Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr


Səkkizinci fəsil: Hövzənin rəhbərliyi



Yüklə 2,2 Mb.
səhifə17/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

Səkkizinci fəsil: Hövzənin rəhbərliyi


Ayətullah Bürucerdinin elmi metodlarının davam etdirilməsi

Mərhum Ayətullah Bürucerdi vəfatından otuz il sonra İslam Respublikası quruluşu sayəsində anılır və uca tutulursa, yaxşı olar ki, elm hövzələri və onun rəhbərləri bununla kifayətlənməyib o həzrətin hələ də yeni olan elm və tədqiqat metodlarını davam etdirsinlər, təkmilləşdirsinlər və İslam fəqahətini inkişaf etdirsinlər.599


Hövzələrdə Quran məfhumlarının təcrid olunması

Əsas fənn fiqh olsa da, hövzələrdə digər İslam elmlərini unutmaq olmaz. Məsələn, hövzələrdə Quran elmi, Quranla tanışlıq, Quran məfhumları və Quranla ünsiyyət bir elm və fənn kimi mövcud olmalıdır. Bizim tələbələrimiz Quranı, ən azı onun bir hissəsini əzbərləməli, onunla ünsiyyətdə olmalıdırlar. Quranda o qədər İslam məfhumları var ki, biz fiqh araşdırmalarında onlar barədə fikirləşmirik. Elm hövzələrində Quranın təcrid olunması və Qurandan uzaq düşməyimiz bizə çoxlu problemlər yaratmışdır, bundan sonra da yaradacaq.600


Müxtəlif ixtisaslara dəyər vermək

Keçmişdə hövzədə kimsə elmdə inkişaf etmək istəsəydi, təfsirdə işləməli deyildi. Möhtərəm bir alim və ruhani təfsirdə işləsəydi, bu onun savadsız kimi tanınmasına bais olardı. Buna görə də, bu dərsi tərk edirdilər. Siz Allah, bu, faciə deyil?! Əslində, əksinə olmalıdır, deməlidirlər ki, filankəs böyük təfsir mütəxəssisi və müəllimidir, filankəs fəlsəfə, kəlam və ya tarix mütəxəssisidir. Belə məsələlər keçmişdəki kimi, bu gün də hövzədə dəyər sayılmalıdır.601


Hövzə beyinlərindən bəhrələnməmək

Bu gün hövzədə yaxşı tədqiqatçı və mütəfəkkirlərimiz var. Elm hövzəsində elə beyinlər var ki, dünyanın tədqiqat mərkəzlərindən hansı biri öz fənlərində belə insanlar yetişdirmiş olsaydılar, bu gün dahiləri olardı. Bu da bizim bədbəxtliklərimizdən biridir. Bu gün elm hövzələrində elə beyinlər var ki, onlar dünyanın hansısa tədqiqat müəssisində riyaziyyat, fizika, təbii elmlər, yaxud astronomiya sahəsində çalışsaydılar, bu gün günəş kimi parlayardılar, dünyada hər gün bir işləri qeyd olunardı. Lakin belə beyinlər bizim hövzəmizdə adi insanlardır. Bu o demək deyil ki, kimsə onları dəyərləndirmir. Bu bir şey deyil. Məsələ burasındadır ki, bunlardan lazımi istifadə olunmur. Deməli, bizim hövzəmizin ləyaqət və istedad baxımından bu imkanı var.602


Ərəb dilində sanballı fiqh jurnalı

Bizə fiqh məsələlərini fiqhin elmi dili olan ərəbcə bəyan edən elmi bir fiqh jurnalı lazımdır. Kimsə farsca yazmaq istəsə də yazsın, amma jurnalın əsas dili ərəb dili olsun. Tədqiqatçılar bir fiqh jurnalı təsis edib orada məqalə yazsınlar. Hörmətli alimlərdən biri də dərslərindən birini tətil edib jurnalın rəhbərliyini öhdəsinə götürsün. Məgər İslam fiqhini inkişaf etdirmək üçün bu jurnalın faydası o dərsin faydasından azdır?! Tədqiqatçı və alimlər yeni fiqh mövzularını araşdırsınlar, yazsınlar, tənqid etsinlər, fiqhi inkişaf etdirsinlər, dünyanı Şiə fiqhi ilə tanış etsinlər. Ensiklopediyalarda İbaziyyə fiqhindən sonra bizim fiqhimiz haqda məlumat verirlər. Bəlkə də heç bir fiqhin bu qədər kitabı, tədqiqatı və mühüm mətni yoxdur, yaxud az fiqhdə belə bir şey var, amma bu zəngin irsdən heç kəsin xəbəri yoxdur. Bunları bayıra ötürək ki, dünyanın elmi jurnallarında əks olunsun.603


Hövzədə istedadların aşkarlanmasının zərurliyi

Bizim hövzə tələbələrimiz, alimlərimiz arasında parlaq istedadlar var. Onların arasında əllamə hillilər, mühəqqiq hillilər və şeyx ənsarilər tapılar. Bunlar haradadırlar? Bəziləri məişət dərdində, bəziləri də çətin bir dərs kitabının olub-olmazını tapmaq dərdində. Həqiqətən, nə etsinlər? Bunları yetişdirən bir kəs yoxdur. Mən 2-3 il öncə həqiqətən, ürəkdən sevdiyim çox düşüncəli, yenilikçi və böyük bir alimə dedim ki, siz bu alim və tədqiqatçıların bir qrupunu Qumun bir yerinə toplayın, onlara tədqiqat işi tapşırın, onlar üçün büdcə ayırın. Amma iş davam etmədi və təəssüf ki, bu işlər görülmür. Mənim iradım bu deyil ki, nə üçün filankəs bu işi görməyib. Bəllidir ki, bu işlər fərdi görülmür. Bu işlər üçün təşkilati idarəçilik lazımdır.604


Hövzədə yeni üsullardan istifadənin zəruriliyi

Bu gün bir baxımdan dünyanın ümid bəslədiyi bu qurum özünü dövrün şəraiti, imkanları və inkişafları ilə uyğunlaşdırmalıdır. Dünyanın universitetləri, tədqiqat mərkəzləri öz tələbə və tədqiqatçılarına araşdırma imkanları yaradırlar, biz isə keçmişdə alimlərimizin əlləri boş olduğuna görə istifadə etdikləri qədim üsullarla işləyirik. Məgər bu, rəvadır?! Ümumiyyətlə, yolverilməzdir. Bu, inkişafın vacib olduğu yerlərdəndir. Siz bu gün Qumdan Tehrana getmək istəyəndə bir ulaq tapıb addım-addım buradan Kuşək Nüsrətə, oradan Əliabada və digər yerlərə, 4-5 gündən sonra da Tehrana çata bilməzsiniz. Belə bir şey imkansızdır. Siz bir avtomobilə minir, 1-2 saatdan sonra Tehranda olursunuz. Bizim ixtiyarımızda belə nəqliyyat vasitəsi var. Biz fiqh oxuyuruq, sürətli cihazlardan da istifadə edirik. Məgər bunların ziddiyyəti var?! Biz fiqh oxuyuruq, lakin fiqh üçün kompüterdən də istifadə edirik. Biz fiqh oxuyuruq, lakin yeni tədqiqat üsullarından da istifadə edirik. Biz fiqh oxuyuruq, amma kollektiv iş alətlərindən də istifadə edirik.605


Hövzədə yaradıcılıq və yenilik yolu açmaq

Elm hövzəsi elmi üsul, təcrübə və nailiyyətlərin qiymətli irsinə sahibdir. Bu ixtisaslı və elmi irsdən bəhrələnmək və onu zənginləşdirmək üçün yaradıcılıq qüvvəsindən istifadə etmək lazımdır. Necə ki, saleh sələflər də öz yaradıcılıqları ilə dini elmləri indiki səviyyəyə çatdıra bilmişlər. Hövzə öz övladlarının elm və ixtisas yeniliklərinə yol açmalı, din elminin yeni məhsullarına hörmətlə baxmalı, onların sahiblərini həvəsləndirməli, eyni zamanda ənənəvi təməllərə naşıcasına və özbaşına müdaxiləyə icazə verməməli, cahil və qərəzli nəzərlərin işlədilməsi üçün inkişaf və hərəkət imkanı yaratmamalıdır.606


Hövzədə mütərəqqi elmi üsullardan istifadə

Bu söz hövzənin struktur ənənələrinə və tədris metodlarına da aiddir. Şübhəsiz, bu sahədə dəyərli nailiyyətlər çoxdur. Onlar hövzə sisteminin məziyyətlərindən sayılırlar və hər bir struktur dəyişikliyində qorunmalıdırlar. Lakin bu haqq söz başqa bir haqq iddianı unutdurmamalıdır. O budur ki, hövzə öz inkişafı üçün elm mərkəzlərində geniş yayılmış üsul və vasitələrdən istifadə etməli, özünü daha uğurlu təhsil imkanlarından məhrum etməməlidir. Yeniliklərin tələbələrə ən yeni nailiyyətləri asanlıqla öyrənmək imkanı yaradan bir dünyada din tələbəsinin nöqsanlı və eyibli üsullarda yenilikdən qalması rəva deyil.607


Digər hövzə elmlərinə diqqət

Fiqh elm hövzələrinin elmi fəaliyyətinin mərkəzi olmuşdur və həmişə də olmalıdır. Düzdür, bəşərin həyat şəraitinin inkişafı həmişə olduğu kimi ilahi hökmlərin əldə olunmasına təsir göstərmişdir və bundan sonra da göstərəcək. Lakin bununla yanaşı tam diqqətdə saxlanması lazım olan iki məsələ vardır: Biri budur ki, digər İslam elmləri, məsələn, təfsir, hədis, fəlsəfə, kəlam, rical və sair elmlər mütləq diqqət mərkəzində olmalı, hövzənin əsas proqramlarında yer almalı, onlar üçün ixtisaslı mədrəsələr, institutlar təşkil olunmalıdır. Belə olsa, elm hövzəsinin yaratdığı və yetişdirdiyi bu elmlər öz beşiyində yad və hövzə bu sahələrdə başqasına möhtac olmaz.

Digəri budur ki, fiqhi araşdırmada və mövzuların təyinində təsirli olan humanitar və digər elmlərə diqqət yetirilməlidir və dövrün fəqihi həmçinin mövzuların düzgün təyinindən ibarət olan düzgün əsaslandırma vasitələri ilə təchiz olunmalıdır. Aydın məsələdir ki, mövzunu düzgün tanımaq ilahi hökmün düzgün tanınmasında böyük rola malikdir.608
Hövzənin yeni elm və texnologiyalardan istifadəsi

Məncə, bəşəriyyətin Allahın lütfü ilə, din və peyğəmbərlərin təlimləri sayəsində əldə etdiyi bu yeni elmi nailiyyət (kompüter) mühüm yerlərdə işə yarayır və onunla bütün sahələrdə böyük işlər görülür. Deməli, biz dəyərli elmi irsimizin bu elmə biganə qalmasına imkan verə bilmərik. Mənim bu gün görülən bu işdə iki məqsədimdən biri və əsas ümidim bəlkə də budur ki, bu yolla hövzəni yeni elmlərlə, onların işləndiyi yerlərlə və öz işlərimizdən ötrü onlardan istifadə ilə tanış edək. Bu yeni elm və texnologiyanın önünü kəsmək, yaxud onu inkar etmək olmaz. Hər bir ixtisasdan, hər bir yeni elmin budağından və qığılcımından istifadə etmək lazımdır. Yeni elmlərin qanadları üzərinə minib özünü istədiyin yerə çatdırmaq lazımdır. Bu baxımdan, bu, mübarək işdir, bunu Qumu və hövzəni yeni elmi inkişaflarla və onlardan istifadə ilə tanış etməmizə hazırlıq edə bilərik. Mühüm olan budur ki, insan elmlərdən və onların nəticələrindən istifadə etməyə vərdiş etsin.

Bu gün möhtəşəm bir kitabxananın məlumatları çox kiçik həcmli bir cihaza sığır. Yazıblar ki, Əbülfərəc İsfahani kitablarını qırx dəvəyə yükləyib özü ilə aparırdı. Haradasan? Yuxudan ayıl, Əbülfərəc! Gör ki, qırx və hətta dörd yüz min kitabı bir səhifə üzərində kiçik bir aparatla daşımaq və istədiyin hər bir hissəni ondan çıxarmaq olur. Bu gün dünya belədir; yeni imkanlardan istifadə etmək lazımdır. Biz təəssüf ki, hələ öyrənməmişik, adət etməmişik. Ürəyimiz istəyir ki, bu kitabları yenə də vərəq-vərəq axtaraq.609
Fəqih və tədqiqatçılar - hövzənin iki mühüm səmərəsi

Bizim fikrimizcə, hövzənin səmərələri birinci növbədə böyük fəqihlərdir. Hövzə, təqlid müctəhidləri daxil böyük fəqihlər yetişdirmək üçün təkan götürməlidir. Bunların arasında rayonların və Tehranın böyük alimləri olsun, hansı şəhərdə otursalar, xalq elmlərindən istifadə etsin. Əvvəlcə belə şəxslərin yetişməsinə iradə göstərilməlidir. İkinci növbədə əhəmiyyət baxımından bundan az olmayan tədqiqatçı və müəllimlər elmi inkişaf etdirirlər. Onlar bu məqsədlə və yeni araşdırmalar aparmaq üçün hövzələrdə qalıb fəaliyyət göstərirlər.

Bəlkə də təqlid müctəhidi, yaxud bir şəhərin böyük alimi və ya ictimai, siyasi xadim kimi fəaliyyət göstərən bir şəxs yalnız elmi inkişaf etdirmək üçün hövzədə oturan tədqiqatçı ilə elm və əməl baxımından bərabər deyil. Biz bir elmi müşkülə düşdükdə tədqiqatçıya tapşırırıq ki, araşdırsın və nəticəni hövzənin ixtiyarına buraxsın. Bu iki qrupun sözsüz ki, ortaq və fərqli cəhətləri vardır.610
Fiqhdə yeni fikir cəsarəti və onlara qarşı dözümlülük

Son zamanlar bəzi elmli, yaxşı və yeni düşüncəli fəqihlər bəzi fikirlər irəli sürürlər. Onları irəli sürməyin eybi yoxdur. Elm hövzəsində yeni sözləri eşitmək taqəti çox olmalıdır; o sözü deyən fəqih fətva vermək həddinə çatmasa da. Ola bilsin ayrısı ona bir şey əlavə etsin və fətva versin. Buna görə mən Qumun böyüklərinə və möhtərəm müəllimlərinə tövsiyə etdim ki, bir fiqh jurnalı nəşr etdirsinlər və onda yalnız yeni fiqhi düşüncə və baxışlar ortaya qoyulsun.611


Hövzədə güclü ixtisaslı jurnalların nəşri

Əlbəttə, həmin böyük şəxsiyyətlər bu işi görmədilər. Gənclərin bir qrupu bu sahədə işləyiblər. İdeal olmasa da, bu iş birinci addım kimi təqdirəlayiqdir. O böyük iş isə hələ də görülə bilər. Əgər Qum hövzəsində iki və hətta üç fiqh jurnalı olsa da, çox deyil. Fəlsəfəyə məxsus bir jurnal olsun. Allaha şükür ki, kəlam üçün bir jurnal var, lakin tirajı azdır və tanınmır. Bəlkə sizin çoxunuz adını eşitməmiş, üzünü görməmisiniz. Amma mən Allaha şükür olsun ki, görmüşəm və bu işin məsul şəxslərinə təşəkkür edirəm. Elm hövzəsində İslam elmlərinə dair günbəgün yeni düşüncələr irəli sürülməlidir; hamısından mühümü və birincisi də fiqhdir.612


Gələcək üçün daha artıq hövzə tədqiqatçılarına ehtiyac

Hövzənin müxtəlif fənlərdə müəllimə, tədqiqatçıya, müəllifə və mütəxəssisə ehtiyacı var. Allaha şükür olsun ki, bu ehtiyac hövzələrdə təmin olunur. İşə hazırlıqlı tədqiqatçı, müəllim, mütəxəssis, alim və müctəhidlər var. Lakin siz elm hövzəsinin iyirmi ildən sonrakı vəziyyətinə baxsanız, görərsiniz ki, bunlar azdır. Siz iyirmi ildən sonraya diqqətlə baxın və görün nə lazımdır. Görəcəksiniz ki, bu gün elm hövzələrində olan böyüklərin sayı azdır. Bizim ən mühüm ehtiyaclarımızdan biri budur. Elm hövzələri tədqiqatçı və alim yetişdirməlidir ki, bu ehtiyac aradan qalxsın.613


Hövzənin müstəqil diplomu

Hövzə diplom verməlidir. Mən bunu bir dəfə də demişəm. İctihadın təsdiqi məsələsi hövzənin qədim üsullarındandır, bu gün də çox yaxşı bir şeydir. Bəzi cənablar düşünürlər ki, biz hövzə tələbəsinin təhsil səviyyəsini göstərmək istədikdə universitetin hansısa pilləsi ilə, məsələn, bakalavr, magistratura, yaxud doktorantura ilə bərabər olduğunu deməliyik. Bu işi görməyə lüzum yoxdur. Hövzə təhsili bir cürdür, universitet təhsili başqa cür. Əlbəttə, bu iş haradasa lazım ola bilər; məsələn, hövzənin məzunu akademik diploma ehityaclı bir vəzifədə çalışmaq istəyəndə. Təbii ki, o zaman bu şəxsin diplomunun hansı həddə olduğu bilinməlidir. Lakin hövzənin ehtiyacı məsələsi bunların fövqündə durur. Bizim müxtəlif səviyyələrdə və müxtəlif ixtisaslara yiyələnmiş ruhanilərə ehtiyacımız var. İstedadlar müxtəlifdir. İstedadlar tanınmalı, dərslər oxunmalı, pillələr bir-birindən ayrılmalı və gənc alimlər hövzələrdə işləməlidirlər. Çünki bu təbəqənin çoxlu səmərəsi olacaq.614


Hövzə məzunları vasitəsi ilə cəmiyyətin ehtiyaclarının təmin olunması

Elm hövzəsi cəmiyyətin ehtiyaclarını təmin edən bir zavod kimi daim işləməli və özünün tədqiqatçı, təbliğatçı, müəllim, müəllif və digər ruhani peşələrinə uyğun məhsulunu istehsal etməlidir. Hövzə proqram hazırlamalı və bilinməlidir ki, məsələn, beş ildən sonra dünyanın müxtəlif bölgələri və ölkə daxili üçün nə qədər təbliğatçı yetişəcək. Həmçinin Quran, təfsir və digər hövzə elmləri sahəsində, eləcə də universitetlər və İslam maarifi dərsləri üçün müəllim, şübhələrə cavab vermək üçün tədqiqatçı və müəllif yetişdirməkdən ötrü sistemli proqramı olmalıdır.615


Məqbul hövzə çərçivələri daxilində olan yeni sözə dözmək

Bu cəsarət peyda olmalı və hövzə bunu qəbul etməlidir. Əlbəttə, belə olmasın ki, kim nə desə, hövzə qəbul etsin. Amma eyni zamanda məqbul çərçivələrdə olan yeni söz inkar edilməməlidir.616


Təbliğat bir elmdir!

Təbliğat da bir iş və peşədir; bir elm də ola bilər və elmdir, tədris olunmalıdır. Biri yaxşı, biri pis alınır. Biri bir söz danışmaq istəyir, amma onun əksini danışır. Bu hal çox zaman yaranır, düzgün təbliğat üsullarını bilməmək səbəbindən bir nəfər elə bir söz deyir ki, niyyyətində olanın əksi başa düşülür, özü isə bundan xəbər tutmur. Yaxud misal üçün, gedib təbliğ edir, amma təbliğat psixologiyasını bilmir, xalqa uyğun olmayan sözü danışır, universitetə lazım olanı kənddə danışır, kəndə lazım olanı zavodda. Buna əsasən, hövzədə elmi metod öyrətmək, tapmaq və təbliğat üçün lazımi elmlərin, misal üçün, ictimai psixologiyanın tədrisi yoxdur.617


Din elmi olmayan kilsənin təbliğat öncüllüyü

Kilsə din elmi baxımından sıfırdır. Düzdür, keşişlər arasında professorlar və müxtəlif fənlərdə, misal üçün, biologiya və botanikada dərs oxumuş adamlar var. Bu elmlər ruhaniliklə əlaqədar elmlər deyil. Amma hər halda, bəzi məsihi ruhanilər bunları öyrənmişlər. Məşhur kəşflərin müəllifləri arasında bəzi keşişlər var, məsələn, riyaziyyat və tarix oxuyublar. Lakin kilsə yazılı, dərin və əsaslı formada din elminə malik deyil. Lakin bununla yanaşı, təbliğat baxımından öndədir.618


Yeni düşüncələrin tənqidi üçün açıq elmi mühit yaratmaq

Düşüncə inkişafı üçün açıq şəraitlərin yaradılması lazımdır. Bu iş hövzədə görülməlidir; bu onu canlandıracaq və müsbət nəticə verəcək. Fiqh, kəlam və əqli elmlər üçün birliklər təşkil olunmalıdır. Məsələn, yeni fiqh mövzularını araşdırmaq üçün yeddi, səkkiz, on elmli tələbədən ibarət bir birlik yaradılsın. Bunların bir mərkəzi olsun, iclaslar keçirsinlər, fiqh mövzusunda çıxışlar təşkil etsinlər. Təharət fəslindən diyə fəslinə qədər fiqhin hər hansı kiçik və yaxud böyük məsələsində kimin yeni sözü, mətləbi və fikri olsa, oraya gətirsin, onlar baxsınlar. Əgər sözün özünün yox, təməllərinin düzgün olduğunu, tələbə dəlillərinə və araşdırmalarına söykəndiyini və alim şəkildə ortaya qoyulduğunu görsələr, qeyd etsinlər, növbəyə salsınlar, bu şəxs bir gün gəlib auditoriya qarşısında çıxış etsin, məsələni sərbəst şəkildə açıqlasın və bəziləri də iradlarını bildirsinlər.619


Doqmatizm qarşısında yeni düşüncə

Doqmatizm məsələsinin ardınca yeni düşüncə və yenilik məsələsi gəlir. Əgər doqmatizm birinci bəladırsa, yeni düşüncəlik və yenilik birinci vəzifə hesab olunmalıdır. Azadfikirlilik məsələsi də yeni düşüncə və yenilik məsələsinə şamil olan bir amildir. Bunların məna və hüdudları aydın olmalıdır. Düşmənin bizim üçün xətt və nişan çəkməsindən və azadfikirliliyi izah etməsindən öncə - onun buna nə mental səlahiyyəti var, nə praktik səlahiyyəti, nə bizi hövzə kimi tanıyır, nə də bizim keçmişimizi bilir - bizim özümüz fikirləşməli, bu məsələləri dərk etmək və yeniləmək üçün keçmişimizdən, mənəvi irs və resurslarımızdan kömək almalıyıq.620


Hövzənin zamanla ayaqlaşması

İmamın bəyan etdiyi zaman və məkan məsələsi də bu qəbildəndir. Əlbəttə, imam böyük bir fəqihdir. Fəqihin nəzər və əsaslandırmalarında zaman və məkanın təsiri çox əsaslı bir məsələdir. Bəzi şəxslər imamın sözünü düzgün anlamadılar, ümumiyyətlə, məqsədinin nə olduğunu bilmədilər, zaman və məkan məsələsində ifrata və təfritə vardılar. Lakin bu, elmi üsulların bərpasında təsirli amildir.

Hövzə bəhslərində, hövzələrin müxtəlif təbliğat və elm üsullarında da belədir. Hövzə daim özünübərpa halında olmalı və zamandan geri qalmamalıdır.621
Elm mərkəzlərinin genişləndirilməsi tələsik baş verməsin!

Elm və tərbiyə sahəsində bacardığınız hər bir işi görün, bu sahələrdə hər bir təxiri yolverilməz hesab edin. Genişləndirmə işi ilə mən də müvafiqəm, lakin bu iş əsla tələsik baş verməməlidir.622


Qum Elm Hövzəsinin mərkəzli idarəçiliyinin zəruriliyi

Belə möhtəşəm Qum Elm Hövzəsinin - bəlkə də həqiqətən dünyada heç bir elmi təşkilat bu qədər böyük deyil; demək olar ki, müəllimlərinin sayı şagirdlərdən çox olan yeganə yerdir. Orada müəllim, yəni elmi qüvvə və kadr güman ki, şagirddən çoxdur - güclü və təsirli müdiriyyəti yoxdur. Görün indi hövzədə nə qədər sinif var, nə qədər dərs deyilir. Çünki tələbələrin hər biri əslində bir müllimdir və tədris edirlər.

Hövzənin müəllimləri öz sahələrində elə mütəxəssisdirlər ki, bəlkə də dünyada az ixtisasın müəllimləri öz işlərində bu qədər peşəkar, mahir və güclüdürlər. Belə müstəsna və özəl sistemə və böyük topluma malik bir hövzə çox mühüm mərkəzdir. Həqiqətən, dünyada belə yüksək kəmiyyətə, bir neçə onminlik tələbəyə, çoxlu müəllimə, bu qəribə nüfuza - xalqın taleyi bunların işlərinə bağlıdır – malik heç bir elm və təhsil məkanımız yoxdur.623
Ehtiyac duyulan bütün İslam elmlərinə diqqət

Elə hövzəmiz olmalıdır ki, onda yetərincə alim və tədqiqatçı təlim-tərbiyənin ən yaxşı üsullarından istifadə edib ehtiyac duyulan bütün İslam elmlərini – fiqh, təfsir, hədis, etiqad prinsipləri və fiqh qaydalarından tutmuş digər lazımi elmlərə qədər tədris etsinlər.624


İdeal hövzənin göstəriciləri

Hər il bir qədər fəqih yetişsin. Müəyyən edin ki, məsələn, bizim mərkəzimiz üçün bu qədər fəqih çatmır və yetişdirilməlidir. Məsələn, hər iyirmi il üçün bizə təqlid müctəhidliyi həddində və bütün xüsusiyyətlərə malik yüz fəqih lazımdır, digər İslam elmlərində - fəlsəfədə, kəlamda, dini məsələlərdə, onların dərinləşdirlməsində və genişləndirilməsində işləyib araşdırma aparmaq üçün filan qədər tədqiqatçıya ehtiyacımız var. Çünki dini məsələ və bilgilər sabit və əbədi şeylər deyil.

Elə şeylər var ki, 20-30 il öncə bizim üçün yeni dini məsələlər hesab olunurdu, amma bu gün hamının ixtiyarındadır və din haqda daha yeni məsələlər meydana çıxır. İnsan hər gün din barədə yeni bir nəticəyə gəlir. Bir fəqihin, dinşünasın, Quranla əlaqədə olan bir insanın dini məlumat və bilgilərinin son həddi yoxdur. Necə ki, ehtiyaclara əsasən bizim fiqh hökmlərimizdə daim yeni şaxələr yaranır və fəqihlər bu şaxələrdə yəqinə çatırlar; kəlamda da belədir, fəlsəfədə də, digər məsələlərdə də. Dini bilgilər daim dini araşdırma və mütaliəyə ehtiyaclı sahələrdir.

Fərz edin, belə bir hövzədə mədrəsələr, tədris və tədqiqat mərkəzləri işləyir. Harada təbliğatçıya, məscid imamına və Quran müəlliminə ehtiyac duyulsa, bu mərkəzə müraciət edir və tez onlara lazımi miqdarda və lazımi xüsusiyyətlərə malik təbliğatçı göndərilir.

Biz belə bir hövzə istəyirik. İdeal hövzə budur. Harada bir şübhə irəli sürülsə, burada cavabı hazırdır. Harada din əleyhinə bir kitab yazılsa, ona qarşı iki kitab hazırdır. İslam tarixinə dair kimin bir şübhəsi olsa, burada tədqiqat mərkəzi var, dərhal həmin hissəni ətraflı izah edir. Bizə belə hövzə lazımdır.

İndiki vəziyyət, idarə üsulu, tədris keyfiyyəti və təhsil sistemi ilə belə bir hövzə ərsəyə gələn deyil. Əvvəlcə həqiqətən, bir qrup oturub lazım olanı təsvir etsinlər və qərar çıxarsınlar. Gənc tələbə və müəllimlər bu hərəkətin hansı səmtə getdiyini bilsinlər. O zaman gənc alimlər işinizi dəstəkləyəcəklər, sizi tək buraxmayacaqlar. Bu birinci mərhələdir: hövzənin məqsədlərinin, yaxud başqa sözlə desək, ideal vəziyyətinin təsviri mərhələsi.

İkinci mərhələ bu məqsədə çatmaq üçün lazım olan hərəkət və hazırlıqlardır. Proqramdan öncə bunun baş verməsini istəsək, hansı işlər lazımdır? Kitab yazmaq, elmlərin izahı, lazımsız hissələri ayırmaq, əl-ayağa dolaşanları və heç bir faydası olmayanları kənara tullamaq, bu gün mövcud olmayan, tələbə və müəllim üçün ehtiyac duyulanları əlavə etmək.

...Buna əsasən, bu da bir hissədir; yəni lazım olan hazırlıqların və işlərin izahı mərhələsi.

Üçüncü mərhələ konkret proqram mərhələsidir; yəni ümumi layihədə müəyyən olunanları proqram formasına salmaq.625
Hövzələrdə yeni təbliğat üsullarından istifadə

Bu gün din təbliğatı bir elmi fəndir. Bu gün dünya universitetlərində tədris olunan ictimai əlaqələr fənni əslində təbliğat üsullarıdır. Öz tərəf-müqabillərimizlə ünsiyyət qurmaq üçün bizim yaxşı ənənəvi üsullarımız var, lakin əsla yetərli deyil. Tövsiyə etmək istəmirəm ki, hövzə tələbələri gedib ictimai əlaqələr kursu keçsinlər. Təkidlə tövsiyə etmək istəyirəm ki, elm hövzəsinin əsas idarəçi və rəhbərləri öz işlərini bu elmin nəticələrinə uyğun proqramlaşdırsınlar və onun zəruri məsələləri xüsusən təbliğat sahəsində proqram hazırlayanların ixtiyarına qoyulsun.626


Hövzə - elm və tədqiqat məkanı

Hövzəyə münasib işlər hansılardır? Məzmun və ya formaca elmi işlərdir. Hövzənin iki kimliyi var: Biri elm və bu kimi məsələlərdir; yəni alim və fəqihlər yetişdirən yer. Bu öz yerində. Həm elm, həm tədqiqat, həm əxlaqi tərbiyə, həm də rəngarənglik lazımdır. Bütün bunlar alim yetişdirən mərkəz olan hövzənin birinci və əsas kimliyidir.627


İslam hökuməti fenomeni qarşısında düşmənlərin şübhə yayması

Mühüm məsələlərdən biri budur ki, bizim tədqiqatımız tətbiqi olmalıdır. Yəni praktikadan uzaq olan quru tədqiqatla məşğul olmaq az zamanda və az fürsətdə uzaq yolla getməkdir. Siz görün bütün təkallahlıların, islahatçıların, Allaha və İslama iman bəsləyənlərin arzuladığı İslam quruluşunun bu gün nəyə ehtiyacı var; bunu axtarmalısınız. Biz bu işlərlə həqiqətən gec məşğul olduq. Kaş inqilabın əvvəlindən sizin kimi yüz nəfər peyda olub nə müharibəyə qoşulaydı, nə də siyasətə; gedib oturaydı və İslam quruluşu üçün bu məsələləri araşdıraydı. Biz bu sahələrdə bir qədər geridəyik. İslam hökuməti fenomeni, islami və fiqhi təsirlə üzləşən düşmənlərimiz cəld işə başladılar, seminar keçirdilər, tədqiqat apardılar, ezamiyyətə göndərdilər, dağıdıcılıq, mübarizə və çəkişmə istiqamətində müxtəlif cəhətlərlə maraqlandılar və yaxşı nəticələr aldılar. Biz bu gün bu şübhələrdə və danışılan sözlərdə onun əlamətlərini müşahidə edirik. Biz daha tez başlamalı idik. Hər halda, gecikmişik.628


Hövzədə elmi elita yetişdirməyə diqqət

Mən bilmirəm siz işin hansı mərhələsindəsiniz və nə edə bilərsiniz. Ümumi şəkildə bilirəm ki, bu elmi təşkilatların əsas işlərini elmi nümunələr görürlər. Hövzəni elmi nümunələr yüksəldirlər; onlar kitab yazırlar, inkişaf və tərəqqi onlara məxsusdur, digərləri bunlarla yol gedir və hərəkət edirlər. Odur ki, elmi elita yetişdirmək hərbçi yetişdirmək kimidir; hərbçilər yetişdirmək və onlar üçün imkan yaratmaq lazımdır.629


Hövzədə elmi nümunələri tanımaq və yetişdirmək

Elmi nümunə bəzən, kitab yazdıqlarını və tədris etdiklərini buyurduğunuz şəxslər kimi aktual nümunələrdir. Bəzi şəxslər də potensial nümunədirlər, insan güclü istedadlarının olduğunu anlayır; gözlərində, sözlərində, danışıq və rəftarlarında istedad əlamətləri parlayır və istedadla dolu olduqlarını başa düşürük. Baxın, mümkün olan həddə bunları da tapın. Əlbəttə, bu işlər üçün bir dəyərləndirmə və diqqət mərkəzinə ehtiyacınız var. Bu barədə kiməsə göz yummanız və komplimentiniz olmamalı, reallıq nədirsə, o da olmalıdır. Özünü göstərmək, bəzi uzunçuluqlar, dəyərsiz, az dəyərli və çox həcmli işlər elmi nümunəliyə uyğun deyil. Bunlar həqiqətən, bir-biri ilə səhv salınmamalıdır.630


Hövzə nümunələrini unutmağın zərəri

Təəssüf ki, o zaman bu gün mövcud olan şərait və inkişaf amilləri yox idi. Biz həqiqətən nümunə olan çox yaxşı tələbələrin bəzisini gördük; elmi buraxıb digər yerlərə getdilər və onlardan istifadə olunmadı. Güclü istedadlı şəxslər də çox zaman dalğın olurlar; bu da var. Onlar əksərən dalğındırlar. Yəni haradasa mümkün olmadığını gördükdə qalxıb gedirlər. Hamısı olmasa da, əksərən belədirlər. Odur ki, bunlarla çox məşğul olmaq lazımdır. Əgər maraqlanmasanız, digər yerlərə gedəcəklər; gedib universitet təhsili alacaqlar, başqa müəssisələrdə tədqiqatçı kimi çalışacaq və inkişaf edəcəklər. Yəni hövzədən küsəcək və daha hövzəninki olmayacaqlar.631


Hövzədə yenilik istəmə mədəniyyətinin zəruriliyi

Elm hövzələrində təhsil və digər məsələlər barədə həm biz çox sözlər demişik, həm digərləri deyib və xatırladıblar. Bu barədə deyilməyən söz azdır. Əlbəttə, demək, eşitmək bir məsələdir, onların bir mədəniyyət, ehtiyac formasına düşməsi və məmurların onları həll etməyə məcbur olması başqa bir məsələdir. İkincisi hələ baş verməmişdir.

Mənim bu gün elm və elm hövzələri barədə demək istədiyim bir-iki məsələ var. Fikrimcə, hövzələr üçün çoxlu işlər lazım olsa da, bunlar daha zəruridir. Bunlar yaddadır; deyilmiş və bəlkə də təkrar olunmuşdur.632
Proqram hazırlayan daimi quruma ehtiyac

Bir məsələ hövzələrdə proqram məsələsidir. Biz bir dəfə tələbə və müəllimlərin toplantısında dedik ki, hər bir kiçik qurumun, idarənin və universitetin öz iş proqramı vardır. Elm hövzəsi böyük bir təşkilat və müxəlif fənlərdə - fiqhdə, təfsirdə, üsulda, kəlamda, fəlsəfədə və digər sahələrdə böyük alim və tədqiqatçıları olan nəhəng bir təşkilat olduğuna görə proqram hazırlayan daimi bir qurumu olmalıdır. Elm hövzələrində, məsələn, Qum Elm Hövzəsində olan şəxsiyyətlərin keyfiyyəti baxımından həqiqətən, onları adi elmi qurum və təşkilatlarla müqayisə etmək olmaz. Bu elm hövzələrində böyük şəxsiyyətlər, tədqiqatçılar və bu qədər gənc vardır. Bunların arasında nə qədər elmli şəxslər, tədqiqatla məşğul olanlar və istedadlı insanlar var. Belə böyük, dərin, bu qədər kəmiyyət və keyfiyyəti olan bir qurumun daimi proqram şöbəsi olmalıdır. Düzdür, bu gün əksər hövzələrdə, yaxud hamısında, xüsusən də Qum Elm Hövzəsində həqiqətən inkişaflar görünür; müdiriyyət var, proqram var, lakin bu proqramlar belə böyük həcm və keyfiyyətə münasib deyil.633


Dünyanın müasir elm və düşüncə istehsalına müvafiq proqram

Əgər biz bu gün bu qədər potensialı olan Qum üçün hansı proqramın lazım olduğunu bilmək istəsək, dünyaya, onun ehtiyacına, elm hövzəsi ilə əlaqədar düşüncə, nəzəriyyə, söz və məsələlərin günbəgün və anbaan meydana çıxmasına baxmalıyıq; elm hövzələrilə birbaşa əlaqəsi olmayan fənn və elmlərdə yox, birbaşa əlaqəsi olan məsələlərdə. Dünyada daim yeni sözlər ortaya qoyulur; əxlaqda, hüquqda, fəlsəfədə, din fəlsəfəsində, kəlam məsələlərində daim yeni sözlər meydana çıxır. Bu o demək deyil ki, bu sözlərin hamısı düzgün, yaxud mühümdür. Bu o deməkdir ki, bu sözlər dünya xalqının zehninin böyük bir həcmini özünə aid edir.

Bu gün dünyada mövcud olan sürətli əlaqələrə görə - dünyanın bir tərəfində deyilən hər bir söz, fikir, məntiq, şübhə və həll yolu tez bir zamanda dünyanın o tərəfinə çatır, yaxud çata bilər - Qum Elm Hövzəsi kimi bir hövzə proqram hazırlamalı, bu gün dünyada müxtəlif sahələrdə müzakirə olunan məsələləri araşdırmaq üçün hazır kadrları olmalıdır.634
Müxətlif elm və tədqiqatlar üçün istedadları tanımaq

Növbəti məsələ hövzədəki istedadları tanımaqdır. Mən bir neçə ay öncə hövzənin möhtərəm müdirlərinə bunu dedim. Bu hövzə müxtəlif istedadlar toplusudur. Bunlar tanınmalıdır. Müxtəlif iş, bilgi və məlumatlar, müxtəlif elm və tədqiqat fəaliyyəti üçün istedadlar tanınmalıdır. Bu tanışlıq istedadlardan düzgün bəhrələnməyə çox kömək edəcək.635


Böyük həcmli tədqiqat istedadlarına diqqətin zəruriliyi

Bu gün bu sərgiyə baxış məndə iki hissi dirçəltdi: Biri sevinc və ümid hissidir. Çünki burada əsasən tədqiqata aid çoxlu rəngarəng və geniş işlər nəzərə çarpır. Bünövrə və əsas diqqət tədqiqat və yenilik üzərindədir. İkinci hiss indiyədək hövzədəki parlaq istedaddan istifadə etmədiyimizə görə təəssüfdür. Biz indi bunlara baxırıq və xoşumuz gəlir. Bəlkə hələ də bundan yüz qat artıq istedad və potensial diqqətimizdən kənarda qalıb. İnsan buna görə narahat olur.

Hər halda, özünü itirmək problemi həll etmir. Hövzənin müdrik şəxsiyyətləri və əsasən müdiriyyəti oturub düşünməli, hövzənin müəllim və gəncləri vasitəsi ilə əldə olunmuş bu işləri davam etdirsinlər və dayanmasına imkan verməsinlər.636
Hövzənin böyük məsuliyyəti və güclü müdiriyyətə ehtiyac

Hövzə çox böyük bir təşkilatdır. Hövzə bu böyük kəmiyyətə, çox uca, dəyərli və bənzərsiz keyfiyyətə və üzərinə götürdüyü bütün bu işlərə görə məsuliyyət daşıyır. Dünyada hansı elm, təhsil və tədqiqat təşkilatının üzərinə bu qədər məsuliyyət düşür?! Xalqın dininin məsuliyyəti, bütün müsəlmanların hidayəti məsuliyyəti hövzənin üzərinə düşür. Buna əsasən, belə böyük və bu xüsusiyyətlərə malik hövzənin siz gənclərdən qabaqkı nəslinin, yəni bizim etdiyimiz və bu gün sizin irs apardığınız səhlənkarlıqlara rəğmən, bir yerə çatmasını istəsək, güclü bir müdiriyyət və mərkəz olmalıdır.637


Qum Elm Hövzəsinin inkişafları

Bu gün xoşbəxtlikdən, bizim bəzi böyük hövzələrimiz bu baxımdan çox inkişaf etmişdir. Bu gün Qum hövzəsi çox səmərəli və böyük bir hövzə olmuşdur. Bu gün Qum hövzəsi rəngarənglik, yenilik, günün məsələləri ilə tanışlıq və bəzi yerlərdə hətta dərinlik baxımından öz keçmişindən öndədir. Lakin bu yetərli deyil, ölkənin bütün nöqtələrində fəaliyyət göstərən hövzələr rövnəqlənməli və orada böyük alimlər oturmalıdırlar.638


Çoxlu islahatların həyata keçməməsinə rəğmən, hövzənin təbii inkişafı

Mənim bu illər ərzində elm hövzəsi barədə verdiyim təkliflərin – istər tələbə və müəllimlərlə keçirdiyimiz, yüzlərlə, bəzən minlərlə insanın iştirak etdiyi ümumi toplantılarda, istər hövzənin bəzi məsul şəxsləri, yaxud hövzə böyükləri, təqlid müctəhidləri və alimlərlə keçirdiyimiz kiçik və xüsusi iclaslarda deyilən təkliflərin çoxu hələ həyata keçməmiş, yaxud yarımçıq şəkildə həyata keçmişdir. Lakin biz görürük ki, İslam inqilabının özündən irəli gələn, onun səmərələrindən olan və savabı Böyük İmamımızın pak ruhuna gedən fəal dini və elmi hərəkətdən bu qədər nailiyyətimiz olmuşdur. Sözügedən islahatçı fikirlərin çoxu hələ həyata keçməmişdir, lakin istehsal, keyfiyyət və dəyərli insan kapitalı bu gün müşahidə etdiyimiz səviyyədədir.

Bir nümunəsini mən bu axşam cənabların sözlərində gördüm, mənim üçün doğrudan da çox gözəl idi. Digər nümunələrini mənimlə görüşən bəzi hövzə alimlərində müşahidə etmişəm. Bir-iki il bundan öncə əqli elmlərdə, fəlsəfə, kəlam, irfan və məntiqdə araşdırma aparan bir qrup hövzə alimində də bunu gördüm. Universitetlərlə əlaqəsi olan hövzə alimlərinin bir qrupu mənimlə görüşdü; orada da məndə bu hiss canlandı. Bu çox əhəmiyyətli bir məqamdır. Yəni elm hövzələrində kadr inkişafı belədir. Bu ab-havanın və təbii şəraitin belə bir nəticəsi var.639
Həyata və ölümə malik hövzə üçün gələcəyə baxış ehtiyacı

Bu günə baxmayın, sabah da var. Sabah necə olacaq? Onu bu gün siz müəyyən etməlisiniz.

Əgər bu gün hövzənin sütunları - yəni müdirlər, fikir sahibləri, müəllimlər, görkəmli şəxsiyyətlər iradə göstərib düzgün fikirləşsələr və proqram hazırlasalar, hövzə iyirmi ildən sonra səviyyə, dərinlik və genişlənmə baxımından indikindən dəfələrlə yaxşı olacaq. Əgər indi bir iş görməsək, əsla bəlli deyil ki, Qum hövzəsi gələcəkdə indiki həddində qalacaq, yoxsa yox. Böyüklər, tədqiqatçılar, yaxşı alim, fəqih və filosoflar hövzədən gedirlər. Bunların yerinə digər şəxsiyyətlər inkişaf etməli, çiçəklənməli, onların yerini tutmalı və onlardan daha artığını etməlidirlər. Bu iş görülsə, gələcəyə bu baxış olsa, sabah yaxşı olacaq. Əgər bu gün Qum hövzəsində gələcəyə bu baxış olmasa və mövcud vəziyyətlə razılaşsaq, indi hövzəni birtəhər idarə etməyimizlə qane olsaq, sabah ya hövzəmiz olmayacaq, ya da tənəzzülə uğramış bir hövzəmiz olacaq.640
Hövzədə gələcəyə baxışın zəruriliyi

Hövzənin həm müdirləri, həm Ali Şurası, həm böyük alimləri, həm böyük təqlid müctəhidləri bilməlidirlər ki, biz iyirmi ildən sonrakı Qum, İsfahan, Məşhəd, yaxud digər şəhərlərin hövzələri barədə bu gün düşünməliyik. Otuz ildən sonrakı hövzələr barədə düşünməliyik. Otuz ildən sonra nə deməkdir? Yəni təsir imkanları, insanları və məmləkətləri fəth etmək imkanları baxımından güman ki, bugünkü dünya ilə heç bir oxşarlığı olmayan bir dünya. Bir əzizimiz burada informasiya texnologiyasını gözəl şəkildə izah etdi. İyirmi il öncə bu texnologiya yox idi, elə-belə bir şey idi, amma bu gün görün necədir.

Biz onda bu gün üçün fikirləşsəydik, bu gün boşluqda qalmazdıq. Bu gün hər bir evdə, hər bir məktəbdə, hər bir tərəfdə, natiqlərin birinin sözü ilə desəm, hər bir kənddə informasiya texnologiyası mövcuddur. Elm hövzəsi geri qalmaq isətyir? Gələcək otuz ili belə müqayisə edin; əlbəttə, bir qədər daha artıq sürətlə. Yəni ötən iyirmi ildə elmin sürəti gələcək iyirmi, otuz ildəki sürətindən, elm və texnologiya inkişafından dəfələrlə az olacaq.

O gün bəlkə də müxtəlif fikir sahibləri, müxtəlif ideologiyalar, azğın firqələr, pis niyyət sahibləri sizin universitetlərinizin, məktəblərinizin siniflərini, evlərinizdəki övladlarınızı asanlıqla ələ alıb istədiyini edəcək və siz heç bir iş görə bilməyəcəksiniz. Elm hövzəsində o gün barədə fikirləşmək lazımdır. Məsuliyyət daşıyan elm hövzəsidir. Xalqın dindarlığının məsuliyyəti ruhanilərin üzərinə düşür. Ruhani də elm hövzəsinin övladı və məhsuludur. Məsuliyyəti belə ölçək ki, çiynimizdə hansı yükün olduğunu bilək. Bu, gələcəyə baxış barədə.641


Hövzənin təcrid olunmasının qarşısını almaq üçün yeniliyin idarəsi

Bir məsələ budur ki, yeniliyi idarə edin. Baxın, əziz qardaş və bacılar, yenilik qaçılmazdır. Yenilik ilahi yaradılışın qanunudur. Mən dəfələrlə demişəm ki, yenilik baş verəcək. İndi yeniliklə razılaşmayan bir şöbəni, bir varlığı təsəvvür edin. O zaman bu iki vəziyyətdən birində olacaq: ya öləcək, ya təcrid olunacaq. Ya dəyişilmiş və yenilənmiş vəziyyətlərin qovğasında yaşamaq imkanı tapmayacaq, əl-ayaq altında əzilib məhv olacaq, ya əgər sağ qalsa da, təcrid olunacaq; son günlərdə bir qəzetdə oxuduğum meşə adamı kimi. Bir insan qırx il əvvəl gedib Mazandaran meşəsinə və xarici mühitlə çox zəif əlaqəsi olub, özünü təcrid edib. Getmək, dəyişiklikdən qaçmaq olar, amma təcrid olunmaqla. Hövzə yenilikdən qaçmaq istəsə, əgər ölməsə, diri qalsa da, təcrid olunacaq. Düzdür, din faktoru onu ölməyə qoymayacaq, amma təcrid olunacaq. Günbəgün daha artıq təcrid olunacaq.

Yenilik labüddür. Lakin yeniliyin iki tərəfi var: düzgün istiqamətdə olan yenilik, səhv istiqamətdə olan yenilik. Biz elə etməliyik ki, bu yenilik düzgün istiqamətdə baş versin. Bu, hövzənin aparıcı şəxslərinin vəzifəsidir. Hövzənin müdirləri, alimləri, nəzər sahibləri buna çalışmalıdırlar. Yenilikdən qaçmaq olmaz. İndi dedilər ki, təhsil və tədqiqat üsulunda, tələbə qəbulunda, dərs vəsaitində - bütün bunlarda yenilik lazımdır. Deməyin ki, on il, on beş il bundan qabaq lazım idi və bu proqramı yazdıq. Çox gözəl, bu proqram on il əvvəlin idi, görün onu necə təkmilləşdirmək olar. Yenilik budur. Yəni zamanla yenilənmək, vaxtında hərəkət etmək, hadisələrdən geri qalmamaq.642
Hövzə diplomuna dair yeniliyin idarəsi

Yeniliyi qəbul və idarə etmək, həm də çox ehtiyatlı olmaq lazımdır. Baxın, burada diplomdan söhbət düşdü. Mən əvvəldən hövzənin müstəqil diplomu üzərində təkid göstərənlərdənəm, indi də fikrim budur: hövzə Təhsil Nazirliyinin adı altında yox, öz adı ilə diplom verməlidir. Çünki hövzənin adı hər bir nazirliyin adından daha köklü, güclü və mühümdür. Hövzə öz diplomunu versin. Diplomun adını nə istəyirlər qoysunlar. Bəzi dostlar etiraz etdilər ki, nə üçün doktorantura, magistratura adlarından qaçıb adını üçüncü-dördüncü pillə qoyursunuz. Mənim bu barədə fikrim yoxdur, oturub müzakirə etsinlər, hansı qərara gəlsələr, o da olsun. Mən diplomun özünü qəbul edirəm, lakin diplompərəstlik zərərlidir. Tələbənin diplom üçün dərs oxumağı döyük bir eyibdir. Bu, yeniliyin sözügedən orta xəttidir. Diplom sahəsində yeniliyi idarə etmək budur. Diplom verin, amma həmişə yeni təhsil sisteminin eybi hesab etdiyimiz diplompərəstlikdən çəkinin. Bu, bir nümunədir.643


Münasib yenilik

Digər tərəfdən, dedik ki, yenilik idarə olunmalıdır. Diqqət olunmalıdır ki, elmi çəki azalmasın, şeyxin sözünün səviyyəsi aşağı enməsin; axundun üsul elmindəki sözünün səviyyəsi enməsin. Tələbə bu gün bizim fiqh və üsulumuzda mühüm və təsirli amillər olan bu əsaslara qarşı elmi boşluqda qalmasın. Mətn düzgün, yaxşı və ərəbcə olsun. Mən hövzənin bəzi yazılarına baxıram. Bu cəhətdən bizim bir qədər çatışmazlığımız, nöqsanımız var. Belə güclü və möhkəm yazıların mətnində və qələmində nöqsan olmasa, İslamın elmi toplumlarının hansı birinə getsə, dəyərli və qiymətli bir əsər kimi tanınar; çünki ərəb dilindədir, bizim elmi dilimiz ərəb dilidir və hamı istifadə edə bilir.

Buna əsasən, yenilik qaçılmazdır. Bu, yeniliyin bir-iki nümunəsi idi, nümunələr çoxdur. Onların çoxunu siz dostlar sözlərinizdə dediniz, mən də təsdiqləyirəm. Yenilik idarə olunmalıdır. Bu da bir məsələdir.644
İlk mərhələlərdə hövzə müdiriyyətinin ən mühüm işi

Biz hövzədə müdiriyyəti təkmilləşdirməliyik. Bəli, xoşbəxtlikdən son illərdə Ali İdarə Şurası və hövzədə müdiriyyət məsələsi qəbul olundu, iş görüldü, faydalarını da görürsünüz. Mən bu axşam cənabların sözlərindən bildim ki, hövzədə on iki elmi-ixtisaslı birlik var. Çox yaxşıdır, mən bunu bilmirdim: iqtisadiyyat elmi birliyi, psixologiya elmi birliyi, rical elmi birliyi, tarix elmi birliyi. Əlbəttə, bəzilərini bilirdik. Bu, müdiriyyətin işidir. Əgər müdiriyyət olmasa, belə bir iş baş verməz. Lakin hövzədə təşkilatçılıq və idarəçilik sahəsində indiyə qədər görülən işlərlə kifayətlənmək olmaz.

Bizim nöqsanlarımız var. Əvvəla Ali Şura siyasət təyin etmək məsələsinə çox əhəmiyyətli yanaşmalıdır. Elm hövzələrində birinci və prinsipial mərhələlərdə ən mühüm iş siyasət təyin etməkdir. Bu siyasətin müxtəlif cəhətləri var. Məgər biz demirik ki, elm istehsal etmək istəyirik? Yaxşı, hansı elmi? Fiqh elminin inkişafı nə deməkdir? Misal üçün, üsul elminin inkişafının mənası nədir? İnkişaf etsin, yəni nə eləsin? Bu inkişafın istiqaməti necədir? Bütün bunlar cavabı lazım olan suallardır. Ali Şura mərkəzində təyin edilən siyasətlər bu suallara cavab verir. Elm hövzəsinin gələcəyi üçün aydın mənzərə təsvir olunmalıdır.645
Mənzərə sənədinin hazırlanması üçün Hövzə Ali Şurasının iki xüsusiyyəti

Ölkə üçün iyirmiillik mənzərə sənədi yazıldığı kimi, gəlin hövzə üçün də iyirmiillik, onillik bir mənzərə hazırlayaq. Bu, elm hövzəsinin Ali Şurasının işidir.

Ali Şura bu işi nə zaman görə bilər? O zaman görə bilər ki, onun möhtərəm üzvləri bunun üçün kifayət qədər vaxt ayırsınlar, buna vaxtları olsun. Yəni hövzənin Ali Şurasına üzvlük əsas işlərin yanında ikinci dərəcəli bir iş olmamalıdır. Siz görün bir universitetin idarəsi, yaxud bir qurumun siyasət təyin edəni necə işləyir. Belə böyük elm hövzəsi - istər Qum, istər Məşhəd, istər İsfahan hövzəsi kənardan idarə oluna bilməz. Vaxt sərf olunmalıdır. Bu bir məsələ.

İkincisi budur ki, çox güclü bir ekspert dəstəyi olmalıdır. Xoşbəxtlikdən, bizim hövzəmizdə bu ekspert dəstəyi mövcuddur: sizin özünüz, bu axşam çıxış edənlərin və etməyənlərin çoxu. Yəqin ki, elm hövzəsində belə gənc və düşüncəli tələbələr çoxdur. Bunlar şübhəsiz, hövzənin ekspert dəstəyini təmin edə bilərlər. Hövzə işlərində bizim kənar adama heç bir ehtiyacımız yoxdur. Bu kadrlardan istifadə etmək olar. Təbii ki, bu ekspertlər də işləməli, çalışmalıdır. Ali Şuranın işlərindən biri budur.646


Proqram şurası yaratmağın zəruriliyi

Ali Şuranın yanında hövzədə müdiriyyət orqanı var. Bu, çox əhəmiyyətlidir. Hövzə üçün mütləq proqram hazırlayan şura olmalıdır. Bəzi cənablar da çıxışlarında dedilər ki, proqramlar bəzən uyğun olmur. Yaxud bir bacımız qadınlara aid proqramlar barədə dedi ki, proqramlar müxtəlif səviyyələrə münasib deyil. Bunlar tamamilə yerli iradlardır. Bunları kim düzəltməlidir? Modern proqram inkişafları ilə tanış olan bir heyət.

Bu gün proqram hazırlamaq digər elmlər kimi bir elmdir. Bu, təkcə anadangəlmə istedada bağlı deyil. Düzdür, o da təsirlidir, amma bu gün bu, elmi bir işdir. Bu işin mütəxəssislərindən istifadə etmək lazımdır. Onlar ekspert heyətində iştirak edib proqram hazırlasınlar.647
Müəllimlərin dərəcələrə bölünməsi üçün elmi şuraların təşkil edilməsi

Bir məsələ də alim və müəllimlərin ictimai mövqeyi məsələsidir. Bu da bizim problemlərimizdən biridir. İndi bəzi dostlar bir təklif irəli sürdülər, mən onu açıqlamaq istəyirəm. Təklif budur ki, Qumda Elmi Şura yaradılsın. Yəni müxtəlif pillə və fənlər üçün rəsmən elmi şuralar qəbul olunsun. Bir nəfər bir həddə çatdıqda, bir imtahandan keçdikdə Qum Elmi Şurasının üzvü olsun. Bu, elmi bir ad olsun. Əlbəttə, mən bunun oxşarını bir neçə il bundan öncə Müdərrislər cəmiyyətinin möhtərəm üzvlərinə dedim. Dedim dairəni bir qədər genişləndirsinlər, amma deyəsən nəzərdə tutulan formada olmadı və həyata keçmədi. İndi bu forma irəli sürülür.648





Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə