Əlyazması hüququnda ƏJDƏrzadə elsevər məCĠd oğLU



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix04.04.2018
ölçüsü0,77 Mb.
#35851
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

68 

 

müfəttişi  mühasibat  hesabatı  ilə  birlikdə  təqdim  edilən  bütün  əlavələrin 



mövcudluğunu,  eləcə  də  vergi  bəyannamələrinin  təqdim  edilib-edilməməsini 

yoxlayır.  Sonra  o  bu  sənədlərin  tərtib  olunmssının  düzgünlüyünü,  bütün  hesabat 

formalarında  göstərilən  məlumatların,  o  cümlədən  vergi  bəyannamələrindəki 

göstərilən  mühasibat  hesabatındakı  göstəricilərə  uyğunluğu  yoxlanılır,  onlar 

arasındakı  kənarlaşmaların  səbəblərini  araşdırır,  müəssisənin  tətbiq  etdiyi  vergi 

güzəştlərinin  əsaslı  olub-olmamasını  və  vergi  dərəcələrini  yoxlayır.  Müfəttiş 

kameral 

 

yoxlama 



nəticəsində 

alınmış  rəqəm  məlumatlarını  vergi 

bəyannaməlirininmüvafiq  sütununda  yazır.  Kameral  yoxlamanın  məlumatları 

müəssisənin bəyannamədə göstərdiyi məlumatlara uyğun gəlmədiyi hallarda, əlavə 

ödənuləcək və ya azaldılacaq vergi məbləği müəyyən edilir. 

 

Müfəttiş kameral yoxlamaya əsasən uçot işçisi tərəfindən hər bir vergi növü 



üzrə  müəssisələrdə  açılmış  şəxsi  hesablarda  əks  etdiriləcək  vergi  məbləği  barədə 

vergi bəyannaməsində qeyd olunur. 

 

Mühasibat  hesablarının  və  vergi  bəyannamələrinin  kameral  yoxlanması 



büdcəyə  əlavə  ödəmələr  hesablamağa  imkan  verir.  Lakin  onların  xüsusi  çəkisi 

olduqca azdır. Bu cür yoxlama adətən yüksək dərəcədə kompyuterləşdirilmiş vergi 

orqanlarında daha çox affekt verir. O hesabatın  ətraflı surətdə təhlilini aparmağa, 

səhvləri  və  bilavasitə  müəssisələrdə  ilkin  sənədlər  üzrə  dəqiqləşdirilməsi  tələb 

olunan qaranlıq məsələləri aşkar etməyə imkan verir. 

 

Kameral  yoxlamaların  təşkilində  müsbət  faktlarla  yanaşı  bir  sıra  problem 



məsələlər  də  vardır.  Məsələn,  kameral  yoxlama  olduqca  əməktutumludur. 

Xüsusilə,  vergi  orqanlarının  bir  işçisi  tərəfindən  hər  kvartalda  çoxlu  sayda 

müəssisənin  mühasibat  hesabatlarının  və  vergi  bəyannamələrinin  yoxlandığı  iri 

rayonlarda  bu  çox  zəhmət  tələb  edir.  Kameral  yoxlamaların  aparılmasına  çoxlu 

vaxt sərf olunduğundan səyyar vergi yoxlamalarının sayını artırmaq olmur. 

 

Bu  məsələnin  həllinə  isə  müəssisələr  tərəfindən  mühasibat  hesablarının  hər 



kvartal deyil, yalnız ildə bir dəfə təqdim edilməsi yolu ilə nail olmaq mümkündür. 

Qeyd  etmək  lazımdır  ki,  bu  qayda  bir  çox  ölkələrdə  mövcuddur.  Bundan  başqa, 




69 

 

büdcənin  bərabər  həcmdə  doldurulması  üçün  müəssisələr  il  ərzində  avans 



ödəmələri  ödəyirlər  ki,  onların  da  həcmi  keçən  il  ərzindəki  işin  nəticələri  üzrə 

müəyyən edilir. Büdcə ilə son hesablaşma (haqq-hesab) illik mühasibat hesabatına 

(bəyannaməyə)  əsasən  aparılır.  Bu  ölkələrin  vergi  orqanları  bizdəkindən  fərqli 

olaraq, yalnız illik mühasibat hesabatlarını (vergi bəyannamələrini) yoxlayırlar. 

 

Bu  məsələnin  digər  həlli  də  mümkündür.  Müəssisə  əvvəlki  qaydada 



kvartallıq mühasibat hesabatını vergi orqanına təqdim edir, lakin onların kameral 

yoxlaması  aparılmır  və  yalnız  illik  vergi  hesabatları  (bəyannamələri)  yoxlanılır. 

Lazım gəldikdə isə, xüsusilə iri vergi ödəyicilərinin cari ilin kvartallıq hesabatları 

yoxlanılır  (o cümlədən, səyyar vergi yoxlaması zamanı). 

 

Müəssisələr tərəfindən mühasibat hesabatlarının və vergi bəyannamələrinin 



vergi  orqanlarına  vaxtında  təqdim  olunması,  eləcə  də  cari  vergi  ödəmələrinin 

vaxtında  ödənilməsi  üzərində  nəzarəti  kameral  vergi  yoxlamasının  elementlərinə 

aid  etmək  olar.  Müəyyən  olunmuş  müddətlərin  pozulmasına  görə  müəssisələrə 

maliyyə sanksiyaları tətbiq edilir. 

 

Səyyar vergi yoxlaması daha effektiv nəzarət formasıdır. Belə yoxlamaların 

gedişatı zamanı əlavə olaraq hesablanmış vergi və maliyyə sanksiyaları məbləğinin 

xüsusi  çəkisi,  vergi  orqanlarının  bütün  nəzarət  işi  nəticəsində  əlavə  hesabladığı 

müvafiq məbləğlərin 70 faizini təşkil edir. Səyyar vergi yoxlamalarının effektivliyi 

təkcə keçmiş dövrlərin hesabatları üzrə əlavə vergi məbləğlərinin hesablanması ilə 

deyil, mühasibat uçotunun aparılmasında yol verilmiş səhvlərin aradan qaldırılması 

sayəsində, yoxlamadan sonrakı dövrlərdə vergi və digər məcburi ödənişlərin daha 

düzgün hesablanması və büdcəyə tam ödənilməsi ilə xarakterizə olunur. 

 

Səyyar  vergi  yoxlamaları  bir  qayda  olaraq  vergi  müfəttişinin  əvvəlcədən 



hazırladığı  iş  planına  və  ya  konkret  müəssisələrin  və  yoxlanılası  məsələlərin  də 

daxil olduğu qrafikə əsasən aparılır. Yoxlanılacaq müəssislər kameral yoxlamanın 

materiallarına,  vergi  orqanlarındakı  qanun  pozuntuları  haqqındakı  məlumatlara,                   

o  cümlədən  digər  müəssisələrin  yoxlanılması  zamanı  aşkar  edilmiş  məlumatlara 

əsasən  seçilir.  Iş  planına  (qrafikinə),  həmçinin  büdcəyə  vergi  daxilolmalarının 



70 

 

həcmində  əhəmiyyətli  dərəcədə  xüsusi  çəkiyə  malik  olan  ən  iri  müəssisələr  də 



daxil  edilir.  Vergi  qanunvericiliyindəki  dəyişikliklərlə  əlaqədar  və  digər 

səbəblərdən  vergi  daxilolamalrının  həcmi  əhəmiyyətli  dərəcədə  dəyişən 

müəssisələrdə də səyyar vergi yoxıamalarının aparılması nəzərdə tutulmuşdur. 

 

Lazım  gəldikdə  vergi  müfəttişliyinin  apardığı  yoxlamada  vergi  polisinin 



işçiləri  də  iştirak  edir.  Onlar  yoxlayıcıların  təhlükəsizliyinin  təmin  edilməsi 

funksiyasını  yerinə  yetirir,  müəssisə  tərəfindən  yoxlama  üçün  lazım  olan 

sənədlərin  (müəyyən  olunmuş  qaydada  götürülməsi  də  daxil  olmaqla)  vergi 

müfəttişlərinə  verilməsinə  köməklik  edir  və  ya  bilavasitə  sənədlərin 

yoxlanılmasında iştirak edirlər. 

 

Səyyar  vergi  yoxlaması  aparılarkən  ilkin  mühasibat  sənədlərinə  və  digər 



sənədlərə əsasən müəssisənin fəaliyyəti dərindən təhlil edilir, vergitutma bazasının 

azaldılmasına  və  vergilərin  tam  həcmdə  ödənilməməsinə  səbəb  olmuş  qanun 

pozuntuları aşkar edilir. 

 

Səyyar  vergi  yoxlamalarının  nəticələri  aktla  rəsmiləşdirilir.  Aktda  hər  bir 



qanun pozuntusu üzrə konkret rəqəm məlumatları və qüvvədə olan qanunvericiliyə 

istinad edərək həmin qanun pozuntusunun məğzi, əlavə hesablanmış vergi və digər 

icbari  ödəmələrin  məbləği,  eləcə  də  aşkar  edilmiş  pozuntuların  kənarlaşdırılması 

üzrə yoxlayıcının nəticə və təklifləri əks olunur. Səyyar vergi yoxlaması aktının bir 

nüsxəsi  vergi  ödəyicisi  olan  müəssisənin  rəhbərinə  (fərqli  sahibkara)  təqdim 

olunur. 


 

Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə 

razılaşmaqda,  yoxlama  aktının  ona  verildiyi  gündən  sonrakı  30  gün  müddətində 

müvafiq  vergi  orqanına  aktı  imzalamamasının  səbəbini  izah  etmək,  yaxud  akta 

(onun  ayrı-ayrı  hissələrinə)  öz  etirazını  yazılı  surətdə  bnildirmək  hüququna 

malikdir. 

 

30  gün  müddəti  başa  çatdıqdan  sonra  vergi  orqanının  rəhbəri  (onun 



müavini), vergi ödəyicisinin izahatı və ya etirazı nəzərə alınmaqla, vergi yoxlaması 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə