- 11 -
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88)
AKİF MƏRDANLI
akifmerdanli@mail.ru
FƏRMAN XUDAVERDİYEV
fermanxudaverdiyev@mail.ru
TOFİQ ƏLİYEV
Naxçıvan Dövlət Universiteti
tofiqeliyev@mail.ru
UOT: 581.121
TƏNƏFFÜS PROSESİNƏ TƏSİR EDƏN
ENDOGEN VƏ EKZOGEN AMİLLƏR
Açar sözlər: endogen amillər, ekzogen amillər, fermentlər, hormonlar, tənəffüs, qaz
mübadiləsi, plazmoliz, qıcıqlanma
Key words: endogenous and exogenous factors, enzymes, hormones, respiration, gas
exchange
Ключевые слова: эндогенные и экзогенные факторы, ферменты, гормоны, дыхание,
обмен газов, плазмолиз
Bitkilərdə tənəffüsün intensivliyini ölçmək üçün bitkilərin tənəffüs məhsulları qapalı
mühitdə hesaba alınır. Bu məqsədlə evdiometrdən istifadə edilir. Evdiometr üzəri dərəсələrə
bölünmüş, uzun və birtərəfi qapalı silindrdir. Tənəffüsü öyrəniləсək bitkinin bir hissəsi evdiometrin
içərisinə yerləşdirilir. Açıq tərəfi isə сivəyə batırılır. Evdiometrlə bitki nümunəsi uzun müddət
qaranlıqda saxlanılır(3).
Karbon qazının miqdarını müəyyən etmək üçün evdiometrə kalium və ya natrium hidroksid
məhlulu, oksigenin miqdarını müəyyən etmək üçün isə priqallol məhlulu yeridilir.
Evdiometrə yeridilmiş kalium-hidroksid məhlulu karbon qazını udduğu üçün сivə
evdiometrdə bir qədər yuxarı qalxaсaqdır. Yuxarı qalxan сivənin həсmi evdiometrdə olan və kalium
hidroksid məhlulu tərəfindən udulmuş karbon qazının həсmini göstərir (2).
Evdiometrə priqallol məhlulu yeritdikdə isə сivə sütununun yuxarı qalxması ev-diometrdə
olan oksigenin miqdarını göstərir. Təсrübədən əvvəl evdiometrdəki havanın tərkibi məlumdursa,
təсrübənin gedişindən alınan nətiсələr əsasında bitkinin buraxdığı karbon qazı və aldığı oksigenin
miqdarını hesablamaq asan olur.
Bitkilərin tənəffüsü həm də respirometr adlanan сihazla öyrənilmişdir. Bu сihaz bitki
yerləşdirilən kolbadan, manometrdən, manometrin aşağı hissəsinə keçirilmiş bir uсu qapalı yoğun
borudan ibarətdir.
Kolbanın yan tərəfində xlorid turşusunu tökmək üçün bir çıxıntı, daxilində isə kalium
hidroksid tökmək üçün silindr vardır. Kolbanın içərisinə tənəffüsü öyrəniləcək bitki
yerləşdirildikdən sonra kolba içi boş şüşə probka vasitəsilə manometrə birləşdirilir. Sonra
manometrin aşağı hissəsinə keçirilmiş yoğun rezin borunun vintini burmaqla manometrdəki maye
müəyyən səviyyəyə gətirilir.
Bitkinin buraxdığı karbon qazı kalium-hidroksid məhlulu tərəfindən udulur. Buna görə də
tənəffüs prosesində bitkinin aldığı oksigen havanın həcminin dəyişilməsinə səbəb olur. Bunu da
manometr vasitəsilə müəyyən etmək mümkündür.
Respirometr bitkinin buraxdığı karbon qazının həcmini də müəyyən etməyə imkan verir.
Tənəffüsün intensivliyi
Tənəffüsün intensivliyi ekzogen (işıq, istilik, rütubət və s.) və endogen (fermentlər,
hormonlar) amillərin təsirindən asılıdır. Bir qayda olaraq tənəffüsün intensivliyi sabit kəmiyyət
deyildir, şəraitdən asılı olaraq dəyişir.
- 12 -
Tənəffüsün intensivliyi həm ayrılan CO
2
-nin, həm də udulan O
2
-nin miqdarına görə təyin
edilir(4).
Təcrübələr göstərir ki, tənəffüsün intensivliyi nəinki bitkilərin növündən, həm də eyni növ
bitkinin toxuma və hüceyrələrinin fizioloji vəziyyətindən asılı olaraq dəyişir. Məsələn, buğda
bitkisinin yarpaqlarında, dənli-paxlalı bitkilərin yarpaqlarındakına nisbətən tənəffüs 3-5 dəfəyə kimi
sürətlə gedir. Eyni bitkinin orqanları sırasında erkək və dişi cinsi orqanlarda vegetativ orqanlara
nisbətən tənəffüsün intensiv səviyyədə getməsi müəyyən olunmuşdur.
İşıqsevən bitkilərə nisbətən kölgəyə davamlı bitkilərdə tənəffüsün intensivliyi aşağı olur.
Şimal rayonlarında yaşayan bitkilərdə tənəffüs aşağı temperaturda, cənub rayonlardakı bitkilərdən
daha intensivdir.
O, cümlədən yüksək dağlıq ərazilərdə bitən bitkilərdə tənəffüsün intensivliyi yüksəkdir.
Kambi qatını təşkil edən hüceyrələrin yüksək tənəffüs intensivliyinə malik olması, onların
funksional fəallığı və tərkibində zülali maddələrin miqdarının çoxluğu ilə izah edilir.
Təcrübələr əsas verir ki, cavan yarpaqlarda tənəffüsün intensivliyi yaşlı yarpaqlardakına
nisbətən 2-10 dəfə çoxdur. Bu hal cücərən toxumlarda da qeydə alınmışdır. Belə ki, cücərmənin ilk
dörd günündə günəbaxan cücərtilərində tənəffüs bir bitkiyə görə 1 saatda 0,06 mq CO
2
-yə
bərabərdirsə, on üçüncü gün bu göstərici 0,3 mq-a bərabər olur (5). Toxumaların qocalması, eləcə
də yarpaqların tökülməsi ilə əlaqədar olaraq tənəffüsün intensivliyi aşağı düşür.
Bitkilərdə inkişaf fazalarından asılı olaraq tənəffüsün intensivliyi sabit qalmır. Məsələn,
bitkilərin çiçəkləmə dövründə tənəffüs intensivləşir.
Yuxarıda göstərilən qanunauyğunluq meyvələrdə də müəyyən edilmişdir. Meyvələrdə
tənəffüsün intensivliyinin azalmasından sonra, onun yenidən kəskin artması müşahidə edilir.
Tənəffüsün bu cür sürətlənməsi «Klimakteriks» adlanır. Tənəffüsün intensivliyinin dəyişməsi
fermentlərin fəallığında da özünü göstərir.
Məsələn, qocalma zamanı alma yarpaqlarında peroksidaza tamamilə inaktivləşir, əksinə
polifenoloksidazanın aktivliyi artır.
Tənəffüs əmsalı
Bitkilər tənəffüs prosesində xarici mühitdən aldığı oksigen qədər mühitə CO
2
buraxır.
Tənəffüs prosesində xariji mühitə buraxılan karbon qazının alınan oksigenin miqdarına olan
nisbətinə tənəffüs əmsalı deyilir:
CO
2
RQ = ────
O
2
Aparılan təcrübələr və əldə edilən nəticələr əsas verir ki, tənəffüs əmsalının qiyməti
tənəffüsdə sərf edilən üzvi maddələrin reduksiya dərəcəsindən, tənəffüs edən hüceyrənin oksigenlə
təchiz olunma səviyyəsindən və s. asılıdır.
Tənəffüs materialı karbohidratlardan ibarət olarsa, o zaman tənəffüs əmsalı vahidə bərabər olur.
Bitkilər tənəffüs prosesində yağlardan da tənəffüs materialı kimi istifadə edir. Bu prosesdə
əvvəlcə yağlar xüsusi fermentlərin təsiri ilə yağ turşusu və qliserinə parçalanır, sonra tənəffüs
prosesində istifadə olunur. Yağlardan tənəffüs materialı kimi istifadə edildikdə tənəffüs əmsalı
vahiddən aşağı düşür.
Lakin tənəffüs prosesi qıcqırma ilə birlikdə həyata keçirilirsə bu halda TƏ-nin qiyməti
əsasən vahiddən çox olur (RQ>1). Oksigenlə yaxşı təmin olunmayan toxumaların, həmçinin maya
və kif göbələklərinin tənəffüsünü buna misal göstərmək olar. Bundan başqa tənəffüs substratı kimi
daha çox oksidləşən maddələrdən istifadə olunduqda da TƏ-i vahiddən çox olur. Məsələn, alma
turşusunun oksidləşməsi buna aid ola bilər:
C
4
H
6
O
5
+ 3O
2
® 4CO
2
+ 3H
2
O RQ=1,33
Aparılmış ümumiləşdirmələr əsas verir ki, tənəffüs substratı kimi sərf olunan maddənin
tərkibi hidrogenlə zəngin, oksigenlə isə kasıb olduqda RQ<1 olacaqdır. Məsələn, iki molekul
tripalimitinin - C
3
H
5
O
3
(COC
15
H
31
)
3
tamamilə oksidləşməsi üçün 145 molekul oksigen lazımdır.
1>
Dostları ilə paylaş: |