İnformatika üzrə Respublika olimpiadasının məsələləri



Yüklə 40,99 Kb.
tarix14.01.2018
ölçüsü40,99 Kb.
#20691

İnformatika üzrə Respublika olimpiadasının məsələləri( mart 2006-cı il)
Məsələ A. Üçbucaqların sayı

Proqramın adı: a.pas (a.bas, a.cpp) Giriş faylı : a.in Çıxış faylı : a.out
Vaxta görə məhdudiyyət : 1 saniyə. Yaddaşa görə məhdudiyyət : 64 Мб

Aşağıdakı şəkildə göstərilmiş füqura( kiçik bərabər tərəfli üçbucaqlardan təşkil edilmiş böyük bərabərtərəfli üçbucaq) analoji olan füqurlara baxaq. Şəkildə 4 səviyyədə üçbucaqlardan təşkil edilmiş belə bir füqur təsvir edilmişdir.



Həmin böyük üçbucaqda olan bütün üçbucaqların sayını müəyyənləşdirən proqramı tərtib edin( təkcə “kiçik ” üçbucaqları deyil, həm də bütün üçbucaqları, o cümlədən qalın xətlə verilmiş üçbucağı, bütün füqurun özünü də nəzərə almaq lazımdır ).



Giriş faylı:

Giriş faylında bir N ədədi- füqurdakı səviyyənin sayı yazılmışdır (1≤N≤100000).



Çıxış faylı:

Çıxış faylında bu füqurdakı üçbucaqların sayını verin.


Nümunələr

Giriş 1

Çıxış 1

Giriş 2

Çıxış 2

Giriş 3

Çıxış 3

1

1

2

5

4

27


Məsələ B. Saatların yoxlanılması

Proqramın adı: b.pas (b.bas, b.cpp) Giriş faylı : b.in Çıxış faylı: b.out
Vaxta görə məhdudiyyət : 3 saniyə. Yaddaşa görə məhdudiyyət: 64 Мб

MacroHard kompaniyasında son vaxtlar əməkdaşların işə müxtəlif vaxtlarda gəlməsi halları birdən-birə artmışdı. Vəziyyəti təhlil edən rəhbərlik belə nəticəyə gəlir ki, buna səbəb əməkdaşların qol saatlarındakı göstəricilərin müxtəlifliyidir. Rəhbər heyətlə əlavə məsləhərləşmədən sonra qərara alınır ki, bütün əməkdaşlar saaatlarını eyni vaxta qursun( hansı vaxta qurmağın əhəmiyyəti yoxdur).


Kompaniyanın bütün əməkdaşları eyni nümunədən olan elektron qol saatından istifadə edirlər. Həmin saatlarda vaxt aşağıdakı formatda təsvir edilir: CC:DD:SS (belə ki, CC — saat, DD-dəqiqə, SS - isə saniyədir, həmişə iki rəqəmlə təsvir olunur və 00≤CC≤23, 00≤DD≤59, 00≤SS≤59). Saatların qurulması iki düymənin köməyi ilə edilir. Birinci düymə redaktə sahəsini aşağıdakı qaydada dəyişir: bir dəfə sıxıldıqda saat vaxtın göstilməsi rejimindən CC sahəsinin redaktəsi rejiminə, iki dəfə sıxıldıqdan sonra DD sahəsinin redaktəsi rejiminə, üç dəfə sıxıldıqdan sonra isə SS sahəsinin redaktəsi rejiminə keçir və dörd dəfə sıxıldıqdan sonra vaxtın göstərilməsi rejiminə qayıdır və proses dövri olaraq davam edir.

İkinci düymənin hər dəfə sıxılması redaktə olunan sahənin bir vahid böyüməsinə gətirir( vaxtın göstərilməsi rejimində heç bir dəyişiklik baş vermir). SS sahəsi dolduqdan sonra həmin sahədəki rəqəmlər sıfırla əvəzlənir və DD bir vahid artır, DD sahəsi dolduqdan sonra isə həmin sahədəki rəqəmlər sıfırla əvəzlənir və CC sahəsi bir vahid artır, SS sahəsi dolduqdan sonra sahədəki rəqəmlər yenə də sıfırlarla əvəzlənir.

Hər şey yaxşıdır, lakin anadangəlmə tənbəlliyə görə əməkdaşlar saatlrının qurulmasında düymələrin cəmi sıxılma sayının minumum olmsını istəyirlər. Saatların qurulmasından sonra bütün saatlar vaxtın göstərilməsi rejimində olmalı, həmçinin başlanğıcda da bütün saatlar bu rejimdə olmalıdır.
Düymələrin bütün əməkdaşların saatlarını eyni vaxta qurmağa kifayət edən cəmi sıxılma sayının minimum olmasını müəyyən edən proqramı tərtib edin.
Giriş verilənlər:

Giriş faylının birinci sətrində kompaniyanın əməkdaşlarının sayını göstərən N (1≤N≤200) natural ədədi yerləşir. Sonrakı N sətirdə isə hər bir əməkdaşın qol saatının " CC:DD:SS " formatında vaxt göstəricisi yerləşir.


Çıxış verilənlər:

Çıxış faylında bir ədəd- cəmi sıxılma sayının minimumu verilir.



Nümunə

Giriş

Çixiş

2

08:01:01

07:59:00

7






Məsələ C. Sadə olmayan məsələ

Proqramın adı: c.pas (c.bas, c.cpp) Giriş faylı :c.in Çıxış faylı: c.out
Vaxta görə məhdudiyyət : 2 saniyə Yaddaşa görə məhdudiyyət: 64 Мб

m sətir və n sütundan ibarət düzbucaqlı cədvəl verilmişdir. i-ci sətir ilə j-cu sütunun kəsişməsində aij tam ədədi yerləşir.

Cədvəlin elə 4 müxtəlif damasını tapmaq tələb olunur ki, həmin damaların mərkəzləri tərəfləri cədvəlin tərəflərinə paralel olan düzbucaqlının təpə nöqtələri olsun, bu damalara yazılmış ədədlərin cəmi isə maksimum olsun.



Giriş verilənlər:

Birinci sətirdə iki mn natural ədədləri yazılır (2 ≤ m, n ≤ 500). Sonrakı sətirlərdə isə cədvəl təsvir edilir- hər birində n tam ədəd olan(107aij ≤ 107) m sütun verilir.



Çıxış verilənlər:

Çıxış faylının birinci sətrində seçilmiş elementlərin maksimum cəmi olan r ədədi, ikinci sətirdə seçilmiş damalardan sol yuxarı və sağ aşağı damaların koordinatları olan 4 natural i1, j1, i2, j2 ədədi verilir, belə ki, (1 ≤ i1 < i2m, 1 ≤ j1< j2n). Əgər optimal həll bir neçə olarsa , onlardan ixtiyari biri verilir.



Nümunələr:

Giriş 1

Çıxış1

Giriş 2

Çıxış 2

5 5

1 1 1 1 1

1 2 1 1 1

1 1 1 1 1

1 1 1 3 1

1 1 1 1 1



7

2 2 4 4


5 5

1 -1 -1 -1 -1

-1 -2 -1 -1 -1

-1 -1 -1 -1 -1

-1 -1 -1 -3 -1

-1 -1 -1 1 -1



0

1 1 5 4



Məsələ D. Çeşidləmə stansiyası

Proqramın adı: d.pas (d.bas, d.cpp) Giriş faylı: d.in Çıxış faylı: d.out
Vaxta görə məhdudiyyət : 2 saniyə Yaddaşa görə məhdudiyyət: 64 Мб

Böyük dəmir yolu stansiyasının dispetçerinə hər gün çoxlu qatarlara müxtəlif vaqonlar qoşmaq lazım gəlir ki, onlar verilmiş ardıcıllıqla getsin. Bunun üçün dispetçer stansiyaya gələn sostavı ixtiyari yerdə açıb və yaranan zəncirdən bir vəya bir neçə vaqonu ixtiyari ardıcıllıqla təqdim edə bilər. Bir zəncirdəki vaqonları n ardıcıllığını dəyişmək olmaz.Həmçinin zəncirdəki vaqonlardan axırıncısını birinci yerə gətirməklə zənciri dəyişmək olmaz. Vaqonları sostava tələb olunan ardıcıllıqla qoşmaq üçün vaqonlar arasında birləşmələri zəruri sayda açmaların sayının minumum ədəd olmasını müəyyənləşdirməkdə dispetçer sizdən kömək istəyir.



Giriş verilənlər:

Giriş faylının birinci sətrində N, (1≤N≤100) tam ədədi yerləşir.İkinci sətirdə 1-dən N-dəık ədədlərin əvəzlənməsi(1-dən N-dək bütün natural ədədlər hər hansı ardıcıllıqla ) yerləşir.Ədədlər bir birindən probellə ayrılır. Bu əvəzlənmə stansiyaya gələn sostavdakı vaqonun nömrəsini verir. Tələb edilir ki, stansiyadan gedən sostavda vaqonlar öz nömrələrinə uyğun getsin.



Çıxışa verilənlər:

Proqram çıxış faylında yeganə tam ədədi – vaqonlar arasında birləşmələrin minimal sayına bərabər olan ədəd verilir.



Nümunələr

Giriş

Çıxış

Qeydlər

4

3 1 2 4


2

3 və 1 , 2 və 4 vaqonlarını açmaq lazımdır

5

5 4 3 2 1



4

5 və 4, 4 və 3, 3və 2, 2 və 1 vaqonlarını açmaq lazımdır


Məsələ E. Ədəd

Proqramın adı: e.pas (e.bas, e.cpp) Giriş faylı: e.in Çıxış faylı: e.out
Vaxta görə məhdudiyyət : 2 saniyə Yaddaşa görə məhdudiyyət: 64 Мб

Onluq say sistemindəki yazılışında yalnız 1,3 ,7 rəqəmləri rast gəlinən natural ədədlər ardıcıllığının bütün elementləri artma sırası ilə nömrələnmişdir. Verilmiş n-ə görə həmin ardıcıllığın n-ci elementini tapın.



Giriş verilənlər

Giriş faylının birinci sətrində axtarılan ədədin nömrəsi olan N ədədi(1≤N≤1000000) verilir.



Çıxışa verilənlər

Çıxışa axtarılıb tapılan bir ədəd verilir.



Giriş 1

Çıxış 1

Giriş 2

Çıxış 2

Giriş 3

Çıxış 3

3

7

9

37

13

111







Yüklə 40,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə