- 17 -
(qıfşəkilli çiçəkləri), borucuq çiçəklərlə bir yerdə ayrılıb götürülür. Çiçəklərini kölgəli şəraitdə və
tez bir vaxtda qurutmaq və quru havalı yerdə saxlamaq lazımdır. Çiçəklər tədricən günəş altında
qurudulduqda və ya nəmli yerdə saxlandıqda qırmızıtəhər və ya ağ rəngə çevrilir ki, bu da
xammalın keyfiyyətini aşağı salır.
Muxtar respublika ərazisində əkin güləvəri aşağı və orta dağlıq qurşaqlarda yayılmışdır.
Yayıldığı sahələrdə tək-tək və qrup halında bitir. Bəzən sıx talalar şəklində yayılır. Bu formasiya
qrup halında bitdiyi sahələrdə üstünlüyə malik olduğundan dominant, subdominant və edifikator
roluna malikdir. Bu fitosenozlarda qarışıq halda inkişaf etmiş ağac və kollarla müqayisədə
alçaqboylu olduğundan II yarusda yerləşir. Alaq bitkisi və bal verən bitki olub, keçmiş SSRİ-nin
Avropa hissəsində, Qafqazda və bəzən Sibirdə yayılmışdır.
Naxçıvan MR. florası üçün bir nektar qaynağıdır. Çiçəklənmə vaxtı may ayından başlayıb
avqust ayının sonuna qədər davam edir. Balı açıq yaşıl-sarı rənğdədir. Dadı özünə məxsus olub, bir
qədər acıdır, gec kristallaşır.
Adi günəbaxan - Helianthus annuus L. Bu
bitki Asterkimilər - Asteraceae Dumort.fəsiləsinin
Günəbaxan - Helianthus L. cinsinə daxildir. Gövdəsi
şırımlı-buynuzlu və kürəşəkilli formalıdır. Üzərindəki
tikancıqların diametri 37,4 - 44,8 mkm-dir. Çiçək
səbəti demək olar ki, dairəvidir. Şırımı qısa, bərabər
olmayan tərəfli, zəif görünən konturları olan sonluqla
qurtarır. Şırımı ovalvari, ekvatora doğru çəkilmiş, eni
4-5 mkm, uzunluğu isə 6-6,5 mkm-dir. Döşənəyin
aşağı qatı nazikdir. Tozcuqları qızılı rənglidir.
Günəbaxanın vətəni - Şimalı Amerikadır. Arxeoloji qazıntılara əsasən öyrənilmişdir ki, hindular bu
bitkini hələ 2000 il bundan əvvəl mədəni şəkildə becərirdilər. Günəbaxanı Avropaya XVI əsrdə ispanlar
tərəfindən Madrid botanika bağından gətirilmişdir. Rusiyaya ilk dəfə I Pyotr tərəfindən toxumları
Hollandiyadan gətirilmişdir. Haliyədə Rusiyada bu bitkidən yağ almaq məqsədilə geniş becərilir.
Kənd təsərrüfatında mədəni bitki kimi geniş yayılmışdır. Toxumlarından yağ alınması üçün
istifadə edilir. Mal-qara üçün qiymətli yem bitkisi olan jımıx hazırlanır. Dekorativ sortları da vardır.
Dərman bitkisi kimi yarpaq və kənar çiçəklərindən yüksək iştahartırıcı vasitə kimi dəmləməsi
istifadə edilir. Xalq təbabətində dilcikşəkilli kənar çiçəklərindən keyfiyyətli hərarətsalıcı vasitə kimi
təyin edilir.
Günəbaxan yağı qiymətli ərzaq məhsulu olmaqla yanaşı oynaq xəstəliklərində, allergiya,
bronxit və malyariyada tətbiq edilməklə yanaşı, həm də zəif işlədici dərman vasitəsidir.
Balverən bitki kimi arı günəbaxanın nektar və tozcuqlarından istifadə edir. Arı günəbaxan
nektarını alarkən bu bitkinin tozlandırmaya kömək edərək mayalanmasını təmin edir və beləliklə
məhsul və keyfiyyət artımına səbəb olur. Günəbaxanın çiçəklənmə dövrü iyul aydır. Ukrayna,
Şimali Qafqaz, Qaradəniz zonası, Aşağı Povolje, Sibir və Qazaxıstanda balverən bitki kimi geniş
becərilir. Sadalanan zonalarda hektara 13 kq, Türkiyədə Günəbaxan əkilmiş tarladan 10 kq,
Başqırdıstanda 25 kq bal alına bilir. Günəbaxan balı pətəyə yeni alındıqda qızıl sarısı rəngində olur,
sonra açıq-kəhrəba rəngli, bəzən yaşılımtıl çalarlı olur. Özünəməxsus dadı var, çox tez kristallaşır.
Kristallaşan zaman şam kimi görünür.
Dərman zəncirotu - Taraxacum officinale
WİGG. Bu bitkiAsterkimilər - Asteraceae Dumort.
fəsiləsinin, Zəncirotu - Taraxacum Wigg. cinsinə
daxildir. Bu cinsin Avropada, Aralıq dənizi və Asiyada
yayılmış 100 növündən Qafqazda 20, Azərbaycanda 13,
o cümlədən Naxçıvan MR-də 8 növü vardır. Naxçıvan
MR-in Şahbuz rayonun Batabat, Kükü, Culfa rayonun
Nəhəcir, Göynük, Ordubad rayonun Nürgüt, Azadkənd
və Gilançay ərazilərində yayılmışdır.
- 18 -
Çoxillik ot bitkisi olub, qısa və ətli, kiçik budaqlı olub, mil köklüdür. Yarpaq və kökətrafı
çətiri çılpaq və ya dalğın-tükcüklü, uzunluğu 10-25 sm, eni 1,5-5 sm, dərin qayığabənzər-lələkli,
çoxbaşcıqlı kökümsovlu, azbudaqlanan, tədricən daralan, uzun qanadlı saplaqdan ibarətdir. Çiçək
qruplarının uzunluğu 30 sm, silindrik, içiboş, kənarları çılpaq və yuxarıdan hörümçək toruna
bənzər, hamar, şirəli olmaqla, yumşaq tükcüklüdür. Çiçəkləri parlaq-sarı rəngli, iri səbətdə
toplanmış olub, diametri 5 sm-ə qədərdir.
Bütün çiçəkləri ikicinsli, dilşəkilli və açıq-sarı rənglidir. Meyvəsi kükürdü-qonur, toxumları
kəkilli olmaqla, ağ tükcüklüdür. Bitkinin bütün hissələri acı dadlı və şirəlidir. Arktikada, Cənubi
Sibir və Uzaq Şərqin meşə, meşə-bozqır və çöl zonalarında başlıca olaraq, Ukrayna, Belorusiya,
Başqırdıstan, Saxalin, Kamçatka Voronej vilayətinin çəmənlik, örüş, yol kənarlarında, küçə, park
ətrafındakı alaq bitkiliyində və əkin sahələrində yayılmışdır. Kökləri yazda digər bitkilər cücərən
zaman (aprel və may ayının əvvəlləri) və ya payızda (sentyabr-oktyabr) toplanılır. Çəmənliklərdə,
çöllərdə, yol kənarlarında, yaşayış sahələrində, alaqotu olan yerlərdə, bağ, bostan və parklarda
yayılmışdır. Kökün mərkəzi hissəsi böyük olmayan sarı və ya sarımtıl-qonur oduncaqdan ibarət
olmaqla, ətrafı isə nəzərəçarpacaq gümüşü-ağ rəngi ilə əhatə olunmuşdur. Digəri isə qatı qonur
konsentrasiyalı və südəbənzər rəngli olur. Xaricdən rəngi açıq və ya tünd-qonur, iysiz, xoş tamlı və
acı dadlı olur. Kökünün uzunluğu 2-15 sm, eni 0,3-3 sm, sadə və ya az budaqlanan, uzununa qırışıq,
bəzən spiralşəkilli, həddən artıq burulmuş və sıxdır. Təbii ehtiyatı boldur (Cədvəl 1).
Cədvəl 1
Dərman zəncirotunun təbii ehtiyatı
Məntəqə 1
ha-da
bitkilərin
sayı
(ədəd)
1
bitkinin
orta
çəkisi, q
Ümumi
sahə, ha
Məh
sul-
darlıq,
1 ha/ kq
Təbii ehtiyatı, t
Bioloji
ehtiyatı
İstismar
ehtiyatı
İllik
tədarük
həcmi
1
260
95
3250
24,70
80,28
32,11
8,03
2
935
60
1129
56,10
63,34
25,33
6,33
3
380
49
3252
18,62
60,55
24,22
6,06
4
287
64
3113
18,37
57,18
22,87
5,72
5
860
75
1211
64,50
78,11
31,24
7,81
6
462
92
4400
42,50
187,02
74,81
18,70
7
800
96
3657
76,80
280,86
112,34
28,09
8
676
73
2238
49,35
110,44
44,18
11,04
9
614
98
3325
60,17
200,07
80,03
20,01
10
590
55
1350
32,45
43,81
17,52
4,38
Cəmi:
26925
443,562
1161,65
464,66
116,16
Nektarın və tozcuğun çox olmadığı yaz dövründə, Dərman zəncirotunun çiçək açması
arıçılıqda mühüm rol oynayır. Arı bu bitkidən həm nektar, həm də tozcuq toplayır. Zəncirotu balı,
tünd rəngdə olub çox konsistensiyalıdır. Bal pətəkdən alındıqdan qısa bir müddət sonra kristallaşır.
Sərt qoxusu və kəskin bir dadı var. Bir hektar şumlanmış sahədən 51-100 kq arasında bal almaq
olar.
Məqalədə Asteraceae Dumort. fəsiləsinin 3 növün - Taraxacum officinale WİGG.,
Centaurea cyanus L., Helianthus annuus L. bitkilərinin bioekoloji xüsusiyyəti, bal keyfiyyəti və
təbii ehtiyatı araşdırılmışdır.
ƏDƏBİYYAT
1.
Qurbanov E.M. Dərman bitkiləri. Bakı, 2009, 360 s.
2.
Qurbanov E.M. Ali bitkilər sistematikası. Bakı, 2009, 420 s.
Dostları ilə paylaş: |