- 19 -
3.
Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri.
Naxçıvan, Əcəmi NPB, 2008, 364 s.
4.
Talıbov T.H., İbrahimov Ə.Ş. Ə.M. İbrahimov və s. Naxçıvan Muxtar Respublikasının dərman
bitkiləri. Naxçıvan, Əcəmi NPB, 2014, 432 s.
5.
https://www.ogm.gov.tr/ekutuphane/Yayinlar/Bal%20Orman%C4%B1%20Eylem%20Plan%C4
%B1%20%282013-17%29.pdf
ABSTRACT
Farida Safarova
THE FAMILY ASTERACEAE DUMORT. BIOLOGICAL CHARACTERISTICS
MELLIFEROUS SPECIES OF THE FLORA NAKHCHIVAN AUTONOMOUS REPUBLIC
The class Faboideae, included is one of the largest families
Asteraceae Dumort. İt has about
25000 species belonging to 900-1000 genera of the family
Asteraceae Dumort. Almost all the
climate zones exist in every part of the lobe to spread, and most of the are grass plants. The study
showed that 3 species are considered melliferous plant.
The article of the family
Asteraceae Dumort. 3 species - Taraxacum officinale Wigg.,
Centaurea
cyanus L.,
Helianthus annuus L. were investigated bioecological
characteristics of plants, honey
quality and natural resources.
РЕЗЮМЕ
Фарида Сафарова
БИОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ ВИДОВ МЕДОНОСНЫЕ РАСТЕНИЯ ИЗ
СЕМЕЙСТВА ASTERACEAE DUMORT., КОТОРЫЕ РАСПРОСТРАНЕННОМ
ФЛОРЫ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ
Asteraceae Dumort. этот класс мотылькового является одним из самых крупных
семейств. Семьи имеют близко 25000 родом, который включал 900-1000 вид. Это почти
распространяется на все части земного шара, и доступен во всех климатических зонах, а
большинство растение травы. Исследование показало, что 3 вида считаются медоносные
растения
В статье монографически исследованы отдельные из семейства
Asteraceae Dumort 3
видов-
Taraxacum officinale WİGG., C
entaurea cyanus L.,
Helianthus annuus L.
биoэкологические характеристики растений, качества меда и природных ресурсов.
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa tövsiyyə
olunmuşdur. (protokol № 03).
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent M.Piriyev
- 20 -
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 7 (88)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88)
ƏZİZƏ HÜSEYNOVA
ƏLİYAR İBRAHİMOV
Naxçıvan Dövlət Universiteti
UOT:582
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA YAYILMIŞ Th. KOTSCHYANUS VƏ
Th. COLLINUS NÖVLƏRİNİN EFİR YAĞI VƏ KİMYƏVİ TƏRKİBİ
Açar sözlər: kəklikotu, fəsilə, cins, növ, areal, fitosenoz, efir yağı
Key words: Thymus, family, genus, species, areals, phytocenosis, essential oil
Ключевые слова: тимьян, семейство, род, вид, ареал, фитоценоз, эфирное масло
Efir yağları bitkilərin müxtəlif orqanlarında (yarpaq, çiçək, toxumlarında) sintez edilən
uçucu və lipofil xarakterli maddələrdir. İlk dəfə Roma, Yunan və əsasən Misir mədəniyyətində efir
yağlarının əldə edilmə metodları və istifadə sahələri haqda məlumat olduğu müəyyən edilmişdir.
1300-1500-cü illərdə İspaniyada və Fransada efir yağlarının kimyəvi tərkibi və farmokoloji təsiri
öyrənilməyə başlanmışdır [19]. Müasir dövrdə efir yağlarının tədqiqinə və istifadə yollarına maraq
daha da artmışdır.
Təbii bitki örtüklərinin müxtəlif ekoloji-coğrafi şəraitə malik zonalarda yayılması bitkilərin
kimyəvi tərkibinin dəyişilməsinə səbəb olur. Eyni bölgədə bitən bitkilərdə də iqlim faktorlarından
asılı olaraq kimyəvi tərkibdə müəyyən fərqli nəticələr alınır. Bitkilərdə sintez edilən fitokimyəvi
maddələr geoloji və iqlim amillərinin təsirindən dəyişildiyi üçün hər bir bitki özünəməxsus fiziki və
kimyəvi xüsusiyyətlər göstərir. Rütubətin və temperaturun dəyişməsi, atmosferin çirklənmə
dərəcəsi bitkilərin tərkibində fitokimyəvi maddələrin, o cümlədən terpenlərin biosintez
intensivliyini azaldan əsas amillərdir. Terpenlər efir yağlarının tərkibini təşkil edən lipofil xarakterli
maddələrdir. Terpenlər tərkibində izopren qalığının sayına görə mono-, seskvi- və politerpenlər
qrupuna ayrılır [12, 13, 14]. Monoterpen qrupunun bütün sələfləri izopentenil- və dimetilallilpiro-
fosfatın kondensləşməsindən əmələ gələn geranilpirofosfatdan sintez edilir. Digər bir istiqamətdə
geranilpirofosfat yenidən 1 mol izopentenilpirofosfatla birləşərək farnezilpirofosfata çevrilir ki, bu
maddə də seskviterpenlərin biosintezində əsas anabolizm məhsuludur. Bu fitokimyəvi reaksiyaların
sürəti xarici mühit amillərindən asılı olduğu üçün efir yağlarının kimyəvi tərkibi fərqli kom-
panentlərdən təşkil olunur. Həmçinin bitkinin vegetasiya dövründən asılı olaraq da bioloji aktiv
maddələrin sintezi dəyişildiyindən, əksər bitkilərin çiçəkləmə fazasında efir yağı daha çox olduğu
aşkar edilmişdir [10, 18, 22].
Ədəbiyyat məlumatlarından görünür ki, kəklikotu cinsinə (
Thymus L.) aid bütün növlərin
efir yağları və onların komponent tərkibi bir çox ölkələrdə öyrənilmişdir. Kəklikotu efir yağları
dominant kompanentinin miqdarına görə şərti olaraq 3 qrupa ayrılır: 1. Timol tipli–kompanent
tərkibinin əsası timol; 2. Karvakrol tipli-kompanent tərkibinin əsası karvakrol; 3. Limon tipli–
kompanent tərkibinin əsasını sitrol, linalool və qeraniol təşkil edir və bu tip növlər limon ətri verir.
Araşdırmalardan aydın olur ki, bitkinin hansı xemotipə aid olması onun növündən asılı olmayıb,
əsasən yayıldığı bölgənin geo-ekoloji amillərindən asılı olur. İran florasında geniş yayılan
Thymus
kotschyanus Boiss. et Hohen. növünün 10 müxtəlif bölgədən toplanmış xammalında aparılan
tədqiqatlarda 2 populyasiya timol tipli (Piranshahr-78,65% timol, Semnan-60,8% timol), 3
populyasiya karvakrol tipli (Mazandaran 2-49,38% karvakrol, Rudbar-39,68% karvakrol, Takestan-
36,48% karvakrol), 1 populyasiya isə limon tipli (Avan-39,05% linalool) olmuşdur [20]. Rusiya
Federasiyasının Komi Respublikasında kəklikotu efir yağının tədqiqində
Thymus hirticaulis Klok.
(62,07% linalool)
, T. talijevii Klok. et. Schost. (15,91% linalool)
, T. paucifolius Klok. (25,35%
linalool) növlərindən əldə edilən efir yağlarında linalool maddəsi daha yüksək miqdarda alınmışdır.