Əlyazması hüququnda ƏJDƏrzadə elsevər məCĠd oğLU



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix04.04.2018
ölçüsü0,77 Mb.
#35851
1   ...   22   23   24   25   26   27   28   29   30

74 

 

müqayisə  edilməklə  aparatın  təşkilati  strukturu,  yardımçı  bölmələrin  (şöbələrin) 



sayının  hədsiz  dərəcədə  artırılması  ilə  əlaqədar  vergi  orqanının  nə  qədər  itirməsi 

barədə nəticə çıxarmaq olar. Bununla əlaqədar olaraq təhlilə yoxlamalarla məşğul 

olan işçilərin sayının xüsusi çəkisini xarakterizə edən göstəricilərin daxil edilməsi 

məqsədəuyğundur.  Yuxarı vergi orqanları belə təhlilə əsasən yoxlamalarla məşğul 

olan işçilərin payının artırılması baxımından vergi orqanlarının təşkilati quruşuna 

yenidən  baxılması  barədə  müəyyən  tövsiyyə  və  ya  göstəricilər  (sərəncam)  verə 

bilər. 

Şərti olaraq belə təsəvvür edək ki, bizim misalda (bax cədvəl 3.1) işçilərin 



bütün  faktiki  sayı  nəzərə  alınmışdır.  Cədvəl  3.1.-dən  göründüyü  kimi  istər 

bütövlükdə, istərsə də orta hesabla bir işçiyə düşən yoxlanılan müəssisələrin sayı 

ən  çox  2№li  yoxlamada,  ən  az  isə  3№li  yoxlamada  olmuşdur.  Lakin  yoxlanılan 

müəssisələrin  sayına  görə  nəzarət  işinin  təşkili  səviyyəsi  barədə  nəticə  çıxarmaq 

qanunauyğun  deyil.  Obyektiv  qiymətləndirmək  üçün,  həmçinin  bir  işçiyə  düşən 

uçota alınmış müəssisələrin sayını da nəzərə almaq lazımdır. 



                                                                                        Cədvəl 3.1. 

                         Bir iĢçiyə düĢən yoxlanılmıĢ müəsisələrin sayı  

Yoxlamanın 

nömrəsi 

IĢçilərin 

faktiki orta 

siyahı sayı 

YoxlanılmıĢ müəssisələrin sayı 

Cəmi 

Bir iĢçiyə düĢən 



40 


26 

32 


600 

675 


416 

 

15 



27 

13 


 

          Cəmi 

97 

1691 

17.4 

Bu göstəricinin hesablamaya daxil edilməsi onunla şərtləndirilir ki, o səyyar 

vergi yoxlamalrının sayına əhəmiyyətli dərəcədə təsir edir. Digər bərabər şərtlərlə 

yanaşı,  bir  müfəttişə  nə  qədər  çox  müəssisə  düşərsə  o  bilavasitə  vergi 

müfəttişliyinin  özündə  mühasibat  hesabatlarının,  bəyannamələrin  və  vergi 

hesablamalarının kameral yoxlanılmasına bir o qədər çox vaxt sərf edər. Deməli, 

müfəttişə səyyar yoxlaması üçün bir o qədər az vaxt qalır. 

Nəzərdən  keçirdiyimiz  yoxlamalarda  bir  işçiyə  düşən  yük  aşağıdakı  kimi 

olmuşdur (şəkil 3.2).                                                                   



75 

 

                                                                                                       Cədvəl 3.2. 



                             Bir iĢçiyə düĢən müəssisələrin sayı 

Yoxlamanın  

nömrəsi 

                     Uçota alınmıĢ ödəyici-müəssisələrin sayı 

yekun 

bir iĢçiyə düĢən 

        1 

        2 

        3 

4200 

2000 


5376 

105 


80 

168 


    Cəmi 

11576 

119 

Cədvəlin  məlumatlarından  göründüyü  kimi,  3№li  yoxlamada  168  ödəyici 

yoxlandığı  halda,  2№li  yoxlamada  yalnız  80  ödəyici  yoxlanmışdır.  Bu  faktor 

əsasən aparılmış səyyar yoxlamaların sayı ilə bağlıdır. 



          Səyyar 

yoxlamalarının 

sayına 

görə 


yoxlama 

işinin 


obyektiv 

qiymətləndirilməsi  üçün  3.1.  və  ya  3.2.  saylı  cədvəllərin  göstəricilərini  3.3.  saylı 

cədvəldə birləşdirmək lazımdır. Bunun üçün 3.1. saylı cədvəldə göstərilən hər bir 

yoxlama üzrə bir işçiyə düşən yoxlanılan müəssisələrin bütövlükdə rayon üzrə bu 

göstəriciyə  olan  nisbəti  şəklində  əmsal  müəyyən  edilməlidir.  Elə  həmin  metodla 

3.2.  saylı  cədvəl  üzrə  bir  işçiyə  düşən  yük  üzrə  əmsal  müəyyən  edilir.  Hər  iki 

əmsalın  məbləği  hər  bir  yoxlama  üzrə  ümumi  əmsal  (bal)  təşkil  edir.  Bu 

hesablamaların nəticəsi 3.3. saylı cədvəldə verilmişdir. 



                                                                         Cədvəl 3.3 

Səyyar vergi yoxlamalarının sayına görə əmsalların (balların) məbləği        

 

Yoxlamanın 

nömrəsi 

Bir iĢçiyə görə göstəricilərin rayon üzrə 

orta qiymətə münasibəti 

Əmsalların 

məbləği 

Yer 

səyyar 

yoxlamalar üzrə 

Müəsisələrin (yükün) 

sayına görə 



0.86 


1.55 

0.75 


0.88 

0.67 


1.41 

1.74 


2.22 

2.16 




         3.3.  saylı  cədvəldən  göründüyü  kimi,  yük  üzrə  göstəricinin  təhlilə  daxil 

edilməsi 3№li yoxlamaya 1№li yoxlama ilə müqayisədə daha yüksək yer tutmağa 

imkan  verdi.  Hansı  ki,  1№li  yoxlamanın  3.1.saylı  cədvəldəki  bütün  göstəriciləri 

daha yüksək idi. 




76 

 

Indi  isə  yoxlamaların  gedişatı  zamanı  əlavə  olaraq  hesablanmış  vergi  və 



sanksiya  məbləğləri kimi  göstəricilərin təhlili  metodikasını nəzərdən keçirək  (bax 

cədvəl 3.4.).                                                                                



  Cədvəl 3.4. 

Bir iĢçiyə düĢən əlavə hesablanmıĢ ödəniuĢ məbləği 

Yoxlamanın 

nömrəsi 

Əlavə olaraq hesablanmıĢ 

vergi və sanksiyalar 

 

min.man 

(xarici valyuta da nəzərə alınmaqla) 

Xüsusi fərdi göstəricilərin 

rayon üzrə orta göstəriciyə 

olan nisbəti 

(süt.2:2-ci sütunun yekunu) 

Yer 

cəmi 

bir iĢçiyə düĢən 

 







 

8200 



3450 

4544 


 

205 


138 

142 


 

1.23 


0.83 

0.85 


 



 

Cəmi 



16194 

167 

 

Qeyd. IĢçilərin sayı 1. saylı cədvəldəki qəbul edilmiĢdir. 

      3.4. saylı cədvəlin məlumatlarının təhlili onu göstərir ki, həm bütövlükdə, həm 

də  bir  işçiyə  görə  əlavə  hesablanmış  vergi  məbləğləri  üzrə  yaxşı  nəticəni  1№li 

yoxlama göstərmişdir. 

Nəzarət işinin gedişatı zamanı  əlavə hesablanmış vergilərin məbləği çoxsaylı 

obyektiv  və  subyektiv  faktorlardan,  o  cümlədən  vergi  müfəttişliyi  işçilərinin 

təsnifatından,  ödəyicilərə  vergi  qanynvericiliyinin  izahatı  işi  üzrə  işin 

səviyyəsindən,  müəssisələrin  qanuna  riayət  riayət  etməsindən  və  s.  asılıdr.  Digər 

bərabər  şərtlərlə  yanaşı  daha  əhəmiyyətli  faktor,  vergitutma  bazasının  və  ya 

müxtəlif  yoxlamalarda  büdcəyə  daxil  olmuş  vergilərin  həcmidir.  Belə  ki, 

vergitutma  bazası  nə  qədər  geniş  olsa  yoxlamaların  gedişatı  zamanı  əlavə  vergi 

hesablamaları  aparmaq  və  ödəyicilərə  maliyyə  sanksiyaları  təqdim  etmək 

imkanları geniş olar. 

Bununla əlaqədar olaraq, təhlildə yoxlamalar zamanı əlavə hesablanmış vergi 

məbləğlərinin  (1-NM  №li  formalı  hesabatın  məlumatlarına  əsasən)  bütövlükdə 

yoxlamalar  üzrə  daxil  olmuş  vergilərin  həcminə  nisbəti  göstəricisindən  istifadə 

etmək lazımdır. Bu göstərici nəzarət işinin səviyyəsini xarakterizə edir, lakin onun 

səviyyəsi  müəyyən  edilmiş  qiymətdən  yuxarı  olmamalıdır.  Bu  problem  üzrə  hər 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə