Еколоэийа вя ятраф мцщитин мцщафизяси dos. A. B. Dolxanov


Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix04.02.2018
ölçüsü0,55 Mb.
#24375
1   2   3   4   5   6   7   8   9   ...   14

Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил 

 

 



 

 

1

H.Z.ƏFƏNDIYEV, 

1

Ġ.R.HƏSƏNOV, 

1

R.T.QAFAROV,  

2

Ü.R.ABDULLAYEVA 

 

1

(MAKA  Kosmik  Cihazqayırma  Məxsusi  Konstruktor  Bürosu) 

2

(Sumqayıt  Dövlət  Universiteti) 

 

XƏZƏR DƏNĠZĠNĠN EKOLOJĠ MONĠTORĠNQĠNĠN APARILMASINDA 

KONDUKTOMETRĠK ÖLÇMƏ METODLARININ TƏTBĠQĠ HAQQINDA 

 

Müasir  dövrdə  Xəzər  dənizinin  ekoloji 



problemlerinin  öyrənilməsi  ekoloqların  qar-

şısında  duran  əsas  məsələlərdən  biridir.  Də-

niz akvatoriyasının potensial çirkləndiriciləri 

kimi  təsərrüfat-məişət  tullantılarını,  sənaye 

müəssisələrinin  fəaliyyəti  nəticəsində  yara-

nan axıntı sularını, neft-qaz yataqlarının isti-

smarı    nəticəsində  dənizə  axan  neft  məhsul-

larını  göstərmək  olar.  Bundan  başqa  dəniz 

nəqliyyatının  fəaliyyəti  nəticəsində  yaranan 

sənaye və məişət tullantıları da dənizin çirk-

lənməsinə  səbəb  olan  əsas  faktorlardan  biri-

dir. 

Dəniz  və  okeanların  ekoloji  monitorinqi 

aerokosmik və kontakt ölçmələrin birgə apa-

rılması nəticəsində yerinə yetirilir. Yerin süni 

peyklərinin  tətbiqi  ilə  aparılmış  aerokosmik 

ölçmələrin  nəticələri  göstərir  ki,  məsafədən 

zondlama  üsullarının  effektivliyini  artırmaq 

üçün çoxsaylı yerüstü kontakt hidrometeoro-

loji ölçmələr  aparılmalıdır. 

Dəniz,  göl  və  çayların  ekoloji  monito-

rinqinin  əsasını  dəniz  suyunun  tərkibindəki 

duzun konsentrasiyasına  nəzarət təşkil edir. 

Dəniz suyunun duzluluğu dedikdə 1kq dəniz 

suyunda  həll  olmuş  bərk  cisimlərin  qram-

larla çəkisi nəzərdə tutulur. 

Dəniz suyunun duzluluğunun təyin olun-

masının  bir  neçə  əsas  üsulu  var.  Ən  geniş 

yayılmış üsullardan suyun optik xassələrinin 

və  suyun  xüsusi  elektrik  keçiriciliyinin  tə-

yininə əsasən duzluluğun ölçülməsini göstər-

mək  olar.  İş  prinsipi  xüsusi  elektrik  keçiri-

ciliyinin  ölçülməsinə  əsaslanan  cihazlara 

konduktometrik  cihazlar  deyilir.  İş  prinsipi 

suyun  optik  xassələrinin  təyininə  əsaslanan 

refraktometrlərə nisbətən dəniz suyunun duz-

luluğunun  ölçülməsində  daha  sadə  konstru-

ktiv quruluşa və hazırlanma texnologiyasına 

malik  olan  konduktometrik  cihazlardan  isti-

fadə olunması məqsədəuyğundur. 

Konduktometrik  duzluluq  ölçü  cihazının 

struktur  sxemi  şəkil  1-də  verilmişdir.  Cihaz  

aşağıdakı  hissələrdən ibarətdir: 1 – nümunə 

götürən qurğu; 2 – ilkin verici; 3 – elektron  

blok; 4 – siqnalizasiya qurğusu. 

Konduktometrik  cihazlar  kontaktlı  və 

kontaktsız  olmaqla  iki  tipə  ayrılırlar.  Tərki-

bində  çirkləndirici  maddələrin  üstünlük  təş-

kil etdiyi  su mühitində ölçmələrin aparılma-

sında kontaktsız konduktometrik cihazlar da-

ha çox tətbiq olunurlar. Konduktometrik  ci-

hazların  aşağıdakı  tipləri  var: 

1. Kontaktlı  ikielektrodlu  konduktometrik 

cihazlar; 

2. Kontaktlı üçelektrodlu konduktometrik ci-

hazlar; 


3. Kontaktlı  dördelektrodlu  konduktometrik 

cihazlar; 

4. Aşağıtezlikli    kontaktsız    konduktometrik  

cihazlar; 

5. Yüksəktezlikli  kontaktsız  konduktometrik 

cihazlar; 

6. Kontaktsız  induktiv  konduktometrik  ci-

hazlar. 


Sadə  konstruktiv  quruluşa malik  olduğuna 

görə  kontaktlı  ikielektrodlu  konduktometrik 

cihazlar daha geniş tətbiq sahəsinə malikdir-

lər.  Bu  cihazlarda  xüsusi  elektrik  keçiricili-

yinin  təyini  elektrodlar  arasında  qalan  məh-

lul  sütunun  R



x

  müqavimətini  ölçməklə  apa-

rılır (1). 

s

l

R

x





1

                      (1) 

 

Burada s – məhlul sütunun en kəsiyinin sa- 



 

həsi; l – elektrodlar arasında məsafə, 



 – xü-

susi  elektrik  keçiriciliyidir. 



k

s

l

  nisbəti  il-



kin vericinin sabiti adlanır, onun  qiyməti  il-

kin  vericinin  konstruksiyasından  asılıdır. 




Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил 

 

 



 

Elektrodlar  platin,  qrafit,  paslanmayan 

polad  materialından  hazırlanır  və  dəyişən 

gərginliklə  qidalanır.  Tem-

peratur xətasını aradan götür-

mək  üçün  müqavimət  ter-

mometrindən  istifadə    olu-

nur. 


Üçelektrodlu  kondukto-

metrik  ölçü  cihazlarında  3-cü  elektrod  kimi 

korpusdan istifadə olunur. Cihazın konstruk-

siyası elektrodların çirklənməsindən yaranan 

xətaları  minimuma  endirməyə  və  cihazın 

ölçmə dəqiqliyini yüksəltməyə imkan verir.  

Dördelektrodlu  konduktometrik  ölçü  ci-

hazının  ilkin  vericisi  dördelektrodlu  çevirici 

elementə  malikdir.  İlkin  vericinin  iki  xarici 

elektrodu  arasında  stabil  dəyişən  cərəyan 

axır, iki daxili elektrodu arasındakı gərginlik 

düşgüsü  isə  ölçülür.  Bu  gərginlik  düşgüsü-

nün  qiyməti  xüsusi  elektrik  keçiriciliyinin 

qiymətinə mütənasib olaraq dəyişəcəkdir. 

İlkin  vericisi  tutum  və  induktiv  çevirici 

element  bazasında  layihələndirilən  kontakt-

sız  konduktometrik  cihazlarla  geniş  ölçmə 

diapazonunda  ölçmələr  aparmaq  mümkün 

olmur.  Tutum  ceviricili  konduktometrik  ci-

hazlarla  xüsusi  elektrik  keçiriciliyinin  kiçik 

qiymətlərində,  induktiv  ceviricili  kondukto-

metrik cihazlarla xüsusi elektrik keciriciliyi-

nin  böyük  qiymətlərində  dəqiq  ölçmələr 

aparmaq  mümkündür. 

Xəzər  dənizinin  ekoloji  monitorinqini 

müntəzəm şəkildə apara biləcək vahid dövlət 

nəzarət  xidmətini  yaratmaq  üçün  külli  miq-

darda  ucuz  və  etibarlı  cihazlara  ehtiyac  var. 

Bu  cihazların  yaradılması  və  ya  alınması 

üçün  çoxlu  miqdarda  maliyyə  vəsaiti  tələb 

olunur. 

Araşdırmalar  göstərir ki, dəniz akvatori-

yasının  ekoloji  monitorinqini  aparmaq  üçün 

ikielektrodlu  konduktometrik  cihazlardan 

istifadə  etmək  məqsədə  uyğun  deyil.  Met-

roloji  xarakteristikalarına  görə  üçelektrodlu 

konduktometrik cihazlardan istifadə olunma-

sı  daha  düzgün  sayılır.  

 

Konduktometrik cihazların bazasında  



yaradılmış  avtomatlaşdırılmış  idarəetmə  sis-

temi  dəniz  suyunun  temperaturu,  duzluluğu, 

çirklənməsi üzrə əldə edilmiş sutkalıq, aylıq 

və  illik  informasiyaları  tərtib  edib  kompyu-

terin  yaddaşında yerləşdirməyə imkan verir. 

 

Açar  sözlər:  Ekoloji  monitorinq,  hidro-

meteoroloji  ölçmələr,  koduktometrik  cihaz-

lar. 

 

Ədəbiyyat 

 

1.

 



Кузьмичева В.А. Экологический мони-

торинг  при  эксплуатации  объектов 

Водного Транспорта с использованием 

методов  кондуктометрии:  Автореф. 

Дис. Канд. Техн. Наук: Москва, 2005. 

2.

 



Будников  Г.К.,  Майстренко  В.Н.,  Вя-

селев  М.Р.  Основы  современного  ана-

лиза. – М. Мир, 2003, 592с. 

3.

 



Егер Э., Залкинд А. Методы измерения 

в электрохимии. М. Мир, 1977. 

4.

 

Преобразователь  УЭП.  Паспорт  АЛЯ 



5.174.021 ПС. г. Баку. 1990 г. 

 

Н.З. Эфендиев, И.Р. Гасанов,  



Р.Т. Гафаров, У.Р. Абдуллаева. 

 

Экологический мониторинг Каспий-

ского моря с использованием  

методов кондуктометрии 

 

Резюме 

 

 

В  статье  исследованы  метрологичес-



кие характеристики средств мониторинга 

морской  среды.  Даны  предпосылки  ис-

пользования  средств  измерения  для  кон-

троля экологического состояния моря. 

 

H.Z. Afandiyev,   I.R. Hasanov, R.T. Ga-

farov, U.R. Abdullayeva 

 

Environmental monitoring of the Caspian 

Sea using conductometric methods 

 

Abstract 

 

In  the  article  the  metrological  characte-

ristics  of marine monitoring tools  are inves-

tigated. The prerequisites of use of measure-

ment  tools  are  given  to  control  the  ecolo-

gical state of the sea. 

 

Məqaləyə KC MKB-nin baş elmi işçisi 

 t.e.n. Məmmədov M.İ.  rəy vermişdir. 

 



4

 



 

Şəkil 1. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə