Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr



Yüklə 2,2 Mb.
səhifə13/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

Dördüncü fəsil: Təhsil


Hövzələrdə digər İslam elmlərinə diqqətin zəruriliyi

Bizim hövzəmizdə Quran təcrid olunmuşdur; məsələn, Quran elmi, Qurana aid məsələlər. Keçmiş alimlərimiz bu gün Quran elmləri adı altında tanınan elmə dair çoxlu kitablar yazmışlar və indi də xoşbəxtlikdən, bəziləri bu elmlə məşğul olurlar. Müstəqil bir elm olan təfsir də, hədislə tanışlıq, hədis elmi də belədir. Bu elmə dərindən yiyələnmək yaxşı təsnifat və istifadələrlə nəticələnir. Təəssüf ki, biz indi bunların hamısından məhrumuq. İş və tədqiqatın lazım olduğu rical elmi də belədir. Yaxşı kitablar yazılsa da, rical elmində böyük boşluq hiss olunur. Biz rical rəvayətçilərini tanımaqla sünnə sahəsində özümüzə elmi əsas formalaşdırmaq istəyirik. Bunun üzərində işləmək lazımdır. Həmçinin tarix də çox əhəmiyyətlidir, ondan hətta fiqhdə də istifadə etmək olar. Bir çox fiqh məsələləri tarixlə əlaqədardır, lakin biz buna az diqqət yetirmiş və hətta bunu kəşf etməmişik. Əlbəttə, mən burada tarixi müstəqil elm kimi nəzərdə tuturam. Bu bir İslam elmidir. Kimlərsə tarixdə işləməlidirlər.506


Yeni dərs kitabları yazmağın zəruriliyi

Qum Elm Hövzəsinin və digər elm hövzələrinin problemlərindən biri dərs vəsaitləri ilə əlaqədardır. Dərs kitablarından danışan kimi deyirlər ki, hansısa böyük alim də həmin kitabları oxuyub; daha inqilabçı olanlar deyirlər ki, imam həmin dərsləri oxuyub imam oldu. İmam doğrudanmı həmin dərsləri oxuduğuna görə imam oldu?! İmam xüsusi bir gövhər idi. Sizin imamda müşahidə etdiyiniz böyüklük bu dərs kitablarını oxumaqdan irəli gəlmir. Bundan əlavə, mərhum imamın bu kitabları oxuduğu dövrlə indiki dövr arasında 60-70 il zaman fərqi vardır.

Yeni dərs kitabı hazırlayın. Nə eybi var ki, bir qrup oturub yeni dərs kitabı yazsın?! Deyirlər ki, biz Şəhid Sani olmarıq. Şəhid Sani olmazsınız, amma bizim bugünkü fəqihlərimizin bir çoxu keçmiş fəqihlərdən elmlidirlər. Mən demirəm ki, elmi dərəcələri və istedadları onlardan çoxdur. Bəlkə də onların dövründə olsaydılar, onlar kimi ola bilməzdilər, amma onların çoxunun fiqhi dərk səviyyəsi bizim keçmiş fəqihlərimizin çoxundan yüksəkdir. Nə üçün olmaz?! Üsul kitabı hazırlayın, fiqh kitabı hazırlayın, müxtəlif səviyyələr üçün dərsliklər yazın, dərs vəsaitlərini dəyişdirin.507
Hövzənin dərs vəsaitində yenilik

Həqiqətən xətrini çox istədiyimiz əziz dostlarımızdan biri mənə deyirdi ki, hövzədə plastik məhsul düzəltmək olmaz; Mütəvvəl, sonra Məalim, sonra Qəvanin, sonra Lüməni şərhi ilə birgə əvvəldən axıra qədər oxumaq lazımdır. Mən ona dedim ki, mən demirəm plastik məhsul düzəldin; mən deyirəm ki, bu gün dünyada dəmirdən də bərk olan məhsuldan kağızdan da nazik bir səhifə düzəldirlər, bunu edin.

Yenilik etməliyik. Məgər belə böyük və bu qədər istedadlı bir toplumun dərs vəsaitində yeniliyi olmaya bilər?! Fərdi işin nəticəsi olmur, kollektiv işlər görülməlidir.508
Hövzə dissertasiyası barədə

Biri Təhsil müavinliyidir. O, proqram altında olan mədrəsələri və ixtisas institutlarını idarə etməli, təhsil üçün proqram və dərs vəsaiti hazırlamalı, dissertasiya şəhadətnaməsi verməli, tələbələrdən dissertasiya yazmalarını istəməlidir. Siz cənablar nə üçün dissertasiya yazmırsınız? Bir tələbə bir pillədə dörd-beş il təhsil alır, sonra ona bir mövzu verirlər, müəllim ona elmi rəhbərlik edir və bir elmi iş ərsəyə gəlir. Bu çox yaxşıdır. İndi bizim hövzə tələbələrimiz beş, altı, on il ali-ixtisas (xaric) dərslərinə getdikdən sonra bir elmi rəhbər götürsünlər, onlara bir fiqh mövzusu verib desinlər ki, işləyin. Görün bu yolla nə qədər mövzular həll olunacaq. Universitetlərin mənim maraqlandığım mövzularda yazılan bəzi dissertasiyalarını mənə gətirirlər, görürəm ki, çox yaxşıdır və bu gənclər yaxşı işləyirlər. Hövzə gənclərinin istedadı onlardan çox olmasa da, az deyil. Allaha şükür olsun ki, zəhmətkeşlikləri və tədqiqata həvəsləri də yüksəkdir.509


Hövzədə müxtəlif İslam elmlərinə diqqətin zəruriliyi

Mənim fikrim budur ki, biz bayırdan nəyin lazım olduğuna və sonra onu hövzədə necə və hansı proqramla yaratmağın mümkünlüyünə baxmalıyıq. Əvvəla, bizim yalnız fiqh və üsul elminə ehtiyacımız yoxdur; baxmayaraq ki, fiqh və üsul hövzənin gördüyü ən əsaslı işdir. Nə üçün? Çünki cəmiyyət İslam şəriəti ilə idarə olunur, İslam şəriəti də fiqhlə əldə edilir və üsul elmi onun müqəddiməsidir. Bizim bütün müqəddimələri ilə - üsul, ədəbiyyat və lazım olan digər elmlərlə birgə olan fiqhə ehtiyacımız var. Hədis də lazımdır. Biz ilahi hikməti Quran və hədisdən öyrənməliyik. Deməli, hədis önəmli bir şərtdir, həm də çox genişdir, Quranın təfsirçisidir və lazımdır. Təfsir, Quran elmləri, Quran hermenevtikası, Quran, hikmət və kəlamla tanışlıq lazımdır. Hikmət və kəlam da bugünkü mental, praktik və siyasi sistemin əsas bünövrəsinin təminatçısı kimidir.

Əlbəttə, hikmət və kəlamda həmişə bizim kitablarımızda mövcud olan klassik mövzuları işləməməliyik. Əsas və təməl mövzuların kənarında dünyada elm və fəlsəfə inkişafının meydana çıxardığı mövzularla da məşğul olmalıyıq. Qərb fəlsəfəsinin yenilik və inkişafları olmuşdur. Qərb təfəkkürü getdiyi yolları son yüz ildə getmişdir. Yeni yollar peyda olmuşdur. Marksizm Qərb təfəkkürü və fəlsəfəsində mühüm bir dönəm idi. Ondan sonra yeni təfəkkürlər meydana çıxmışdır. Bəziləri onun əks istiqamətindədir, bəziləri isə tamamilə əks olmasa da, müxalif istiqamətdədir.510
İslam fəlsəfəsinə ehtiyac və hövzənin Qərb fəlsəfəsi ilə tanışlığının zəruriliyi

Bir alim və mütəfəkkir İslam fəlsəfəsindən xəbərsiz halda oraya gedib hansısa Qərb mütəfəkkirinin, yaxud filosofunun sözlərini öyrənir və gəlir. Hər bir məktəbdə hər halda üç-dörd məntiqli söz və ondan da artıq buna bənzər söz vardır. Bunları gətirib bizim düşüncə mühitimizdə yayır, gənclərimizin müdafiəsiz və silahsız beyni də bütünlüklə qəbul edir.

Materialist və Allaha etiqadsız bir düşüncə ilə ilahi və fiqhə söykənən bir quruluş qurmaq mümkündürmü?! İslam həyatını istəyirsinizsə, ilahi düşüncəniz olmalıdır. Burada bizim fəlsəfəmiz təşəbbüsü ələ almalı, beyinləri silahlandırmalı, suallara cavab verməli və hətta sual irəli sürməlidir. Bizim fəlsəfəçi mütəfəkkirlərimiz, elm hövzəmizin fəlsəfə və kəlam ixtisasında təhsil alan tələbələr Qərb mütəfəkkirlərinin sözlərini, yeni fikirlərini öyrənməli, onların nə dediyini, sözlərinin nə olduğunu bilməlidirlər. Hövzədə elmi səfərlər təşkil etmək və çoxlu işlər görmək lazımdır.511
Hövzənin dörd əsas fənni üzrə mütəxəssis yetişdirmək

Fiqh, hədis, təfsir və hikmət! Düzdür, bunların kənarında digər elmlər də var və onlardan istifadə olunur; qeyri-əsas elmlər də var. Məsələn, bu gün bəzi mədrəsələrdə xarici dillər, humanitar elmlər üzrə bəzi fənlər - psixologiya, sosiologiya, hətta dəqiq elmlər, məsələn, riyaziyyat oxuyurlar, astronomiya oxuyurlar. Bunların eybi yoxdur. Bunların olması yaxşıdır, lakin o dörd fənn üçün peşəkar alim və mütəxəsisslər lazımdır.512


Dini əsaslandırma elmi bir metoddur!

Fəqahət bir tədqiqat metodudur, elmdir. Bu elmi öyrənmək lazımdır. Dini öyrənmək, araşdırmaq üçün hamıya yol açıqdır, lakin dini araşdırmanın bir elmi metodu var və bu, avam işi deyil; kim necə gəldi Quran və sünnədən nəticə çıxara edə bilməz. Ruhaniliyin əsas elmi fiqhdir. Əlbəttə, İslam fəlsəfəsi və irfanı da var və hər ikisi fəqahətin geniş mənasının daxilindədir.513


Hövzə elmlərini asanlaşdırmaq

Hövzənin keyfiyyətini artırmaq lazımdır ki, əvvəla, hövzə təhsili asanlaşsın. Çünki müasir dövr sürət və asanlıq dövrüdür. Siz görürsünüz ki, savadsız bir adam təhsilə başlayır, bir neçə il ötdükdən sonra bir mütəxəssisə çevrilib işə başlayır; həkim, mühəndis, yaxud humanitar və ya texniki elmlər üzrə ekspert olur. Elmsiz bir insan qısa müddət ərzində bir mərhələni keçirib bir yerə çatır. Yəni indi elə dövrdür ki, insanlar öz məqsədlərindən ötrü uzun illər gözləyə bilməzlər. İndi kompüter dövrüdür, işlər asanlıqla və sürətlə görülür.514


Hövzədə yeni təhsil vasitələrindən istifadə

Mən bəzi dostlara dedim ki, az müddətdən, məsələn, bir neçə ildən sonra kompüter insan həyatında bugünkü oxumaq və yazmaq savadı kimi özünə yer açacaq. Bu gün kiminsə oxumaq və yazmaq savadı olmadıqda tamamilə geri qaldığı kimi, bir qədər ötdükdən sonra kimsə kompüterlə işləyə bilməsə, həmin həddə geri qalacaq. Bizim yoldaşlarımız ulaqla hərəkət etsələr, biz də onların kənarında piyada yeriyə bilərik, uzaqbaşı bir qədər geri qalacağıq. Amma onlar avtomobillə, biz isə piyada, yaxud ulaqla hərəkət etsək, çox geri qalacağıq. Hər halda, sürətlə hərəkət etmək üçün bir vasitə tapmağa məcburuq.

Bu məsələnin bizim dərs və elmlərimizin mahiyyətinə heç bir aidiyyəti yoxdur, məzmun və mahiyyət öz halında qalır, biz yalnız vasitələri dəyişdiririk. Bu gün kimsə Tehrandan Quma getmək istəyəndə bir qatır, yaxud dəvə götürüb gedə bilməz. Avtobus var; minir və iki saata çatır. Nə üçün özünü gecikdirməlidir?! Bunun üçün məzmunları dəyişdirməyə lüzum yoxdur ki, kimsə "ağa, hövzə əldən çıxdı", yaxud "bizim elmlərimiz əldən çıxdı", yaxud "xalq savadsız oldu" - desin. Xeyr, həmin elm, həmin savad, bilgi və məlumat var, lakin keçmişdə onlardan fərqli şəkildə istifadə edirdilər. İndi dünyada hər şey inkişaf etmişdir və bu inkişaflardan istifadə etmək lazımdır. Əgər istifadə etməsək, geri qalacağıq.515
Tədris və təhsil metodlarında inkişaf

İnkişaflardan biri də təhsil və tədris metodlarına və elmlərin təsnifatına aiddir. Bunlar dünyada inkişaf etmişdir. Bu gün dünyada bütün sahələr belə inkişaf edir. Biz bu yollardan istifadə etməsək, sanki çap sənayesindən, avtomobildən, yaxud mikrofondan istifadə etmirik. İndi kimsə mikrofondan istifadə etməyə bilər?! Çoxlu şagirdi olan bir müəllimin mikrofondan istifadə etməsi təbiidir. Təşkilati məsələlərdə, tədris və təhsil metodlarında və bu tip işlərdə elmi inkişaflardan istifadə də belədir. Əgər işə bu baxışla başlasaq, məncə hövzənin işi çətin olmaz.516


Ən şərafətli elm

Hər bir elm dəyərli, böyük məqsədlərə malik olan elmlər isə daha dəyərlidir. Dəyərdə heç bir elm məqsədi insanların xilasından, hidayətindən, sapqın insanların qaranlıq beyinlərinə və həyatlarına işıq saçmaqdan ibarət olan elmə çatmaz.517


Mütərəqqi tədris metodlarından istifadə

Baxın, dediyimiz bu üslublar yalnız vasitədir. Deməli, ən mütərəqqi üslublardan istifadə edib tədqiqat və təbliğata lazım olan dərsləri keçmək olar. Hövzənin icbari dərslərindən olmasa da, təbliğata lazım olan dərslər var; məsələn, xarici dil. Fərz edin dünyada 5, 6, yaxud 7 mühüm dil var, bunları bilməsək, işimiz alınmaz: ingilis, urdu, ərəb və digər dillər. Kimsə bu dilləri bilməsə, təbliğat sarıdan əlibağlı olar. Bunları əksər, yaxud bütün tələbələrə öyrətsinlər; həm təbliğat, həm də dünyada mövcud elmi mətnlərdən istifadə etmək üçün.518


İnsanların ehtiyacını aradan qaldırmaq üçün elmə həvəsləndirmə

Elmə həvəsləndirmək, əsasən, onun ehtiyaclı insanlara çatdırılmasından ötrüdür. Bəllidir ki, İslam təlimlərində təkid göstərilən elm tövhid elmi və dini bilgilərdir. Onu təbliğ, ona əməl etmək çox əhəmiyyətli, onu əldə etmək çox dəyərlidir.519


Elm hövzəsi - dini ixtisasın yeganə mərkəzi

Şübhəsiz, bu elm və tədqiqatların mərkəzi elm hövzələridir. Bu o demək deyil ki, elm hövzələrindən kənarda olanların İslam məsələləri barədə düşünməyə haqları çatmır. Söhbət haqdan getmir. Söhbət bundan gedir ki, bu tədqiqatlara zəruri imkan və hazırlıqlar elm hövzələrindən başqa yerlərdə yoxdur. Həkim olmağa hər kəsin haqqı çatır, lakin bunun üçün tibb institutuna girmək lazımdır. Biz müəllimin, elmin, laboratoriyanın və mütəxəssisin olmadığı yerdə elm axtara bilmərik. Dini dərk, dini ixtisaslara yiyələnmə yeri də elm hövzələridir. Düzdür, hər bir kəsin müəyyən məlumatının olması mümkündür, lakin mütəxəssis olmaq üçün elm hövzələrinə və elmi mütəxəssislərin yanına getmək, onlardan öyrənmək lazımdır.520


Hövzənin İslam elmlərində elmi-ixtisas təhsilinin əhəmiyyəti

Elm hövzəsi cavabdeh olmalıdır. Bu gün elm hövzələrinin əhəmiyyəti yalnız buna görə deyil ki, dini təbliğ edə bilərlər və etməlidirlər. Sözsüz ki, bu, mühüm və ümdə vəzifələrdən biridir. Lakin təbliğatdan daha əhəmiyyətli, yaxud ən azı onun qədər əhəmiyyətli olan elmi ixtisasın, dini əsas və təlimlərin təhsilidir; istər fiqh, istər fəlsəfə, istər növbəti mərhələdə digər elmlər. Odur ki, hövzələrin, din alimlərinin, din müəllimlərinin və din təhsilinin əhəmiyyəti böyükdür.521


Hövzələrdə əsas elmlərin prioritet olması

Hövzələrdə hansı mövzuların əsas sayılması barədə dəfələrlə danışmışıq, indi də deyirik: Elm hövzələrində əsas fənlərin birincisi fiqhdir, ikincisi kəlam, üçüncüsü fəlsəfə. Fiqh - elm hövzələrinin fəqərə sütunu, kəlam - elm hövzələrinin təməllərindən biri və fəlsəfə - elm hövzələrinin qəti ehtiyaclarındandır. Yaxşı və işgüzar müəllimlər, həvəskar və araşdırıcı tələbələr bu üç elmi öyrənməlidirlər. Hövzələr bu sahədə aktiv, dinamik və həvəslə hərəkət etməlidirlər. Eyni zamanda bunlarla kifayətlənmək olmaz. Bunlar əsas fənlərdir. Bunların kənarında digər lazımlı elmlər də var. Təfsirlə tanış olmaq lazımdır. Fiqhin kənarında lazımi müqəddimə kimi üsul elmi öz yerində qalmalıdır. Kitab və sünnəni anlamaq üçün hazırlıq sayılan müxtəlif elmlərlə, məsələn, hədis, rical və digər elmlərlə tanış olmaq lazımdır. Bunlardan əlavə, din təbliğatı fənnini də öyrənmək lazımdır.522


Təhsilin kənarında tədqiqat

Əlbəttə, bu işləri işinizin kənarında görməlisiniz. Tələbələr belə tədqiqat işləri ilə yanaşı dərsi və hövzənin əsas elmi ehtiyatlarını tərk etməməlidirlər. Gözlənilən budur ki, təhsil olsun, kənarında bunlar da olsun. Bunların hər ikisi bir-birinə kömək edirlər; həm tədqiqat təhsilə kömək edir, həm də təhsil tədqiqata. Siz (Höccətül-İslam Seyid Hadi Rəfii) söylədiniz ki, bəzi cənablar çox əhəmiyyətli yanaşırlar. Belə xüsusiyyətlər elmi cəhətdən diqqətlə araşdıran şəxslərdə görünür. Bilikliliyin qayəsi təhsildən irəli gələn tədqiqat ruhudur. Odur ki, cənablar dərsi davam etdirməlidirlər. Əlbəttə, bir tələbə kiminsə dərsinə getməyə ehtiyac duymaya bilər. Çox gözəl, tədqiqatla məşğul olsun.523


Hövzənin dərs kitablarını dəyişdirməyin zəruriliyi

Natiqlər dərs vəsaiti barədə danışdılar. Tamamilə doğrudur. İndi zamanı yadımda deyil, amma mən Quma səfərlərin birində... Bəli, qardaşların biri dedi ki, on ildir. Bilmirəm. Mən elə bilirdim üç-dörd il bundan əvvəl olub. Mən Qumda alimlərlə iclasda dərs kitablarının dəyişdirilməsindən danışdım, dərhal etirazlar ucaldı. Əlbəttə, bilirdim ki, bəziləri buna qarşı çıxacaqlar. Amma dərs kitablarının dəyişilməsi lazımdır, mütləq dəyişilməlidir, bunda heç bir şübhə yoxdur.

Bir qardaşımızın burada toxunduğu dəlili qeyd etdim. Çox güclü dəlildir. Əgər dərs kitablarını dəyişdirmək pis olsaydı, gərək Məalim kitabını oxuyaydıq, daha Qəvanin, Rəsail, Füsul və Kifayə nə üçün yazıldı? Bəli, bu düzgündür, indi də belədir.

İndi də dərs kitabı mütləq dəyişdirilməlidir. Çalışmaq lazımdır ki, tələbənin diqqəti məsələni başa düşməyə yönəlsin, mətnin mənasını anlamağa yox. Bu, hünər deyil ki, biz mətni anlaşılmaz edək, yaxud anlaşılan olmasına kömək etməyək, mətn dolaşıq qalsın və tələbənin çoxlu vaxtını tutsun. Bunun harası hünərdir, harası yaxşıdır, bunda hansı fayda var?! Yox, mətni elə aydın edək ki, məsələni anlamağa istedadı olan onun üzündən asanlıqla anlasın. Müəllim də mətni başa salmağa çətinlik çəkməsin və təkcə məzmunu bəyan etsin.

Kifayəni yeni Kifayəyə çevirək. Nə eybi var?! Məkasib kitabında mətləbləri bəyan edərkən şeyxin üslubu daim ictihadi çək-çevir etməkdir. Çünki bu kitab Şeyx Ənsarinin xaric (ali ixtisas) dərsidir. Məkasib elə-belə kitab deyil. Kim Şeyx Ənsari kimidir?! Bu qədər məkasib yazıblar, lakin onun xaric dərsi yazılı formaya salınmışdır. Şeyxin xaric dərsində oturan adam üçün yaxşıdır, mətləbi daim bu tərəfə çəkir, o tərəfə çəkir, ehtimal irəli sürür. Lakin fiqhi əsaslandırılmış mətn üzündən öyrənmək istəyən üçün yaxşı deyil, tələbə çətinliyə düşür. Bunu asanlaşdırsınlar. Şeyxin həmin mətləblərini başqa bir kitabda, lakin səlis və aydın şəkildə yazsınlar. Şeyxin hər bir məsələdə olan tədqiqatını gözəl surətdə bəyan etsinlər. Amma diqqətli olsunlar ki, onun dediyi olsun, yeni kitabda həmin sözü yazsınlar. Bu olacaq yeni Məkasib. Bu, vacib işdir. Mənim fikrim budur. Ola bilsin hövzənin məsul şəxsləri, müdirləri və bəzi görkəmli insanlar qəbul etməsinlər və bu iş baş tutmasın. Amma bir gün, şübhəsiz, baş tutacaq.524


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə