Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr



Yüklə 2,2 Mb.
səhifə1/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
  1   2   3   4   5   6   7   8   9   ...   31


Elm İşığı


İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr


İkinci cild


Dördüncü bölmə: Universitet və tədqiqat mərkəzləri




Birinci fəsil: Tələbələr


Tələbələrin rol ifa etməsində iki mühüm amil

Dəfələrlə tələbə toplantılarında demişəm ki, bu xalq quruluşunda cəmiyyətin öncül, intellektual və aktiv təbəqəsi olan tələbələr gələcəyin qurulmasında və cəmiyyətin ümumi hərəkət xətlərinin çəkilməsində başqa yerlərdən daha çox rol ifa etməlidirlər. Bu rol yan-yana olan iki amillə həyata keçir:

Birinci amil dərs, elm və təhsildir. Universitet, tələbə və müəllim adı bununla mənasını tapır; bununla ölkənin gələcəyinə ümidlər puç olmur. Gənclər yaxşı dərs oxumalı, müəllimlər onları yetişdirməlidirlər və bununla da ölkənin elmi və əməli gələcəyi təmin olunmalıdır. Təhsilin kənarında tədqiqatın olması məsul şəxslərin diqqət göstərməli olduğu və fövqəladə əhəmiyyətə malik məsələdir.

Bu baxımdan, ilk amil dərs və elm faktorudur. Buna laqeyd yanaşmaq, onun rolunu kiçik saymaq və ona etinasızlıq etmək olmaz. Mənim əziz tələbə qardaş və bacılarım bu məqama diqqət yetirsinlər. Onların elmi hərəkətinin yolunda heç bir şey ən əz mane törətməyə və onları ləngitməyə səbəb olmamalıdır. Düşmən bunu istəyir. Onu məqsədlərinə çatmağa qoymayın. Düşmənin əngəllərinə rəğmən, elmi hərəkət ölkədə çiçəklənməli, ümid yaratmalı və gələcəyi təmin etməlidir.

İkinci amil universitetin mental, siyasi və inqilabi istiqamətidir. Elmə can, ruh və istiqamət verən də budur.1
Peşə öyrənməyin kənarında təhsil

Tələbə və şagirdlər elm öyrənməkdən ibarət olan vacib əməli peşə və təcrübə öyrənməklə birləşdirməli, onların məqamına uyğun inqilab hərəkətlərinin öncülü olmalı, İslamın uca məqsədləri istiqamətində, qlobal hegemonizmin və ABŞ, sionizm və irtica üçbucağının təxribatları qarşısında ürəkdən mücahidlik etməlidirlər.2


Universitetdə elmi işi ciddi saymaq

Elm ciddi sayılmalıdır. Siz tələbələr və təhsil alan digər şəxslər universitetdə dərs oxumağa, əməli və tədqiqat işlərinə, istedadları çiçəkləndirib inkişaf etdirməyə önəm verməlidirlər.3


Belə dərs oxumaq İslamdan deyil!

Elm və bilik İslamdandır. Çünki universitetə girmək, xalqın imkanlarından və dövlət büdcəsindən xərcləmək, elmə ürək bağlamadan və təhsilə əhəmiyyət vermədən, yalnız bir tikə kağız parçası əldə etmək və onun sayəsində işləmək üçün yox, pul qazanmaq üçün işə düzəlmək İslam işi deyil; tələbə belə dərs oxusa, İslamdan deyi; müəllim belə dərs versə, İslamdan deyil. Universitetdə İslam münasibətləri budur. Çünki bizim gənclərimiz, qız və oğlanlarımız onsuz da Allaha şükür olsun ki, müsəlmandırlar.4


Universitetdə inqilabi ab-havanı qorumaq

Gənclərin ən yaxşıları elm və təhsil mərkəzlərinə üz tutanlardır. Hansı səbəbdən elm və təhsil üçün gəlmişlərsə, bu iş dəyərli və möhtərəmdir. Əlbəttə, hərdən onları bəzi dəlillər buraya çəkir və bunun daha çox dəyəri olur. Bəzən də yalnız bu məlumata malik olmaq üçün gəlmişlər. Amma hər halda, bu iş şərafətli və dəyərli işdir. Əslində, ölkənin sabahını və xalqın gələcəyini düzəldəcək bu dəyərli toplum siz cənabların və universitet rektorlarının əlindədir. Düşünürük ki, bir cəhətdən universitetlər daha əhəmiyyətlidir və bir cəhətdən tədqiqat mərkəzləri xüsusi diqqətə layiqdirlər. Hər halda, bu mərkəzlərin bu xüsusiyyəti var.5


Tələbə gəncin dəyəri

“Tələbə gənc” ifadəsinin özü ölkənin gələcəyini istəyənlər üçün gözəl və şirin ifadədir. Gənc, özü də elm və bilik sahibi, ölkənin gələcəyi üçün, gələcəkdə ölkəni idarə etmək üçün elm öyrənən gənc dəyərlidir. Bu, birinci cəhətdir.6


Gənclərin elm öyrənməyə çalışmasının zəruriliyi

Gənclər bu gün üç məqama mütləq diqqət yetirməlidirlər. Bu üç məqamdan biri elm öyrənməkdir. Mənim əzizlərim! Elm öyrənməkdə zərrə qədər də səhlənkarlıq etməyin, onun qədrini bilin.7


Dərs və tədqiqat üçün universitetdə ən yaxşı şərait

Əgər bizim tərəfimizdən tələbələrə bir söz demək istəyirsinizsə, deyin ki, öz imkanları qədərincə universitetdə inqilabi ab-havanı qorumağa çalışsınlar. Dərs oxumaq və tədqiqat aparmaq üçün də inqilab ab-havası ən yaxşı şəraitdir. İnqilabi şərait dava-dalaş salmaq, intizamsızlıq etmək və təyin olunmuş xətlərdən çıxmaq deyil, düzgün mövqelərə diqqət və inqilabın prinsip və istiqamətlərinə sadiqlikdir. Ölkə müstəqil olmalı, öz ayağı üstə dayanmalı və onun daxili istedadları inkişaf etməlidir.8


Mənəvi paklığın kənarında dərs oxumaq

Bu ölkənin siz övladları, siz gəncləri gənclik fürsətindən istifadə edib dərs oxumalı, universitetə girməli və ölkənin gələcəyində böyük rol oynamalısınız. Mən bu regionun gənclərinin istedadlı olduğunu hiss etdim. Bu istedadlar gələcəkdə ölkə üçün yaradıcı və qurucu qüvvə ola bilərlər. Diqqətdən qaçırmayın ki, dərs oxumaq vacib işdir, amma bu vacib işin kənarında mənəvi paklıq və saflıq da lazımdır.9


Gənclərin elmi özünüislahı

İslam laqeydliyi sevmir. Əlbəttə, hökumət xalqın həmkarlıq və əməkdaşlıq yollarını və bu əməkdaşlığın necəliyini onlara göstərməlidir. Bəzi sahələrdə bu yollar aydındır, bəzi sahələrdə də hökumət aydınlaşdırmalıdır. Hamı əməkdaşlıq etməlidir. Ən mühüm sahələrdən biri gənclərin elm öyrənməkdə, özlərini elmi və sonra əxlaqi cəhətdən islah etməkdə əməkdaşlığıdır.10


Elm, iman və aydınlığın zəruriliyi

Quran haqq və batil cəbhələrini belə müəyyən edir. İnsan haqq və batilin dəyərini bilmədikdə harada dayanmalı və nə iş görməli olduğunu anlamır. Hizbullahçı gənc anlayır; o, aydındır. Müəllim, alim və uca məqamlı ruhani bəzən anlamır və aydın da deyil. Deməli, bilik, elmi ixtisas və qeyd olunan mənada olan aydınlıq birgə olmalıdır. Üçüncü amil imandır. Bədənin əli, yəni elmi var; gözü, yəni ziyalı aydınlığı da var. Əgər imanı olsa, beyni və ürəyi də olar, kamilləşər. Əgər beyni və ürəyi olmasa, əlin və gözün də dəyəri olmaz. Əlbəttə, beyni və ürəyi olmasa, göz və əl də ona lazım olmaz.

İslam cəmiyyətində iman, elm və aydınlıq birgə olmalıdır. Mən dəfələrlə demişəm ki, aydınlıq və ziyalılıq İranda xəstə, asılı və imansız doğuldu. Yeni elmi də imansız və asılı bir elmə çevirmək istəyirdilər, lakin çox da uğurlu alınmadı. Bir sıra alim və mütəxəssislər isə imanlarını qoruyub, elmlə birləşdirə bildilər. Bu gün universitetlər yalnız elm ocağı deyil, həm də iman və aydınlıq yeridir. Bizim elm hövzələrimiz elm, iman və aydınlıq mərkəzidir. Tərəzinin bu iki gözünün, iki qanadın və iki əlin hər birinin digərindən daha artıq xüsusiyyəti var. Onlardan istifadə olunmalıdır.

Mənim əziz övladlarım! Əziz tələbələr, şagirdlər, elm və mədəniyyət xadimləri! Təhsili bir tərəfdən ayıqlıq, aydınlıq və ziyalılıqla və digər tərəfdən imanla yanaşı etməlisiniz. Bu cərəyan hərəkətə başlayıb və indiyə qədər də çoxlu faydalar verib. İslam bu üç amili bizə birgə bəxş edir. İslam quruluşu qurmaq üçün bu üç element birgə və bir-birinin yanında olmalıdır. Bu üç elementi toplamaq üçün ən yaxşı amil sizlərsiniz. Gəncləri elm öyrənməklə məşğul olan, imana, aydınlıq və ziyalılıq ruhuna malik olan bir ölkə bu gün hansı vəziyyətdə olsa da, heç şübhəsiz, sabahı aydın və işıqlı olacaq. Allaha şükür edirik ki, ölkəmizdə pak, təmiz, ismətli və mərifətli gənc nəsil mövcuddur.11


Tələbələrdə dini düşüncə və bəndəlik hissinin inkişafı

Universitetdə tələbələr üçün əhəmiyyətli olan bir məsələ iman və İslam təfəkkürünün onların beyin və qəlblərində inkişafı, bir məsələ də onlarda bəndəlik, Allaha təslimçilik hissinin yaranmasıdır. Müsəlman sözünün mənası budur: "Biz ona müsəlmanıq"12 - yəni biz Allaha təslimik. Bəndəliyin mənası budur: "Mən Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam".13 Bu, Allahın fərmanına təslim olmaq deməkdir. Bəndəliyin mənası budur. Bu hiss güclənməlidir. Əlbəttə, bilirsiniz ki, bəndəliyin əqli dəlillərlə, fəlsəfi məsələlərlə, elmə, elmi fəaliyyətə, universitet və tələbə fəaliyyətinə inamla heç bir ziddiyyəti yoxdur. Bunların hamısı olmalıdır.14


Universitetin siyasiləşməsinin mənası

Siz gənclər bir yerdə əyləşin, söhbət edin. Mən universitetin və gənclərin siyasiləşməsini təklif etdikdə bunu nəzərdə tuturam. Bu xalqın, bu ölkənin yolunu göstərən bir bayraq olan amili - yəni qlobal hegemonizmlə mübarizəni araşdırın.

Fəaliyyətdə olan və işdən yorulmayan xalqın gənci elm öyrənir, universiteti dərslə, tədqiqatla, gənclərin elmi və ictimai fəaliyyətlər sahəsində görməli olduğu işlərlə məşğul olur.15
Gəncin xisləti: yeni və mühüm sözü qəbul etmək

Mənim tələbələrlə çox əlaqəm olub. Tələbə təbiətcə yeni sözü qəbul edəndir. Çünki gənc yeniliyə həvəslidir. Tələbə həm də elm adamıdır. Elm adamı olmaq insanı yeni bir əsaslandırmaya və yeni sözə sövq edir; xüsusən də inqilab mühitində.16


Tələbə sözünün mənası

Tələbə sözü çox ağır və əhəmiyyətli məna daşıyır. Tələbə - gələcəyə sahib olacaq və elm öyrənməkdə olan gəncdir. Tələbə sözündə bu xüsusiyyətlər var. Tələbə gəncdir; çünki tələbəlik illəri gənclik dövrünə təsadüf edir. Tələbə sözündə elm istəmək və bilgi axtarmaq da var. Fərz edirik ki, ölkənin gələcəyi onun elmi idarəsinə, yəni alimcəsinə və elmi meyarlara uyğun idarəçiliyə sarı gedir. Elmin və dəqiqliyin bütün sahələrə müdaxilə etdiyi ölkə və cəmiyyətlərin vəziyyəti də yaxşı olur.17


Gənclərin təhsildə ciddiliyi

Mənim tövsiyəm budur ki, uşaqlar öz istedadlarından və vaxtlarından istifadə etsinlər, yaxşı dərs oxusunlar. Bu gün bizə ən çox lazım olan məsələ uşaqların ciddi dərs oxumasıdır.

Mən görürəm ki, bizim məktəblərimizin proqramları çox ağır olmasa da, bəzi gənclərimiz çox zaman dərsin onları yorduğundan və oxuya bilmədiklərindən gileylənirlər. Məndə olan məlumatlara əsasən, elm, sənaye və texnologiya baxımından ölkəmizdən daha çox inkişaf etmiş bir çox ölkələrdə 7-11-ci siniflərin dərsləri bizim məktəblərimizin dərslərindən həm həcmcə artıqdır, həm də çətindir. Yəni bilgilər gənclərin beyninə həqiqətən zorla yeridilir.

Gəncin zehni çox geniş, məlumatı saxlamaq gücü olduqca çoxdur. Onlara çoxlu əzbər işləri verirlər. Mən görürəm ki, mövcud dərslər həcm və məzmun baxımından çox ağır olmasa da, bizim bəzi gənclərimiz əlavə mütaliə imkanlarının olmadığını düşünürlər. Halbuki mənim fikrimcə, gənc həm dərs oxuya, həm mütaliə, həm də idman edə bilər.



Sual: Əcnəbilərin maneçilik törətməsi səbəbindən biz Qərb texnologiyasından uzağıq. Bizim gənclərimiz Qərb texnologiyasından necə istifadə edə bilərlər ki, həm də onun əsiri olmasınlar?

Cavab: Nə üçün əsir və məftun olsunlar?! Bu, bəşəri istedaddır. Bir nəfər öz düşüncəsini və beynini işlədib böyük və əsasən naməlum təbiətin bir sirrini öyrənə bilmişdir. Siz özünüz də bu işi görə bilərsiniz; özünüz də beyninizi işlədib bunu əldə edə bilərsiniz.18
Tədqiqat işində gənclərin tənbəlliyi

Bizim gənclərimiz tədqiqat və araşdırma işində bir qədər tənbəllik edirlər. Əgər gənclərə hörmətsizlik sayılmasa, belə deməliyik. Onlar bəzi işlərini bir qədər davam etdirsələr, ciddi şəkildə çalışsalar, yaxşı qaynaqlar tapa bilərlər. İndi Tehranda öz universitetlərimizdə də dəyərli şairlər var və onlara az diqqət yetirilir.19


Gənclərdən üç istək

Gənclik bacarıq dövrüdür. Bu bacarıq harada işlədilməlidir? Mənim fikrimcə, əsasən elm öyrənməkdə, mənəvi paklıq və təqva qazanmaqda və fiziki qüvvə toplamaqda - yəni idmanda işlədilməlidir. Bu üç məsələ əsasdır. Yəni məndən qısa şəkildə "siz gəncdən nə istəyirsiniz?" – deyə soruşsalar, cavab verərəm ki, təhsil, mənəvi paklıq və idman. Düşünürəm ki, gənclər bu üç xüsusiyyətə malik olmalıdırlar.20


Universitetlərdə çətin elmi işin zəruriliyi

Təhsil tədqiqata və elmi işlərə şamil olur. Gənclərdə bu qüvvə olduğundan elmi işdə çox çalışmalıdırlar. Eşitdiyimə görə universitetlərdə gənclər çox da ağır elmi işlərə girişmirlər. Bu, yaxşı hal deyil. Necə olur ki, biz elm öyrənməyən və orta məktəb səviyyəsində qalıb universitetə getməyən bir gəncə təhsilini davam etdirməsini tövsiyə edirik, amma universitetdə çətin elmi işdən qaçan tələbəyə elmi işi tövsiyə etmirik?! Bəs universitetə nə üçün girir?! Universitetə girir ki, elm inkişaf etsin. Düşünürəm ki, gənclər elm öyrənməkdə həqiqətən gənclik enerjilərindən xərcləməlidirlər.21


Doqmatizmlə mübarizə yolu

Şəksiz, doqmatizm harada olsa, bir problemdir. Onu aradan qaldırmağın yolu budur ki, siz tələbələr elmi sahələrdə bacardığınız qədər düşüncə keyfiyyətinizi artırasınız. Sizin hər biriniz elm, mədəniyyət, düşüncə və aydınlıq adamı olduqda, bu anlayışları əməldə təbliğ edə bilərsiniz. Bu da qapalılığın və doqmatizmin əksidir. Doqmatizmlə vuruşmaq istəyiriksə, yolu budur.22


İnqilabın ilk illərində elmi inkişafın maneələri

Biz on doqquz ildir başlamışıq. Bu on doqquz ildə inqilabın ilk problemləri elə universitet məsələləri, silahlı qruplaşmalar və müharibə dövrü olub. Mənim bu məscidlə bağlı çoxlu xatirələrim var; həm inqilabdan qabaq, həm inqilabın müxtəlif illərində. Onların birini sizə danışsam, pis olmaz.

İnqilabın birinci ilində həftənin bazar, yaxud bazar ertəsi günü bu məscidə gəlir və zöhr namazını qılırdım. Tələbələr toplaşırdılar. Mən suallara cavab verir və onlar üçün söhbət edirdim. Həmin il bu Tehran universiteti müxtəlif adlar altında fəaliyyət göstərən silahlı qruplaşmaların səngərinə çevrilmişdi. Onlar universitetin içindən J-3 və Kalaşnikov silahları ilə universitetdən bayırdakı insanların və müsəlman tələbələrin canına düşürdülər. Universitetdə gərgin çatışmaların olduğu günlərin birində mən adət üzrə günorta buraya gəldim. Universitetə daxil olduqda bir neçə tələbə gəlib dedi ki, bu gün təhlükəlidir, içəri girməyin. Mən dedim yox, proqramımı tətil etməyəcəyəm. Gəldim. Universitetdə sakitlik idi, demək olar ki, heç kim yox idi, tək-tük adam gözə dəyirdi. Çünki vəziyyət təhlükəli idi. Tələbələr bizim gəldiyimiz yolla məscidə gəldilər. O gün bəlkə də on nəfər məscidə toplaşmamışdı, hamı qaçmışdı. Məncə namazı qılıb getdik. Əslində biz də bir az qorxduq. Bundan sonra universitet bir müddət tətil oldu; bəlkə də bir il.

Baxın, bu on doqquz ilin belə dövrləri olub: çatışma dövrü, dərs oxumamaq dövrü, universitetlərdə keçirilən aksiyalar dövrü. Bunların təsiri yoxdurmu? Tələbəni dərs oxumağa qoymurlarsa, siz istəyirsiniz ölkənin elmi mühitində ildırım sürətli tərəqqi yaransın?! Sonra müharibə başladı, onun da öz problemləri vardı. Əlbəttə, onda universitetlər açıq idi, dərslər keçirilirdi, amma ölkə müharibə ilə məşğul idi. Biz bu on doqquz ili xəlbirdən keçirsək, ondan düz-əməlli on il qalmaz. Əslində biz müharibə bitdikdən sonra universitetlərlə məşğul ola bildik.23


Tələbə - dərs oxuyan və fəal insan

Universitetin inqilabçı gəncləri yaxşı dərs oxumağa çalışmalıdırlar. Onlar fikir və düşüncələrini inkişaf etdirmək, təhsil aldıqları mərkəzlərdə təsirli və aktiv olmağa çalışmalı, elmi və psixoloji təsir buraxmalıdırlar. Bu, mümkündür.24


Sabahkı dünya üçün dərs oxumaq

Yaxşı dərs oxuyun. Bugünkü dünya dərs və elm dünyasıdır. Siz görün bu gün alim olanların, ali təhsillilərin və öz istedadlarını çiçəkləndirənlərin cəmiyyətdə necə qədir-qiyməti var. Əgər dünya və maddi gəlir adamı olsalar, varlarıdır; ad-san adamı olsalar, ona nail ola bilərlər. Savadı və məlumatı olmayan adam isə bunların hamısından məhrumdur. Sabahkı dünya bu baxımdan bu gündən də sərt olacaq. Bu gün heç bir savadı olmayanların yenə də cəmiyyətdə azca mövqeləri ola bilər, lakin sabahkı dünyada - elmi inkişaf dünyasında savadsız, yaxud az savadlı bir insanın imkanları az, məhdudiyyətləri çox, arzuları isə olduqca əlçatmaz olacaq. Hər bir insan öz arzularına çatmaq istəyir. Bu arzular o zaman asanlıqla əldə olunar ki, siz məlumat öyrənə biləsiniz. Bundan əlavə, ölkəniz, ailəniz və gələcəyiniz üçün faydalı olmanızı istəyirsinizsə, dərs oxumalısınız. Dərs birinci şərtdir.25


Dünyanın elmi hərəkətinə təsir göstərmək

Mənim əzizlərim! Elə edin ki, dünyanın elmi hərəkətində təsiriniz olsun. Bu, mümkündür, heç bir eybi yoxdur. Əgər siz bu gün orta məktəbdə və universitetdə yaxşı dərs oxusanız, tədqiqat və iş imkanı əldə edəcəksiniz. Bu təməli möhkəmlətsəniz, bəşər elminin inkişafında rolunuz ola bilər. Deməli, birincisi budur ki, dərs oxuyasınız. Dərsə əhəmiyyətsiz yanaşmayın, daim çalışın. Sizin istedadınız var, onu işlədin.26


Təhsilin kənarında dini və siyasi məlumatı artırmaq

Əziz gənclər! Gəncliyin ən gözəl və ən faydalı dönəmlərindən olan həyəcanlı təhsil dövrü islami fəaliyyətlərlə, düzgün dini, siyasi dərk və biliyin artırılması yolunda çalışmaqla birgə olduqda, ölkənin gənc nəsli üçün ən üstün mənəvi sərvətlərdən birinə səbəb olur. İndi sizin bu böyük imtiyazınız var ki, təhsil halında imanınızla da məşğul olmusunuz. Sizin təşkilatınız ölkənin universitetinə gənclərin mənəvi və düşüncə potensiallarının aşkarlanmasından ibarət əlavə gözəllik bəxş edən birliklərdən biridir. Bunun qədrini bilin, bu dəyərli varlığı bacardığınız qədər dərinləşdirin və onun keyfiyyətini artırın.27


Bəsic üzvü olan tələbənin tərifi

Bəsic üzvü olan tələbə elm öyrənmək, xalqının və ölkəsinin maddi inkişafında iştirak etmək üçün özünü elm və düşüncə baxımından hazırlamaqda olan, öz qəlbində və universitetində iman və hidayət çırağını yandıran, ətrafı öz düzgünülüyü, paklığı və nuru ilə işıqlandıran nurlu, pak qüvvədir. Bəsic üzvü olan tələbə pusquda durmuş düşməni unutmayan, özünü, universitetini və ölkəsini qafilcəsinə oğru düşmənə tapşırmayan şəxsdir. Bəsic üzvü olan tələbə öz gəncliyini qənimət sayır və özünü islah etmək üçün onun dəyərli anlarından elm, düşüncə və mənəviyyat yolunda istifadə edir.28


Mənəvi yüksəlişin kənarında elmi və maddi inkişaf

Bu ölkə maddi, elmi və sənaye baxımından qabaqcıl ölkələrlə bir sırada dayana bilər; bu fərqlə ki, onlarda mənəviyyat yoxdur. Onlar ruhi böhrana düçar olmuşlar, daxillərində fəsad var, xalqlarının müxtəlif təbəqələri mənəvi böhrandadırlar, başçıları mənəviyyatdan uzaqdırlar, tamamilə nəfsi istək və həvəslərinə qərq olmuşlar. O gün inşallah ölkəmiz bu cəhətdən də günəş kimi parlayacaq, həm mənəviyyatı, həm maddiyyatı olacaq. Bu gələcək reallaşa bilər. Bu sizin əlinizdə, gənc nəslin əlindədir. Siz gərək yaxşı dərs oxuya, özünüzü gücləndirə, yaxşı təqvalı ola, ölkə və dünya məsələlərinə əhəmiyyət verəsiniz. Hadisələri təhlil etməyi bacarın, müxtəlif səsləri eşidin, barələrində düşünün, fikirləşin və seçin. Bu, mühümdür.

Ümidvaram inşallah bu gələcək çox uzaqda olmasın və bir gün siz əziz gənclər bunları xatırlayıb deyəsiniz ki, bir zamanlar bir nəfər bizə belə deyirdi və biz bu gün onu öz gözlərimizlə müşahidə edirik. İnşallah o gün sizin xeyir-duanız, rəhmət və bağış istəyiniz bizim ruhumuza şamil olacaq.29
Zamanın tələbi və gənclərdən gözlənti

Biz gəncdən bunu gözləyirik. Hər zamanın bir tələbi var. Ölkədə müharibə gedəndə gəncdən bir növ gözlənti var, ölkə quruculuq və iş dövründə olanda bir növ gözlənti var, elm və tədqiqat inkişafı zamanı və ölkənin elmə ehtiyacı olanda da bu gözlənti.30


Yeniliyin dairəsi və mənası

Soruşursunuz ki, gənclər harada yenilik edə bilərlər. Deməliyəm ki, yenilik ümumiyyətlə, icazəyə ehtiyaclı bir şey deyil, yenilik etmək istəyən şəxs kimdənsə icazə almamalıdır. Əgər imkan varsa, bu yenilik və yaradıcılıq baş tutacaq. Mən düşünürəm ki, yenilik bütün sahələrdə edilməlidir. Yeniliyin mənası bu deyil ki, biz qəbul etdiyimiz məntiqli və əqli prinsiplərimizi sual altına salaq. Yeniliyin mənası təkamül halında olan məsələlərdə inkişaf və kamilləşmədir. Məsələn, ədalət yaxşı şeydir. Yenilik etmək istəyən şəxs ədaləti təmin etmək üçün yaxşı üsul tapır, amma ədalətin yaxşılığına şübhə etmir. Ata-anaya və övlada məhəbbət təbii bir məsələdir. Kiminsə onun üçün indiyədək mövcud olmayan bir üsul tapması mümkündür, lakin bu prinsiplərin özündə heç kim şübhə etmir.

Buna əsasən, siz "gənc yenilik etmək istəyir" - deyirsinizsə, zəruri olaraq mənası bu deyil ki, yenilik qeyri-məntiqi və absurd yeniliklərə şamil olur. Odur ki, məqsəd düzgün yenilikdir. Bu gün ümumiyyətlə, yeniliyə həvəsləndirmə bu cəmiyyətin və bu quruluşun təkrar etdiyi şüarlardandır. Biz yeniliyi sevirik, lakin sizin də söhbətlərinizdə tamamilə diqqət yetirdiyiniz və işarə vurduğunuz, mənim də açıq söylədiyim kimi, yenilik qeyri-məntiqi və bəzən anormal yeniliklərlə sonuclanmamalıdır. Yəni insan "yenilik etmək istəyirəm" deyib, ənənə olan, qabaqkı nəsildən qalan, yaxud qədim olan hər bir şeylə mübarizə aparmamalıdır. Bu, ümumiyyətlə, məntiqi deyil, bunu ağıl qəbul etmir. Yenilik təkamülün mövcud olduğu sahələrdə inkişaf etmək deməkdir. Buna əsasən, gənclərdən yenilik və yaradıcılıq gözləntisi var.31
Universitet mənsublarını amallardan ayırmaq üçün düşmənlərin planı

Universitetin zərərli keçmişə qayıtmasına dair düşmənin ümidinin və tamahının görməzliyə vurulması sadəlövhlükdür. Bu gün düşmənlərin ədavətli təbliğat dalğaları birinci növbədə tələbələri və universitet mənsublarını hədəf seçmişdir. Bu gün çoxlu İslam ölkələrində ziyalı gənc nəslin imama, inqilaba və əsl Məhəmməd (s) islamına cəlb olunduğu bir halda beynəlxalq istismarçı sistemin texnoloqları inqilab ölkəsinin gənc və yeni nəslini inqilab amallarına özgələşdirmək və öz kökündən ayırmaq istəyirlər. Hiyləgər əllər, məkrli beyinlər və tükənməz dollarlar faydasız olaraq inqilabın gənc nəslini hədəf seçmişlər. Onlar gənclərin oyanışını və inqilabın sayəsində onlara verilən təhlil qabiliyyətini unudurlar.32


Universitet və hövzədə düşüncə və elm cihadı

Elmli gənclər, universitet və hövzə tələbələri, qayğıkeş müəllim və ruhanilər ağır məsuliyyət olan aydınlatma işini, düşüncə və elm cihadını öz üzərlərində əvvəlkindən də artıq hiss etməli, elm, din və amalçılıq sahəsində, mükafatı dünya və axirət cənnəti olan ilahi yarışa qatılmalıdırlar.33


Elm və mənəviyyata dair tövsiyə

Mən yenə də gənclərə deyirəm ki, peşə və ixtisasları öyrənmək üçün öz istedadınızdan maksimum istifadə edin, dərs oxuyun, özünüzü hazırlayın. Əlbəttə, elm də təklikdə kifayət etmir. Əgər alimin güclü imanı olmasa, faydalı ola bilməz.34


Tələbələrin inqilab və ölkə üzərində haqqı

Deyə bilərəm ki, tələbələrin öz fəaliyyətlərinə, xüsusən də müharibədə və digər dövrlərdə fəaliyyətlərinə görə inqilabın və ölkənin boynunda haqları vardır. Mənim bildiyim qədər, Tehranın, Təbrizin və digər şəhərlərin universitetləri müharibə dövründə istedadların inkişafı üçün mərkəzə çevrildi. Müharibənin ardınca universitetlərdə tədqiqat mərkəzləri formalaşdı, Universitet cihadı işlədi və doğrudan da müharibə dövründə cəbhənin işinə yaradı. Bundan əlavə, bizim tələbələrimizin böyük bir hissəsi Bəsicin yaradılmasında iştirak etdilər və bəzən digər hərbi təşkilatlara - orduya, Keşikçilər Korpusuna daxil oldular.35


Universitetdə sabit təlim və tədqiqat şəraitini qorumaq

Siz bunu bilin: kim olursunuzsa-olun, istər Tələbə Bəsicindən, istər İslam birliyindən, istər İslam cəmiyyətindən, istər Elmi şuradan, istər universitetin rəhbərlərindən olun, amma bilin ki, bu gün ölkənin universitetlərini təhsil və tədqiqat üçün təhlükəsiz yer kimi saxlamaq, universitet gənclərinin, bu istedadların inkişafına imkan yaratmaq hamının vəzifəsidir. Məmləkət bunlarındır.36


İndiki gənc nəslin ən mühüm vəzifəsi

İndi yeni təhsil ilinin qapısı bizim izdihamlı tələbələrimizin üzünə açılır, elm və tədqiqat yolçuları Allahın yardımı ilə elm və bilgi keçidlərindən keçib təkamül zirvələrinə çatmaq üçün ciddi işlərə başlayırlar. Bu, indiki nəslin istedadlı gənclərinin ən mühüm vəzifəsidir.

Əziz İran özünün İslam inqilabı sayəsində qarşısında təsvir olunan böyük məqsədlərə çatmaq üçün gənclərin elmi fəaliyyətlərinə göz dikmişdir. Bu olmasa, inqilabın 20 ili boyunca həmişə çətin keçidlərdə xalqımızın və hökumətimizin bələdçisi olan özünəinam və milli istiqlaliyyət işığı zəifləyər.

Əziz İslam elmin ən böyük həvəsləndiricisidir. Bu səbəbdən, müsəlmanlar əsrlərlə bütün dünyada elmin, biliyin, elmi inkişafın bayrağına sahib oldular. Bu gün əcnəbi siyasətlərin ölkəmizə hökmranlıq etdiyi acı dövrdən sonra İran xalqı yenidən dünya imperializminin təsirindən azad yaşamağı təcrübə edir. Odur ki, bu gün elm cihadı bizim ən vacib işlərimizdən biridir.

Bu, indiki İmam Xomeyni ilinin ən başlıca tövsiyələrindən biridir.37
Universitetlərdə öhdəçi elmi inkişafı qorumaq

Hamı görə bilər ki, güşmən bu gün də universiteti düzgün elm, din və inqilabi yolundan daşındırmağa çalışır. Düşmənlərin təxribatı ilə mübarizədə ən böyük məsuliyyət əziz universitet mənsublarının - müəllim və tələbələrin üzərinə düşür. Şübhəsiz ki, onlar keçmişdə bəzi həssas dönəmlərdə olduğu kimi, indi də bu vəzifəni yerinə yetirəcəklər. Mən tələbə övladlarımdan gözləyirəm ki, dünyanın və ölkənin siyasi hadisələrini tam diqqətdə saxlasınlar, harada və hansı simada olsa, düşməni tanısınlar, ədavətli məqsəd və üsulları sayıqlıqla ayırd etsinlər, heç bir halda heç kimə universitetin elm və din prosesinə əngəl törətmək imkanı verməsinlər, öhdəliklə, dindarlıqla və inqilabi səylə yanaşı olan sürətli elm inkişafı üçün pak və fəal tələbə mühitini qorusunlar.38


Ölkənin elmi inkişafı üçün istedadları işlətmək

Bizim uşaqlarımız dindardırlar. İndi sizin aranızda Quranla ünsiyyətdə olan, Quranla tanış olan şəxslər var və Allaha şükür olsun ki, az da deyillər. Bunu özünüzdə gücləndirin. Bu istedad əvvəldə qeyd etdiyim ehtiyacın – yəni elmi ehtiyacın xidmətində durmalı, bu iman ona yardım etməlidir. Sizin vücudunuzda olan bütün ilahi əmanətlər kimi ilahi ehtiyat və əmanət olan bu istedadı da qorumaq lazımdır. Onun şükrü düzgün yolda işlədilməsidir. Çalışın bunu həqiqətən ölkənizin, xalqınızın və ölkədə elmi inkişafın xeyrinə işlədin.39


Gənc tələbə təbəqəsinin əsas müraciət obyekti olması

Əslində mən siz əziz tələbələrlə görüşəndə beynimdən çoxlu sözlər keçir. Mənim çoxlu sözlərimin əsas müraciət obyekti sizlərsiniz, yəni gənc tələbə nəslidir. "Biz" deyəndə özümü İslam Respublikası quruluşunda məsul şəxs kimi yox, Əli Xamenei kimi, bir hövzə tələbəsi və bir ruhani kimi, İslam, tarix və siyasət sahələrinə, elm və düşüncə məsələlərinə marağı olan bir şəxs kimi nəzərdə tuturam. Düzdür, vəzifənin özü də başqa bir məsələdir. Mənim əsas müraciət tərəfim gənc təbəqə və bu təbəqə arasında alimlər, elmi nümunələr, elm, mədəniyyət, maarif, tədqiqat, demək, anlamaq və inkişaf etmək adamlarıdır. Məmləkət vəzifələri pərdəsi bunların çoxunun qarşısını tutur. Yəni biz özümüz də bu pərdəni çəkib ürək sözümüzün mərkəz nöqtəsinə çata bilmirik.40


Universitetin elm və tədqiqat ehtiyatı olan məzunları

Burada bir neçə məsələ var. Biri budur ki, tələbə təbəqəsi ölkənin mövcud imkanlarından istifadə etməli və öz məlumatını artırmalıdır. Savadsızlıq, dərinliyə varmamaq, elmə və dərs proqramlarına etinasızlıq yolverilməzdir. Yaxşı müəllimlər, universitetə ürək yandıranlar, rektorlar bizə müraciət edib dövlət imkanlarının çatışmazlığından şikayətlənirlər. Əlbəttə, biz də hökumətə, parlamentə və məmurlara həmişə sifariş edirik və təsiri də olmuşdur. İnşallah bundan sonra daha da yaxşılaşacaq. Amma məqsəd nədir? Məqsəd budur ki, universitet dərs, tədqiqat, elm və iş yeri olsun. Bu gənc ömrünün 4-5 ilini burada keçirirsə, özünü elm ehtiyatı ilə elə zənginləşdirsin ki, cəmiyyətə bəhrə verə bilsin.41


Kənar məsələlərə diqqət – universitetə xəyanət

Lakin bütün bu sərmayə qoyuluşuna və işə rəğmən, gözlənilmədən bəzi universitetlər kimlərinsə təhriki, sui-istifadəsi və pis işləməsi səbəbindən tətil olunur, fəaliyyəti iflic olur, ya da elmə və dərsə diqqət yerinə ikinci dərəcəli və lazımsız məsələlərə meyl edirlər. Bu, xəyanət deyil?! Bu, tələbəliyin fəlsəfəsinin əksi deyil?! Məgər bir ölkənin gənc nəslinin universitetə təmayülünün fəlsəfəsi nədir? Elmi səlahiyyət əldə etmələri və sonra ölkələrinə fayda yetirmələri deyilmi?! Bəziləri belə cəhdlər edirlər, diqqətli olun.42


Müflis siyasi qrupların tələbələrdən sui-istifadə etməsi

Müxtəlif təmayül və istiqamətlərə malik siz əziz tələbələr buraya toplaşmışsınız. Siz hansı universitetdən və hansı tələbə birliyindən olsanız, düşmən sizdən öz məqsədləri üçün istifadə etmək istəyəcək. Gərək diqqətli olasınız. Bu, alim, sayıq, gənc, tərəqqi və inkişaf yolunda və alim duyğulara malik bir təbəqədən ən az gözləntidir. Hansısa müflis siyasi qrupun, yaxud təxribatçı təşkilatın və ya küskün siyasi ünsürün şəxsi məsələlərinə görə öz işini tələbənin üzərinə atması, tələbəni onun sözünü danışmağa, şüarını verməyə və istəyini irəli sürməyə vadar etməsi əsla məntiqli deyil. Siz ehtiyatlı olmalısınız.43


Elmi gözləntilərin bir neçə universitet tərəfindən təmin olunması

Allaha şükür olsun ki, bu bir neçə ildə universitet nisbətən yaxşı çalışmışdır. İndi bizim bir neçə universitetimiz elmi səviyyə baxımından həqiqətən yaxşıdır, hərəkətləri elmi yüksəlişə doğru və bizim gözlədiyimiz kimidir. Bunlar inkişaf edib özlərini göstərirlər. Milli istiqlaliyyət elm və təhsil sahəsində öz təsirlərini göstərir; gənclər meydana çıxıb işləyir, inkişaf edir, istedad və nailiyyət göstərirlər. Bu prosesin dayanmasına imkan verməyin. Buna əsasən, birinci məsələ ölkənin bütün tələbələrinə və bu gecə bu məclisdə oturub bir neçə kəlmə söhbət etmək şərəfinə nail olduğum siz əzizlərə müraciətdir.44


Təhsilə etinasızlığın gənclər üçün təhdid olması

Mən deyirəm ki, sağlamlığa, imana, əzmkarlığa və fəallığa zərər yetirən, gənclərin işini, fəaliyyətini və təhsilini gecikdirən hər bir şey təhdiddir; veyillik təhdiddir; özbaşınalıq təhdiddir; narkotik maddələr təhdiddir; elmə, dərsə və işə əhəmiyyətsizlik təhdiddir; əbəs ictimai münaqişələrlə məşğul olmaq təhdiddir.45


Bugünkü tələbə nəslin böyük məsuliyyəti

Əziz övladlarım! Böyük Allahdan istəyirəm ki, elm, düşüncə və yaradıcılıq zirvələrinə çatmaqda sizə kömək etsin, sizin təmiz və gənc qəlbinizi iman və mənəviyyatla işıqlandırsın. Bu gün İran gənci bilməlidir ki, qəza və qədər onu xalqı və tarixi üçün təyinedici bir dövrdə qərarlaşdırmışdır. Bugünkü tələbə nəsil müstəqil, qüdrətli və mütərəqqi bir ölkə qurmaqda rol oynaya, inqilab nəslinin vuruşma və ədavətlər tufanında öz misilsiz fədakarlıqları ilə bərpa etdiyi uca binanı möhkəm və həmişəyaşar edib, sayıqlıqla qoruya bilər. Bu, böyük məsuliyyət və həmçinin fəxrdir.46


Tələbə birliklərinin elmi və dini təsirləri

Bir qrup gəncin, oğlan və qızların din məqsədi ilə bir yerə cəm olması, tələbələr arasında din və İslam maarifini təbliğ etməsi, universitetlərin İslama uyğunlaşmasına kömək göstərməsi böyük şərəf və çox dəyərli işdir. Sizin elmi işiniz dəyərli, dini və təbliğat fəaliyyətiniz çox əhəmiyyətlidir.

Ölkənin bütün universitetlərində fəaliyyət göstərən dini təşkilatlara dair əsas məsələ budur ki, dini birliklər tələbə gəncə dini və prinsipial şəxsiyyət verir. Hər bir insan gənclik dövründə öz şəxsi dəyərinin yüksəldilməsində nəzərəçarpacaq təsiri olan bir iş görmək istəyir.

Universitetlərin dini birliklərində fəaliyyət bir gəncin şəxsiyyət dəyərini bir din təbliğatçısı, peyğəmbərlərin canişini və Allah övliyalarının davamçısı həddinə yüksəldə bilər. Bunun böyük əhəmiyyəti var.

İnqilabın əvvəlindən bizim tələbə gənclərimizin ən yaxşıları, ən möminləri və ən yaradıcıları dini birliklərə toplaşdılar və mühüm işlər gördülər. Belə deyildi ki, dini birliklər universitetlərdə yalnız dini fəaliyyətlər göstərsinlər və elmi məsələlərə qarışmasınlar. Onlar universitetlərdə elmi inkişafa da kömək göstərə bildilər. Onlar həm siyasi məsələlərdə, həm dini məsələlərdə, həm də universitetlərdə elmin inkişafına köməkdə özlərini göstərdilər. Mömin və dini kimliyə malik bir gənc bu qədər təsirli ola bilər.47
Ölkənin gələcəyinin gənclərin elmi və dini tərbiyəsindən asılı olması

Elm, bilik və məlumat sahəsində fəal gənclər olan tələbə və şagirdlər - özünü ölkənin gələcək idarəsi üçün müxtəlif sahələrə hazırlayan bu şəxslər hər bir xalqın və hər bir cəmiyyətin gələcəyinin ümidləridir. Yəni bu ölkə, bu xalq, bu quruluş öz gələcəyi üçün bu gənclərə ehtiyaclıdır. Hər bir ölkənin başucalığı və gələcəyinin təmini üçün əsas amillərdən biri bu gün təhsil alan gənclərdir. Bunların təhsili, fəaliyyəti, fikir, əxlaq və din baxımından tərbiyəsi nə qədər yaxşı və güclü olsa, ölkənin gələcəyi hər cəhətdən daha yaxşı təmin olunacaq. Bundan əlavə, hər bir zamanda həm tələbələr və həm şagirdlər o zamana və ölkənin ovaxtkı ehtiyacına uyğun rol ifa edə bilərlər.48


Gənclərin vasitəsi ilə İslam maarifinin təhsili və nəşri

Siz İslam maarifi dərsini məntiqli, əsaslı, aydın və çox nizam-intizamlı formada öyrənməlisiniz. Universitetlərdə, orta məktəblərdə, iş yerlərində, idarələrdə və ailələr daxilində olan gənc nəsil - qız və oğlanlar beləcə bir-birinin ardınca uca insani bilgiləri münasib dillə öyrənsinlər və yaysınlar. İslam maarifi fənni bunun üçündür. Görün nə qədər əhəmiyyətlidir! Siz öz dərsiniz, çalışmanız və təhsilinizlə inşallah İslam təfəkkürü və İslam maarifi bayrağını həzrət Musanın (ə) işıqlı əli kimi götürə bilərsiniz; əlini qaldıranda ovucu günəş kimi parlayırdı.49


Siyasi qarşıdurmaların tələbələrin ən mühüm problemi olması

Mənim fikrimcə, bu gün bütün tələbə qruplarının qarşısında mövcud olan ən əsas məsələ cəmiyyətimizdə inkişafa əlverişli olan bu mühiti məhv edib insanları ümidsizliyə uğratmaq, universitetdə dərs və elmin səviyyəsini endirmək, elmi, sinifləri rövnəqdən salmaq, tələbələri müxtəlif kənar işlərə, müxtəlif çəkişmələrə, mənasız siyasi oyunlara qatmaq istəyən şəxslərlə mübarizədir.50


Tələbələr arasında bəzi fikir bildirmələrin səbəbi

Mən görürəm ki, bəzən tələbələr arasında fikir bildirmələr olur. Mən bu fikirlərə nə təəccüb edirəm, nə də onlar gözlədiyimin əksinədir. Bunların əhəmiyyəti yoxdur. Mənim üçün əhəmiyyətli olan tələbələrin belə fikir bildirmələrində məqsədləridir? Bu gün iyirmi ildir ölkənin universitetləri irəliyə doğru hərəkətə başlayıb. Bu ölkədə çoxlu tələbə mövcuddur. Say çox olduqda onda yaxşı keyfiyyətlərin olmasına əminlik də olur. Müxalif insanların məqsədi hansısa yolla universiteti elm və təhsil prosesindən saxlamaq deyilmi?! İnsan güman edir ki, tələbələrə qarşı baş tutan bu fəaliyyətlərin bəzisində belə mənfur və xəbis niyyətlər mövcuddur. Onlar bizim gənc və mömin universitetimizi yolundan saxlamaq istəyirlər. Ölkənin sizin vücudunuzdan, xidmətlərinizdən, elm, bilik və tədqiqatlarınızdan, müxtəlif mərkəzlərdə fəaliyyətlərinizdən faydalanacağı gün inşallah gələcək.51


Tələbənin dəyərli xüsusiyyətləri

Tələbə olmağın özü çox dəyərlidir. Tələbə gəncdir, elm yolundadır, azadfikirlidir, ölkənin gələcək idarəçisidir, uca məqsəd və amalları var. Demirəm ki, bütün tələbələr belədirlər, əslində, tələbəliyin xarakteri belədir. Misal üçün, deyirik ki, ruhani bu xüsusiyyətlərə - elm, din, təqva və təbliğatla məşğul olanlardır. Bu o demək deyil ki, kimsə ruhanidirsə, mütləq bu xüsusiyyətlərə malikdir. Ola bilsin kimdəsə bu xüsusiyyətlər olmasın, lakin ruhani ifadəsinin mənası budur. Tələbəliyin xüsusiyyətləri çox dəyərli xüsusiyyətlərdir: gənc, elm adamı, azad düşüncəli, amalçı, həvəskar, səhnədə... Bütün bunlar tələbə adı altında yatan xüsusiyyətlərdir.52


Elmə yiyələnmənin ən vacib işlərdən olması

Siz on illərlə bu dünyada yaşayacaqsınız. Odur ki, özünüzü elm baxımından hazırlamalısınız. Elm insana ömrünün sonuna qədər faydalı olan amillərdəndir. Əgər bu elmin ardınca yaxşı və həmişəyaşar əməl də olsa, ölümdən sonra üçün də faydalı olar. Dərs oxumaq sizin üçün ən vacib əməllərdəndir.53


Gənclər üçün ən gözəl xüsusiyyət

İnsan bir gənc üçün elmdən, bilgidən, tədqiqatdan, aydınlıqdan, dindən, mənəvi duyğulardan, dini və inqilabi çoşqudan daha gözəl bir xüsusiyyət təsəvvür edə bilmir.54


Təhsil alan gənclərin vəzifəsi

Əziz gənclərimizə, xüsusən də təhsillə məşğul olan gənclərimizə aid bir məsələ var və bu, özü ilə məşğul olmaqdır.

Mənim əzizlərim! Bizim elmi çatışmazlığımızı və geriliyimizi düzəldin. Bu, dərs oxumaqla, düşünməklə, işləməklə və elmi cəsarətə malik olmaqla hasil olar. Öz imanınızı da gücləndirin.55
Elmi inkişaf üçün bəzi rahatlıqlara göz yummaq

Deməli, mənim birinci sözüm budur. Mənim əzizlərim, istedadlı və yaxşı gənclər, siz öz üzərinizdə bu vəzifəni hiss edin ki, yaxşı dərs oxumalı, bunu özünüzə vacib iş bilməli, dərs oxumaq və ölkənin elmi səviyyəsini yüksəltmək naminə bəzi şeylərdən keçməlisiniz. Həmişə belədir; insan zirvəyə çatmaq istəsə, gərək bəzi şeylərdən keçsin, çətinliklərə dözsün. Hər halda, insan alpinistlik etmək, hansısa dağın zirvəsinə qalxmaq istəsə, gərək çətinliklərə dözsün. Bu çətinliklərə evlərində oturanlar, yaxud səhər namazdan sonra yatanlar, yaxud ümumiyyətlə, halı olmayanlar, bədənlərini piy basanlar dözmürlər. Lakin o nöqtəyə də çatmırlar. Buna əsasən, bunlar bir-birinə bağlıdır: fəxrin zirvəsinə çatmaq və bir qədər xoşagələn işlərdən keçmək.

Deməli, birinci iş budur ki, siz həqiqətən ciddi və həvəslə axırda dediyimə, yəni bir növ fədakarlığa diqqət yetirməklə dərs oxuyun, ölkənin elmi səviyyəsini yüksəltməyə çalışın. Elmi təbəqə olan sizlər yaxşı alim ola bilsəniz, şübhəsiz, gələcəkdə ölkənin elmi üçün möhkəm bir bünövrə əmələ gələcək. Biz gərək öz tarixi geriliyimizi düzəldək. Doğrudan da bu ölkədə elm sahəsində 100 il səhlənkarlıq edilmişdir. Siz bunu düzəldə bilərsiniz.56
Allahla mənəvi əlaqə və yaxşı dərs oxumaq

Allahla mənəvi əlaqənin asanlığı gəncliyin, paklığın və sizin maddiyyata meylsizliyinizin nətcəsidir. Birliklərinizin, bu dəyərli işlərin qədrini, bir sözlə, öz qədrinizi bilin. İnşallah Allah-Taala sizə mərhəmət etsin! Sözsüz ki, dərsinizi də yaxşı oxumalısınız. Mən yaxşı dərs oxumağın tərəfdarıyam; heç bir şey bunun yerini tutmamalıdır. Demək olmaz ki, filan işi görsək, dərs oxumağı çatdırmarıq. Xeyr, həm öhdəçi, sözü və məqsədi olan bir insan olmaq, həm də eyni zamanda dərs oxumaq, imtahanlarda yüksək yer tutmaq və elmi pillələrə qalxmaq olar. Bununla inşallah gələcəyi qura biləcəksiniz.57


Gənclərin bugünkü vəzifəsi

Bu gün əziz gənclər təhsili, elmi, siyasi və ictimai ayıqlığı öz vəzifələri bilsinlər.58


Universitetdə elmi fəaliyyət və iğtişaşdan çəkinmək

Universitetlərdə elmi iş, ölkənin müxtəlif sahələrində quruculuq, istər sənaye, istər əkinçilik və təminat sahəsində işi fəallaşdırmağa çalışmaq düşmən siyasətlərinə qarşı işlərdəndir. Dini, əxlaqı və mənəviyyatı yaymağa çalışmaq, ümumi və ilk növbədə universitet kimi yerlərdə iğtişaş və çəkişmələrin qarşısını almaq düşmənin əleyhinə və onun məqsədlərinin ziddinə olan, təxribatların qarşısını alan amillərdən biridir. Mömin insanlar harada olsalar, bu məsələlərə diqqət yetirməlidirlər; təhsil və tədqiqat işi ilə məşğul olduğunuz yerlərdə və laboratoriyalarda da.59


Universitet iğtişaşlarının səbəbi - elmi ruhla mübarizə

Bizim universitetlərimizi iğtişaşla hədələdiklərini görürsünüz. Bu ondan ötrüdür ki, universitetlərdə beyinlər yetişir və İslam quruluşu gəncinin öz xalqını əcnəbilərin və istismarçıların elmindən ehtiyacsız edə bilməsi üçün özünəinamı var. Bunu bilirlər və ölkədə dərsin, tədqiqatın, elmi ruhun qarşısını almaq istəyirlər. İstəyirlər ki, İran xalqı həmişə onlara möhtac olsun. Bu, İran xalqının düşmənlərinin yozumsuz xoş yuxusu və puç röyasıdır. İran xalqı heç zaman keçmiş dövrə qayıtmayacaq. Allahın lütfü ilə İran xalqı qüdrətlə və möhkəm addımla iftixar, ucalıq, maddi və mənəvi inkişaf yolunu qət edəcək, dayağı da birinci növbədə Allah-Taala və sonra bu əziz torpaq olacaq.60


Bugünkü gənclərin düşmən qarşısında elmi cihadı

Mənim əzizlərim! Özünüzü elm və əməllə bacardığınız qədər islah edin. Sizdən öncəki nəslin gənclik dövrü kimi sizin gənclik dövrünüz də bu xalqın tarixi taleyində təyinedici dövrdür. Sizin öz elmi, əməli və əxlaqi yüksəlişiniz üçün atdığınız hər bir addım düşmənə sarı açılan bir atəşdir. Bu müharibə və bu döyüş böyük cihaddır. Bizim gənc nəslimiz elmi baxımdan inkişaf etməlidir; necə ki, bu günə qədər inkişaf etmişdir. Kütləvi qırğın silahı və digər adlarla dünyada İslam Respublikası əleyhinə ucaltdıqları qalmaqallar həmin bəhanələrdir. Bu da aldadıcı pərdələrdəndir. Problem bu deyil; problem odur ki, bu ölkənin işgüzar gənc nəslinin yüksək texnologiyalar əldə etməsi onları incidir, onlara əziyyət verir. Onlar xalqların asılı, aşağıda qalmasını, əllərinin onlara sarı uzanmasını, xalqların həmişə zəif və zəlil qalmasını və onların başına istədikləri bəlanı açmaq istəyirlər. Xalqlar elm və iman baxımından özlərini gücləndirməlidirlər.61


Davamlı mütaliə və tədqiqat – möhtəşəm sabaha hazırlıq

Bu gün sizin birdən-birə böyük bir texniki işdə çalışdığını, yaxud böyük bir texnologiya yaratdığını gördüyünüz gənclər uzun müddət imanla çalışmış, işləmiş və birdən-birə elm sahələrində belə parlamışlar. Siz də bacararsınız. Elmə, sinfə, mütaliəyə, tədqiqata və araşdırmaya əhəmiyyətli yanaşın. Mən bu barədə müdir və məmurlara da tövsiyə edirəm, amma bu tövsiyə ayrıdır.

Bu xalqın əziz övladları və ciyərparələri olan siz gənclərə ayrı şəkildə deyirəm: Mənim əzizlərim! İşləyin. Bu gün düşmənlər universitetin, dərsin, məktəbin və müəllimin olmamasını istəyirlər. Bizim düşmənlərimiz milyonlarla gəncin dərs, iman, təqva, zahidlik və iffətlə bu regionda qüdrətli İran üçün möhtəşəm sabah yaratmasını istəmirlər. Bilirlər ki, bu böyük qüvvə belə işləsə, yaxın gələcəkdə regionda bir əzəmət baş qaldıracaq və düşmənlər ona hegemonluq etməkdən məyus olacaqlar. Mən təkid edirəm ki, siz bu istismarçı və müstəmləkəçi istəyin əksini edin, iman və təqvanızı qoruyun, dərsinizi yaxşı oxuyun, gəncliyinizin qədrini bilin. Bu qüvvə və bu fəallıq bu uca dəyərləri əldə etmək yolunda xərclənməlidir; zamanı da indidir.62
Gənclərin elmə əhəmiyyəti

Bir elmi şəxsiyyətə gənclər tərəfindən hörmət olunması məni sevindirir. Bu onu göstərir ki, bizim gəncimiz elmə əhəmiyyətli yanaşır.63


Tələbə amallarına qarşı məsuliyyət hissi

Buraya təşrif buyurmuş sizlər, mənim əziz övladlarım olan tələbə oğlan və qızlar hamılıqla dindar, dini təməllərə və İslam maarifinə etiqadlı tələbələrsiniz. Tələbə zümrəsi əksərən etiqadlı insanlardır, amma mən istəyirəm ki, ölkə tələbələrinin çoxu, yaxud lap çoxu tələbə amallarına qarşı məsuliyyət hissinə malik olsun. Bu amallardan biri elm, ikincisi ədalət, üçüncüsü isə azadfikirlilik və azadlıq istəyidir.64


İranda elmi inkişaf müxaliflərinin ilk tədbiri

Mənim əzizlərim! Sizə deyim ki, əvvəldə bu ölkədə elm və tədqiqat prosesini zəiflədən və sonra bütünlüklə dayandıran şəxslərin ilk tədbirləri iranlıda bu hissi məhv etmək idi. Yəni iranlı elə bilsin ki, düşüncədə, elmdə, həyat yollarını, hətta öz məqsədini ifadə etmək üçün lazımi sözləri tapmaqda da özünün bir şeyi yoxdur. Bu bir xalqı qara günə qoyur; özünəinamı olmayan xalqı. Mən sevinirəm ki, bu il siz gənclər arasında bu ruhiyyəni görürəm. Gənclərlə keçirilən digər toplantılarda da xoşbəxtlikdən, bu ruhiyyənin günbəgün inkişaf halında olduğunu görürəm.65


Mənəviyyatın kənarında elmə əhəmiyyət

Mən bu gün sizə demək istəyirəm ki, mənim əzizlərim, elmə əhəmiyyət verin. Müxtəlif qıfılların əsas açarı elmə əhəmiyyət verməkdir. Əlbəttə, onun yanında bu bəlli məsələyə də diqqət yetirməlisiniz ki, elm və alimin faydalı olmaları qədər zərərli olmaları da mümkündür. "Oğru çıraq ilə gələrsə əgər, Ən yaxşı meyvəni ağacdan dərər!" Elmi olan, lakin təqvası, əmanətdarlığı və sədaqəti olmayan bir insan zərərli mövcud ola bilər, öz elmini ölkə əleyhinə və onun maraqlarına qarşı işlədə bilər. Buna görə elmin yanında mədəniyyət, nəfsin paklığı, əxlaq və mənəviyyat da lazımdır. Buna əsla şübhə etməyin.66


Tələbə hərəkatının möhtəşəm işi

Biz bu gün bir elmi mətni əcnəbi dillə, əcnəbi sözlərlə, əcnəbi terminlərlə, əcnəbi mədəniyyətlə öyrənməliyik. Siz o zaman dünyada layiqli yerinizdə duracaqsınız ki, dünyanın hər hansı nöqtəsində olan bir alim bir iranlı tədqiqatçının və mütəfəkkir beyninin fəlsəfi, sosioloji, riyazi, fiziki və digər nəzəriyyələrini öyrənmək, dərindən mənimsəmək istədikdə dilinizi öyrənməli olsun. Biz belə bir cəmiyyət üçün çalışmaq istəyirik. Bizim xalqımızın həqiqi mübarizəsi budur. Bütün bunlar mənəviyyatın – yəni tövhidin, ilahi bəndəliyin, İslam adının və İslam həqiqətinin sayəsi altında olmalıdır. Bu, milli məqsəddir.

Tələbə hərəkatının adına layiq əməl bu istiqamətdə qabaqcıl, həvəskar və möhtəşəm işlərin görülməsidir. Xalqın müstəqilliyini hədəf seçən, ona zərbə vuran, ABŞ-ın hansısa Orta Şərq siyasətinə hakim olduğu kimi İrana da hakim olmasının tərəfdarı olan hərəkat tələbə hərəkatı ola bilməz. Bu, tələbəliyin xislətinə ziddir, inkişafın ziddinədir. Deməli, tələbə hərəkəti üçün məqsəd tərif etmək istəsək, bu məqsəd gözəl bir İran qurmaq olmalıdır.67
Tələbə hərəkatından gözlənti

Bu, (inkişaf üçün güclü iradə) insanın birlik, yaxud başqa bir adla fəaliyyət göstərən tələbə toplumlarından gözlədiyidir. Mənim universitetdə tələbə hərəkatının iştirakına təkidim bundan ötrüdür. Bu hərəkəti düzgün davam etdirmənizin şərti odur ki, bu məqsədi həmişə göz önündə saxlayasınız. Məqsədi unutsanız, yanlışlığa, səhv gedişə və ifratçı doğruluğa düçar olacaqsınız.68


Tələbəyə hörmətin əsas səbəbi

Hər halda, gənc tələbə nəsil elmlə məşğul olmalıdır və bu, son 20-30 ildə xalqımızın taleyində təyinedici olmuşdur. Mənim tələbə təbəqəsinə hörmətimin səbəbi birinci növbədə budur.

İman elmdən üstündür. Xalqın və ölkənin amalları və İslam Respublikası quruluşunda bizim üçün tərif olunan uca məqsədlərlə imanınızı gücləndirin. Elmi xalqın və ölkənin təhlükəsizlikdən ibarət ən mühüm ehtiyacının xidmətində işlətməli olan mütərəqqi bir təbəqə kimi özünüzü hazırlayın. Bu da dərs, zəhmət, iman, Allaha diqqət, bəndəlik və ixlas olmadan mümkün deyil; özünüzdə bunları da təmin edin.69
Elmlə məşğul olan gənclərlə keçirilən məclislərin xüsusiyyəti

Çox fəal və gözəl bir məclisdir. Gənclərin, xüsusən də elm və biliklə məşğul olan gənclərin məclisləri həmişə belədir.70


Universitetdə düşmən təxribatına qarşı mübarizə

Universitetlərə ciddi yanaşmaq lazımdır. Bu həm siz tələbələrə, həm də müəllimlərə aiddir. Bilin ki, universitetlərimizi sıradan çıxarmaq üçün planlar var. Siz kədərlənirsiniz ki, tədqiqat mərkəzlərinin büdcəsini gec verirlər. Çox yaxşı, bunu düzəltmək, bununla maraqlanmaq olar. Amma bəziləri çalışır və təxribat hazırlayırlar ki, ümumiyyətlə, dərsləri və tədqiqat mərkəzlərini bağlasınlar, tələbəni elmə və öyrənməyə həvəssiz etsinlər. Bu təxribata qarşı mübarizə aparmaq lazımdır. Bu mübarizə həm hökumətin və məmurların üzərinə düşür, həm siz birliklərin, həm nüfuzlu və aparıcı şəxslərin.71


Elmi işin kənarında mənəviyyata tövsiyə

Mənim gənclərə tövsiyəm budur: Siz elm üçün işlədiyiniz qədər qəlbiniz və mənəviyyatınız üçün də işləyin. Mənəviyyat qapısı sizin üzünüzə açıqdır. Elm və mənəviyyatın bir-biri ilə heç bir ziddiyyəti yoxdur. Bir elmi laboratoriyada, təhsil, tədqiqat mərkəzində, hansısa sinifdə və universitetdə çalışmağın heç bir ziddiyyəti yoxdur ki, insan namazını ilk vaxtda, diqqətlə və Allaha təzim hissi ilə qılsın. Bu sizin qəlbinizi yuyacaq. Bu, bütün gənclərə, xüsusən də elm yolunda hərəkət edən gənclərə aiddir. Xoşbəxtlikdən, bu gün böyük həddə bu da var.72


Araşdırıcı ruhla ciddi dərs oxumaq

Növbəti tövsiyə dərs oxumağa və elmi fəaliyyətlərə aiddir. Həqiqətən dərs oxuyun. Elm ocaqlarında həqiqətən elm axtarışı olmalıdır. İnsan görür ki, bəzi elm mərkəzlərində tələbə həqiqi mənada tələbə deyil, yəni elm axtarmır, başdansovdu və əzbərçi bir iş görür. Belə olmasına qoymayın, həqiqətən elmi axtarın. Elmi təkcə mətn oxumaq və öyrənmək hesab etməyin. Mən müəllimlərlə iclasda dedim ki, tələbə gərək soruşsun, dərinliyinə getsin, müəllimə irad bildirsin, elmi məsələnin müxtəlif tərəflərini araşdırsın, belə yetişsin.73


Tələbə Bəsicinin vəzifəsi: Elmin tanınmaz üfüqlərini fəth etmək

"Bəsic elmi işlərə qoşulsun, yoxsa yox?" sualı da məni təəccübləndirən suallardandır. Nə üçün qoşulmasın?! Bəsic bu işlərlə hamıdan qabaq məşğul olmalıdır. Siz gedib elm və texnologiya sahələrini tutmalı, elmi yenilikləri, elmin məchul üfüqlərini kəşf etməlisiniz. Təbii ki, bu, dərs oxumadan və çalışmadan mümkün deyil. Bunun da yolu var və sonra deyəcəyəm.74


Elmi cihadda iştirak etmək - Tələbə Bəsicinin ehtiyacı

Başqa bir ehtiyac elmi cihaddan ibarətdir. Sizin üçün elmi cihad lazımdır, siz elmi işlərə qoşulmalısınız. Nazirliklər, nazirlik və universitetlərin tədqiqat, idarə və maliyyə müavinlikləri də maddi cəhətdən kömək etməlidir. Bəsic Müqavimət Təşkilatının özü də bəzi sahələrdə kömək etməli, dəstəkləməlidir.75


Tələbə tərəfindən fikir irəli sürülməsinin zəruriliyi

Bizim gənclərimizin, tələbələrimizin müxtəlif məsələlər, istər universitet məsələləri, istər siyasi və ictimai məsələlər barədə fikirləri, tələbləri, iddiaları var. Bu mənim üçün gözəldir.

Mən dəfələrlə demişəm: O gündən qorxmaq lazımdır ki, bizim gəncimizin, universitet tələbəmizin fikir yürütməyə, söz soruşmağa və istək bildirməyə marağı olmasın. Bizim bütün səyimiz ölkəmizin gənc nəslində, xüsusən də elmlə məşğul olan gənclərində müxtəlif sahələrdə tələb etmək və istəmək həvəsini artırmaq olmalıdır. Bu tələblərin hamısını təmin etmək mümkün olmaya da bilər; necə ki, qısa müddət ərzində bütün tələbləri yerinə yetirmək olmur, imkanlar məhduddur. Lakin belə tələblər olsa, şübhəsiz, bizi yaxşı gələcək və aydın üfüq gözləyəcək.76
Tələbə mühitinə lazım olanlar

Mənim tələbələrə tövsiyəm budur: həm siyasi və ictimai, həm elmi, həm də universitetə xas məsələlərdə istəmək, tələb etmək, iddia irəli sürmək; amma ağıllı şəkildə. İnqilabın əvvəlindən indiyədək hətta münasib olmayan bəzi hərəkətlərin baş verdiyi və Tehran universitetinə gəlib gənclərlə söhbət etdiyim günlərdə də mənim fikrim və üslubum bu olub ki, tələbə gərək ifrat və təfritdən çəkinsin. Mən hər hansı işdə ifratçılığın əleyhinəyəm. Mötədilliklə, məntiqli və düzgün üsulla məsələləri izləyin və bilin ki, sizin istəməyinizin və maraqlanmağınızın təsiri var. Sizdə belə yanlış təsəvvür yaranmasın ki, nə faydası var. Xeyr, çox faydalıdır.

Burada bir məmur ədalətsevərlik sözünü dilinə gətirdi. Əgər misal üçün, bu şüar deyilsəydi və sonra cəmiyyətdə heç kim ədalət bayrağını qaldırmasaydı, əmin olun ki, bugünkü kimi ədalətsevər hökumət və ədalətsevərlik mövzusu vücuda gəlməzdi. Siz etdiniz, bu, siz gənclərin işidir. Ədalətsevərlik hərəkatı, ədalətsevərlik adı ilə - indi xüsusi bir təşkilata işarə vurmuram - bu məsələni universitetlərdə mömin, məsuliyyətli və öhdəlikli gənclər ortaya qoydular, dedilər. Təkrar olunduqda isə ümumi bir tələb formasına düşür. Nəticəsi xalqın seçimlərində, istiqamətlərində, şüar və səslərində görsənir. Buna əsasən, siz bir addım irəlilədiniz.

Mən görürəm ki, istər bu məclisdə, istər bəlkə bundan da çox, mənimlə digər əlaqələrdə bəzi tələbə dostların beynində ədalət, ayrıseçkiliyin aradan qaldırılması və fəsadla mübarizə ilə bağlı sualları ola bilər. Düşünə bilərlər ki, həmişə desək, nə olacaq. Bəli, dediniz və oldu, lakin gözləmək olmaz ki, bizim istədiyimiz hər bir iş qısa müddətdə həyata keçsin. Böyük amallar heç bir şəraitdə qısa müddətdə həyata keçmir. Böyük amalların davamlı işə ehtiyacı var. İşi davamlı surətdə görmək lazımdır, nəticəyə isə ümidi üzmək olmaz.

Bizim tələbələrdən gözlədiyimiz həm elm, həm siyasət, həm dini bilgilər sahəsində inkişaf, imanın dərinləşdirilməsi, dini bilgilərin dərinliyi, dini aydınlıq, yeni dairələri əldə etməkdir; təbii ki, hər bir sahənin yolgöstərənlərinin köməyi ilə. Sizin elmi iş üçün də müəlliminiz olmalıdır, dini bilgi üçün də, siyasət üçün də. İşi siz görürsünüz, o isə yol göstərir. Bizim universitet və tələbələrimiz bu sahələrin hamısında həqiqi və nəzərəçarpacaq inkişaflar etməlidir. Və inşallah edəcək.77
Elm mühacirləri

Ümidvaram ki, elm və ixtisasa yiyələnmək üçün vətəndən ayrılığa dözən, elmi hicrət edən siz qəhrəman gənclər Qurani-kərimin zülal çeşməsinə, Peyğəmbərin (s) və məsum imamların həyatverici dərslərinə sarılmaqla elm öyrənməkdə, özünü və cəmiyyəti islah etməkdə müvəffəq olasınız.78


Tələbənin ən yaxşı təsirliliyi

Bu qardaşların biri dedi ki, tələbələrin təsir imkanları çox olsa da, bütün işlərdə onlarla məsləhətləşmirlər. Bəli, bu qədər böyük tələbə toplumu ilə necə məsləhətləşmək olar?! İndi təkcə Yəzddə 50-60 min tələbə var. Məsləhətləşmənin də öz yolu var. İşlər məsləhətsiz görülmür. Mən demək istəyirəm ki, tələbənin təsir göstərməsi məmurlara məsləhət verməkdən daha çox təsir altındakı insanlara istiqamət verməklə olmalıdır. Siz ailələlərinizdə təsir buraxa bilərsiniz, qardaş və bacınız üzərində təsir buraxa bilərsiniz, ata və ananıza təsir göstərə bilərsiniz; öz həyat çevrənizdə, qohumlarınız üzərində, dostunuz, idmanda oyun yoldaşınız üzərində təsir buraxa bilərsiniz. Dillə təsir, rəftarla təsir, əxlaqla təsir tələbə üçün ən böyük uğurdur: təsir göstərə bildiyi çevrələrə təsir etmək.79


Tələbələrin qərar qəbul edən yox, qərar yaradan olması

Buna əsasən, tələbələrin işə qərar verən olmasına çalışmayaq. Bu nə tələbənin xeyrinədir, nə də işin. Tələbə çevrəsinin qərar, yəni müzakirə mövzusu yaradan olmasına çalışaq. Baxın, mən Proqramlaşdırma hərəkatını irəli sürmək istəyəndə hamıdan əvvəl universitetdə tələbələrlə bir araya qoydum; təxminən on il öncə. Nə nazirliklərlə söhbət etmişdim, nə ozamankı prezidentlə, nə də hətta müəllimlərlə. Bu fikri ilk dəfə Əmir Kəbir Universitetində söylədim. Siz bu gün görürsünüz ki, bu bir müzakirə mövzusu, ümumi tələb, ölkənin bütün universitetlərinin istəyidir. Mən haraya gedirəmsə, tələbənin dilindən bu tələbi, müəllim və rektorun dilindən onun icra olunmasını eşidirəm və icra olunmaqdadır.

Çoxlu elmi yeniliklər öz maraq və bacarıqlarının bir hissəsini bu şüardan almışdır. Qərar, ümumi müzakirə mövzusu yaradın. Bu, icraçı məmuru bu qərara sarı sövq edəcək, qərar verəcəklər və əməl olunacaq.80
Tələbənin ədalətsevərliyi

Ədalət tələbindən bir an da geri çəkilməyin; bunu sizin məqamınız tələb edir. Gəncin, tələbənin və möminin məqamı tələb edir ki, ədaləti istəsin. Bu fikrin arxasında da bütün vücudumla özüm dururam və bu gün Allaha şükür olsun ki, quruluş var. Əlbəttə, qanun pozuntularının baş verməsi də mümkündür. Sizin zirəkliyiniz bu olsun: Ədalət istəyi barədə fəryad çəkin, lakin konkret bir şəxsi tənqid edib real nümunə göstərməyin.81


Nəzəriyyə yürütmək və tədqiqat

Siz universitetdəsiniz, fəaliyyətiniz universitet fəaliyyətidir. Dərs oxumalı, araşdırmalı və nəzəriyyə yürütməlisiniz. Qərb nəzəriyyələrindən qeyd-şərtsiz örnək götürməyi və tərcüməçilik üslubunu səhv və təhlükəli bilin.

Bizim humanitar elmlərdə nəzəriyyə yürütməyə ehtiyacımız var. Dünyanın çoxlu hadisələri hətta iqtisadi, siyasi və digər sahələrdə humanitar elmlərin mütəxəssislərinin nəzəriyyələrinə məhkumdur; sosiologiyada, psixologiyada, fəlsəfədə. Meyarları təyin edən onlardır. Biz bu sahələrdə nəzəriyyə yürütməli, işləməli və çalışmalıyıq. Tələbə çalışmalıdır. Tələbə və universitetin inqilabın məqsədlərinə kompleks baxışı olmalı, onların adınca getməlidir.82
Birliyi qorumağın zəruriliyi

Birliyinizi qoruyun. Birlik! İran xalqı miqyasında da birliyi qorumaq əsas amildir. Bütün ölkənin tələbə təbəqəsi miqyasında da belədir; bir şəhərin, yaxud bir vilayətin tələbələri miqyasında da həmçinin. Qoymayın üslub fərqləri sizi bir-birinizə qarşı qoysun. Bir zaman bəzilərinin maraqları tələb edirdi ki, universitetləri siyasi oyun, çəkişmə və yaxalaşma mərkəzinə çevirsinlər. Bu gün Allaha şükür olsun ki, bunlar azdır. Qoymayın tələbə birlikləri və tələbə hərəkatının müxtəlif hissələri düşmənlərə çevrilsinlər. Rəqib yaxşıdır; rəqib, müsbət rəqabət...

Qardaşların biri dedi ki, biz hazırıq, bizə tədqiqat mərkəzi verin, yaxud icazə verin biz filan sahədə tədqiqat mərkəzi açaq, məsələn, günəş enerjisi, yaxud başqa bir sahədə fəaliyyət göstərək. Çox gözəl. Digər tələbə qrupu da desin ki, biz də başqa bir sahədə bunlarla müsbət elmi rəqabət apararıq. Müsbət rəqabət budur; yəni qaçış yarışı: “(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın”; xeyir işdə yarışma, istehsalda yarışma, öyrənməkdə, məlumatları həyata keçirməkdə və xalqın məişətinə kömək etməkdə yarışma. Bu yarışma çox yaxşıdır, rəqabət çox yaxşıdır, lakin yaxalaşmaq, davalaşmaq yox; özü də çox kiçik və dəyərsiz məsələlər üstündə. Xeyr, biz bunu sevmirik.83
Bugünkü alim gəncin ehtiyacı olan iki amil

Ümidvarıq bu toplantı sizi bugünkü alim gəncin ehtiyacı olan ayıqlığa və dözümlülüyə daha da yaxınlaşdırsın. Mənəviyyat və düşüncə inkişafı üçün bu fürsətlərdən və gənclik imkanından istifadə edin. Sizin ölkəniz mömin, mütəfəkkir və həvəskar gənc nəslə hər şeydən çox və həmişəkindən daha ehtiyaclıdır.84


Tələbələr üçün həmişəlik dua

Allah-Taaladan sizin üçün və digər əziz tələbə birlikləri üçün dözüm və ayıqlıq diləyirəm.85


Hövzə və universitetdə düşüncə məclislərinin təşkil edilməsinin zərurliyi

Mənim fikrimcə, lazımi işlərdən biri geniş düşüncə məclisləri təşkil etməkdir. Universitet tələbələri hövzə mənsubları ilə birgə yaxşı proqramla bu məclisləri təşkil edə, oturub müxtəlif məsələlər haqda düşünə bilərlər. Düşüncəni genişləndirmək və düzgün fikri yaymaq bizim elm, texnologiya və elmlərin inkişafı sahələrində tələbədən gözlədiyimiz səmərələri verə bilər. Yəni çiçəklənmə, düzgün hərəkət və istiqamətlə düşüncə mühitinə yeni söz gətirmək. İşlərdən biri budur.86


Elm öyrənməyə çalışmaq

Əziz tələbələr! Siz gənclər tərəfindən elm öyrənmək üçün görülən hər bir iş xalqınızın və ölkənizin mənəvi və maddi iqtidarını qaytarmaq yolunda bir addımdır. Sizin xalqınız bir zaman dünyada elm və yeniliyin bayraqdarı idi. İnqilab nəsli asılılıq və ardıcıllıq dövrünün geriliklərini düzəldə bilər. Bu, tarixi bir missiyadır.87


Təhsil fənlərinin seçimində meyar

Təhsil fənlərinin seçimində və həmçinin öyrənmək və düşünmək üçün etdiyiniz ciddilikdə ölkənizin ehtiyaclarını diqqətdə saxlayın.88


Tələbənin rol ifa etməyə həmişəlik diqqəti

Universitet və tələbə məclisləri bizim üçün çox ürəkaçan məclislərdir. Çünki bu məclislərdə həm sədaqət və səmimilik var, həm də indi vəziyyətin və gələcəyin formalaşdırılmasında tələbənin əsaslı rolu var. Bu elə bir məsələdir ki, mənim fikrimcə, bizim tələbələrimiz bunu heç zaman nəzərdən qaçırmamalıdırlar. Tələbə böyük rola malikdir; həm indiki zamanda, həm də gələcək dövrə və ölkənin sabahına dair.89


Universitetin inkişafın ən mühüm bazisi olması

Bu nəhəng sahədə özünün iradəsi və səyi, eləcə də müəllimlərin tövsiyə və yardımı ilə əlavə və möhtəşəm dəyər tapan qüvvə tələbədir və şübhəsiz, bu baxışla universitet ölkə inkişafının ən mühüm bazisidir; yəni ölkənin müxtəlif bazislərindən heç biri universitet qədər əhəmiyyətə və rola sahib deyil. Universitet insan kapitalı yetişdirir. Ölkənin ən mühüm sərvəti də insan kapitalıdır.90


Universitet - iki həyat qaynağının məkanı

Universitetdən həmişə və hər yerdə gözlənilir ki, ölkədə iki həyat qaynağının zirvə yeri olsun: biri elm və tədqiqat qaynağı, ikincisi isə amalçılıq, siyasi və ictimai məqsədlər qaynağı. Bu iki qaynağın - həm elm və tədqiqat cərəyanının - bu, cəmiyyətin həyatının və başucalığının səbəbkarıdır; elmi qüdrət öz ardınca iqtisadi, siyasi və beynəlxalq qüdrət gətirir - həm də zahirən elm məsələsi ilə əlaqəsi olmayan amalçılıq məsələsinin universitetdən başqa paralel şəkildə həmişə fəal olduğu başqa bir yer bəlkə də tapmaq olmaz. Tələbələrin cəm olduğuna görə dünyanın hər bir yerində universitetlərdən gözlənilir ki, amalları təsvir etməkdə və onlara çatmaqda fəal olsunlar. Bu, xüsusən tələbəyə aiddir. Tələbənin gəncliyi, yaşı və psixoloji hazırlıqları universitetə bu imkanı verir. Bu, universitetdən gözləniləndir. Bu gözlənti bəzi yerlərdə təmin olunur, bəzi yerlərdə isə olunmur.

Elm və tədqiqatdan ibarət birinci qaynaq barədə demək lazımdır ki, bu qaynaq keçmişdə ölkəmizdə az-çox olmuşdur. İnqilabdan öncəki universiteti bütünlüklə inkar etmək olmaz. Onun nöqsanları vardı, lakin hər halda, iş idi, maraqlı və alim insanlar tapılıb universitetlərdə rol ifa edirdilər. Lakin iniqlabdan sonra universitetlərdə elmi hərəkət sürətləndi. Əlbəttə, bunun da səbəbləri vardır.91
Tələbə hərəkatının tarixçəsi və onun xüsusiyyətləri

Universitetlərdə amal istəyindən ibarət ikinci cərəyanın - adətən ona tələbə hərəkatı deyilir - ölkəmizdə çox maraqlı tarixi var. Bunu ona görə deyir və üzərində dayanıram ki, bu hərəkət davam etdirilməli və dayanmamalıdır. Çünki ölkə elə bir şəraitdə və İslam Respublikası quruluşunun strukturu və xüsusiyyətləri elədir ki, onun yanında mütləq tələbə hərəkatı olmalıdır.

Bizim ölkəmizdə tələbə hərəkatı özünün qeyd olunmuş və tanınmış tarixində həmişə antihegemon, antiistismar, antiistibdad, antidiktatura və güclü şəkildə ədalət istəyən olmuşdur. Bizim tələbə hərəkatımızın bu xüsusiyyətləri əvvəldən bu günə qədər olmuşdur. Əgər kimsə tələbə hərəkatının iddiaçısı olsa, lakin bu xüsusiyyətlərə malik olmasa, səmimi deyil. Tələbə hərəkatının əli Fələstində qətliam, İraqda cinayət törədənlərin, Əfqanıstanda xalqı qılıncdan keçirənlərin əlində ola bilməz. Bu, tələbə hərəkatı deyil. Tələbə hərəkatının ən azı bizim ölkəmizdə - bəlkə də çoxlu ölkələrdə - xisləti və xüsusiyyəti belədir ki, hegemonizmin, istismarçılığın və diktaturanın əleyhdarı və ədalətin tərəfdarıdır. Bu hərəkətin başlanğıcı, yaxud tanınmış zamanı 16 azər (7 dekabr) günüdür.

...Bütün dövrlərdə, inqilab boyunca müxtəlif hadisələrdə, həssas və təhlükəli anlarda mömin, öhdəçi, ədalətsevər və fədakar tələbələr vəziyyəti düzgün səmtə yönəldə bilmişlər.

Bu mənim tələbə hərəkatına dair təsəvvürüm və baxışımdır: hegemonluq əleyhdarı, fəsad əleyhdarı, zadəganlıq əleyhdarı, aristokrat və hegemon hakimiyyət əleyhdarı, azğın təmayüllər əleyhdarı; bunlar tələbə hərəkatının xüsusiyyətləridir. İnqilabın bütün illərində tələbələrin bu səhnələrdə iştirakı fəal və təsirli olmuşdur. Tələbələr müzakirə mövzusu yaradan olmuşlar, düşüncə mühiti yaratmışlar, cəmiyyətdə siyasi və inqilabi mövzuları hakim etmişlər. Çox zaman belə olmuşdur.

Əlbəttə, mənim mühakiməm ümumi tələbə korpusuna aiddir. Ola bilsin bəzi şəxslər, tələbə məcmusunun bəzi hissələri ayrı cür olsunlar; nə təəccüb, nə də inkar edirik. Şübhəsiz ki, belədir. Amma tələbə korpusu, tələbə işinin təbiəti və tələbə həvəsi dediyim kimidir. Tələbə zülmə, hegemonluğa, xarici istismara qarşıdır, böyük amallara vurğun və ümidlidir. Əslində gənc təbəqə, xüsusən də tələbə bir cəmiyyətin hərəkət motorudur. Tələbələr həmişə buna diqqət yetirməli və ölkənin gələcəyi üçün bunu nəzərə almalıdırlar.92


Tələbə birliklərinin məqsədlərə diqqəti

Digəri budur ki, tələbə birlikləri məqsədlərini itirməkdən ehtiyatlı olsunlar. Tələbə birliklərinin əsas məqsədləri tələbə hərəkatının hündür darvazası üzərinə yazılanlardır: antihegemonizm, ölkənin inkişafına, milli birliyə, elmin inkişafına kömək, təxribatlara və düşmənlərə qələbə çalmaq üçün İran xalqının ümumi mübarizəsində və döyüşündə iştirak etmək; bunlar əsl məqsədlərdir. Bunları unutmamalıdırlar. Əlbəttə, birliklər özlərini tələbə korpusundan ayırmasınlar; yəni birlik tələbələrin bölünməsinə səbəb olmamalıdır. Gərək tələbələrə yaxın olsunlar.93


Tələbələrə bir neçə tövsiyə

Əzizlər! Hikmətli və elmli Allaha təvəkkül edin, bu gün hamının, xüsusən də gənclərin üzərinə düşən missiyanı düzgün anlayın, gələcəyin yolunu açın, elmi, tədqiqatı və yeniliyi vəzifə bilin, təhsil fənlərinin seçimində və həmçinin digər proqramlarınızda ölkənizin bugünkü və sabahkı ehtiyaclarını nəzərə alın.94


İnkişaf və ədalət onilliyi üçün ali təhsillilərin təsiri

Biz hansı xüsusiyyətinə görə növbəti onilliyi inkişaf və ədalət onilliyi adlandırmışıq? Mənim fikrimcə, gələcək onilliyin ötən üç onilliklə fərqi əziz ölkəmizdə inkişaf və ədalət üçün yaranmış çox böyük və möhtəşəm hazırlıqlardır. Bu hazırlıqlar bizim böyük və iradəli xalqımıza bu sahədə iri addım atmasına imkan verir.

Bu hazırlığın əsas amil və elementlərini müəyyənləşdirmək istəsəm, deməliyəm ki, bir neçə elementin böyük təsiri var: Biri bizim ali təhsilli gənc nəslin iştirakıdır. Bu gün milyonlarla fəal və ali təhsilli gənc elm və tədqiqat sahələrində, ictimai və siyasi işlərdə iştirak edirlər. Ölkəmizdə bu qədər bilikli, təhsilli və hazırlıqlı gəncin olması çox böyük və diqqətəlayiq haldır.95
Universitetin zahiri işlərdən çəkinməsi

Bu əziz qızımız Tələbə Parlamenti haqda təklif irəli sürdü. Qəşəng addır, lakin formal işlər nə tələbənin problemini həll edir, nə ölkənin. Gərək bacardıqca zahiri, dayaz, formal və şüar xarakterli işləri azaldıb əsaslı, həqiqi və həlledici işlərə diqqətimizi artıraq. İndi fərz edin, Tələbə Parlamenti yarandı. Siz görün bu parlamentin seçkiləri ölkə tələbələrinin nə qədər vaxtını alacaq; hansı universitetdən, hansı şəhərdən, hansı təmayüllə, hansı düşüncə, yaxud siyasi istiqamətlə; çəkişmələr və sair. İndi çalışırıq ki, elm ocaqlarında elm və tədqiqat həvəsini bacardıqca artıraq. Sonra əziz qızımız dedi ki, bu Tələbə Parlamentinin icra səlahiyyətləri də olsun. Əgər parlamentdirsə, icra səlahiyyətləri nə üçündür? Həm qərar versin, həm də özü icra etsin?! Bu məsələni universitetlərin daxilinə çəkməklə görün onların başına nə gələcək! Mən tələbəyə diqqətlə, tələbəyə etina etməklə, tələbənin sözünü dinləməklə, tələbəyə nəvaziş göstərməklə və kömək etməklə yüz faiz müvafiqəm, lakin yolu bunlar deyil.96


Tələbələrin məmurlarla iclaslarının artırılmasının zəruriliyi

Mənim universitetlərə getməyimin səbəblərindən biri - mən hər səfərdə tələbələrlə mütləq bir görüşün təşkil olunmasını istəyirəm; Tehranda da bəzən universitetlərə baş çəkirəm - budur ki, məmurların ayağı universitetlərə açılsın və tələbələrlə üz-üzə söhbət etsinlər. Bu gün sizin burada danışdığınız sözlər radio və televiziyadan yayımlanacaq və bütün ölkədə işıqlandırılacaq. Məsul bir şəxs kimi mənim qulağıma çatdı, universitet məmurlarının qulağına çatdı, digər məmurların qulağına da çatacaq. Bundan yaxşı nə ola bilər?! Belə səmimi və açıq tələbə məclislərini bacardığınız qədər çox keçirin; sözsüz ki, komplimentləri azaltmaqla.97


Müsbət tələbə ruhiyyəsi - İslamın və İslam quruluşunun gələcəyinin təminatçısı

Əminəm ki, bu ölkənin və hətta İslamın və İslam ümmətinin gələcəyini təmin edən amil ölkəmizin gənc tələbə nəslində müşahidə olunan coşqulu, araşdırıcı, tələbkar, hissiyyatlı və emosional ruhdur. Yəni siz indi bir mətləbi qəti şəkildə düşünməsəniz, yaxud onun üçün dərin əsaslandırmanız olmasa da, bütün ölkəmizdə müsəlman və mömin tələbə hərəkətlərinin məcmusu ad fərqlərinə rəğmən, bu ölkənin, bu quruluşun və İslam ümmətinin ümidverici gələcəyini müjdələyir. Yaxşı məsələlərə diqqət yetirirsiniz, yaxşı və düzgün məqamlar üzərində dayanırsınız. Allaha şükür olsun ki, belə müsbət cəhətlər vardır.98


Düşmənin universitetdən istəyi - elmi hərəkətdə zəiflik

Burada sizə deyirəm ki, ehtiyatlı olun, universitet bu kiçik və dəyərsiz siyasi hadisələrdə təsir altına düşməsin, onun elmi işi zəifləməsin, bizim laboratoriyalarımız, siniflərimiz, tədqiqat mərkəzlərimiz ziyana uğramasın; diqqətinizi toplayın. Yəni sizin qarşınızdakı mühüm məsələlərdən biri universitetlərdə elmi hərəkəti qorumaqdır. Düşmənlər çox istəyirlər ki, bizim universitetlərimiz ən azı bir müddət tətil olsun, iğtişaşa və müxtəlif ziyanlara uğrasın. Bu həm siyasi, həm də uzunmüddətli iş baxımından onlar üçün ideal bir məsələdir. Çünki sizin elminiz uzunmüddətli iş baxımından onların zərərinədir; buna görə elmdən uzaqlaşmanızı istəyirlər.99


Azad diskussiyaların zəruriliyi

Müxtəlif ictimai, siyasi və elmi sahələrdə görülməsi lazım olan işlərdən biri də ifadə bildirmək üçün tələbəyə imkan yaratmaqdır. Fikir bildirməkdən qorxmaq lazım deyil. Universitetlərdə bizim dediyimiz bu azad diskussiyalar keçirilməlidir. Əgər siyasi, ictimai, hətta düşüncə və din kimi müxtəlif sahələrdə mühüm ixtisaslı mövzular sağlam mühitlərdə və güclü şəxslər tərəfindən incələnsə, onların ümumi və ictimai çevrələrdə müzakirəsindən gözlənilən ziyanlar qarşıya çıxmaz.

Adi camaatla üz-üzə gələndə hamı özünü qoruya bilmir. Adi camaatla üzləşmək insanları yayınmalara, tənəzzülə və çoxlu səhvlərə düçar edir. Təəssüf ki, biz bunlara şahid olmuşuq. Siz çoxlarını görürsünüz ki, adi camaat qarşısında bəlkə də ürəklərində çox da inanmadıqları bir sözü deyirlər; bəzilərinin ifadəsilə desək, məclisə düşürlər. Bu çox pis haldır. Əgər belə ixtisaslı, elmi və mübahisəli məsələlər xüsusi yerlərdə, azad elmi çevrələrdə bəhs olunsa, şübhəsiz, az hallarda ziyanlı olar.100
Azad diskussiyaların səmərələri

Mən dedim ki, universitetlərdə azad diskussiyalar təşkil edin. Siz gənclər nə üçün təşkil etmədiniz? Siz Tehran, Şərif, Əmir Kəbir universitetlərində azad siyasi, etiqadi debatlar keçirin. Bir neçə tələbə gedib orada sözlərini danışsınlar, bir-birinin sözünü tənqid etsinlər, bir-biri ilə mübahisə etsinlər. Həqiqət orada özünü göstərəcək. Həqiqət birinin bir tənqidi tullaması ilə aşkarlanmır.101


Universitetin sənaye ilə əlaqəsinin əhəmiyyəti

Cənabların birinin işarə vurduğu bu universitetlə əlaqə məsələsi çox mühümdür. Mən bir neçə ildir universtetlərə və dövlət orqanlarına tövsiyə edirəm ki, sənaye ilə universitet arasında güclü bir əlaqə bərqərar olunsun. Bizim universitetdə sənayeyə, sənayenin müxtəlif sahələrinə, məsələn, maşınqayırma sənayesinə məxsus elm mərkəzlərinin yaranıb onlara kömək etməsinə ehtiyacımız var.102





Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə