- 7 -
antropogen fəaliyyət nəticəsində yox olması təbii proseslərdə yox olmadan 1000 dəfə artıqdır [3, 4,
6, 9].
Son zamanlar ölkənin ərzaq bazarlarına İdxal edilmiş xarici məhsullar keyfiyyət tələblərinə,
saxlama müddəti və sağlamlıq üçün təhlükəsizlik tələblərinə həmişə cavab vermir. Xüsusilə idxal
olunan meyvə şirələri, meyvə konservləri başlıca olaraq genetik modifikasiya edilmiş xammaldan
istehsal olunduğuna görə onların dəqiq tərkibini müəyyən etmək mümkün deyil. İstənilən ölkədə
meyvə-giləmeyvə məhsulları və onlardan emal edilən ərzaq malları olmadan yüksək dərəcədə
sağlam və təhlükəsiz qida təminarı mümkün deyil. Son zamanlar ürək-damar və onkoloji
xəstəliklərin geniş şəkildə yayılmasında ərzaq məhsullarının, xüsusilə də geni dəyişdirilmiş
müxtəlif meyvə-giləmeyvə və tərəvəz məhsullarının rolu hamı tərəfindən qəbul edilmişdir. Ürək-
damar, onkoloji və xroniki degenerativ xəstəliklərin inkişafının əsas patogenetik mexanizmlərindən
biri DNT-nin, zülal və lipidlərin oksidləşmə prosesində zədələnməsi hesab olunur. Mineral və
bioloji aktiv birləşmələrlə zəngin, antioksidant xüsusiyyətə malik təbii meyvə-giləmeyvə
məhsullarından çox istifadə etdikdə bu xəstəliklərin inkişaf riskinin azalması epidemoloji
məlumatlar və kliniki tədqiqatlar əsasında sübut olunmuşdur. Məlum olduğu kimi antioksidant
xüsusiyyətli karotinoidlər, C və E vitaminləri ürək-damar, onkoloji və bir çox digər xəstəliklərə
qarşı orqanizmin qorunmasında mühüm rol oynayır. Müasir tədqiqatlarla müəyyən edilib ki, C, E
vitaminləri və karotinoidlərlə yanaşı, poliaenol birləşmələri də antioksidant xüsusiyyətli olub,
orqanizmin həyat fəaliyyəti prosesində, eləcə də ətraf mühitin əlverişsiz şəraitinin təsiri ilə yaranan
mənfi sərbəst radikalların zərərsizləşdirilməsində və neytrallaşdırılmasında böyük əhəmiyyətə
malikdir. Bundan başqa, qeyd etmək lazımdır ki, respublika ərazisinə meyvə-giləmeyvə məhsulları
və həmçinin gen mühəndislik üsulları ilə alınmış mədəni kənd təsərrüfatı bitki sortlarının
gətirilməsi
regionun biomüxtəlifliyinə və əhalinin sağlamlığına gələcəkdə böyük zərərlər verə bilər [5, 7].
Yabanı meyvə-giləmeyvə bitkilərindən bəzilərinin meyvələrinin biokimyəvi analizi göstərir ki,
onların tərkiblərində olan qidalı maddələrin və bioloji aktiv maddələrin miqdarı nəzərəçarpacaq
dərəcədə mədəni sortlardan yüksəkdir ki, bu da onların yeyinti sənatesi üçün qiymətli xammal olduğunu
göstərir. Beləki, təkcə yabanı almanın tərkibindəki askorbin turşusunun miqdarı, mədəni sortdakından
2,4 dəfə artıqdır. Yabanı alma və armudun tərkibindəki polifenol birləşmələri tərkib və miqdarlarına
görəbu meyvələrə xüsusi dəyər qazandırır. Çoxsaylı fenol qrupıarından biri olan flavonoidlər güclü
antioksidantlar olub, mədəni sortlardan 7,2 dəfə çoxdur. Xüsusilə yabanı və mədəni bitki meyvələri
tərkiblərində olan mikroelementlərin miqdarına görə böyük fərqlilik göstərirlər. Beləki, yabanı
meyvələrdə manqan, dəmir, sink, bor və xüsusilə yod mədəni sortlardan olduqca çoxdur.
Yabanı almanı meyvələrinin dadına görə şirin, turş, acı və şirintəhər-acı kimi təsnif etmək
olar. Şirin və turş tip meyvələr meyvə-konserv sənayesində, acı və şirintəhər-acı meyvələr isə
şərabçılqda qiymətli xammaldır. Yabanı meyvələrdən alınmış şirələr vitaminliyinə görə mədəni
formalardan xeyli üstündür. İnsanların təbii və faydalı məhsulları almaq istəyi alkoqolsuz içki
bazarının əsas inkişaf tendensiyalarının biridir. Bir çox ölkələrin səhiyyə xidmətləri bioloji aktiv
maddələrlə zəngin olan içkiləri qida maddələrinin optimal forması kimi insanlara tövdiyə edirlər.
Məlumdur ki, sağlam qidalanma və sağlam qida məhsulları orqanizmin müqavimətini artırır və onu
xəstəliklərə qarşı aktivləşdirir. İnsanlar bioloji aktiv maddələrlə daha zəngin olan yabanı meyvə
şirələrindən istifadə etdikdə onların müxtəlif xəstəliklərə tutulma riskləri həddən çox azalır. Bu
meyvələrin, xüsusilə yabanı alma və armud kimi meyvələrin tərkibində olan A, B, C, E vitaminləri
və dəmir və yod kimi mikroelementlər ateroskleroz və ürək-damar çatışmamazlıqlarının qarşısını
alır. Bu meyvələrdən bəzilərinin tərkibində olan pektinlər ən güclü təsirə malik təbii sorbentlərdən
biridir. Bunlar mütəmadi istifadə olunduqda orqanizmin təmizlənməsinə kömək edirlər. Digər
tərəfdən bu meyvələrin tərkibi güclü antioksidant olan flavonoidlərlə zəngindir. Bu məhsulların
tərkibindəki flavonoidlər xərçəng hüceyrələrinin inkişafını ləngidir.
Hər hansı bir məhsulun dəyəri onun tərkibindəki qidalı maddələrin keyfiyyətindən asılıdır.
Təbii ki, istehlakçını ilk növbədə məhsulun dadı və keyfiyyəti maraqlandırır. Buda birbaşa əsas
xammalı keyfiyyətindən asılıdır. Muxtar respublikanın yabanı meyvə və giləmeyvə bitkilərinin
tərkiblərindəki insan sağlamlığı üçün zəruri bioloji aktiv maddələr mədəni sortlardakından üstün
- 8 -
olduqlarından, keyfiyyət və dad baxımından da yüksək səviyyədə olduqlarından İstehlakçının
tələblərinə ən yüksək səviyyədə təminat verən qiymətli təbii bioloji ehtiyatlardır.
Yabanı armud meyvələri xalq təbabətində prostat vəzi müalicəsində istifadə olunur. Yabanı
armud meyvələrindən bişirilmiş kompotdan istifadədən bir neçə gündən sonra, xəstəlik zəifləyir,
onu uzun müddət istifadə isə xəstəliyi sağalda bilər. Profilaktika üçün 50 yaşlı insanlara qış üçün
yabanı
armud meyvələri tədarük edib, kompot içmək tövsiyə olunur.
Bu yabanı meyvələr B qrupu və həmçinin A, E, C, P və РР vitaminləri ilə zəngindir.
Vitaminlərdən başqa meyvələrdə askorbin, alma, limon və fol turşusu, həmçinin qlükoza, saxaroza,
fruktoza, müxtəlif mikroelementlər vardır. Onun yumşaq lətli hissəsində, bitki lifləri, karotin, aşı
maddələri, flavonoidlər, azotlu birləşmələr, katexin, antosian vardır. Bu cır meyvələrdə çoxlu metal:
sink, mis, nikel, dəmir, flor, yod, manqan, molibden kimi mikroelementlər çoxdur, ona görə də
onun meyvələrindən anemiya və qalxanabənzər vəzinin müalicəsində istifadə edirlər.
Meyvələrdə pektinin və aşı maddələrinin çoxluğu bərkidici effektə malik olub, xəstəlik törədən
bakteriyalar məhv edərək, mədənin selikli divarlarını möhkəmləndirir. Bunun üçün yarım stəkan
armudun döyülmüş quru meyvələri 3 xörək qaşığı yülaf unu ilə qarışdırılır və 2 stəkan su əlavə edilərək
bişirilir.Alınmış həlim süzülür və 1 saat saxlanıldıqdan sonra gündə 4 dəfə, stəkanın 4/1-i qədər
yeməkdən əvvəl içilir. Müalicəvi içki, yaşından asılı olmayaraq hamı tərəfindən istifadə edilə bilər.
Quru armud meyvələri - tərkibindəki P vitamini kapilyar damarların divarlarının
keçiriciliyini artırdığından qan-damar sistemi xəstəlikləri zamanı əla profilaktik vasitədir. Bronxit,
təngnəfəslik, vərəm və güclü öskürək zamanı bişmiş meyvələr və ya mürəbbələrdən istifadə olunur.
Təzə və ya quru armud şirəsi sidikqovucu vasitə kimi istifadə olunur. Bu müalicə nəticəsində
böyrəklərdəki daşlar xırdalanaraq qum kimi orqanizmdən təbii yolla çıxarılır. Bura şəkər
xəstəliyindəki müalicəvi pəhrizlər də daxildir. Gündə 50-70 qram şirəni yeməkdən yarım saat əvvəl
içirlər və tədricən artıraraq 1 stəkana çatdıra bilərlər.
Yabanı armudun tərkibində təbii antibiotik - arbutin vardır. O, böyrəklərdə və sidik
kisəsində iltihab prosesləri doğuran zərərli mikrobları öldürür, eləcə də bağırsaq mikroflorana
müsbət təsir göstərir. Yabanı armud ən yaxşı bakterisid təsirə malikdir. Yaşlarından asılı olaraq bir
armud ağacının məhsuldarlığı 10-50 kq arasında dəyişir [2, 8].
Çox nadir olan G vitamini almada digər meyvələrdən çoxdur. Alma C və B qrupu
vitaminləri ilə zəngindir. Almanın tərkibində yod banandan 8, apelsindən 13 dəfə çoxdur. Ona görə
də alma boğazdakı ur (zob) xəstəliyinin profilaktikası üçün çox faydalıdır.
Alimlər hesab edirlər ki, alma toxumlarında olan bioloji aktiv maddələr, fermentlər və
vitaminlər xərçəngin yaranmasının qarşısını alır. Hesab
olunur ki, 2-3(bundan artıq
qətiyyən istifadə
etmək olmaz) alma toxumu gündəlik yoda olan sutkalıq tələbatı tam ödəyir. Bu nəzəriyyənin
əleyhdarları hələlik yoxdur, amma həkimlər bu qəhvəyi tumlarda gizlənə biləcək təhlükə barədə
xəbərdarlıq edirlər. Almadam dəmir çatışmazlığından yaranan anemiyalarda, qan azlığında,
avitaminoz zamanı çox istifadə etmək ən yaxşı vasitədir.
Kimyəvi tərkibi. Təzə meyvələrdə 2,42% alma, limon, çaxır xloragen və arabin turşuları,
12% şəkər, pektin, aşı və boya maddələri, 64,2 mq% askorbin turşusu, karotin (provitamin A),
В1,В2, В9 vitaminləri, dəmir
və fosforun üzvi birləşmələri, fitonsidlər, mikroelementlərdən manqan
mis, kalium, tərkibi sirkə aldehidi və amil spirtinin qarışqa, sirkə, kapron və kapril turşuları ilə
əmələ gətirdiyi mürəkkəb efirlərdən ibarət efir yağları vardır. Meyvələrin qabığında flavonoidlər,
toxumlarında amiqdalin qlikozidi (təxminən 0.6%) və piyli yağı (15% -ə qədər) vardır..
Alma meyvələri bakterisid və anti iltihab xüsusiyyətli olduğundan kolitlərdə, dizenteriyada,
qarın mədə-bağırsaq traktının pozulması zamanı, sidikqovucu, ödqovucu və işlətmə vasitəsi kimi
xroniki xolesistitdə və həzm zəifliyində istifadə olunur. Alma kompotu sinir sistemini sakitləşdirir
və gərginliyin aradan qaldırılmasına kömək edir. Orqanizmin maddələr mübadiləsini
tənzimləyir. Tərkibində maqnezium duzları, pektin və askorbin turşusunun olmasına görə
aterosklerozun inkişaf riskini azaldır. Tərkibindəki həll oluna bilməyən liflərin köməyi ilə
qəbizliyin qarşısı alınır və bağırsaqlarda xərçəngin yaranma riskini azaldır.