Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr


Yeddinci fəsil: Universitetlə birlik



Yüklə 2,2 Mb.
səhifə16/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

Yeddinci fəsil: Universitetlə birlik


Hövzə və universitet birliyinin mənası

İslam quruluşunda elm və din yanaşı hərəkət etməlidir. Hövzə və universitetin birliyi budur. Hövzə və universitetin birliyinin mənası bu deyil ki, mütləq hövzə ixtisasları universitetdə və universitet ixtisasları hövzədə tədris olunsun. Xeyr, buna lüzum yoxdur. Əgər hövzə və universitet bir-birilə əlaqədə olsa, əməkdaşlıq etsələr, bir-birinə yaxşı münasibət bəsləsələr və kömək göstərsələr, elm və din adlı bir müəssisənin iki şöbəsi olacaqlar. Elm və din bir müəssisədir, birgədir. Bu müəssisənin iki şöbəsi var: biri elm hövzələri, digəri isə universitetlər. Amma bunlar bir-biri ilə əlaqədə, bir-birinə qarşı nikbin olmalı, birgə işləməli, bir-birindən ayrılmamalı və bəhrələnməlidirlər. Bu gün elm hövzələrinin öyrənmək istədiyi elmləri universitet mənsubları onlara öyrətsinlər, universitet tələbələrinin ehtiyacı olan din və dini bilgiləri də hövzə alimləri onlara öyrətsinlər. Universitetlərdə ruhani nümayəndələrinin fəaliyyəti buna görədir. Çox yaxşı olar ki, bu əlaqələr proqramlı şəkildə idarə olunsun. Bu ən yaxşı və ən təbii vəhdətlərdən biridir.

Bildiyiniz kimi, repressiya dövründə - zalım rejimin ruhaniləri ali təhsilli insanlardan ayırmaq üçün bütün vasitələrdən istifadə etdiyi zaman bir qrup ayıq, alim, ağıllı, məsləhəti bilən və xeyirxah ruhanimiz universitetlərlə əlaqələri möhkəmləndirdilər. Bu yönümdə ən yaxşı işlər mərhum Ayətullah Mütəhhəri kimi alimlərin universitetlərdə çıxışları idi. Mərhum Doktor Müfəttih də belə ruhanilərin ən fəal və aktivlərindən idi.586
Hövzə və universitetin müştərək tədqiqatları

Böyük İmamın təkid göstərdiyi məsələlərdən biri hövzə və universitetin əlaqəsidir. Elm hövzəsi bu sahədə nə iş görmək istəyir? Hövzə və universitetin əlaqəsi necə təşkil olunacaq? Bizdə hövzə və universitetin əməkdaşlıq qurumu var. Düzdür, çox dəyərli və yaxşı işlər görmüşdür, lakin o böyük işə nisbətən yalnız kiçik bir hissəni əhatə etmişdir. Müştərək tədqiqatlar, araşdırmalar və işlər görülə bilər.

Hövzə tələbələri öz dövrlərinin bilgiləri ilə tanış olmalı və günün elmlərini öyrənməlidirlər. Əlbəttə, bu o demək deyil ki, onlar öz dərslərini buraxmalıdırlar. Hövzə proqramları əhatəli olmalı, tələbələri lazımi bilgilərlə tanış etməlidir.587
Hövzə və universitet və onların arasında birlik

Bunu hamı başa düşür. İmam və digər böyük şəxsiyyətlər demək istəmirdilər ki, universitetlər yığışıb Quma getsinlər, yaxud Qum hövzəsinin bir şöbəsi olsunlar, yaxud Qum hövzəsi gəlib universitetlərə birləşsin, yaxud onların bir şöbəsi olsun. Heç kəs bunu istəmədi və demədi. Məsələ budur ki, bizim tələbə yetişdirən iki orqanımız var: Biri dini məfhumlara və onun təbliğinə aid elmlərə, dini mövzularda yeniliyə, həyatda aktual və yeni məsələləri anlamağa aiddir. Bu, hövzədir. Onun işi dini məsələləri araşdırmaq, yalnız mehrabın küncünə, yaxud evin bir tərəfinə yox, əslində həyatın bütün sahələrinə dair Allahın hökmlərini öyrənməkdən ibarətdir. Bu qrup bunu öyrənməli, yeni hökmləri araşdırmalı, ondan olmayan qatqıları təmizləməli və onu münasib dillə hər bir cəmiyyətdə və hər bir zamanda hər bir tərəf-müqabilə ən gözəl şəkildə çatdırmalıdır. Bu, hövzə orqanının vəzifəsidir və adı elm hövzəsidir.

Başqa bir tələbə orqanı da var. Bu tələbə orqanı dinə bağlı məsələləri çıxmaq şərtilə, xalqın digər işlərinin idarəsi ilə əlaqədardır. Xalqın gəliri, qazancı, binası, yolu, bədəni, müxtəlif iş və məsələləri var. Xalqın həyati işlərində də tədqiqat lazımdır. Xalqın həyatını yaxşılaşdırmaq və sahmana salmaq üçün müxtəlif elmlər, növbənöv biliklər var. Bu orqan da belə elmləri öyrənməklə məşğuldur. Bunları öyrənib mütəxəssis və nəzər sahibi olur, uyğun araşdırma aparır, cəmiyyətdə icra etməyə hazırlayır; dünyanın yeni tədqiqatlarını öyrənir və öz növbəsində yeniliklər edib bəşəriyyətə təqdim edir. Bu da başqa bir tələbə orqanıdır.588
Hövzə və universitetin birliyinə dair sadə bir təsəvvür

Təsəvvür edin biz hövzə və universitetin vəhdətindən danışdıqda mənası bu olsun ki, bütün elmi kafedralar hövzədə də açılsın. Xeyr, məqsəd bu deyil. Kafedra öz yerində açılır, hövzə də özünün coğrafi məkanında. Vəhdətin mənası bu deyil ki, bu oraya getsin, o buraya gəlsin və hamısı bir yerdə, bir mühitdə, bir tavan altında yaşasınlar. Bu, mürəkkəb və mühüm bir məsələnin ibtidai şəkildə başa düşülməsidir. Yaxud heç kim güman etməsin ki, biz hövzə və universitetin birliyindən söhbət etdikdə hövzə metodlarının eynilə universitetdə tətbiq olunmasını istəyirik. Xeyr! Əlbəttə, hövzənin bəzi metodları çox yaxşıdır və universitet onları öyrənməlidir. Necə ki, biz hövzədə bəzi tədqiqat metodlarını universitetdən öyrənirik.589


Hövzə və universitetin yaxşı üsullarının mübadiləsi

Hər halda, hər bir elmi mühitdə hövzənin bəzi metodlarını öyrənsələr, yaxşı olar. Yeri gəlmişkən, bu da o demək deyil ki, hövzənin hər bir tədris metodu yaxşıdır. Biz hövzənin bəzi üsullarına irad bildiririk. Buna hövzə mənsublarının özləri də həmişə irad bildirirlər. Məqsəd bu deyil ki, hövzədə olan hər bir şey universitetə gətirilməlidir. Əlbəttə, hövzədə olan hər bir yaxşı metodu universitetdə öyrənməlidirlər, universitetdə olan hər bir yaxşı metodu da hövzədə. Ənənəvi və yeni yaxşı metodlar bir-birini təkmilləşdirir. Çünki biz hər bir yeni şeyə qarşı çıxmırıq.590


Hövzə və universitetin birliyinin dərinləşməsi

Biz deyirik ki, hövzə və universitet onlar üçün lazım olan xarici metodlardan da istifadə etsin, özümüzdəki faydalı klassik metodlardan da. Hövzə və universitetin əlaqəsi məsələsində söhbət bu deyilən həddədir, onların birliyi isə bundan çox genişdir, ümumiyyətlə, başqa bir şeydir. Məsələ budur ki, ölkəmizdə iki elm və təhsil xətti mövcuddur. Onun biri cəmiyyətin dəyərlər sisteminə aid olan elmlərlə bağlıdır. Bu xətt hövzədir; dinlə, əxlaqla və ilahi fəlsəfə ilə məşğuldur. Hövzələrin işi elmi iş və oradakı elmi incəliklər çox yüksək və dərin olsa da, cəmiyyətin dəyərlər sisteminə, eləcə də din və əxlaqa xidmət edir.

Digər elmi xətt, yəni universitet cəmiyyətin digər ehtiyaclarına hesablanıb. Cəmiyyət elmsiz, sənayesiz, elmi inkişafsız və yeni kəşflərsiz yaşaya bilməz. Bəşər birinci dərəcəli məişət imkanlarına ehtiyaclı olduğu qədər elmə və alimə də ehtiyaclıdır. Müxtəlif elmlər – tibb, texnologiya, hətta incəsənət və ədəbiyyat da insan həyatına lazımdır.591
Universitetsiz hövzənin nəticəsi

Elmsiz bir cəmiyyətin həyatı acı, zəif, bədbəxt və uğursuz olar. İkinci xətt həyatın zəruri ehtiyaclarını təmin etməyə çalışır. Bu iki elmi xətt, yəni universitet və hövzə çox lazımdır. Onların hər hansı olmasa, cəmiyyətin əsas iki sütunundan biri dağılmış olar. Məsələn, hövzə olsa, lakin universitet olmasa, nəticə nə olar?

Nəticə xalq və ölkəmizin problemlərə düçar olması, geri qalması və nəhayət, düşmənin elm bəhanəsi ilə bu ölkəyə hökmranlıq etməsi olar. Nəticə budur. Çünki bir ölkədə elm, sənaye, texnika olmasa, başqa bir ölkə bunları ölkəyə satacaq. Lakin neçəyə? Özü istədiyi qiymətə; müştəri ölkənin bütün maddi sərvətlərinin qiymətinə. Deyəcək ki, siz yeraltı sərvətlərinizi mənə verin, mən də sizə sənaye məhsullarımı verim. O da müəyyən mənada çarəsiz qalacaq. Pəhləvi rejimi dövründə bu iş baş tutdu. Neftlə elmə sərmayə yatırmadılar. Bir qədər pul xərcləmədilər ki, ən azı gələcəkdə əcnəbilərə möhtac olmasınlar. Bu işi görmədilər. İran heç nəyi hesablamadan öz pulunu Qərbin hesabına köçürdü, Qərb də yenə də seçim etməklə və dəllalbazlıqla məhsullarını İran bazarına gətirdi. Buna görə də, cəmiyyətimiz asılı və elmsiz bir cəmiyyətə çevrildi, bir alim və tədqiqatçıya iş şəraiti tapılmadı.

Fərz edək, bir cəmiyyətdə hövzə, mənəviyyat və əxlaq var, lakin elm yoxdur. Bu elmsizlik onun axırına çıxar. Çünki düşmən o cəmiyyətə lazım olan elmi məhsulu hətta mənəviyyatının qiymətinə ona sırıyar və satar. Bu cəmiyyət bir müddət dözüb lazımi məhsulları ölkəsinə daxil etməyə bilər, amma sonunda buna məcbur olar.592


Hövzəsiz universitetin nəticəsi

Əgər bir ölkədə, cəmiyyətdə yaxşı universitet olsa, amma yaxşı elm hövzəsi olmasa, vəziyyət necə olar? Ondan da pis olar. Bu zaman ölkədə elm inkişaf edər, lakin qeyri-insani məqsəd və dəyərlər istiqamətində. Zülmün, hegemonizmin, ayrıseçkiliyin, iffətsizliyin, hətta milli amallara xəyanətin xidmətində duran elm olar. Mənim əzizlərim! Təəssüf ki, şah dövründə belə oldu. Universitet açdılar, amma əsasını dindən, hövzədən ayırdılar. Elm hövzəsi də ayrı idi, universitet də. Ona görə də çox pis nəticələr əldə etdik. Bu haqda danışacağam. Deməli, universitetsiz və yalqız hövzə cəmiyyətin ehtiyaclarına kifayət etmir. Hövzəsiz və yalqız universitet də kifayət etmir.593


Ölkənin iki elm qanadı arasında ziddiyyətin nəticəsi

Əgər universitet din və İslam dəyərlərinə, elm hövzələrinin təmin etməyə çalışdığı dəyərlərə, hövzə də yeni elmlərə qarşı çıxsa, bir-birinə kömək göstərməli, quruluşun iki təməli və uca bəşəri zirvələrə pərvaz etmək üçün iki qanad olmalı bu iki elmi xətt bir-birinin əleyhinə işləməyə başlayar. Bu zaman nəticə nə olar? Ən pis nəticələr qarşıya çıxar. Çünki iki amil quruculuq əvəzinə bir-birini sıradan çıxarmağa çalışarlar və bu çox təhlükəlidir. Mənfur Pəhləvi rejiminin ortalarında bunun üçün plan cızmışdılar.594


Pəhləvi rejiminin hövzə və universitet qarşısında siyasətləri

Əvvəl istədilər hövzəni bağlasınlar, gördülər olmur. Nə üçün? Çünki istəyirdilər universitet olsun, hövzə isə olmasın. Rza xan bu üsulu seçmişdi. Sonra gördülər ki, alınmır, mümkün deyil. Buna görə Pəhləvi şahlığının ortalarında ikinci planı icra etdilər. İkinci siyasət bu idi ki, hövzə olsun, lakin universitetlə heç bir əlaqəsi olmasın, universitetə, hər bir yeni elm və texnologiyaya bədbin yanaşsın. Bu bir tərəfdən. Digər tərəfdən də təbliğatla və digər yollarla universiteti bacardıqları qədər hövzə əleyhdarı, din və ruhani əleyhdarı kimi yetişdirdilər, universitetlərdə və yeni elm mərkəzlərində ruhaniləri və din elmini gözdən saldılar. Ruhaniləri zəhlətökən, ziyanverici, savadsız, müftəxor bir qrup kimi tanıtdırdılar. Nə üçün? Ona görə ki, pak, mömin və ixlaslı bir tələbə gənc bir ruhaninin yanına getməyə əsla maraq göstərməsin. Universitetlərdə də bu məqsədlə müxtəlif işlər gördülər. Onların planı belə idi. Nəticə nə oldu? Nəticədə nisbətən uzun bir dövrdə bizim universitetlərimiz yararsız məzunlar yetişdirdilər.595


Universitet elminə dəyər istiqamətinin verilməsi

Hövzə və universitetin birliyi - bu iki xəttin bir-birinə üz tutmasıdır. Yəni universitet elm və təhsili hövzənin elmi metodlarla araşdırma apardığı və tədris etdiyi İslam və əxlaq dəyərləri istiqamətində aparsın. Elm din və əxlaq istiqamətində, insan naminə, əcnəbi asılılığından qurtulmaq, milli istiqlaliyyətimizi təmin etmək, İslam ümmətinin başucalığı, ABŞ-ın, yaxud Avropanın daha elm vasitəsi ilə xalqları bədbəxt edib tapdaya bilməməsi üçün olsun, qalxana və uçuş vasitəsinə çevrilsin... Bütün bunlar o zaman baş verəcək ki, universitet hövzədən öyrənsin, hövzədə olan din və əxlaq dəyərləri universitetə yol tapsın.596


Hövzənin universitet üsullarından istifadəsi

Əlbəttə, elm hövzəsi də inkişaf etmək və ehkamçılıqdan çıxmaq üçün universitetdə qəbul olunan elmi metodları öyrənməlidir. Bu gün Allaha şükür olsun ki, hövzə bu baxımdan çox inkişaf edib. İmamın nəzərdə tutduğu birlik budur. Bu bütün ölkəni, həm hövzəni, həm universiteti kamil həddə çatdıracaq xüsusiyyətdir.597


Universitetin hövzənin elmi həmkarı olması

Mən elm hövzəsindəki əziz qardaşlara tövsiyə edirəm ki, hövzə və universitetin ayrılığına və ziddiyyətinə çalışan təxribatın növbəti dəfə səmərəyə çatmasına qoymasınlar. Universiteti elmi həmkar bilin: siz bir fəndə təhsil alırsınız, onlar digər fənlərdə; bir elmi təşkilat sizsiniz, biri də ölkənin universitetləri. Düşmən hövzə ilə universitet arasında həmişə nifrət və ədavət yaratmağa çalışmışdır. Buna imkan verməyin. Bir universitetdə kiminsə yanlış hərəkəti hansısa hövzədə birisinin səhv işi kimidir; nə onu ümumiləşdirmək olar, nə bunu. Əlbəttə, hövzə və universitetin əlaqəsində məqsədim sırf duyğusal əlaqədir. Sözsüz ki, elmi-praktik əlaqə də mümkündür, lakin indi bundan danışıram.598




Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə