 

bəyasnnamələrini  (hesablamalarını)  vergi  orqanına  təqdim  etməlidir.  Vergi 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə