- 13 -
2 C
51
H
98
O
6
+ 145O
2
→ 102CO
2
+ 98H
2
O
102
bu halda RQ= ──── = 0,7
145
Üzvi maddələr oksidləşdikdə əmələ gələn istiliyin miqdarı eyni olmur. Bir qram karbohidrat
parçalanarkən 4 kkal, zülal parçalanarkən 5,7 kkal və yağ parçalandıqda isə 9,2 kkal istilik verir (1).
Temperaturun
tənəffüs prosesinə təsiri
Tənəffüs prosesinə təsir edən amillərdən biri temperaturdur. Ən güclü şaxtalarda olsa belə
bitkilərdə tənəffüs prosesi davam edir.
Tənəffüs üçün ən aşağı temperatur səviyyəsi -10
o
S-dir. Ancaq bitkilərin qışlayan
orqanlardan olan - çılpaqtoxumluların iynələrində -20ºS və hətta daha aşağı temperatur
səviyyəsində tənəffüs gedir.
Tənəffüs prosesi yalnız bitkilər donduqdan və tamamilə tələf olduqdan sonra dayanır.
Temperatur artdıqja tənəffüs prosesi də tədricən intensivləşir. Maksimovun təcrübələrinin nətijələri
göstərir ki, temperatur hər 10ºS artdıqja tənəffüs prosesi 1,9-3,3 dəfəyə qədər sürətlənir (1).
Müxtəlif bitkilərdə yüksək temperatur səviyyəsi bir-birinə təxminən yaxın olur. Bu göstərici
45-55ºS arasında tərəddüd edir. Bir sözlə 40-50ºS arasında tənəffüs prosesi sürətlənir və 55ºS -də
isə tamamilə dayanır. Tənəffüs prosesinin yüksək temperaturda dayanması hüjeyrələrin məhv
olması ilə əlaqədardır.
İşığın intensivliyinin tənəffüs prosesinə təsiri
Təcrübələr göstərir ki, fotosintez fototənəffüslə müşayət olunur. İşıqda gedən tənəffüsün
qaranlıqdakı tənəffüslə əlaqəsi yoxdur.
Ancaq həm tənəffüs, həm də fotosintez prosesində oksigenin
alınması və karbon qazının ixrac edilməsi həyata keçirilir.
Fototənəffüs materialı olaraq, fotosintez prosesində aralıq məhsulu kimi əmələ gələn qlikol
turşusudur. Fotosintez prosesində qlikol turşusu peroksisomlarda oksidləşir. Bu fakt əsas verir ki,
işıqlanma şəraitində tənəffüsü ölçərkən xüsusi metodlardan istifadə edilməlidir. Ona görə ki, işıqda
tənəffüsdəki qaz mübadiləsi (O2 → CO
2
), fotosintezdəki qaz mübadiləsi tərəfindən örtülə (CO
2
→O
2
) bilir. Bu məqsədlə manometrik metod və mass-spektrometriya tətbiq olunur.
İşığın tənəffüs prosesinə təsiri gen səviyyəsində bitkilərdəki fitoxrom sistemi tərəfindən
həyata keçirilə bilir.
İşığın təsiri ilə bitkilərdə tənəffüs əmsalının qiyməti də sabit qalmayıb dəyişilir. Aparılmış
təcrübə və müşahidələrin nəticələri göstərir ki, bitkilərdə işıqda karbon qazının ayrılması,
qaranlıqdakına nisbətən zəif gedir. Bu işıqda tənəffüs prosesində xaric edilən karbon qazının müəyyən
hissəsinin fotosintezdə yenidən istifadə olunması ilə izah edilir. Elə bunun nəticəsi olaraq işıqlanma
şəraitində bitkilərdə tənəffüs əmsalı (──) qaranlıqdakına nisbətən həmişə aşağı qiymətdə olur.
Suyun tənəffüs prosesinə təsiri
Tənəffüs prosesinin normal gedişinin təmin olunması üçün yalnız hüceyrələrdə üzvi
maddələrin olması kifayət deyildir, həm də hüceyrələrdə lazımi səviyyədə su olmalıdır.
Protoplazmada kifayət qədər suyun olması tənəffüs prosesinin getməsi üçün əsas şərtlərdən biridir.
Odur ki, quru toxumlarda tənəffüs prosesi zəif gedir.
Quru toxumlar, sporlar, quru şibyələr və s-də tənəffüs çox zəif gedir. Arpanın quru
toxumları (suyun miqdarı 10-12%) 1 kq hesabı ilə saatda 0,3 mq karbon qazı ayrıldığı halda, azca
rütubətlənmə nəticəsində (suyun miqdarı 33% olduqda) bu göstəriji 2000 mq-a qədər olur (2).
Təcrübələr əsas verir ki, plazmoliz zamanı bitkilərdə tənəffüs prosesinin sürətlənməsi,
plazmolizin ilk mərhələsində müşahidə edilir. Ümumiyyətlə, yarpaqlarda suyun həddindən artıq
azalması, toxumlarda olduğu kimi tənəffüsün zəifləməsinə səbəb olur. Bitki hüjeyrələrində suyun
azalması fermentlərin əks istiqamətdə təsir göstərmələrinə və sintetik təsirilərinin get-gedə azalıb,
hidrolitik təsirlə əvəzlənməsinə səbəb olur. Bitkilərin daxilindəki mürəkkəb şəkərlər və digər mü-
rəkkəb maddələr fermentlərin hidrolitik təsiri nəticəsində sadə birləşmələrə qədər parçalanaraq,
hüjeyrələrdə çoxlu miqdarda şəkər toplanmasına səbəb olur. Nəticədə bu da tənəffüs prosesinin
sürətlənməsinə səbəb olur.
Tənəffüsün mühitin qaz tərkibindən asılılığı
- 14 -
Mühitin qaz tərkibi də qaz prosesinə jiddi təsir göstərir. Oksigenin miqdarının mühitdə
azalması tənəffüs prosesini zəiflədir. Bitkilərin oksigensiz şəraitə qarşı davamlılığı müxtəlifdir. Belə
ki, buğda cücərtilərində oksigensiz mühitdə qazlar mübadiləsi kəskin zəiflədiyi halda, çəltik
cücərtilərində isə bu şəraitdə karbon qazının ayrılması nəinki zəifləyir, əksinə bir qədər də
sürətlənir. Görünür çəltikdə bu halın baş verməsi onun sulu sahələrdə normal inkişafi ilə
əlaqədardır. Bu cür şəraitdə çəltikdə anaerob tənəffüs daha çox sürətlənir.
E.V. Arsixovskayanın təcrübələri göstərir ki, mühitin və bitkilərin müxtəlif toxumalarının
qaz tərkibi eyni deyildir. Onun aldığı nəticələrə görə alma meyvələrinin lət hissəsində CO
2
-7,5%,
O
2
-13,9%, limonun yetişmiş
meyvəsində isə CO
2
8,5%, O
2
11,5%-ə bərabərdir (3).
Nəhayət tənəffüsün intensivliyi mühitin qaz tərkibi bitki orqanizmindəki ferment sisteminin
fəallığı, temperatur və s-dən asılıdır.
Qıcıqlanmadan asılı olaraq tənəffüsün
intensivliyinin dəyişməsi
Qıcıqlanma canlı protoplazmanın başlıca xüsusiyyətlərindən biridir. Xarici təsirə cavab
reaksiyası nəticəsində qıcıqlanma əmələ gəlir.
Zəif qıcıqlar protoplazmada gedən həyati proseslərin xeyli artmasına və müxtəlif fizioloji
funksiyaların sürətlənməsinə səbəb olur. Qıcıqların mənfi təsiri aradan qaldırıldıqda protoplazmanın
fəaliyyəti yenidən normal hala düşür.
Nisbətən güclü qıcıqların təsiri nəticəsində protoplazmanın fəaliyyəti əvvəlcə müəyyən
qədər artsa da sonra kəskin şəkildə aşağı düşür.
Müxtəlif fizioloji proseslərə təsir edən qıcıqlardan birinci növbədə müxtəlif növ zəhərli
maddələri göstərmək olar. Bütün zəhərli maddələr az miqdarda olduqda tənəffüs prosesini stimulə
edir. Karbon qazının buraxılması xeyli sürətlənir. Yüksək konsentrasiyalı zəhərli maddələr isə
tənəffüs prosesinin zəifləməsinə və ya dayanmasına səbəb olur. Bu kimi maddələr sırasına efir,
xloroform və s. aiddir.
Mexaniki və fiziki amillərin təsiri ilə də qıcıqlanma baş verir. Bitkilərin yaralanması
tənəffüs prosesini kifayət qədər sürətləndirir. Fiziki amillərə radioaktiv maddələri, temperaturu və
işıqlanmanın dəyişməsini və s. misal göstərmək olar (5).
Qida maddələrinin tənəffüs prosesinə təsiri
Tənəffüs prosesinin intensivliyinə təsir edən amillərdən biri də bitki hüceyrələrinin
karbohidratlarla təmin olunma dərəcəsidir. Bu məsələni ilk dəfə Borodinin öz təcrübələrində
yoxlamışdır. Bitki qaranlıqda saxlanıldıqda hüceyrələrdə karbohidratlar azalır, nəticədə tənəffüs
prosesi xeyli zəifləyir. Bu bitki yenidən işığın altında saxlanıldıqda karbohidratların çoxalması
hesabına tənəffüs prosesi sürətlənir.
Karbohidratlarla zəngin olmayan buna görə də zəif tənəffüs edən bitki yarpaqlarına süni
surətdə şəkər
məhlulu yeridilməsi, onlarda tənəffüs prosesinin sürətlənməsinə səbəb olur.
ƏDƏBİYYAT
1.
Лебедев С.И. «Физиология растений» Изд-во «Колос», 1982
2.
Либберт Э. «Физиология растений» Изд-во «Мир», М. 1976
3.
Рубин Б.А. «Физиология и биохимия дыхания растений» Ладычина М.Е. Изд-во МГУ, 1974
4.
Qasımov N.A. “Bitki Fiziologiyası” Bakı, 2008
5.
Qazıyev T.İ. “Bitki Fiziologiyası” Bakı, 1974.