Əlyazması hüququnda ƏJDƏrzadə elsevər məCĠd oğLU



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix04.04.2018
ölçüsü0,77 Mb.
#35851
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

62 

 

vəziyyətinə  keçirilir.  Bu  andan  vergi  ödəyicisinin  şəxsi  hesab  vərəqəsi  üzrə  hər 



hansı qeydlərin aparılması imkanları tam bağlanmış olur.                   

 

Yenidən təşkil ilə əlaqədar vergi uçotu bağlanan hüquqi şəxsin öhdəliklərini 



qəbul  edən  hüquqi  şəxs  (hüquqi  şəxslər)  barəsində  VÖEN  altmodulunda  qeydlər 

aparılır. Bu qeydlər  barədə məlumat “Axtarış və hesabat” informasiya sisteminin 

“Bir  pəncərə” qovluğunda  yerləşdirilmiş “Yenidən təşkil olunmuş  hüquqi şəxslər 

barədə  hesabat”dan  əldə  edilir.  Öhdəlikləri  qəbul  edən  hüquqi  şəxs  (hüquqi 

şəxslər)  “Yenidən  təşkil  olunmuş  hüquqi  şəxslər  barədə  hesabat”a  və  vergi 

ödəyicisinin  iş  qovluğuna  tikilmiş  təhvil  aktına  (bölünmə  balansına)  əsasən 

müəyyənləşdirilir.  Bu  zaman  Azərbaycan  Respublikası  qanunvericiliyinin 

müddəalarına uyğun olaraq aşağıda göstərilənlər yerinə yetirilməlidir. 

 

Hüquqi  şəxslər  birləşdikdə  onlardan  hər  birinin  hüquq  və  vəzifələri  təhvil 



aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir, bu zaman birləşən hüquqi 

şəxslərin  şəxsi  hesab  vərəqələrində  mövcud  olan  vergi  öhdəlikləri  və  ya  artıq 

ödəmələr yeni yaranan hüquqi şəxsin şəxsi hesab vərəqəsinə keçirilir.  

 

Hüquqi  şəxs  başqa  hüquqi  şəxsin  ona  qoşulması  şəklində  yenidən  təşkil 



edilərkən  qoşulan  hüquqi  şəxsin  şəxsi  hesab  vərəqəsində  mövcud  olan  vergi 

öhdəlikləri və ya artıq ödəmələr yenidən təşkil edilmiş hüquqi şəxsin şəxsi hesab 

vərəqəsinə keçirilir.  

 

Hüquqi  şəxs  onun  bölünməsi  şəklində  yenidən  təşkil  edilərkən  bölünməyə 



məruz qalmış hüquqi şəxsin şəxsi hesab vərəqəsində mövcud olan vergi öhdəlikləri 

və ya artıqödəmələr saldo şəklində bölünmə balansına uyğun olaraq yenidən təşkil 

edilmiş hüquqi şəxslərin hər birinin şəxsi hesab vərəqəsinə keçirilir. 

 

Şəxsi hesablarda aparılmış qeydlər konkret ödəyicidən daxil olmuş vergi və 



icbari ödənişlərin həcmini müəyyən etməyə imkan verir. Vergi orqanları həmçinin 

bütün  ödəyicilərdən  daxil  olmuş  ödənişlər  haqqında  yekun  məlumata  da  malik 

olmalıdır. Bu məqsədlə hər bir vergi orqanında daxilolmaların və ödənişlərin geri 

qaytarmaların və büdcədən ödəmələrin icmal reyestri aparılır. 




63 

 

 



Vergi  orqanları  tərəfindən  vergi,  faiz,  maliyyə  sanksiyaları,  inzibati 

cərimələr və digər məcburi ödənişlərin uçotu vergi növləri üzrə daxilolmaların və 

geri qaytarılan məbləğlərin reyestrində aparılır.  

 

Icmal  reyestr  büdcə  gəlirləri  və  xərclərinin  təsnifləşdirmə  bölmələrinə 



müvafiq  olaraq  vergi  və  digər  icbari  ödənişlərin  növləri  üzrə  ayrıca  aparılır. 

Reyestr  nömrələnir  və  vergi  orqanının  rəhbəri  tərəfindən  imzalandıqdan  sonra 

möhürlə təsdiq edilir. 

 

Reyestrdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 



 

vergi və büdcəyə ödənilən digər tədiyyənin adı; 



 

əməliyyatın sıra nömrəsi və ayın tarixi; 



 

gün, ay, rüb və il ərzində artan yekunla büdcəyə daxil olmuş məbləğ



 

gün, ay, rüb və il ərzində artan yekunla büdcədən qaytarılmış məbləğ; 



 

qaytarılmalar  istisna  olmaqla  gün,  ay,  rüb  və  il  ərzində  artan  yekunla 



büdcəyə daxil olmuş məbləğ. 

 

Reyestrdə qeydlər gündəlik olaraq faktiki büdcəyə daxil olmuş və ya həmin 



gün  ərzində  büdcədən  ödənilmiş  məbləğləri  təsdiq  edən  sənədlərə  əsasən  ümumi 

yekunla  aparılır.  Sonra  reyestrin  ayrı-ayrı  sütunlarında  hər  ayın  1-i  tarixinə  hər 

rübün  və  ilin  əvvəlindən  başlayaraq  artan  yekunla  feri  qaytarılan  və  ödənilən 

məbləğlər çıxılmaqla daxilolmaların məbləği göstərilir. 

 

Bundan sonra hər ayın 1-i vəziyyətinə vergi orqanlarının uçot işçiləri icmal 



reyestrin və vergi daxilolamalrının icmal kitabının yekunlarına əsasən ödəmələr və 

dövlət  büdcəsinə  ödənişlərin  daxil  olması  haqqında  məlumatları  xəzinədarlıq 

(dövlət  büdcəsi  üzrə)  və  maliyyə  (yerli  büdcə  üzrə)  orqanlarının  məlumatları  ilə 

üzləşdirilir.  Lazımi  hallarda  isə  üzləşdirmənin  yekunlarına  görə  vergi  orqanalrı 

vergi uçotunun aparıldığı hesabat və digər sənədlərdə müvafiq dəyişikliklər edirlər. 

 

Uçot  işçiləri,  həmçinin  rübdə  bir  dəfədən  az  olmayaraq  ödəyicilərin  bütün 



şəxsi hesablarında aparılmış qeydlərin düzgünlüyünü yoxlayırlar. 

 

Müəssisələrin  şəxsi  hesabları  yoxlanılarkən  aşağıdakılara  xüsusi  diqqət 



yetirilməlidir:  hesablanmış,  yenidən  hesablanmış  və  vergi  orqanları  tərəfindən 


64 

 

ödəyicilərin  tədiyyələrin  hesablanması  üzrə  haqq-hesablarının  yoxlanması 



nəticəsində  hesablanmış  əlavə  ödənişlərin  bütün  müddətlər  üzrə  əks  olunub-

olunmamasına, saldonun (ödənilməmiş vergi qalığının və artıq ödəmənin) düzgün 

müəyyən  edilməsinə.  Eyni  zamanda  ilin  əvvəlindən  büdcəyə  daxil  olmuş 

ödənişlərin şəxsi hesaba köçürülmüş məbləğlərinin büdcə təsnifatının kodları üzrə 

icmal  reyastrdə  əks  olunmuş  daxilolmalaraın,  geri  qaytarılmaların  və  ödənişlərin 

məbləğinə  uyğun  gəlib-gəlməməsi  də  yoxlanılır.  Şəxsi  hesablar  yoxlandıqdan 

sonra vergi uçotunu aparan işçi şəxsi hesablarda “yoxlanılıb” qeydi etdikdən sonra 

onları imzalayır. 

 

Vergi  orqanlarının  hesabladığı  vergilər  üzrə  vətəndaşların  şəxsi  hesabları 



yoxlanılarkən  ilkin  uçot  və  pul  sənədləri  üzrə  bütün  pul  əməliyyatlarının  yekunu 

hesablanaraq vergi daxilolmalarının icmal uçotu kitabındakı qeydlərin yekunu ilə 

tutuşdurulur. 

 

Üzləşdirmə  cədvəlləri  həmçinin  vergi  orqanları  tərəfindən  hesablanmayan 



ödənişlər  üzrə  də  tərtib  edilir.  Bu  cədvəllərdə  ilkin  sənədlər,  icmal  reyestrlər, 

dövlət  xəzinədarlığı  və  maliyyə  orqanlarının  verdiyi  reyestr  üzrə  rüb  ərzindəki 

daxilolmalar  haqqındakı  məlumatlar  tutuşdurulur.  Onlarda  həmçinin  büdcə  ilə 

hesablaşmaların qalığı (vergi qalığı, artıq ödəmə) çıxarılır. 

 

Hər  il  yanvarın  1-nə  olan  vəziyyətə  ödəyicilər  üzrə  büdcə  ilə 



hesablaşmaların  üzləşdirilməsi  aparılır.  Bu  vergi  orqanları  tərəfindən  şəxsi 

hesabların  məlumatlarının  müəssisənin  mühasibat  və  vergi  hesabatlarının 

məlumatları ilə üzləşdirilməsi yolu ilə həyata keçirilir. 

 

Sözügedən  sənədlərdə  kənarlaşmalar  aşkar  edildiyi  hallarda,  üzləşdirmə 



müəssisə  nümayəndəsinin  iştirakı  ilə  aparılır  (vergi  orqanlarına  çağırılmaqla)  və 

hər  vergi  növü  üzrə  üzləşdirmə  aktı  tərtib  olunur.  Aktda  vergi  orqanının  və 

müəssisənin  məlumatları  əks  olunur  və  yoxlanılan  dövr  ərzində  aşağıdakı 

məlumatlar  (göstəricilər)  arasındakı  kənarlaşmaların  məbləği  çıxarılır:  dövrün 

əvvəlinə qalıq, hesablanmış vergi, keçən il ərzində yenidənhesablamalar üzrə əlavə 

olaraq  heablanmış  və  ya  azaldılmış  vergi  məbləğləri,  büdcəyə  köçürülmüş  vergi, 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə