- 29 -
qədər olan yerlərdə rast gəlinir. Araksadan təsvir olunmuşdur. Kserofitdir, quru-qayalı və daşlı
yamaclarda, çınqıllı yerlərdə və töküntülərdə bitir.
Seyrəkçiçək parakaryum –
Paracaryum laxiflorum Trautv.
Paracaryum (DC.) Boiss.
cinsinin ərazidəki 2 növündən biri olub, az aralı tükcüklü, ikiillik boz rəngli bitkidir. Tək, düz,
aşağıdan aralanan gövdəsi seyrək cod tükcüklərə malikdir. O, aşağıdan və ya ortadan uzanan
budaqlarla şaxələnir, hündürlüyü 20-40 sm-dir. Kök üstündə olan uzunsov neştərvari, küt,
kənarlarındakı dalğavari yarpaqlar cod saplağa doğru dartılır. Onların uzunluğu 5-8 sm-dir. Bu
yarpaqlar meyvə əmələ gələndə quruyur. Uzunluğu 2-5 sm olan gövdə yarpaqları enli neştərvari və
azca sivridir. Yuxarıdakı yarpaqlar oturaqdır. Bitkinin hamaş çiçək qrupu süpürgəvaridir. Onun
meyvə zamanı uzun, yarpaqsız qıvrımları yumşalır. Kasacıqla eyni bərabərdə olan çiçək saplağı
meyvə zamanı ondan 2-4 dəfə uzun olur. Boz, uzunsov-xətli və ya neştərvari dilimlərə malik olan
kasacığı meyvə zamanı iki dəfə böyüyür, uzunluğu 5-6 sm-ə qədər olur. Göy parıltılı, qısa
borucuqlu və zəngşəkilli büküşlü çiçək tacının uzunluğu 4-5 mm-dir. Qısa ləçəkləri qövsvaridir.
Sütuncuq çiçək tacından görünür. Yumurtaşəkilli, yastı, dairəsində lövbərli iynəciklər yerləşmiş
fındıqçaların uzunluğu 9-10 mm-dir. Onların qanadları yaştı, kənarları isə dişciklidir. Dişciklərdən
bir neçəsi içəriyə doğru əyilmişdir. Bitki may-iyun aylarında çiçəkləyir, iyul ayında isə meyvə verir.
Seyrəkçiçək parakaryum Qafqaz və Rusiya-Türkiyə sərhədinin başlanğıcında yayılmışdır. Naxçıvan
MR orta və yuxarı dağ qurşağında rast gəlinir. Ərzurum ətrafından təsvir olunmuşdur.
Mezokserofitdir, çay yatağı, daşlı yamaclar və töküntülərdə bitir.
Tüklü rindera –
Rindera lanata (Lam.) Bunge.
Rindera Pall. cinsinin ərazi florasındakı
yeganə növüdür. Kökü tünd əsasa malik olan çoxillik bitkidir. Gövdəsi düz, səthi cızıqlı və keçə
tüklüdür, hündürlüyü 20-40(60) sm-dir. Boz, sıx tüklü yarpaqları, demək olar ki, keçəvaridir. Kök
üstündə olan neştərvari və ya uzunsov, sivri yarpaqları saplağa doğru uzanır. Onların uzunluğu 6-18
sm, eni isə 0,8-1,2(4) sm-dir. Gövdə yarpaqları çoxsaylıdır. Gövdənin aşağısındakı yarpaqlar
saplağa doğru dartılmışdır. Oturaq, neştərvari, xətli, yarımgövdə həcmli sonrakı yarpaqlar yuxarı
qalxdıqca balacalaşır. Bitkinin üstü qalxanvari, qalın, daha sonrası isə boştəhər qıvrımlı çiçək qrupu
süpürgəvaridir. Uzun, keçə tüklü çiçək saplağı incədir. Uzunsov dilimli ağ keçə tüklü kasacığın
uzunluğu 4-6 mm-dir. Ləçəkləri düz duran, xətli-neştərvari, kütvari, və uzunluğu 8-10 mm olan
çiçək tacının rəngi əvvəl çəhrayı, sonra isə mavi olur. O, borucuqla eyni dərəcədədir və pulcuqları
kvadratşəkillidir. Erkəkcikləri çiçək tacının ortasına bərkidilmişdir. Uzunluğu 12 mm-ə qədər olan
sütuncuq çiçək tacından görünür. Fındıqçaları iri, dairəvi, qanadcıqları ilə birlikdə diametri 12-15
mm-dir. Qanadcıqları enli, pərdəli və bütöv kənarlı fındıqçaların dairəsi hamardır. Bitki may-iyun
aylarında çiçəkləyir, iyun-iyul aylarında isə meyvə verir. Tüklü rindera Qafqaz, İran, Kiçik Asiya
və Suriyanın şərq bölgələrində yayılmışdır. Naxçıvan MR (Şahbuz rayonunun
Batabat ərazisi, Culfa
rayonunun Kola, Duman meşələri) orta və yuxarı dağlıq qurşaqlarda rast gəlinir. Levantadan təsvir
olunmuşdur. Kserofitdir, quru, daşlı, otlu yamaclarda və töküntülərdə bitir.
Sinay yapşaq –
Lappula sinaica (DC.) Aschers. ex Schweinf.
Lappula Moench cinsinin
ərazidəki 6 növündən biri olub, incə köklü, boz tüklü, yarım dik duran tükcüklü birillik bitkidir. Bir neçə
budaqlı gövdəsi vardır. Meyvəvermə zamanı budaqlar uzanır, qurtaracaqda bir qədər əyilir. Az meyvəli
salxımlarının uzunluğu 5-30 sm-dir. Az saylı saplaqlı yarpaqları gövdənin aşağı hissəsində neştərvari və
uzunsov neştərvaridir. Aşağıdakıların özül hissəsi uzununa daralır. Onlar yabaşəkillidir. Yuxarıdakı
yarpaqlar oturaqdır. Yarpaqların hamısı boz tükcüklüdür, kiçik qabarcıqları isə cod tükcüklərlə örtülü
olur. Çiçək saplağı qalındır, yuxarıdakıların uzunluğu 3 mm, aşağıdakılar isə 10 mm-ə qədər olur.
Yuxarıdakı meyvə saplağı adətən düz, aşağıdakılar isə çox vaxt aşağıya bir qədər qövsvari əyilmişdir.
Dilimləri uzunsov xətli kasacığın uzunluğu 1,5-2 mm-dir. Onlar meyvəvermə zamanı uzanmır və hər
zaman meyvədən qısa olur. Balaca, mavi, zəngşəkilli büküşlərə malik çiçək tacı azca kasacığa tərəf
çəkilir. Yumurtavari meyvələrinin uzunluğu 2-2,5 mm-dir. Ensiz uzunsov fındıqçaların üstündə xırda,
ağ qabarlar vardır. Belə ki, onların dairəsi ensiz-uzunsov və qabarlıdır. Qalınlaşmış kənarları konusvari,
rudiment lövbərli başcıqlı iynəciklərlə örtülmüşdür. Sütüncuğun uzunluğu bir mm-ə çatır. Bitki aprel-
may aylarında çiçəkləyir, may-iyun aylarında isə meyvə verir. Sinay yapşaq Qafqaz, Orta Asiya, İran,
İraq və Sinayda yayılmışdır. Naxçıvan MR-də düzənliklərdə, aşağı dağ qurşağından orta dağlıq qurşağa
qədər olan yerlərdə rast gəlinir. Sinaydan təsvir olunmuşdur. Kserofitdir, quru, gilli, daşlı və qayalı
- 30 -
yamaclarda, əhəngli yerlərdə bitir. Daha çox dağ kserofit (qariqa) və dağ bozqır (friqana) bitkilik
tiplərində rast gəlinir.
Oturaqçiçək yapşaq –
Lappula sessiliflora (Boiss.) Guerke.
Lappula Moench cinsinin ərazidəki
6 növündən biri olub, cod, sıx, ağ tükcüklərlə örtülü birillik boz bitkidir. Düz, tək salxımlı və ya çox
vaxt yuxarısı 2-4 aralı budaqlara malik olan gövdəsinin hündürlüyü 5-10 sm-dir. Ensiz və xətli, küt,
azca əyilmiş yarpaqlarının uzunluğu 0,5-2 sm, eni isə 1-2 mm-ə çatır. Onlar sayca çoxdur. Salxımları
kiçik xətli çiçəklərin yanındadır, meyvəvermə zamanı uzunluğu 10-15 sm-ə çatır. Uzunluğu bir mm
olan kasacığı meyvəvermə zamanı 3 mm-ə qədər olur. Ensiz, neştərvari, sivri dilimli kasacığı
meyvəvermə zamanı sərilmiş vəziyyətdə olur. Çox xırda, mavi çiçək tacının uzunluğu 1,5 mm-dir.
Zəngşəkilli büküşlərinin eni bir mm olur. Oturaq və meyvə zamanı ayrılmayan fındıqçaların uzunluğu
2,5-3 mm-dir. Onların arxa tərəfi üçkünclü, tikanlı-qabarlı, dairəsi isə üçkünclü olur. Fındıqçaların yan
bucağı sivridir və yuxarı bucağı yuxarıya doğru dartılır. Kənarlarının hər tərəfi 2-3(5) lövbərli
iynəciklərlə örtülən fındıqçaların hər üç tərəfdən kənarları azca qaldırılmış qalın haşiyələrə malikdir.
Yanda olan aşağı bucaqlardakı iynəciklər çox vaxt ikiləşir və digərlərindən uzun olur. Yuxarıdakı
fındıqçalar, adətən, kasaşəkilli kənarlara malikdir. Bəzən isə kənarları iri, sivri dodaqşəkilli formada
olur. Onların dişcikləri lövbərli iynəciklidir. Bəzən bütün fındıqçalar qanadsız olur. Nazik sütüncuq
fındıqçalardan çətinliklə görünür. Bitki aprel ayında çiçək açır, iyun ayında isə meyvə verir. Oturaqçiçək
yapşaq Qafqaz, Orta Asiya, İran və İraqda yayılmışdır. Naxçıvan MR-də (Kəngərli rayonunun
Böyükdüz ərazisi) düzənliklərdə, aşağı dağlıq qurşaqlarında rast gəlinir. İsfahandan təsvir olunmuşdur.
Kserofitdir, quru, gilli yerlərdə və əkin sahələrində bitir. 15 may 1934-cü ildə Ç. Qurviç və 27 may
1934-cü ildə L.İ. Prilipko Naxçıvan ətrafından toplamışdır (2,165).
Balaca arnebiya –
Arnebia minima Wettst. (
A. linearifolia DC.)
Arnebia Forrsk. cinsinin
ərazidəki 2 növündən biri olub, tək, düz, budaqlı (bəzən aşağıdan budaqlı) çılpaq gövdəli, tünd-
bənövşəyi köklü birillik bitkidir. Onların hündürlüyü 7-18 sm olur. Kök üstündə olan yarpaqları
kürəkşəkilli və ya xətli-uzunsov və kütdür. Onların aşağısı tədricən daralmışdır. Gövdədəki oturaq
yarpaqları uzunsov xətli və kütdür. Onların yuxarısı qısa və sərt səthli, aşağısı isə çılpaqdır.
Kənarları, əsasən, uzun tüklüdür. Aydın görünməyən 5 tərəfli kasacığının borucuğu meyvə zamanı
bir az bərkiyir. Onların aşağısı uzun tüklü olur. Xətli və yastı kasacığın dilimləri çox uzanır.
Kənarları uzun tüklüdür. Açıq-sarı, ensiz, çılpaq və ya xovlu borucuqlu çiçək tacının uzunluğu 15-
20 mm-dir. O, kiçik zəngşəkilli yastı büküşlü, uzunsov dilimlərə malikdir. Dik duran, qəhvəyi, enli
üç tərəfli, yumurtaşəkilli, xırda qabarlı fındıqçalarının uzunluğu 4 mm-ə yaxındır. Bitki aprel ayında
çiçəkləyir, mayda isə meyvə verir. Balaca arnebiya Qafqaz, Orta Asiya, İran, Ərəbistan və Şimali
Afrikada (Misirdə) yayılmışdır. Naxçıvan MR-də düzənliklərdə, aşağı dağlıq qurşaqda rast gəlinir.
Ərəbistandan təsvir olunub. Kserofitdir, quru, daşlı, gilli yamaclarda rast bitir.
Zərif onosma –
Onosma gracilis Trautv.
Onosma L. cinsinin ərazidəki 6 növündən biri olub,
açıq-yaşıl və ya sarımtıl-yaşıl çoxillik bitkidir. Dik duran gövdəsi bir qədər əyri və budaqlıdır. Səthi
uzun olmayan seyrək, nazik, qısa cod tükcüklü gövdəsinin hündürlüyü 20-40 sm-dir. Kökün
yuxarısında yarpaqları yoxdur. Gövdədəki oturaq yarpaqları yuxarıya doğru böyüyür. Aşağısındakı
yarpaqları xətli və ya uzunsov xətli olur. Ortadakı – daha çox iri yarpaqları neştərvari, sivri, əyilmiş,
cod, açıq-yaşıl, bəzən də sarımtıl-yaşıldır.Yarpaqların hər iki tərəfində sıx cod tükcüklü qabarlar
vardır. Az çiçəkli qıvrımları çox böyük olmayan yumşaq hamaş çiçək qrupunda toplanmışdır. Onlar
meyvə zamanı nə düzəlir, nə də uzanır. Aralı, cod, ensiz, xətli dilimli kasacığın uzunluğu çiçəkləmə
vaxtı 8-9 mm, meyvə zamanı isə 15 mm-ə qədər olur. Açıq-sarı, sonradan saman rəngli və
boruşəkilli çiçək tacının uzunluğu 12 mm-ə yaxındır. Onun narın xovlu, kasacıqdan azca uzun
ağızcığı genişlənməmişdir. Tozluqların əlavə çıxıntısı çiçək tacından yuxarıya çıxmır. Üçtərəfli-
yumurtaşəkilli, sivri, qəhvəyitəhər və parlaq fındıqçaların uzunluğu 4 mm-ə yaxındır. Bitki may-
iyun (iyul) aylarında çiçəkləyir, iyul-sentyabr aylarında isə meyvə verir.
Zərif onosma Cənubi
Qafqazda yayılmışdır. Naxçıvan MR-də aşağı və orta dağ qurşaqlarında rast gəlinir. Zərif onosma
Naxçıvandan (Biləv kəndinin ətrafından) təsvir olunmuşdur. Mezokserofitdir, qayalı, daşlı
yamaclarda,
çəmənlərdə, çınqıllı yerlərdə bitir.
Nazikyarpaq onosma –
Onosma tenuiflora Willd. (
O. rupestris Bieb.)
Onosma L. cinsinin
ərazidəki 6 növündən biri olub, çox da böyük olmayan çoxillik bitkidir. Az budaqlanan, göy-