Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr


Altıncı fəsil: Zamanı tanımaq və ehtiyacı anlamaq



Yüklə 2,2 Mb.
səhifə15/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

Altıncı fəsil: Zamanı tanımaq və ehtiyacı anlamaq


Hövzənin informasiya arxivi haradadır?

Bizə vurulan ittihamlara, verilən söyüşlərə, əleyhimizə yazılan kitablara uyğun olaraq ehtiyacları bilməliyik. Hövzənin informasiya mərkəzi və arxivi haradadır ki, bunlara baxsın, o mövzular barədə tədqiqat aparıb yazsın. Hövzənin görməli olduğu işlərdən biri budur. Yəni bir mərkəzi olsun və dünyada inqilab haqda yazılan bütün kitabları toplasın; həm birbaşa inqilab barədə olanları, həm inqilabla əlaqədar olaraq Şiəliyi və ya İslamı təhqir edənləri, həm də bizi tərifləyən və bəzən özümüzün diqqət yetirmədiyimiz üstün cəhətlərimizi xatırladan kitabları.

Bu mərkəzdə çalışan hövzə tədqiqatçıları bu kitabların ölkə daxilindəki oxşarlarını da toplamalı və araşdırmalıdırlar. Tədqiqatçı deyəndə tez əldən düşmüş qoca kişilər yada düşməsin. Sizin özünüz kimi gənc tədqiqatçılar oturub bunları qisimlərə bölsünlər, inqilab təfəkkürünü, zehniyyətini, avropalıların ifadəsi ilə desək, inqilab ideologiyasını - təəssüf ki, hələ bu sözün farsca ekvivalentini tapmamışıq – yazsınlar, onu bir cild kitabla və bir sözlə yox, geniş şəkildə bayıra ötürsünlər. Əgər bizdən "inqilabınız nədir?" deyə soruşsalar, deyək ki, budur. Bu işi siz görməsəniz, əksərən səlahiyyəti çatmayan digər şəxslər görəcəklər.562
Hövzənin beyin məsələlərində məhdud olması və dünya hadisələrindən xəbərsizliyi

Qərb dünyasında elmi tədqiqatın zirvəsi sayılan on doqquzuncu əsr dindən ayrılmaq və dinin həyatdan çıxarılması əsridir. Bu təfəkkür ölkəmizdə də təsir buraxdı və bizim universitetimizin bünövrəsi qeyri-dini təməllər əsasında quruldu. Din alimləri universitetdən üz çevirdilər, universitet də din alimlərindən və elm hövzələrindən. Bu kədərli məsələ həm elm hövzələrinə, həm də universitetlərə pis təsir buraxdı.

Elm hövzələrinə pis təsir buraxdı; çünki din alimlərinin fəaliyyətini yalnız və yalnız dinin zehni məsələlərində məhdudlaşdırdı və onları xarici dünyadan xəbərsiz etdi. Elmi inkişaflar onlar üçün məchul qaldı. Yeniliyə təmayül ruhu, İslam fiqhində və dini hökmlərin araşdırılmasında yeniliyin zərurəti hövzələrdə aradan qaldırıldı, yaddan çıxdı. Dinin və İslam fiqhinin tədqiqində bu dəyişkənlik həmişə mövcud olmuşdu. Çünki fiqh cəmiyyətin ehtiyacını təmin etmək üçün Quran və sünnəyə əsaslanır. Hövzələr həyat reallığından, dünyada baş verən hadisələrdən və həyata keçən nəhəng dəyişikliklərdən xəbərsiz qaldı və bir sıra fiqhi, əksər hallarda cüzi məsələlərlə məhdudlaşdı. Fiqhin əsas məsələləri, o cümlədən cihad, hakimiyyət, İslam cəmiyyətlərinin iqtisadiyyatı, xülasə, dövlət fiqhi təcrid oldu, yaddan çıxdı, tərk edildi. Cüzi, çox cüzi və əksər hallarda həyatın mühüm məsələlərindən uzaq məqamlara daha artıq diqqət yetirildi. Bu, elm hövzələrinə vurulan zərbə idi. Siyasi qüvvələr də bundan istifadə etdi və təbliğatla, şeytan üsulları ilə hövzələri bacardıqları qədər həyat yeniliklərindən uzaq saxladılar.563
Alimin səmərəlilik şərtlərindən biri

Bu gün siz çox təqvalı alim olsanız, lakin zamanınızı tanımasanız, təhlükə və səhvə qabiliyyətli və az faydalı olacaqsınız. Bunun hekayəsi çox uzundur: "Zamanını tanıyan alimə şübhələr hücum etməz".564 Biz elə alimlər gördük ki, İslam və müsəlmanlar üçün faydalı ola bildikləri dövrdə fayda yetirmədilər, bəzən hətta zərər və zərbə də vurdular. Deməli, belə oldu: elm, təqva, siyasi və ictimai ayıqlıq. Bu ayıqlıq sizin ixtiyarınızda olan bir silahdır. Bu üç xüsusiyyətlə ön xəttin əsgərləri olmalısınız.565


Dünyada yeni yaranmış düşüncələr qarşısında hazırlıq

Hövzə dünyanın elmi hadisələrinin içində olmalıdır. Bu gün siz bilməlisiniz ki, misal üçün, sosiologiyada dünyada hansı nəzəriyyə və fikirlər var, hansı düşüncələr irəli sürülür. Bəzən bu fikirlərdə yaxşı məqamlar olur, onları götürün; xoşagəlməz nöqtələr də var, onlar buraya gəlməzdən öncə münasib müdafiəni hazırlayın və cəmiyyətin beynini vaksinləyin. Belə olmasın ki, gələndə, bir qrup gedib oxuyanda və tərəfdarı olanda biz deyək ki, bəli, filankəs filan məsələ barədə belə deyib və bu söz filan-filan dəlillərə görə düzgün deyil. Bu, mübarizə yolu deyil. Deməli, tədqiqat, araşdırma, dünya həqiqətlərindən, bilgilərindən, dünyanın elmi vəziyyətindən xəbərdar olmaq elm hövzəsinə lazım olan işlərdəndir.566


Hövzənin dünyanın elmi hadisələrində iştirakı

Elm hövzəsi dünyanın elmi iş və hadisələrindən kənarda qalmamalıdır. Elmi hadisələrin içində olmaq lazımdır. Əlbəttə, bu o demək deyil ki, sabah Qumdakı tələbələrin hər biri desin: çox gözəl, biz dünyanın elmi hadisələrinin içində olmaq istəyirik, deməli, dərslərimizi kənara qoyaq, əvvəlcə bir qədər xarici dil öyrənək və sonra gələk. Xeyr, ümumilikdə hövzə belə olmalıdır, tələbələrin hər biri yox. Hövzə dünyanın elm və düşüncə kanallarından ayrı düşmüş bir hovuz olmamalıdır; bəzi axınların qoşulduğu və bəzi axınların xaric olduğu böyük bir dəniz olmalıdır; bəzi düşüncələr ona daxil olmalı və bəzi düşüncələr ondan xaric olmalıdır. Siz dünyanı doyurmalısınız. Hövzə kənarda qala bilməz. Bunlar Qum Elm Hövzəsi ilə bağlı bizi düşündürən məsələlərdir.567


Elmi inkişaflardan, xüsusən də humanitar elmlərdən xəbərdar olmaq

Qum və digər hövzələr dünya hadisələrindən kənarda qalmamalıdırlar. Hövzəyə rəhbərlik edən şəxslər bir şey düşünüb elə etsinlər ki, tələbələr dünya məsələlərindən xəbərdar olsunlar. Bunlar dünya inkişaflarından, dünya hadisələrindən, müxtəlif sahələrdə - istər təbii elmlərdə, istər xüsusən də humanitar elmlərdə yeni kəşflərdən və elmi mövzulardan uzaq qalmamalıdırlar. Nə üçün? Ona görə ki, fətva vermək üçün mühüm bir şərt mövzunu tanımaqdır. Əgər fəqih mövzunu tanımasa, şəriət dəlillərindən ilahi hökmü layiqincə əldə edə bilməz.568


Şiə fiqhini tanıtdırmaq

Şiə fiqhi tanınmır və çox zaman qeyri-müsəlmanların İslam fiqhi barədə araşdırmalarında yer almır. Qeyri-şiələr tərəfindən yazılan elmi fiqh kitablarında Şiə görüşləri çox zaman diqqətdən kənarda qalır. Dünya və hətta İslam ensiklopediyalarında bu fikirlər çox zaman məzhəblərin fiqh görüşləri arasında itib-batır. Bu fiqh çox geniş, dərin və mütərəqqidir. Bəlkə demək olar ki, İslam məzhəblərinin heç biri təklikdə bu üç xüsuyyətli fiqhə malik deyil. Bu fiqhi tanıtdırmaq, dünya toplumlarına, digər İslam məzhəblərinin fiqh kitablarına və dünyanın hüquq araşdırmalarına daxil etmək elmə və alimlərə xidmətdir. Bu iş düzgün və məntiqli şəkildə görülməlidir.569


Hövzə dərslərini ehtiyacları aradan qaldırmağa yönəltmək

Elm hövzəsinin əsasən insan kapitalından ibarət imkanlarının bir zərrəsi də hədər getməməli, dərsin bir saatı da faydasız, əbəs və bəlli ehtiyaclara diqqətsiz keçməməlidir. Hövzədə dərs oxuyan tələbə ehtiyaclardan birini aradan qaldırmaq istiqamətində hərəkət etməlidir; yəni ya ölkənin daxili, ya xarici üçün, ya kitab yazmaq, ya tədqiqat aparmaq, ya da tədris etmək üçün özünü hazırlamalıdır.570


Dinə qarşı yeni şübhələrlə tanışlıq

Bugünkü dünya dünənki dünyadan fərqlidir. Bugünkü dünya qəribə bəşəri bilgilərin mövcud olduğu dünyadır. Bu dövrdə də çoxlarının məsələn, əlli il öncəki kimi az savadlı olması mümkündür, lakin sizin dinləyiciləriniz yalnız bunlar deyillər, həm də alim və mütəfəkkirlərdir. Siz dinin sözünü məntiqi əsasla, güclü və ən yaxşı formada tənzim və təqdim etməlisiniz. Bunun üçün dünyanı yaxşı tanımanız, onun inkişaflarından xəbərdar olmanız, bizə və dinimizə qarşı irəli sürülən şübhə və iradları bilməniz gərəkir. Çünki bu gün dinlə mübarizə üçün daha İbn Kəmmunənin şübhələrini, yaxud yox olanın yenidən yaranması şübhəsini irəli sürmürlər. Bu gün digər şübhələr var. Ruhanilər onları öyrənməli və bilməlidirlər.571


Siyasi və mədəni cərəyanları tanımaq

Ayıqlıq başqa bir məsələdir. Ayıqlıq dedikdə məqsədim siyasi məsələlərdə ayıqlıqdır. Ayıqlıq - həyat cərəyanlarını tanımaqdır. Ayıqlığın elmlə yanaşı olması zəruri deyil. Elə alimlər var ki, ayıq deyillər, başqa sözlə desək, dünya məsələlərindən, həyatın axarından, siyasi və mədəni hadisələrdən bir şey anlamırlar; əksinə, alim olmayan elə insanlar var ki, bu məsələləri dərk edirlər. İnqilab dövründə ayıq insanların bir təbəqəsi ölkənin hadisələrini, hakim rejimi, mübarizəni və düşməni tanıyırdılar, amma heç bir elmi ixtisasları yox idi. Adi xalqın çoxu ayıq idi. Onların müqabilində yüksək elmlərə yiyələnmiş bəzi müəllimlər, alimlər, hətta din alimləri də var idi ki, həyatın axarını, mübarizəni, siyasəti, hegemonizmi və o dövrün mənfur rejimini tanımırdılar. Buna əsasən, elm və ayıqlıq məsələləri bir-birindən ayrı məsələlərdir.572


Keçmiş Şiə alimlərinin zamandan geri qalmaması

Siz görün o zaman bizim alimlərimizin elmdə, fiqhdə və kəlamda öz dövrlərinin xalqı üçün nə qədər əsərləri vardı. Keçmişdə yaşamış azsaylı alimlər böyük işlər görmüşlər. Əgər ozamankı Bağdada nisbətən İslam dünyasının uzaq bölgələri olan Nişapurda, Bəlxdə, Həratda, yaxud Tusda yaşayan bir neçə nəfər şiənin fiqhə, yaxud kəlama aid sualları olurdusa, Şeyx Müfid Bağdaddan onlara yol göstərirdi. Yəni Şeyx Müfid öz zamanından geri deyildi.

Yaxud Şeyx Tusinin dövründə Əhli-beyt məktəbinin düşməni "sizin kitabınız yoxdur" – deyən kimi Şeyx Tusi özü təklikdə işə başladı, ən böyük rical kitabını xülasə etdi, özü də ayrı bir rical kitabı və bir də biblioqrafiya yazdı. Yəni gecikmədən Kəşşinin rical kitabını xülasə etdi, özünün ər-Rical və əl-Fihrist kitablarını yazdı.

Hələ “fiqhiniz yoxdur” deyən şəxsin iradı evindən bayıra çıxmamışdı ki, birdən o zamanın səviyyəsinə görə sanballı və güclü tədqiqat əsəri olan Məbsut təqdim olundu. Əgər Məhəmməd ibn Zəkəriyya Razinin dilindən üş-dörd ateist sözü çıxırdısa, Seyid Mürtəza Razi cəld onun əleyhinə kitab yazırdı və sözünün cavabsız qalmasına imkan vermirdi. Əgər Əhli-beytin inadkar düşməni olan hansısa yazıçı bir kitab yazıb Şiə həqiqətlərini və əməllərini ələ salırdısa, Əbdülcəlil Razi Qəzvini dərhal ən-Nəqz kitabını yazıb qarşısına qoyurdu. Buna əsasən, fiqh və kəlam sahələrində şiəyə kim bir söz desəydi, qüdrətlə və elmi dillə ona cavab verirdilər, rəqibin və düşmənin sözü təsirsiz qalırdı.

Son dövrlərə qədər vəziyyət belə olmuşdur. Hindistanda bir nəfər peyda olub Şiə əleyhinə, şiələri məzəmmət etmək üçün və guya Əhli-beytin mədhində “Töhfə İsna əşəriyyə” kitabını yazdı. Seyid Hamid Hüseyn ona cavab olaraq dəyərli Əbəqat kitabını yazdı. Səhv etməsəm, “Töhfə İsna əşəriyyə” kitabına cavab üçün təxminən on kitab yazılmışdır.

Mən hindistanlı şiə alimlərinin kitablarına aid bir mündəricata baxırdım. Onların arasında birinci dərəcəli alimlər də vardı. Fikrimcə, bu kitabın əleyhinə on və bəlkə də daha artıq kitab yazılmışdır. Elm hövzələri öz dövrlərindən geri qalmırdılar. Bir nəfər peyda olub əlyazma formasında olan bir kitabında bir söz yazırdı, digəri onun bir nüsxəsini yayırdı, başqa birisi oxuyurdu. Bu müddətdə dörd-beş nəfər ondan xəbərdar olurdu. Şiə alimi tez həmin işə eyni yolla cavab verirdi. Bəzən daha sərt və daha sürətli olurdu, ondan daha yaxşı çalışırdı və geri qalmırdı.

Şəhid Əvvəlin (Birinci şəhidin) dövrünə qədər əllamənin və Fəxrülmühəqqiqinin kitabları kimi fiqh kitablarımız adətən özündə Əhli-sünnənin görüşlərini də ehtiva edirdi. Amma o dövrdən sonra Şiə alimləri adətən Əhli-sünnənin görüşlərini yazmırdılar. Siz görürsünüz ki, həmin kitablarda Əhli-sünnə fəqihlərinin nəzərləri müxtəlif dəlillərlə cavablandırılmışdır. Təkcə Xilaf kitabına baxmayın, Şeyx Tusi orada təkcə icma dəlilinə söykənmişdir. Əllamənin və digərlərinin, eləcə də Şeyxin özünün kitablarının adətən möhkəm və geniş dəlilləri var.573
Elm hövzəsinin zamandan geri qalması

Bu gün isə belə deyil. Bu gün elm hövzəsi öz dövründən çox geridədir, bir addım, iki addım söhbəti deyil. Sanki ata minmiş iki nəfər bir yerdə birgə gedirlər. Birinin atı digərinkindən daha iti qaçır. Atı zəif qaçan sonradan avtomobil tapır. Təbiidir ki, atı iti qaçan onun tozuna da çatmaz. Bu gün vəziyyət belədir. Hal-hazırda fiqh, fəlsəfə, kəlam və hüquq dalğaları dünyanı bürümüşdür. Bizsə özümüzə baxdıqda görürük ki, zamanla məsafəmiz çoxdur. Hətta əxlaqda da belədir.574


Prinsiplər üzərində təkid və ehkamçılıqdan çəkinmək

Ehkamçılığı prinsip və dəyərləri qorumaqla səhv salmayın. Hövzə prinsipləri qorunmalıdır. Bu, ehkamçılıqdan fərqli bir şeydir. Ehkamçılığın mənası odur ki, biz elmi hərəkətimiz üçün zəruri və vacib ehtiyaclarımızı görməzdən gələk. Ehkamçılığın mənası budur. Əgər sizin elmi inkişafınız üçün nəsə lazımdırsa, onu təmin etməlisiniz. Əgər qısa, təhlükəsiz, yaxud daha səmərəli bir yol varsa, o yolu tapmalı, sonra da onun nəqliyyat vasitələrini əldə etməlisiniz. Bunun oyan-buyanı yoxdur. Əgər iki ayağınızı bir başmağa dirəyib "xeyr, mən həmişə bu tərəfdən getmişəm, ində də bu tərəfdən gedəcəyəm" - desəniz, təbii ki, iş korlanacaq. Hövzələrdə doqmatizm olmamalıdır. Hövzələrin ən yeni düşüncəli alimləri tələbələr üçün ən səmərəli şəxslər olmuşlar.575


Hövzələrin İslam düşüncələri və elmlərində sıçrayışının zəruriliyi

Biz bu gün elm hövzələrinə bağlı şəxslər kimi bu qlobal fenomenə diqqət yetirib İslam mövzularında öz elmi rəftarımız barədə yeni bir düşüncəni, hərəkəti və sıçrayışı planlamalı, onun bünövrəsini qoymalıyıq. Əsasında bu siyasi hərəkətin vücuda gəldiyi bir elmin - yəni İslam bilgilərinin, İslam kəlamının və İslam fiqhinin bu gün dünyanın elmi və siyasi mərkəzlərində bu qədər diqqət mərkəzində olduğunu müşahidə ediriksə, biz daha çox düşünməli, daha diqqətli olmalı, dini fikir sahibləri və din alimləri kimi öz işimizin əhəmiyyətini yenidən dəyərləndirməliyik.576


Ehtiyaclara hesablanan İslam tədqiqatı və təbliğatı

Siz bilin ki, din təbliğatı, tədqiqatı və kitab yazmaq işi çox mühümdür. Siz oturub kitab və sünnədən bir İslam əsasını və düşüncəsini çıxarın, sonra onu nizama salın, internetə ötürün, yaxud universitetlərin, teleradionun ixtiyarına buraxın və bununla öhdənizə düşən işi yerinə yetirin. Həm də bu işləri yüksək səviyyədə görün. Tarix, hədis və təfsir sahələrində işləyin. Hər halda, iş görün. Axtarın, istedadınızı işlədin, görün bu gün boşluq haradadır. Əlbəttə, Allaha şükür olsun ki, sizin bəziləriniz çox mühüm işlər görürsünüz. Biz demirik ki, bu işləri buraxın və tədqiqatla məşğul olun. Xeyr, vaxtı olan və tədqiqat işi görə bilən şəxslərə deyirik. Hər halda, bu təşkilat fəaliyyətinə və mövqeyində möhkəmliyinə görə Allah-Taalanın lütf və mərhəmətini cəlb edə bilər. Danışılan sözlərdən qorxmayın.577


Düzgün dini düşüncə boşluğunun nəticəsi

Xalis, qədim və düzgün düşüncələrin boşluğu müşahidə olunduqda saxta və yalançı düşüncələr, qeyri-sağlam və qeyri-düzgün fikirlər bazara çıxır. Bu təbii haldır. Çünki müştəri həmişə orada dayanmışdır. Əgər xalqa təmiz, düzgün və yaxşı məhsul təklif etsələr, xalq tanıdığı təqdirdə pis məhsula tərəf getməz. Lakin bu yandan boşluq yaransa, saxta malların bazarı qızışar. Təəssüf ki, bu gün bizim cəmiyyətimizdə müşahidə olunan budur. Zahiri çox gözəl olan saxta qızıl sikkələr, zahiri çox gözəl olan saxta pullar əslində etibarsızdır, amma adi camaat bunu seçə bilmir.

İslam düşüncələri bazarında bu gün vəziyyət belədir. Hər tərəfdən bir nəfər qalxıb başa düşülməsinin və dərk olunmasının dini qaynaqlar üzərində elmi əsaslara ehtiyacı olan din məfhumları, uca İslam anlayışları haqda uyğun əsaslara malik olmadan fikir yürüdür və özlərindən danışırlar: İslam belə deyir, İslam elə deyir. O söhbət və minbərdə bir kəs də yoxdur ki, ondan “İslam bu sözü harada deyir” - deyə soruşsun. Bütün bəşər məfhumlarını İslamın baxışından izah edirlər; azadlığı izah edirlər, insanlığı izah edirlər, insan hüquqlarını izah edirlər, ədaləti izah edirlər. Haraya və hansı İslama istinad etdikləri isə bəlli deyil.

Bu, çox pis haldır. Bəzi insanlar lazımi səlahiyyətlərə malik olmadan elə mövzuda fikir bildirirlər ki, qərəzli olmasa da, ən azı cahilanədir.578


Yanlış dini nəzəriyyələrin yeni düşüncə adı ilə ortaya qoyulması

Bu günün həmin zamanla fərqi budur ki, İslamın əsaslarına və dini elmin təməllərinə dair səhv sözlər avamcasına, lakin bəzəkli qəliblərdə, yeni fikir və elm qəlibində deyilir, halbuki elm deyil, səhvdir. Buna qarşı elmi tədbir görməyə ehtiyac var. Hökumətin tədbiri ayrıdır. Hökumətlər hər yerdə bu sahələrə girə bilməzlər və girmirlər. Düzgün və təsirli də deyil. Lakin elm adamları bu işdə aktiv olmalıdırlar.

Dinin özünə, fəlsəfəsinə, etiqadi əsaslarına, İslam Respublikasının atributları olan İslam təlimlərinə - misal üçün, konstitusiyada və digər yerlərdə göstərilən məsələlərə, İslam fiqhinə, Peyğəmbər və imamların davranışına dair elə söhbətlər edilir ki, nə tarixə əsaslanır, nə hədisə, nə Qurana, nə fiqh metodikasına, nə bəlli dini əsaslara, nə də çox dərin və zərif bir fənn olan fiqh üslubuna. Heç bir şeyə əsaslanmadan alimnüma şəkildə, gözəl və səlis ifadələrlə bəyan olunur. Bu işi görənlər təəssüf ki, cəmiyyətin aparıcı və görkəmli şəxslərinin bir qismidir. Keçmişlə fərqi budur.579
Din mənbələrindən dövrün ehtiyacına uyğun düşüncənin istehsalı

Bütün mədəniyyətlər kimi İslam mədəniyyəti üçün də iki əsas amil lazımdır: biri fikir istehsalı, biri kadr hazırlığı. İslami fikir bir dəniz kimi dərindir, bir okeandır. Okeanın sahilinə gedən adam bütün okeanı tanıdığını iddia edə bilməz. Sahilə yaxınlaşan, yaxud bir neçə metr suda irəliləyib bir nöqtədə batan adam da okeanı tanıdığını deyə bilməz. Bu böyük okeanın dərinliyinə getmək və onu kəşf etmək - burada kitab, sünnə və bütün bunlardan istifadə olunur - hamının görməli olduğu bir işdir; elə bir işdir ki, zaman boyu yerinə yetirilməlidir. Bu böyük elm okeanında hər bir zamana uyğun fikir istehsal etmək mümkündür.

Bir zamanlar mərhum Şəhid Mütəhhərinin sözləri deyiləndə bəzilərinə qəribə gəlirdi. Şəhid Mütəhhərinin sözləri Quranın, İslamın sözləri idi. Lakin dinlə, Quranla və İslamla işləyən adamların çoxu o sözlərlə tanış deyildilər. Bu, bütün zamanlarda ayıq mütəfəkkirlər, quranşünaslar, hədisşünaslar, Quran və hədisdən nəticə çıxarma üslubu, İslam maarifi, Quranda, İslam hədisində və İslam sünnəsində bəyan olunan mətləblərlə tanış olanlar üçün mümkündür. Əgər onlar dövrün ehtiyacını, sualını və bəşəriyyətin istəyini bilsələr, İslam mənbələrindən günün sözünü çıxara bilərlər. Yeni söz, bəşəriyyət üçün bələdçi və yolaçan düşüncə həmişə var.580
İslam fəlsəfəsinin ümumi tədrisinin zəruriliyi

Digər məsələ zamandan geri qalmamaqdır. İndi dünyada tez-tez yeni düşüncələr meydana çıxır, siyasi və iqtisadi cəhətdən hakim qüvvələrlə əlaqəsinin miqdarına uyğun olaraq yayılır. Bunun oyan-buyanı yoxdur. Qərbdən baş qaldırmış fəlsəfi nəzəriyyələri - bəzi hissələr ümumiyyətlə, fəlsəfə deyil və ona fəlsəfə adı qoymaq səhvdir, bəzi hissələr isə fəlsəfədir, həm də bəzi sözləri dəqiq və düzgündür – digər cəmiyyətlərdə israrla yayırlar. İstəyirlər ki, fəlsəfə deyəndə ancaq Kantın, Hegelin, Dekartın, Spinozanın və digərlərinin fəlsəfəsi yada düşsün, öz fəlsəfələri əsla yadlarına düşməsin.

Mən sizdən soruşuram: İran xalqının elmi-mədəni inkişafının düşmənləri bu işdə müvəffəq olublar, yoxsa yox? Cavab budur: Bəli, təəssüf ki, böyük həddə müvəffəq olublar. İndi siz universitetə gedin və Ədəbiyyat institutunun Fəlsəfə departamentindən nəyi tədris etdiklərini soruşun. Görün Məşair, Əsfar, Mənzumənin şərhi, Şəvahid ər-rübubiyyə və digər bu kimi kitabları tədris edirlər? Əsla! Bunların adlarını da eşitməyiblər. Hegelin və Kantın kitablarını isə tədris edirlər. Biz indi bu işin qarşısını almaq şəraitində deyilik. Əlbəttə, əgər bir zaman bu məmləkətdə qayğıkeş və müdrik şəxslər olsaydılar və universitetlərdə çalışan xainlər imkan versəydilər, bir yolla bunu nəzarətə götürərdilər, amma bu işi görməyiblər. Biz bu gün bu işin qarşısını almırıq; nə istəyirlər gəlib desinlər.

Biz öz fəlsəfə və kəlamımızı öyrənməli və yaymalıyıq. Bunlar iki şeydir. Kimsə düşünməsin ki, biz kəlamı öyrənirik, daha fəlsəfə nədir? Xeyr, kəlam bir yerdə problemi həll edir, amma Qərb fəlsəfələri ilə güc sınamaq və savaşmaq gərəkdiyində fəlsəfə lazımdır.581


İdxal olunan müxtəlif düşüncələrin elmi qarşılaşmaya ehtiyacı

Bizdə keçmişdə də idxal edilmiş fikirlər olmuş, amma bu qədər geniş və təsirli olmamışdır. Bizim tariximiz elmi təfəkkürlərimizə, fiqhimizə, fəlsəfəmizə, kəlamımıza daxil edilən belə qeyri-sağlam fikir əlamətləri ilə doludur. Lakin bu gün əlaqələr genişlənmiş, cəmiyyətin fikir mühitinə zahiri gözəl olan cürbəcür sözlər daxil olmuşdur. Bu baxımdan, düzgün və elmi bir mübarizəyə ehtiyac yaranmışdır.582


Şəhid Mütəhhəridən sonra elm hövzələrinin ağır vəzifəsi

Bu gün biz həqiqətən də, Şəhid Mütəhhərinin düşüncə süfrəsinin ətrafında oturmuşuq. Bunda heç bir şübhə yoxdur. Cəmiyyətin elmi mühiti müxtəlif sahələrdə, o cümlədən fəlsəfi, dini-ictimai və dini-siyasi sahələrdə hələ də onun düşüncəsinə borcludur. Bu gün bizim ona ehtiyacımız var, amma o da kifayət etmir. Çoxlu yeni sözlər var. İrad və şübhələrin çoxu Şəhid Mütəhhəridən sonra meydana çıxıb. Bunlara cavab vermək lazımdır. Bu baxımdan, elm hövzələrinin boynuna ağır vəzifə düşür.583


Tələbə yetişdirməkdə elm hövzəsinin vəzifələri

Deməli, elm hövzələrinə lazım olan birinci iş dini təhsili dərinləşdirməkdir. Dərs oxumaq və işləmək lazımdır. Elm hövzələrinin düşüncə istehsalı olmalı, alim, aydın, pak, dünyanı tanıyan, dünyanın siyasi məsələləri ilə tanış olan ruhanilər yetişdirməlidir. Bizim problemlərimizdən biri dövrün vəziyyətini tanımamaqdır. Bəzilərinin elmi və təqvası da var, lakin dayanıb işləməli olduqları yeri və səngəri tanımırlar. Sanki bir nəfər öz cəbhəsi ilə düşmən cəbhəsi arasında durub öz səngərini itirir və düşməninin istiqamətini səhv salır; atəş açır, lakin bəzən dostlarının başına güllə yağdırır.

Dünyanın siyasi və düşüncə coğrafiyasını tanımamaq, həmçinin düşmənin mərkəzləşdiyi və baxış xətti olan nöqtəni, ədavət və kin kamanından atılan oxun yolunu tanımamaq bizim üçün çox problem yaradır. Elmi sahədə işləməli, siyasi baxımdan ayıq olmalı, şəxsi baxımdan da özümüzü paklamalı, mənəviyyat əldə etməliyik. Ruhani paklığın və saflığın simvoludur.584
Hazırkı dövrdə din alimlərinin çoxlu problemləri

Hər bir dövrün tələbi var. Bir zaman İslamın Quran kimliyini müdafiə etmək üçün kitablar yazırdıq, dəlillər göstərirdik, danışırdıq; bir qrup dinləyici, mürid və istəyən də vardı. Bunları bizdən eşidirdilər və işimiz görülürdü. Tağut rejimi də bundan artığına icazə vermirdi. Bəziləri daha zirək olub daha geniş fəaliyyətlər göstərirdilər, bəziləri də minimumla kifayətlənirdilər. Bəs bu gün necə?

Bu gün mənim və sizin məsuliyyətimizi ağırlaşdıran iki amil var. Bir amil düşüncə təbliğatı yollarının inkişafıdır. Siz görün bu gün televiziya, radio, elektron cihazlar, internet və digər rabitə vasitələri dünyada hansı məqsədlərə xidmət edir. Bu gün hegemonizm xəncər göstərməklə kifayətlənmir; xəncər də göstərir, amma onun kənarında xalqları yanlış düşüncəyə, yanlış yola, zülmkar və fəsadçı üsula məcbur etdirmək üçün digər onlarla vasitədən istifadə edir.

Bu gün danılmaz faktlarla sübuta yetmişdir ki, Hollivudun böyük kino şirkətləri ABŞ-ın hegemon dairələri ilə sıx əməkdaşlıq edir. Bu gün çoxlu sənət adamlarının, rejissorların, aktyorların, pyes yazanların, ssenaristlərin və investorların yer aldığı onlarla böyük film şirkətinin toplandığı bu böyük film və kino mərkəzi bəlli məqsədlərin xidmətində hərəkət etməkdədir. O məqsədlər ABŞ dövlətini də idarə etməkdə olan hegemon siyasətin məqsədlərindən ibarətdir. Bunlar kiçik məsələlər deyil.

Bu gün siz İslamı, dini, həqiqəti və düz yolu həm xalqa göstərmək, həm də xalqı bu yola çıxarmaq üçün böyük problemlərlə üz-üzə qalmısınız. Gərək özümüzü dövrə uyğunlaşdıraq. Şübhələr yüz il, iki yüz il bundan öncəki şübhələr kimi deyil. Sizin övladınızın, tələbənizin, hətta şagirdinizin beyninə yeridilən şübhələr günün şübhələridir. Buna qarşı kim mübarizə aparmaq istəyir? Din alimlərindən və əqidə sərhədçilərindən başqa kim bu zəhərli oxların qarşısında dayanmalıdır?!585



Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə