Mövzu: abş-da multikulturalizm. Bakı 2022



Yüklə 52,04 Kb.
səhifə1/2
tarix23.05.2022
ölçüsü52,04 Kb.
#87716
  1   2
ABŞ-da multikulturalizm.


Azərbaycan Dövlət Pedaqoji Universiteti

Fakültə: Tarix-coğrafiya
İxtisas: Tarix müəllimliyi
Tədris ili:IV
Qrup: 1806B
Fənn: Multikulturalizmə giriş
Fənn müəllimi: Rövşən Nəzərov
Tələbə:Şirinzadə Lalə
Mövzu: ABŞ-da multikulturalizm.
Bakı 2022
ABŞ-da multikulturalizm.
Plan
Multikulturalizmin ABŞ modeli
ABŞ-da etnik müxtəliflik
ABŞ-da tolerantlıq
2019-cu ilin statistikasına görə, Amerika Birləşmiş Ştatlarında 329 milyon əhali yaşayır. Bu rəqəm dünya əhalisinin 4,27 faizi deməkdir. ABŞ-da etnik-mədəni müxtəliflik, əsasən, gəlmələr (miqrantlar) hesabına formalaşmışdır. Aparılan sorğuların nəticəsi göstərir ki, 2016-cı ildə Amerikada 43,7 milyondan çox immiqrant yaşayıb. Yəni onlar ABŞ-da doğulan miqrant ailəsinin üzvləri deyil. Bu fakt gəlmələrin mədəni, dini və etnik tərkibinin də müxtəlif olduğunu deməyə əsas verir. Qeyd olunan faktlar bir daha sübut edir ki, bu gün ABŞ dünyanın din, dil, mədəniyyət və etnik müxtəlifliyi baxımından ən çoxmədəniyyətli ölkələrindən biridir. İlk olaraq ABŞ-da yaşayan əhalinin mədəniyyəti, dil, din və irqi müxtəlifliyi ilə bağlı bir sıra məqamlara diqqət yetirmək lazımdır. Çünki qeyd edilən faktorlar ölkədə multikulturalizm siyasətinin xüsusiyyətlərini müəyyən etmişdir.
Amerikada immiqrantların çoxluq təşkil etməsi nəticəsində bu gün yerli xalq etnik azlığa çevrilmişdir. Bu baxımdan ölkədə yaşayan əhali dörd qrupa bölünür. Birinci qrup - afroamerikanlar və ya qaradərililərdir. Vaxtilə Amerikaya gətirilmiş qullar indiki afroamerikanların əcdadlarıdır. Qaradərili amerikalılar ölkə əhalisinin təxminən 12 faizini təşkil edirlər. İkinci qrupa ispandilli xalqlar daxildir. Onlar əhalinin 13 faizini təşkil edirlər. Üçüncü qrupa Asiya ölkələrindən (Çin, Yaponiya, Koreya və s.) bura pənah gətirmiş xalqların nümayəndələri daxildir. Ölkə əhalisinin tərkibində onların payı təxminən 5 faizdir. Dördüncü qrupa yerli amerikalılar (hindular) daxildir. Onlar ölkə əhalisinin təxminən 1 faizini təşkil edirlər. Qeyd olunan qruplara daxil olanların hər birinin fərqli coğrafiyadan, so-sial və siyasi sistemdən gəldiyini nəzərə alsaq, deyə bilərik ki, qruplar arasın-da ümumi ortaq mədəniyyət, yaxud kimlik yaratmaq bir o qədər də asan deyil. Məsələn, ispan mənşəli əhali Meksika, Puerto-Riko, Kuba və s. Latın Ameri-kası ölkələrindən, Asiyadan gələn “amerikalılar” isə daha çox Çin, Yaponiya və Koreyadan köç edənlərdir. Bu faktlar Amerikanın etnik coğrafiyası qədər, dini coğrafiyasının da mürəkkəb və müxtəlif olduğunu deməyə əsas verir.
Dini müxtəliflik baxımından zəngin olan Amerika cəmiyyətində, demək olar ki, bütün dini denominasiyalar təmsil olunur. Araşdırmalar göstərir ki, əhali-nin 70,6 faizi xristian dininə (protestantlar, katoliklər, mormonlar, pravoslavlar və digərləri), 5,9 faizi qeyri-xristian dinlərinə (yəhudi, müsəlman, buddist, hin-du və s.) etiqad etdiyi halda, 22 faiz amerikalı heç bir dinə etiqad etmir (ateistlər, aqnostiklər). Qeyd edilən rəqəmlərə baxmayaraq, ABŞ-da rəsmi şəkildə heç bir dinə üstünlük verilmir. ABŞ Konstitusiyasına edilən birinci əlavədəki dini eti-qad azadlığı ilə bağlı müddəada qeyd olunur ki, ABŞ Konstitusiyası rəsmi din elan etmir və bütün dinlərə bərabər hüquq verir. 1794-cü ildə Konqres tərəfindən Konstitusiyaya edilən birinci dəyişikliklə Amerikanın dövlət-din (kilsə-dövlət) münasibətlərində yeni eranın başlanmasına baxmayaraq, cəmiyyətdə domi-nant din təsiri mövcuddur. Hətta bir çox təhlilçi və siyasi analitik Amerikanı “Protestant xalq” və ya “Protestanlıq prinsipləri ilə qurulan dövlət” adlandırır. Məsələn, Nümayəndələr Palatasında xidmət edən 116-cı Konqresin 471 xristian üzvündən 293-ü protestantdır. Amerika tarixində ilk dəfə olaraq 116-cı Konqres-də iki müsəlman qadın təmsil olunur. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ-da dövlətin dindən ayrı olmasına baxmayaraq, din faktoru hələ də siyasi qərarvermədə mühüm rol oynayır. ABŞ-da din faktoru ilə yanaşı, dil amili də multikulturalizm siyasətinin tərkib hissəsini təşkil edir.
Yeni dünya (indiki Amerika X.Kolumbun kəşfindən sonra belə adlanırdı) dil zənginliyi baxımından poliqlot insanı xatırladır. ABŞ əhalisinin təxminən 80 faizinin doğma dili ingilis dilidir. Buna baxmayaraq, 5 yaşdan yuxarı 291 mi-lyon amerikalı evdə fərqli dildə danışır. Evdə danışılan dillər içərisində ispan, Çin, taqaloq5, fransız, Vyetnam, alman, Koreya, rus, italyan, ərəb, portuqal və polyak dilləri üstünlük təşkil edir. Filoloqlar qeyd olunan dilləri mənşəyinə görə dörd əsas qrupa bölür:
1.İspan dil qrupu (ispan, ladino və ya sefard dilləri);

2.Digər Hind-Avropa dilləri (german, roman, slavyan, hind-ari və baltik dilləri);




    1. Asiya və Sakit ada dillər qrupu (Çin, Koreya, yapon, tamil, taqaloq və s. dillər);


    2. Digər dillər qrupu (macar, ərəb, ivrit, Afrika dilləri, doğma Şimali Amerika dilləri, mərkəzi və cənubi Amerikanın aborigen dilləri).


Bütün bunlar Amerika alimlərini və siyasi xadimlərini düşündürməyə bilməzdi. Çünki etnik, din və dil baxımından çoxmədəniyyətli cəmiyyəti idarə etmək, onlar arasında dialoq mühiti yaratmaq çətin görünürdü. Lakin Ameri-ka XIX əsrin əvvəllərindən başlayaraq etnik-mədəni müxtəlifliyin tənzimlən-məsi və onların tanınması məqsədini güdən multikulturalizm siyasəti həyata keçirməyə başlamışdır. Assimilyasiya və ya “əridən qazan” yanaşması üzərində qurulan bu siyasətin əsas məqsədi miqrantların öz dəyərlərini, milli kimliklərini, həyat tərzlərini dəyişərək ev sahibinin mədəniyyətinə tam uyğunlaşmağa məc-bur etmək idi. Aparılan multikulturalizm siyasətinin ölçülməsi məqsədilə bir sıra indek-slər mövcuddur. Onlardan biri də əvvəlki fəslin 3-cü yarımfəslində təhlil olunan “İmmiqrant azlıqlar üzrə multikulturalizm siyasəti indeksi (MKS) indeksi”dir. Bu indeks ABŞ multikulturalizminin ölçülməsi üçün istifadə oluna bilər. Çünki Amerikada multikultural mühiti, əsasən, immiqrantlar formalaşdırır. Bu baxım-dan sözügedən indeksin parametrləri ilə ABŞ hökumətinin apardığı multikultur-alizm siyasətini dəyərləndirmək mümkündür. “İmmiqrant azlıqlar üzrə MKS indeksi” mədəni müxtəlifliyin idarəedilməsi üzrə aşağıdakı siyasi istiqamətləri ehtiva edir:






  1. Multikulturalizmin konstitusional, qanunvericilik və ya parla-ment tərəfindən mərkəzi, regional və bələdiyyələr səviyyəsində tanınması və bu siyasətin milli etnik icmalarla məşvərətdə həyata keçirilməsi üçün dövlət na-zirliyinin, katibliyinin və ya məşvərətçi şuranın mövcudluğu; ABŞ nümunəsində: ABŞ Ədliyyə Departamentinin İcma ƏlaqələriXidməti cəmiyyətdə irq, rəng və milliyyət fərqliliyindən yaranan münaqişə və gərginliklərin aradan qaldırılmasında “sülhyaratma” rolunu oynayır. Bu xid-mət 1964-cü ildə Mülki Hüquqlar haqqında Aktın qəbulu ilə yaradılmışdı. Əsas məqsədi icma daxilində baş verən irqi və etnik gərginliklərin, ictimai asayişinpozulmasının qarşısının alınmasına, eləcə də mədəniyyətlər arasında sabitliyə və harmoniyaya nail olmaq üçün dövlətə, yerli idarəetmə orqanlarına, özəl və dövlət təşkilatlarına kömək etmək idi. Əlbəttə, burada əsas məqsəd multikultur-alizmi gücləndirmək və ya təşviq etmək olmamışdır. Sözügedən xidmətin əsas fəaliyyəti qaradərililərlə ağdərililər arasında münasibətlərin tənzimlənməsində vasitəçi rolu oynamaq idi. Daha sonra bu xidmət ağdərililərlə ərəblər, eləcə də ərəblərlə müsəlman amerikalılar arasında eyni rolu oynamışdır.

2.Multikulturalizmin məktəb tədris proqramına daxıl edilməsi; ABŞ nümunəsində: Bu siyasət ştatlara görə dəyişir, lakin federal hökumətin bu istiqamət üzrə hər hansı siyasi mandatı və təlimatı mövcud deyil. Milli standartların hazırlanması, bu sahədə müvafiq məlumatların toplanması və təhsil müəssisələrinə maliyyə yardımlarının ayrılması ilə bağlı siyasi gündəli-yin müəyyən edilməsi ABŞ Təhsil Departamenti vasitəsilə federal hökumətin səlahiyyətinə daxil olsa da, məktəb proqramlarını hazırlamaq ştatların idarəet-mə səlahiyyətinə daxildir. Multikulturalizmin tədrisi bir çox ştatın məktəb pro-qramına, xüsusilə miqrant əhalinin çox olduğu Kaliforniya, Nyu York, Texas və Florida ştatlarının məktəb proqramlarına daxil edilmişdir. Kolleclərdə və ali təhsil müəssisələrində multikulturalizm fənni tədris edilmir, lakin həmin müəs-sisələrdə tədrisi həyata keçirən pedaqoqlara multikultural sinifdə dərs keçmə bilikləri öyrədilir.



Yüklə 52,04 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə