- 9 -
Yabanı alma və armud meyvələri müxtəlif içkilərin, şirələrin, meyvə şərbətlərinin,
cövhərlərin hazırlanmasında və mürəbbələrin bişirilməsində istifadə olunur. Tərkiblərindəki pektin
maddələrinin çoxluğuna görə onlardan marmelad, jele, pastillər və kisel hazırlanır.
Meşə gilası
həm dekorativ, həm də meyvə bitkisi kimi məlumdur. Yetkin meyvəsi təzə halda
yeyirlər, spirtli işkilərin tinkturaları və sərinləşdirici içkilərin, hazırlanmasında istifadə olunur.Onun
şirəsi ilə qənnadı məmulatlarını və şərabları boyayırlar. Quru meyvələrinin döyülmüşü piroq və
qoğalların içinə doldurulurvə kisel hazırlanır.Meyvə tozu pryanik və tort hazırlanmasında işlədilir.
Meyvələrində aşı maddələri, üzvi turşular (limon və alma), vitaminlər,askorbin turşusu,rutin,
antosian,
flavonoidlər, üfir yağları və fitonsid xüsusiyyətli benzoy aldehidi vardır.
Doqquzdon. Meyvələrinin tərkibində C, P, A və B qrupu
vitaminləri,fruktoza, qlükoza, üzvi
turşular, mikroelementlərdən kalium, alüminium, maqnezium, kalsium, mis, maqnezium və
həmçinin yod və çox miqdarda fosfor vardır.Meyvələri təzə halda yeyilir, ondan jele, cem, kompot,
şirə hazırlanır, şərab emal edilir,kompot və kisel üçün qurudulur.
Alça meyələrindən mürəbbə, povidlo, cem, jele, kompot, alkoqolsuz içkilər, şərab, şirə və
likor almaq üçün istifadə olunur. Meyvələrinin lətli hissəsindən lavaşa alınır. Meyvələri təzə halda
və emal
edilmiş şəkildə kulinariyada, qənnadı və konserv sənayesində istifadə olunur.
Çaytikanı meyvələrinin tərkibində provitaminlər A (10,9 mq% qədər), B1, B2, B3, B6, C, E,
K,,, və s vitaminlər, 3-6% şəkər(qlükoza və fruktoza), 2,5% -ə qədər üzvi turşular (alma, çaxır və s.),
aş maddələri, kversetin, 9% piyli yağvardır. Meyvələrində piyli yağ toplanır ki, tərkibləri doymuş və
doymamış yağ turşuları ilə triasilqliserinlərindən ibarətdir, sonuncular arasında doymamış (palmitin.
olein) turşuları üstünlük təşkil edir. Bunlarla bərabər meyvələrdə pektin, üzvi turşular, aşı maddələri,
flavonoidlər, maddələr, nikotin və fol turşusu, makro və mikroelementlər (kalium, kalsium, dəmir,
sink, bor, mis, manqan), şəkər və bəzi növ bitki antibiotiklərinə rast gəlinir.
Çaytikanı meyvələri qida əhəmiyyətli olub, təzəvə konservləşdirilmiş halda istifadə olunur.
Meyvələrdən ananas iyi verən püre, mürəbbə, povidlo, marmelad, konfet üçün içlik hazırlanır.
Meyvə şirəsi şərab istehdalında, sərinləşdirici içkilərin alınmasında istifadə olunur. Təzə meyvələr
dondurulduqdan sonra acılığını itirir və kisel, tinkturalar və jele hazırlamaq üçün istifadə olunur.
Quşarmudu meyvəsi tərkibində vitaminlərin miqdarı çoxdur. C vitamini limonda
olduğundan artıqdır.Bundan əlavə meyvələrin tərkibində.P, В2, РР, E, K, vitaminləri, provitamin A,
şəkərlər (8% fruktoza, qlükoza, saxaroza, sorboza), qlikozidlər, amin turşuları, aşı maddələri, pektin
və acı maddələr, 48% üzvi turşular (alma, limon, yantar), flavonoidlər (daha çox rutin), çox
miqdarda dəmir, mis, manqan, yod, sink, kalium və maqnezium, spirtlər (sorbit və idit), efir yağları
və həmçinin ətraf nühiti sağlamlaşdıran və zərərsizləşdirən fitonsidlər vardır.
Quşarmudu meyvələrindən mürəbbə, cem, jele, kisellər, marmelad, araq, eləcə də isladılmış və
marinadlaşmış şəkildə istifadə olunur. Qurudulmuş meyvələrinin tozu piroqların içi üçün sərf olunur.
ƏDƏBİYYAT
1.
Azərbaycan etnoqrafiyası: 3 cilddə, I c., baş red. Bünyadov T.Ə. Bakı, Şərq-Qərb, 2007, 544 s.
2.
İbrahimov Ə.M. Naxçıvan Muxtar Respublikası florasının yabanı alma və armud növlərinin
bioekoloji xüsusiyyətləri, istifadə imkanları: Biol.elm.nam. … dis. avtoref. Bakı, 2008, 20 s.
3.
İbrahimov Ə.Ş., Piriyev M.Z., Qənbərov D.Ş. Naxçıvan Muxtar Respublikasında gülçiçəkkimilər
fəsiləsinin ağac və kolları. Bakı, Viktoriy, 2012. 93 s.
4.
Seyidov M.M., İbadullayeva S.C., Qasımov H.Z., Salayeva Z.K. Şahbuz Dövlət Təbiət
Qoruğunun flora və bitkiliyi. Elmi metodiki vəsait. Naxçıvan: Əcəni, 2014, 524 s.
5.
Talıbov T.H., Qasımov H.Z., İbrahimov Ə.M.Meyvəçiliyin tədrisi metodikası // Naxcıvan
Dövlət Universitetinin Elmi əsərləri, Naxçıvan; Qeyrət, 2012, № 1, s.153-157
6.
Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri.
Naxçıvan; Əcəmi, 2008, 364 s.
7.
Гроссгейм А.А. Растительные ресурсы Кавказа. Баку; АН Азерб. ССР, 1946, 671 с.
8.
Флора Азербайджана: В 8-х т. т. 8, Баку; Из-во АН Азерб. ССР, 1955, 540 с.
9.
Черепанов С.К. Сосудистые растения Росии и сопредельных государств. СПб.: Мир и
семя, 1995, 992 с.
- 10 -
ABSTRACT
Hilal Gasimov
COMMON WILD FRUITS AND BERRIES PLANTS THE FLORA
OF NAKHCHIVAN AUTONOMOUS REPUBLIC
Nakhchivan MP is one of the centers of world cultural diversity, mountain forests are rich
in fruits and berries. Therefore, cultivated ancestral plants, original wild-growing forms of storage,
as well as many species of selection point, a country of ecologically high degree of purity, having
food safety highly productive, biotic and abiotic factors resistant to cultivars grown in mountain
conditions, the importance of their systems is indispensable. A large variety of medium and high
mountain forests, wild common plum (Prunus divaricata), cherry (Cerasus araxina, S. mycosis,
Cincana, S. microcarpa), pear (Pyrus acutiserrata, P. caucasica, Pc var Schuntukensis, P. communis,
P. medvedevii, P. nutans, P. oxyprion, P. raddeana, P. salicifolia, = Ps var Angustifolia, = Ps var
Latifolia, P. syriaca, P. voronovii, P. Georgica, P. Pseudosyriaca, P. Zangezura, P.megrica,
P.chosrovica, P. demetrii, P. fedorovii), apple (Malus orientalis, = M. o. var. Montana), mountain
ash (Sorbus aucuparia, S. boissieri, S. graeca, S. persica, S. luristanica, S. subfusca, S. takhtajanii,
S. Roopiana, S. turcica), hawthorn (Crataegus atrosanquinea, C. caucasica C.Koch, C. Cinovskisii,
C. Curvisepala, C. Eriantha, C. meyeri, C. monogyna, C. orientalis, C. pallasii, C. pentagyna,
C.pojarkoviae, C. pontica, C. ps e. e. g., zangezura, C. tournefortii, C. schraderiana), cirque
(B.densiflora, B. Iberica, B. sphaerocarpa, B. integerrima, B. vulgaris), roses (Rosa afzeliana,
R.brotherorum, R. boissieri, R. buschiana, R. tuschetica, R.villosa, R. zangezura), blackberry
(Rubus anatolicus, R. caesius, R. ibericus) and so on. These plants are a valuable source material
and wealth for the creation and selection of highly productive cultural forms.
РЕЗЮМЕ
Гилал Касымов
РАСПРОСТРАНЕННЫЙ ДИКОРАСТУЩИЕ ФРУКТЫ И ЯГОДЫ РАСТЕНИЯ
ВО ФЛОРЕ НАХИЧЕВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ
Нахчыванской МР является одним из центров формирования мирового культурного
разнообразия, горные леса богаты фруктами и ягодами. Следовательно, культивируемые
растения предков, оригинальные дикорастущие формы хранения, а также многие виды
селекционной точки зрения, страны экологически высокая степень чистоты, имеющая
продовольственная безопасность высокопродуктивный, биотические и абиотические факторы,
устойчивые к культурным сортам, выращиваемых в горных условиях важность их систем
незаменима. Большое разнообразие средних и высоких горные лесы, дикорастущая
распространенная алыча (Prunus divaricata), вишни (Cerasus araxina, С. микоз, Cincana,
С.microcarpa), груша (Pyrus acutiserrata, P. caucasica, P.c. var. Schuntukensis, P. communis,
P.medvedevii, P. nutans, P. oxyprion, P. raddeana, P. salicifolia, = P.s. var. Angustifolia, = P.s.var.
Latifolia, P. syriaca, P. voronovii, P. Georgica, P. Pseudosyriaca, P. Zangezura, P.megrica, P.
chosrovica, P. demetrii, P. fedorovii), яблоко (Malus orientalis,
=
M. o. var. montana), рябина
(Sorbus aucuparia, S. boissieri, S. graeca, S. persica, S. luristanica, S. subfusca, S. takhtajanii, S.
Roopiana, S. turcica), боярышник (Crataegus atrosanquinea, C. caucasica C.Koch, C. Cinovskisii, C.
Curvisepala, C. Eriantha, C. meyeri, C. monogyna, C. orientalis, C.pallasii, C. pentagyna, C. Pojar-
koviae, C. pontica, C. pseudoheterophylla, C. szovitsii, C.zangezura
,C. tournefortii, C. schraderiana)
циринк (B. densiflora, B. Iberica, B. sphaerocarpa, B.integerrima, B. vulgaris), розы (Rosa afzeliana,
R. brotherorum, R. boissieri, R. buschiana, R. tuschetica, R. villosa, R. zangezura), ежевика (Rubus
anatolicus, R. caesius,R. ibericus) и так далее. Эти растения являются ценным исходным
материалом и богатством для создания и отбора высокопродуктивных культурных форм.
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa tövsiyyə
olunmuşdur. (protokol № 03).